EUMA-ya yeni rəhbər TƏYİN EDİLDİ .....                        ABŞ-İran müharibəsinə hazırlıq gedir? .....                        TBMM sədri: Tarixi məsuliyyət yerinə yetiriləcək .....                        Qalatasaray Yuventusu darmadağın etdi .....                        Çox ölkədə Ramazan sabah başlayır .....                        Bakıda torpaq sürüşməsi baş verib - VİDEO .....                        Cenevrədə danışıqların birinci günü başa çatıb .....                        İranla ABŞ barışır .....                        Ukraynanın keçmiş ədliyyə naziri həbs olunub .....                       
Tarix : 5-10-2016, 19:06
Nardaranda dindarlarla görüş keçirilib


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Sabunçu rayonu Nardaran qəsəbəsində “Rəhimə xanım ziyarətgahı” məscidində dini icma üzvləri və qəsəbə dindarları ilə görüş keçirilib.

Butov.az xəbər verir ki, Komitənin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, görüşdə qurum sədrinin müavini Səyavuş Heydərov, Sabunçu Rayon İcra Hakimiyyəti və yerli hüquq-mühafizə orqanlarının rəhbərliyi iştirak ediblər.

Səyavuş Heydərov çıxış edərək Azərbaycandakı nümunəvi tolerant və multikultural mühit, eyni zamanda mövcud dini vəziyyət, dövlətin dini etiqad azadlığının təminatı üzrə gördüyü işlər haqqında məlumat verib. O bildirib ki, ölkədə dövlət-din münasibətləri yüksək səviyyədə qurulub, dövlət tərəfindən İslam və qeyri-islam dini icmalara daim diqqət və qayğı göstərilir.

Məhərrəm ayının başlanması haqda danışan sədr müavini bununla əlaqədar bütün məscidlərdə, o cümlədən “Rəhimə xanım ziyarətgahı”nda da əzadarlıq tədbirlərinin, anım mərasimlərinin QMİ-nin Qazılar Şurasının bununla bağlı verdiyi fətvaya uyğun, o cümlədən, qanunvericilik çərçivəsində həyata keçiriləcəyinə əmin olduğunu bildirib. Səyavuş Heydərov sosial dayağı olmayan radikal meyilli dairələrə qarşı mübarizə ilə bağlı görülən ardıcıl, məqsədyönlü maarifləndirmə tədbirləri barədə də iştirakçılara ətraflı məlumat verib. “Rəhimə xanım ziyarətgahı” məscidi dini icmasının sədri Musa Qasımov, qəsəbə ağsaqqalları Hacıağa Nuriyev və Seyfulla Əlizadə çıxışlarında dindarların dövlətin qayğısı və diqqəti ilə əhatələndiyini qeyd edərək, Nardaran qəsəbəsində aparılan abadlıq-quruculuq işlərinə görə dövlət başçısı və aidiyyəti qurumlara öz minnətdarlıqlarını bildiriblər.

Ötən il Nardaran qəsəbəsində baş vermiş xoşagəlməz hadisələrə toxunan çıxışçılar qəsəbə əhalisinin bu proseslərdə iştirakının olmadığını, radikal dini dairələrin kənardan idarə olunduğunu vurğulayıblar. Bütün ölkə üzrə olduğu kimi, Məhərrəm ayı ilə əlaqədar Nardaran qəsəbəsində də əzadarlıq tədbirlərinin qanunvericilik çərçivəsində və nümunəvi şəkildə təşkil ediləcəyini qeyd ediblər. Qəsəbənin dini icmasının üzvləri dinə aidiyyəti olmayan bəzi qrupların Nardaran camaatı adından çıxış etmələrini yolverilməz hesab ediblər.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!