ABŞ Yaxın Şərqə əlavə qüvvələr yerləşdirir .....                        Ukrayna ordusu Xəzərdə Rusiya platformalarını vurdu .....                        Ötən ay kanalda batan Zaminin meyiti tapıldı .....                        ABŞ-İran danışıqlar sabah baş tutacaq .....                        Küləyə Pıçıldanmış Həqiqət .....                        İmişlidə 15 yaşlı qızın meyiti yarımtikilidə tapıldı .....                        Vens İranla danışıqlar üçün Pakistana getdi .....                        Tramp: "İran nüvə silahından imtina edəcəyini deyir" .....                        Agentliyin sabiq sədri açıqladı - “Pullar Talıbova çatırdı” .....                       
Tarix : 22-12-2016, 19:16
Dini icmalara şəhadətnamə verildi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib.

Butov.az xəbər verir ki, komitədən Ölkə.Az-a verilən məlumata görə, tədbirdə Dövlət Komitəsi sədrinin birinci müavini, Aparat rəhbəri, şöbə müdirləri və dini icmaların rəhbərləri iştirak ediblər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri qanunla tənzimlənir və mövcud qanunvericilik dövlət-din münasibətlərini yüksək səviyyədə nizamlayır.

Azərbaycanda müxtəlif din mənsublarının birgəyaşayışının nümunəvi xarakter daşıdığını vurğulayan Komitə sədrinin birinci müavini ölkəmizin dözümlülük mədəniyyətinin formalaşdığı ərazi və tolerantlığın beşiyi olduğunu diqqətə çatdırıb.
Yeni qeydiyyatdan keçmiş dini icma sədrlərinə tövsiyələrini verən Səyyad Salahlı onların yerlərdə müvafiq dövlət qurumlarının nümayəndələri ilə qarşılıqlı əməkdaşlıq və fəaliyyətinin zəruriliyini vurğulayıb.

Eyni zamanda, komitə sədrinin birinci müavini dini icma sədrlərinə dini maarifləndirmə tədbirlərində, qeyri-ənənəvi dinlərə qarşı mübarizədə daha fəal iştirak etmələrini tövsiyə edib. Dini icma sədrləri çıxış edərək dindarlar üçün yaradılan hüquqi-mənəvi şəraitə, mövcud ictimai-siyasi sabitliyə görə Azərbaycan dövlətinə və Prezident İlham Əliyevə səmimi minnətdarlıq hisslərini ifadə ediblər.
Sonda yeni qeydiyyatdan keçmiş dini icma sədrlərinə qeydiyyat şəhadətnamələri təqdim olunub.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!