Ərdoğanın Azərbaycana səfəri başa çatdı .....                        Sualların yoxlanmasında süni intellektdən istifadə edirik - Məleykə Abbaszadə .....                        Prezident Pezeşkianı Şuşa ilə tanış etdi .....                        İlham Əliyevlə Pezeşkian nələrdən danışıb? .....                        Ərdoğanla İlham Əliyev Xankəndidə görüşdü .....                        Ali Məhkəmədən mühüm qərar .....                        Trampla Zelenski telefonla danışdı .....                        Təbiətə 81 min manatlıq ziyan vuruldu .....                        Şavkat Mirziyoyev ölkəsinə döndü .....                       
Tarix : 6-12-2016, 19:12
Komitə 10 dini icmaya pul ayırdı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış daha 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.

Butov.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, Komitə sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli- mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq Sərəncamın əhəmiyyətindən danışıb.

S.Salahlı dini icmalara həyata keçirəcəkləri layihələr çərçivəsində milli-mənəvi dəyərlərimizi daha geniş şəkildə ictimaiyyətə çatdırmağı, maarifləndirmə işini yerlərdə təkmilləşdirməyi tövsiyə edib. Eyni zamanda, Komitə sədrinin birinci müavini dini icma sədrlərinə məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısını almağın, rəhbərlik etdikləri icmaların radikalizmlə ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələrinin, ümummilli maraqlardan çıxış etmələrinin vacibliyini bildirib. S.Salahlı icmaları radikalizmlə mübarizədə daha fəal olmağa çağırıb, dini icma sədrlərinə müvafiq tövsiyələrini verib.

Astara şəhəri “Qum” məscidi, Bakı şəhəri Xətai rayonu “Mirtağı” məscidi, Sumqayıt şəhəri Corat qəsəbə məscidi, Goranboy rayonu Qızılhacılı qəsəbə məscidi, Göyçay şəhəri “Mərkəz” məscidi, Sabirabad rayonu Zəngənə kənd məscidi, İsmayıllı rayon Basqal qəsəbə məscidi, Quba rayonu II Nügədi kəndi “Hacı Seyid Siracəddin” məscidi, Masallı rayonu Çaxırlı kənd məscidi, Salyan rayonu Ərəbqardaşbəyli kəndi “Keçmiş Ərəbbəbirxanlı” məscidi dini icmaları ayrılmış vəsait hesabına dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində tədbirlər həyata keçirəcəklər və yerlərdə təşkil edəcəkləri tədbirlərdə iştirakçılara dini maarifləndirmə xarakterli çap məhsulları təqdim edəcəklər.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2014-cü il 27 noyabr tarixli Sərəncamına uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən indiyədək 151 dini icmaya maliyyə yardımı ayrılıb, bunlardan 19-u qeyri-islam, 132-i isə İslam dini icmasıdır.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!