Belqradda Azərbaycan-Serbiya sənədləri mübadilə olundu .....                        ABŞ İran neftini daşıyan tankeri ələ keçirdi .....                        Prezidentlər mətbuata bəyanatla çıxış etdilər .....                        Serbiyaya təbii qaz ixracının həcmi artırılacaq - İlham Əliyev .....                        Moskvaya PUA hücumu .....                        Azərbaycan-Serbiya Strateji Tərəfdaşlıq Şurasının iclası olub .....                        Polşa nüvə silahı əldə etmək istəyir .....                        Sumqayıtda kişi dəm qazından öldü .....                        Yollarda görünüş məsafəsi məhdudlaşacaq .....                       
Tarix : 16-06-2016, 16:54
Avtobusda narkotik maddələr tapıldı


Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İİR vətəndaşının idarə etdiyi sərnişin avtobusuna "Nina" ləqəbli kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib.

Butov.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı 13-14 nömrəli oturacaqların arasından gömrük nəzarətindən gizlədilən, üzərində heç bir yazı olmayan 1 ədəd plastik qabda 100 ml həcmində "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin"in II Siyahısına daxil olan metadon məhlulu aşkar olunub.

Yoxlama zamanı avtobusun sərnişini olan digər İran İslam Respublikası vətəndaşının əl çantasından isə 56 ədəd həbdən ibarət "Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixatrop maddələr"in III Siyahısına daxil olan "Diazepam", 229 ədəd həbdən ibarət eyni Siyahıya daxil olan "Klonazepam" adlı dərman preparatları aşkar edilərək götürülüb.

Qeyd edək ki, 100 ml məhlulda metadonun quru maddəsinin ümumi miqdarı 0,1 qram, 56 ədəd həbdə diazepamın təsiredici maddəsinin ümumi miqdarı 0,112 qram, 229 ədəd həbdə klonazepamın təsiredici maddəsinin ümumi miqdarı 0,458 qram təşkil edir.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!