Prezident İraq Kürdüstanının Baş naziri ilə görüşüb .....                        Paşinyanın 28 il əvvəl etdiyi 20 Yanvar etirafı .....                        Bakıda iki bacı dəm qazından öldü .....                        Sabah Xankəndiyə ilk köç olacaq .....                        Ceyhun Bayramov Hakan Fidanla danışdı .....                        Geomaqnit qasırğası müşahidə olunur .....                        Sabah da qar yağacaq .....                        Prezident Davosda görüş keçirdi .....                        İlham Əliyevə verilən mükafat daha əvvəl kimə təqdim edilib? .....                       
Tarix : 14-03-2017, 11:57
Beynəlxalq Bankda daha bir yenilik - təzə sayt açıldı

Azərbaycan Beynəlxalq Bankının (ABB) yenilənmiş www.ibar.az korporativ saytı istifadəyə verilib.
Butov.az xəbər verir ki, bankın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, sayt hazırda əsaslı dəyişikliklər mərhələsində olan ABB-nin yeni korporativ standartlarına uyğun müasir dizaynı, fərqli strukturu, ən əsası isə istifadəsinin asanlığı ilə fərqlənir.
Öz konsepsiyasına görə yeni sayt, müştərilər üçün, Bankın online filialı funksiyasını yerinə yetirəcək. Belə ki, burada ABB-nin müxtəlif çeşidli məhsul və xidmətləri barədə ətraflı məlumat almaqla yanaşı, bu məhsul və xidmətləri sayt üzərindən sifariş etmək də mümkündür. Müştərilər Bankın internet saytı vasitəsilə kreditləri, ödəniş kartlarını, bank hesablarından arayışları sifariş edə, R@ndevu xidməti vasitəsilə filial və şöbələrdə onlara əvvəlcədən xidmət vaxtı müəyyənləşdirə, kredit və kommunal ödənişləri həyata keçirə, fərdi və korporativ internet bankçılığın geniş imkanlarından faydalana bilərlər.
Saytın online məsləhətçisi günboyu istifadəçilərin müxtəlif suallarına cavab verəcək. Bankın fəaliyyət istiqamətləri və yenilikləri, missiyası, menecment sistemi, maliyyə göstəriciləri və s. barədə ətraflı məlumatları da buradan əldə etmək mümkündür.
Bu gün ABB-nin əsas hədəflərindən biri də müştərilərlə kommunikasiyaları optimallaşdırmaq, daha müştəriyönümlü bank olmaqdır. Saytın yenilənməsi müştəri məmnuniyyətinin artırılmasına, bank xidmət və məhsullarının onlar üçün daha əlçatanlığına xidmət edəcək. Bu istiqamətdə innovativ yeniliklər gələcəkdə də davam etdiriləcək.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!