Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 10-12-2015, 08:33
“Vergidən yayınanlarla bağlı sərt tədbirlər yanvarın 1-dən qüvvəyə minəcək”



Vergilər Nazirliyində “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Qanunun və “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi barədə” Qanununun təsdiq edilməsi ilə bağlı qarşıda duran vəzifələrin icrasına dair kollegiya iclası keçirilib.

Nazirliyin Analitik-informasiya şöbəsindən Modern.az saytına verilən məlumata əsasən iclasda çıxış edən vergilər naziri Fazil Məmmədov qeyd edib ki, Vergilər Nazirliyi tərəfindən müvafiq dövlət qurumları ilə razılaşdırlmaqla Vergi Məcəlləsinə və bir sıra qanunvericilik aktlarına dəyişikliklər edilməsi barədə konkret təkliflər verilib, bu dəyişikliklər 20 oktyabr 2015-ci il tarixdə Milli Məclis tərəfindən qəbul olunaraq, 7 dekabr 2015-ci il tarixldə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiqlənib.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin böyük əksəriyyətinin vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi yükünün azaldılmasına, vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi yolu ilə büdcə daxilolmalarının artmasına xidmət etdiyini vurğulayan F.Məmmədov qeyd edib ki, dövlət büdcəsinin icrası ilə yanaşı, sahibkarlığın inkişafı, xüsusilə kiçik və orta biznesin fəaliyyətinin genişlənməsinin təşviqi də vergi orqanlarının qarşısında duran əsas vəzifələrdəndir.

Bildirilib ki, vergi yükünün azaldılmasına yönəlmiş digər dəyişikliklər ƏDV-nin məqsədləri üçün qeydiyyata alınma öhdəliyi yaradan əməliyyatların həcminin 120 min manatdan 200 min manatadək, eləcə də ƏDV qeydiyyatının ləğvi üçün vergi tutulan əməliyyatların həcminin 60.000 manatdan 100.000 manatadək artırılması, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun verilməsi, daşınmaz əmlakın təqdim edilməsindən əldə olunan gəlirlərdən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması, ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə satış dövriyyəsi 200.000 manatdan artıq olduğu halda ticarət fəaliyyəti üzrə 6 faiz, ictimai iaşə fəaliyyəti üzrə 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnun verilməsidır. Bu dəyişikliklər, eləcə də məcburi ƏDV qeydiyyatına alınmaq öhdəliyi yaradan həddin artırılması dövriyyəsi 200 min manatadək olan şəxslərə sadələşdirilmiş vergitutma rejimində fəaliyyətlərini davam etdirməyə imkan verəcəkdir ki, bu da vergi inzibatçılığının sadələşdirilməsi ilə yanaşı həmin ödəyicilərin vergi yükünün azaldılmasını təmin edəcək.

Bununla yanaşı, qeyd olunub ki, idman mərc oyunlarından əldə edilən uduşların ödəmə mənbəyində vergiyə cəlb edilməsi, Nazirlər Kabinetinin müvafiq qərarı ilə idxalda ƏDV-dən azad olunan malların siyahısının Vergi Məcəlləsinə daxil edilməsi, qeyri-filiz faydalı qazıntılar üzrə mədən vergisi dərəcələrinin optimallaşdırılması, vergi borcları olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, alkoqollu içkilərin satışının yalnız nağdsız qaydada həyata keçirilməsi kimi məsələlərlə bağlı dəyişikliklər vergi intizamının güclənməsinə və nəticə etibarilə büdcəyə vergi daxilolmalarının artmasına öz müsbət təsirini göstərəcək.

Bir tərəfdən neftin qiymətinin aşağı düşməsi hesabına bu sahədən daxil olan gəlirlərin və müvafiq olaraq vergi daxilolmalarının azalması, digər tərəfdən Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin xeyli hissəsinin sosial yönümlü olması, o cümlədən əhalinin böyük bir təbəqəsinin əmək haqlarından tutulan gəlir vergisi, habelə ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatların həcminin və ƏDV qeydiyyatının ləğvi üçün vergi tutulan əməliyyatların həcminin artırılması nəticəsində vergi daxilolmalarında gözlənilən azalmaları da nəzərə almaqla büdcəyə daha çox vergi yığılması üçün vergi bazası genişləndirilməli, vergidən yayınmağa cəhd göstərənlərə qarşı daha sərt inzibati tədbirlər görülməlidir ki, bütün bunlar artıq Məcəllədə öz əksini tapıb və 2016-cı ilin yanvar ayının 1-dən qüvvəyə minəcək.

Nazir bildirib ki, planda vergi qanunvericiliyində edilmiş dəyişikliklərə uyğun olaraq bir sıra yeni Qaydaların hazırlanması və ya mövcud Qaydalara dəyişiklik edilməsi, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə notariuslar tərəfindən ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi bəyannaməsinin formasının və tərtib edilməsi qaydasının hazırlanması, idman mərc oyunlarından uduşlar əldə edən şəxsə ödəmələr verən şəxslər tərəfindən ödəmə mənbəyində tutulan gəlir vergisi bəyannaməsinin forması və tərtib edilməsi qaydasının hazırlanması, illik dövriyyəsi 200 min manatdan artıq olan, ticarət və ictimai iaşə fəaliyyətilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etmək üçün təqdim ediləcək məlumat formasının və onların uçota alınmaq qaydasının hazırlanması, 2016-cı ilin 1 yanvar tarixinə illik dövriyyəsi 200 min manat və az olan ƏDV ödəyicilərinin sadələşdirilmiş vergi ödəyicisi olmaq rejiminə keçid mexaniziminin hazırlanması, saxta aksiz markaları ilə markalanmış malların müəyyən edilmə mexaniziminin işlənib hazırlanması, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikinti-quraşdırma işlərinə başlanması və seçdiyi vergitutma metodu barədə verilən məlumat formasının və onun tərtib edilmə qaydasının hazırlanması, nəzarət-kassa aparatının quraşdırılması ilə bağlı qanunvericilik bazasının təkmilləşdirlməsi, bu və bu kimi digər məsələlərlə bağlı treninqlərin keçirilməsi öz əksini tapıb.

Yekunda vergilər naziri Fazil Məmmədov müzakirə olunan məsələlərlə bağlı konkret tapşırıqlarını verib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!