İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək .....                        ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO .....                        Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı .....                        Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı .....                        ABŞ müşaviri Gürcüstanda səfərdədir .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                        Respublika Pediatriya Mərkəzi yaradıldı .....                       
Tarix : 24-02-2017, 19:49
Yaxın gələcəkdə Azərbaycanda quduzluq xəstəliyinin kökü kəsiləcək

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycanda epidemioloji nəzarət sisteminin gücləndirilməsi istiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) dəstək" “Tvinninq” layihəsinin komponentlərinə daxil olan "Azərbaycanda quduzluğun kökünün kəsilməsi üzrə Milli Planın tərtibatı"na dair seminar keçirilib.

Butov.az xəbər verir ki, DBNX-dən AZƏRTAC-a bildiriblər ki, seminar Kənd Təsərrüfatı Nazirliyi ilə Avropa İttifaqının (Aİ) birgə təşkilatçılığı ilə reallaşıb.

Beynəlxalq ekspertlərin və yüksək səviyyəli nümayəndələr qrupunun (qrupa Kənd Təsərrüfatı, Səhiyyə, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər və Təhsil nazirlikləri daxildir) iştirak etdiyi tədbirdə insanlar və heyvanlar üçün ümumi olan quduzluq xəstəliyinin Azərbaycanda kökünün kəsilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi, bu sahədə istər vəhşi, istərsə də ev heyvanları arasında vəziyyətin necə olması və gələcəkdə bu sahədə aparılan tədbirlər barədə təqdimatlar olub.

Seminarda çıxış edən Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov qeyd edib ki, “Tvinninq” layihəsi sayəsində Azərbaycanda təhlükəli yoluxucu xəstəliklərin, o cümlədən quduzluq xəstəliyinin əvvəlcədən müəyyən edilməsi, vəhşi təbiətdə qarşısının alınması və epizootiya baş verən zaman təcili reaksiya verilməsi mümkün olacaq.

Həmçinin A.Süleymanov ölkənin baytarlıq xidmətinin strukturuna daxil olan qurumların maddi-texniki bazasının gücləndirilməsindən, beynəlxalq əlaqələrdən, baytarlıq sahəsində həyata keçirilən layihələrdən, baytarlıq mütəxəssislərinin müasir təlim kurslarında iştirak etmələrindən də danışıb.

Çıxış edənlər bildiriblər ki, hər bir nazirliyin quduzluq xəstəliyinin kökünün kəsilməsi planında və ictimai maarifləndirmə kampaniyasında yaxından iştirak etməsi çox vacibdir. Layihə çərçivəsində aparılacaq tədbirlərin nəticəsi olaraq Azərbaycanda insanlar və heyvanlar üçün təhlükəli olan quduzluq xəstəliyi tədricən azalacaq və yaxın gələcəkdə kökü kəsiləcək.
Yaxın gələcəkdə Azərbaycanda quduzluq xəstəliyinin kökü kəsiləcək


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!