Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                       
Tarix : 23-01-2017, 20:24
Bakıya qanunsuz dərman gətirən şəxs tutulub

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Gürcüstan vətəndaşının idarə etdiyi sərnişin avtobusuna baxış keçirilib.

Butov.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, baxış zamanı, avtobusun salonunda ilk tibbi yardım çantası kimi istifadə olunan əl çantasından sözügedən vətəndaşın gömrük nəzarətinə bəyan etmədiyi, hər birində 30 həb olmaqla 50 konvalyut “Clonazepam 2 mq”, hər birində 10 həb olmaqla 60 konvalyut “Lexotanil (bromazepam) 3 mq”, hər birində 10 həb olmaqla 63 konvalyut “Xanax (alprazolam) 0,5 mq” adlı dərman preparatları aşkar olunub.

Avtobusun orta qapısının yanında, çay hazırlanması üçün nəzərdə tutulan yerin altındakı boşluqdan isə əlavə olaraq, hər birində 30 həb olmaqla 50 konvalyut “Clonazepam 2 mq”, hər birində 20 həb olmaqla 50 konvalyut “Relium (diazepam) 5 mq”, hər birində 25 həb olmaqla 30 konvalyut “Elenium (chlordiazepoxide) 10 mq”, 1 ədəd şüşə flakonda 30 həb olmaqla “Rivotril (clonazepam) 2 mq” adlı dərman preparatları aşkar edilib.

Bundan başqa, sorğu-sual zamanı vətəndaş gömrük postunun həyətindəki sanitar qovşaqda da dərman preparatları gizlətdiyini bildirib. Dərman preparatlarının atıldığı yerə hal şahidlərinin iştirakı ilə baxış nəticəsində, orada 16 ədəd şüşə flakonda 30 həb olmaqla “Rivotril (clonazepam) 2 mq” və hər birində 10 həb olmaqla 20 konvalyut “Amitriptilin Zentiva” adlı dərman preparatlarının olduğu müəyyən edilib.

Xatırladaq ki, “ Amitriptilin Zentiva” istisna olmaqla aşkar edilən dərman preparatları “Azərbaycan Respublikası ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr”in III Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!