"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 11-05-2017, 12:18
Tərcümə Mərkəzində Zahid Sarıtorpağın 60 illik yubileyi qeyd olunub

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində şair, yazıçı, tərcüməçi Zahid Sarıtorpağın 60 illik yubileyi qeyd olunub.
Butov.az xəbər verir ki, bu barədə Trend-ə Mərkəzdən məlumat verilib.

Mərkəzinin direktoru, yazıçı Afaq Məsud yubilyarı ad günü və yeni nəşr olunan “Dərdin sarı çəpkəni” kitabı münasibəti ilə təbrik edib, onun şəxsiyyəti və yaradıcılığı haqqında fikirlərini bölüşüb: “Təbii ki, istedad hər kəsə verilmir, amma istedadla yanaşı, şəxsi keyfiyyətləri, nəcibliyi qoruyub saxlamaq da hər yaradıcı insana nəsib olmur. Zahid Sarıtorpağın ən böyük uğuru bu keyfiyyətlərin hamısını özündə cəmləməsidir”.

Mərkəzin əməkdaşları – tərcüməçi, filologiya elmləri namizədi, dosent Vilayət Hacıyev, şair Zakir Fəxri, yazıçı Saday Budaqlı, tərcüməçi İlqar Əlfi, şair Əlisəmid Kür, yazıçı-tərcüməçi Etimad Başkeçid, şair-tərcüməçi Mahir Qarayev, dil mütəxəssisi Bəhlul Seyfəddinoğlu, yazıçı, Nəriman Əbdürrəhmanlı, şairə Rəbiqə Nazimqızı və başqaları yubilyara öz ürək sözlərini, təbriklərini çatdırıblar.

Şair, yazıçı, tərcüməçi Zahir Sarıtorpaq 1957-ci ilin 10 mayında Şamaxıda anadan olub. 1988-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitunu bitirib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Xəzər” dünya ədəbiyyatı dərgisinin redaktorudur. “Üfürülmüş çırağın ruhu”, “Tək işığın haləsi” şeir və “Dərdin sarı çəpkəni” nəsr kitablarının müəllifidir.

Məşhur ingilis klassiki Con Miltonun “İtirilmiş Cənnət” və “Qaytarılmış Cənnət” epopeyalarını, Fransua Moriakın, Artur Rembonun, Yuri Trifonovun, Mixail Prişvinin, Sergey Mixalkovun, Aqniya Bartonun əsərlərini, Aleksandr Soljenitsının “QULAQ arxipelağı” üçcildliyini dilimizə çevirib. V.Höte, V.Skott, C.Coys, M.Prust, E.İonesko, C.Steynbek, B.Pasternak və s. böyük qələm sahiblərinin əsərlərindən nümunələr onun tərcüməsində işıq üzü görüb.

***

Yosuz-yolağasız çöldü durmuşuq,

Dolaşıbdı burda zamanın çarxı.

Görən hansı vaxtdı Ölüm Vaxtıyla,

Ömrün gecəsidi, yoxsa sabahı.

Adamlar çaş-başdı bu biyabanda,

əlacsız-əlacsız dolaşır hamı.

Əqrəbləri düşmüş saat kimiyəm,

Üzümə baxanlar bir şey anlamır...

1987

***

Köhnə qəbirlərdi kol-kos içində,

Qonub baş daşına şanapipiklər.

Əlacsız adamın burda nə işi?

Tanrı bəndəsini hara sürüklər?

Ölümlə nə durur aramızda ki,

Bir uçuq divardı, bir sınıq qapı.

Bir addım bəridə sevda ələmi,

Bir addım o yanda haqqın girdabı...

1987

***

bir Ağ Yaylığın üstə

bir sıxma Yurd Torpağı

o torpağın üstündə

bir Göyərçin Ölüsü

o göyərçin ölüsünün

bir qanadı ucunda paslı bir Qıfıl

bir qanadı ucunda bir gülöyşə Nar

bu mənim Sirrim

Taleyim

dərgahlara daşımağa

bundan başqa nəyim var…

1986

Quşlar oxusun

quşlar oxusun oxusun

onsuz da bu haqq yolunda

mehrimizi nəyə salsaq

sonunda aldanış durur

kimə övliya söyləsək

dilində bir qəmli hökm

içində yalvarış durur

gedənlər gedir uzağa

gələr gəlməz Tanrı bilir

Tanrı bilir gedər getməz

gələnlər uzaqdan gəlir

sındırılmış budaqların eşqinə

«haqq! haqq!» deyən dodaqların eşqinə

yenib qonsun baxtımızın köşkünə

oxusun oxusun quşlar

quşlar oxusun oxusun

onsuz da

ancaq qanadı olanların nəğmələri

haqdan gəlir

1985

Heç nə bilinmir, heç nə

heç nə bilinmir heç nə

adamlar gedir ağaclar qalır

ağaclar gedir quşlar qalır

ya da elə əksinə

heç nə bilinmir heç nə

nə əvvəldi nə də son

nə dinən var nə susan

getmək gəlməkdən asan

ya da elə əksinə

heç nə heç nə bu gecə

gecəyə

yurd güllərinə

ulduzlara

küləyə

bu gecədən keçib gedən

tale adlı hər şeyə

bir kədərli şərqi kimi

oxuyur bizi ruhumuz

ya da elə əksinə

tək nisgildən savayı

heç nə bilinmir heç nə

1984

Necə bilirsən

necə bilirsən

doğrudanmı yiyəsiz ocaqların külü

heç vaxt qarışmır torpaqlara

doğrudanmı ahlı günlərdə

sovrulurlar gecələrin üzünə

sonra da gözləri tutulmuş ulduzlar

qaranlıqların içiylə

baş alıb gedirlər əlhavasına

necə bilirsən

bu gün bir kimsəsizdən qalan cığır

sabah hökmən başqa bir kimsəsizin

bəxtinəmi çıxır

yoxsa açılıb tökülür daha

tale dediyimizin dürlü sirləri

yoxsa mən inanmalıyam

inanmalıyam ki

ömründə ilk dəfə

çiyni bir tabuta dirənənəcən

böyüyür kişinin boyu-buxunu

necə bilirsən?..

1984

Ömür deyil ulduzlarin işiği

ömür deyil ulduzların işığı

yuxu deyil çiçəklərin qoxusu

olsa olsa bir sehrli vidadır

dinir məndə tənhalığın ağısı

mən susuram

mən susuram

sonsuzluqdan səslər dönür

mən yumuram gözlərimi

mən yumuram gözlərimi

uçuq divarlar üstünə

yorğun göyərçinlər qonur

daş dililə quş dililə

qaytarır fələk duamı

görəsən nə vaxt biləcəyik

sürdüyümüz ömür kimin yuxusunun davamıdır

gördüyümüz yuxu kimin ömrünün davamı…

1984


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!