UEFA AVRO-2024-lə bağlı qərar qəbul etdi .....                        Biz tam eyni tədbirləri görürük və qırmızı xətləri keçmirik - Prezident .....                        Prezident Azərbaycanın uğurlarının səbəbini açıqladı .....                        Ceyhun Bayramov Çexiyadakı çıxışı zamanı geri qaytarılmış kəndlərdən danışdı .....                        Azərbaycan çempionatının qalibi müəyyənləşdi .....                        İtkin düşən qadının meyiti tapıldı .....                        İlham Əliyev quru sərhədləriylə bağlı önəmli açıqlama verdi .....                        Qonşularla əla münasibətlər qura bilmişik - İlham Əliyev .....                        Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək .....                       
Tarix : 23-02-2017, 12:18
Ağdamda kənd təsərrüfatı məhsullarının istehsalı artıb

Həyata keçirilən uğurlu iqtisadi siyasət, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası nəticəsində ölkəmizin bütün bölgələrində olduğu kimi, cəbhə bölgəsində yerləşən Ağdam rayonunun da sosial-iqtisadi göstəriciləri yüksəlib, rayon iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı təmin edilib.

Butov.az xəbər verir ki, Ağdam Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, 2016-cı ildə iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 106 milyon 253,9 min manat olub. Məhsul və xidmətlərin 6,8 faizi sənayenin, 6,6 faizi tikintinin, 1,2 faizi nəqliyyat və anbar təsərrüfatının, 0,3 faizi informasiya və rabitənin, 10,8 faizi ticarətin, 74,4 faizi kənd təsərrüfatının payına düşüb.

Rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatında ötən il istehsal olunan 79 milyon 16,6 min manatlıq məhsulun 56,9 faizi bitkiçilik, 43,1 faizi isə heyvandarlıq üzrədir. 2015-ci illə müqayisədə taxıl istehsalı 2,5 faiz, pambıq istehsalı 11,7 dəfə, şəkər çuğunduru istehsalı 4,7 dəfə, tərəvəz istehsalı 0,6 faiz, kartof istehsalı 0,6 faiz, bostan məhsulları 2 faiz, meyvə və giləmeyvə istehsalı 1,2 faiz artıb. 2017-ci ilin məhsulu üçün 16 min 318 hektarda payızlıq səpin aparılıb ki, bunun da 10 min 262 hektarı buğda, 3073 hektarı dən üçün arpa, 2983 hektarı xəsildir.

Keçən il Ağdam rayonunda heyvandarlıq məhsullarının istehsalında da artım qeydə alınıb. Belə ki, il ərzində 4208,8 ton ət, 34 min 168,2 ton süd, 157,1 ton yun istehsal edilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 3 faiz, süd istehsalı 2,6 faiz, yun istehsalı 0,5 faiz çox olub.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!