Bu gündən yaxın qohumlar evlənə bilməyəcək .....                        Macarıstan Ermənistana yardım ayrılmasını bloklayır .....                        “Paşinyandan xahiş etdik ki, müharibəni dayandırsın” .....                        Azərbaycanda sosial müavinətlər və təqaüdlər artırılıb .....                        Azərbaycanda sammit keçiriləcək - Liderlər ölkəmizə gəlir .....                        Ərdoğan Azərbaycan xalqına təşəkkür etdi .....                        Qukasyandan yeni etiraflar .....                        Paşinyan Kallasla görüşdü .....                        Səfərov qardaşlarının nəşi Bakıya gətirildi - FOTO .....                       
Tarix : 27-10-2016, 19:18
Yararsız ətlər məhv edilib


Cəlilabad rayonunda oqoniya vəziyyətində kəsilmiş heyvan cəmdəyi zərərsizləşdirilib.

Butov.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) AzVision.az-a verilən məlumata görə, oktyabrın 11-də Cəlilabad Rayon Baytarlıq İdarəsinin və Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məlumat əsasında birgə reyd keçirilib.

Reyd zamanı Cəlilabad rayonu “Azərbaycan” küçəsində yaşayan Quliyev Elçin Cabir oğluna məxsus həyətdə 02 “Jiquli” markalı 15-BP-961 dövlət nömrə nişanlı minik avtomobilinin arxa oturacağında və yük yerində başı kəsilmiş, dərisi soyulmuş, üst-üstə tökülmüş, antisanitar vəziyyətdə daşınan 1 baş heyvan cəmdəyi və daxili orqanlar aşkar edilib.

Araşdırma zamanı ətin mənşəyinə və sağlamlığına dair müşayiətedici sənədləri olmadığı, baytarlıq-sanitariya ekspertizasından keçmədiyi müəyyən edilib. Aşkarlanan ətin və daxili orqanların insan qidası üçün yararlığı şübhə doğurduğundan onlardan müayinə üçün nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Laboratoriyada aparılan müayinələrin nəticəsinə əsasən cəmdəklərin bakterioloji çirklənməyə məruz qalması, keyfiyyətsiz olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi müəyyən edilib.

Respublika Baytarlıq Laboratoriyasının 20 oktyabr tarixli ekspertizası nəticələrin nəzərə alınaraq oqoniya vəziyyətində kəsilmiş iribuynuzlu heyvan cəmdəyinin və daxili orqanların zərərsizləşdirilməsinə qərar verilib.

Qərara uyğun olaraq Cəlilabad rayon sakini Quliyev Elçin Cabir oğlunun həyətində 02 "Jiqulu” markalı 15-BP-961 dövlət nömrə nişanlı minik avtomobilində aşkarlanmış 152 kq heyvan cəmdəyi və 12 kq heyvanın daxili orqanı baytarlıq mütəxəssislərinin nəzarəti altında Cəlilabad rayonu ərazisində heyvanlar üçün ayılmış qəbiristanlıqda aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun olaraq zərərsizləşdirilərək basdırılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!