Əli Həşimli Federasiya prezidenti seçildi .....                        Prezident deputatla bağlı sərəncam İMZALADI .....                        Xırdalanda bu gecə işıq olmayacaq .....                        4 aydır boş olan birinci müavin postuna təyinat .....                        Gürcüstan Patriarxı 22 martda dəfn olunacaq .....                        İran 3 ərəb ölkəsinə təcili xəbərdarlıq etdi .....                        Azərbaycandan köçən 34 576 nəfərə Ermənistan vətəndaşlığı verilib .....                        İlham Əliyev Azərbaycan xalqını TƏBRİK ETDİ .....                        İsrailli nazir yaralı oğlu ilə foto paylaşdı .....                       
Tarix : 18-11-2016, 18:01
Qanunsuz qumar evi ifşa olundu

Vergilər Nazirliyi akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili halının qarşısını alıb.

Butov.az xəbər verir ki, Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, qurum tərəfindən keçirilmiş növbəti nəzarət tədbiri zamanı Bakı şəhəri, Sabunçu rayonu, R.Axundov küçəsi, 13 saylı evin yaxınlığında fərdi sahibkar İsmayılov Elyar İsrail oğluna məxsus obyektdə qanunla müəyyənləşdirilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkil olunduğu aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 192-1.3.2 maddəsi ilə başlanmış cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, E.İsmayılov "Bədən tərbiyəsi və idman haqqında" qanunun və Nazirlər Kabinetinin "İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması və idman mərc oyunlarının təşkili və keçirilməsi qaydaları" haqqında qərarının müvafiq maddələrinin tələblərini pozmaqla, 2015-ci ilin sentyabr ayından 2016-cı ilin noyabr ayınadək idman mərc oyunlarının təşkili nəticəsində 168 min manat, yəni külli miqdarda gəlir əldə edib. Nəzarət tədbiri zamanı vergi xidməti əməkdaşlarının qanuni fəaliyyətinə mane olmağa cəhd göstərilib.

E.İsmayılova ittiham elan edilib və Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Vergilər Nazirliyi bir daha xatırladır ki, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan, yaxud xüsusi razılıq almadan həyata keçirilən sahibkarlıq fəaliyyəti inzibati və ya cinayət məsuliyyəti yaradır.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!