Zelenski: Rusiya və Belarusdan başqa hər yerdə görüşə hazırıq .....                        "Real Madrid" Avropa Superliqasından çıxıb .....                        Körpələrin ölümündə təqsirləndirilən mərkəz direktoru: "493 nəfərin əvəzinə işləməli deyildim" .....                        Ukraynanın bu il üçün 60 milyard avro yardıma ehtiyac var .....                        Ata mülkünə görə xəstə qardaşını amansızlıqla döydü .....                        Olimpiya çempionlarımız "Böyük Dəbilqə" turnirində yarışacaq .....                        Məşhur salonlar şəbəkəsinin rəhbəri bloqerin 150 minini mənimsəyib? .....                        Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidin nəşi 34 il sonra tapıldı .....                        Azərbaycanda ana 40 günlük körpəsindən İMTİNA EDİB .....                       
Tarix : 9-09-2015, 08:34
Bütün Qafqazın Şeyxi xeyir-dua verdi


Qax rayonunda səfərdə olan Hacı Allahşükür Paşazadə dindarlarla görüşüb.

Butov.az Xəbər.az istinadən nəzərinizə çatdırır ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qax rayonunda səfərdə olub. QMİ mətbuat mərkəzindən ANS PRESS-ə daxil olan məlumata görə, səfərdə onu QMİ Elmi-Dini Şurasınin sədri akademik Vasim Məmmədəliyev başda olmaqla Şura üzvləri, QMİ sədrinin birinci müavini Müfti Salman Musayev və b. müşayiət ediblər.

İlk öncə Şeyxülislam A. Paşazadə və onu müşayiət edən şəxslər Heydər Əliyev Mərkəzində rayon ictimaiyyəti ilə görüş keçirdilər. Tədbirdə iştirak edən Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev öz çıxışında rayonda gedən quruculuq işləri barədə ətraflı məlumat verdi.

QMİ sədri Heydər Əliyev Mərkəzində Qax ziyalıları və rayonun ağsaqqaları ilə ünsiyyətdə oldu. Səmimi şəraitdə keçən görüşdə ölkəmizdə dini-mənəvi dəyərlərin, mədəni irsin qorunması və inkişaf etdirilməsi istiqamətində görülən işlər, maarifləndirmə tədbirləri haqqında ətraflı söhbət açıldı.

Daha sonra QMİ sədri A.Paşazadə Qax rayon Cümə məscidində dindarlarla görüşdü. Burada aparılan təmir-bərpa işləri ilə tanış olan Şeyxülislam məscidin icmasına xeyir-dualarını verdi.

Daha sonra QMİ sədri A. Paşazadə rayonun xristian dini icması ilə də görüşdü. Qax rayonu Qaxingiloy kəndində Müqəddəs Giorgi kilsəsi ilə tanış olan və bu kənddə yaşayan pravoslav gürcülər, ingiloylarla görüş keçirən Şeyxülislam icmaya maddi yardım göstərdi. A. Paşazadə ölkəmizdə dövlətin dini icmalara diqqət və qayğısının, dinlərarası münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu bildirdi və Qaxda müxtəlif dini icmalar arasında hökm sürən dostluq,qardaşlıq əlaqələrini rəğbətlə vurğuladı.


Butov.az


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!