Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
24-07-2021, 20:13
24-07-2021, 19:55
24-07-2021, 19:36
23-07-2021, 11:03
Uzaq keçmişdə Ağdamın ərazisində yaşamış türkdilli qəbilələr özlərini düşməndən müdafiə etmək üçün kiçik qalalar tikirdilər. Buna əsəsən “Ağdam” sözü keçmiş zamanda “Kiçik qala” mənasına gəlirdi. Zaman keçdikcə isə həmin şəhərin adının mənası dəyişdi. XVIII əsrin birinci yarısında Qarabağ xanı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bundan sonra "Ağdam" sözü günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev mənasına gəlib. Qədim insanların yaşayış məskəni olan Ağdam rayonu 8 avqust 1930- cu ildə salınıb. Rayonun relyefi əsasən düzənlik, qismən isə dağlıqdır. Sahəsi 1150 kvadrat km-dir. Əhalisi 153 mindən çoxdur. Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Cənubi Qafqazda ən zəngin abidələri olan yerlərdən biri məhz Ağdamdır. Şəhərin şimal-qərbində Xındırıstan kəndində yеrləşən Üzərlik təpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Musa oğlu günbəzi (1314-cü il), Salahlı-Kəngərli kəndindəki türbə və daş abidələri (XIV əsr), Papravənd kəndindəki Xanoğlu türbəsi (XVII əsr), türbələr və məscid (XVIII əsr), Qarabağ xanı Pənahəli və onun nəslinin Ağdam şəhərindəki imarəti (XVIII əsr), Şahbulaq qalası və s. mеmarlıq abidələri var. Rayonda 34 uşaq bağçası və körpələr evi, 89 ümumtəhsil məktəb, 4 fəhlə-gənclər, 1 qiyabi orta, 2 kəndli gənclər məktəbi, 4 orta ixtisas təhsili məktəbi var idi. Dram teatrı, ölkəşünaslıq muzeyi, 71 kitabxana, 13 mədəniyyət evi, 27 klub fəaliyyət göstərib. Hətta XX əsrin 70-ci illərində dünyada cəmi bir neçə yerdə mövcud olan çörək muzeyindən biri də Ağdamda yaradılıb. Qarabağın işğalı zamanı ən ağır yük Ağdam şəhərinin üzərinə düşüb. 1988-ci ilin sonlarında ermənilər ruslara arxalanaraq İrəvandan, sonra isə Qarabağdan soydaşlarımızı silah zoru ilə çıxarmağa başlayıblar. Öz doğma, ata-baba yurdlarından deportasiya edilən çarəsiz insanlar Ağdama sığınıblar. Xankəndi, Xocalı, Şuşa, Laçın, Xocavənd və Kəlbəcər işğal olunduqdan sonra sıra Ağdama gəlib. 1993-cü il iyunun 12-dən ermənilər Ağdama hücum etməyə başlayıb. Lakin Ağdam güclü müdafiə olunduğu üçün rayonu işğal etmək ermənilər üçün çətin idi. Bu zaman özünümüdafiə batalyonları da yaradılmışdı. Ağdamın əhalisi və qarabağlılar Ağdamın müdafiəsinə qalxmışdılar. Hətta Xocalı sakini olan 15 yaşlı Elsəvər Məmmədov Ağdamda 1993 -cü ildə Ağdam rayonu özünümüdafiə batalyonunda xidmət etmişdir. Buna baxmayaraq, ermənilərin təcavüzünün ardı kəsilmirdi. Silahların azlığı, hərbi texnikanın olmaması, ölkə daxilində baş verən problemlər, Gəncədə
Surət Huseynovun qaldırdığı qiyam - bütün bunlar Ağdamın müdafiəsini getdikcə çətinləşdirirdi. Və beləliklə, ermənilər 23 İyul 1993-cü ildə Ağdam rayonunun 77,4%-ni işğal etməyə nail oldular. Bu, ermənilərin böyük qələbəsi idi. Çünki Ağdamı çətinliklə işğal etmişdilər. Ağdam uğrunda gedən döyüşlərdə 5897 nəfər şəhid, 3531 nəfər əlil, 17 nəfər Milli Qəhrəman adına laiq görülmüşdür. 126 min ağdamlı isə öz doğma yurdundan ayrılmaq məcburiyyətində qalmışdı. Qarabağ döyüşlərində Allahverdi Bağırovun, Samir Abdinovunda böyük köməyi olmuşdur. Allahverdi Bağırov 3 gün ərzində 1003 Xocalı əsirini ermənilərdən xilas etmişdir. Samir Abdinov isə Xocalı faciəsi zamanı məcburi köçkün Elyana Hümbətova oğlu ilə birlikdə meşədə gizlənərkən orada onları Azərbaycan əsgərləri ilə birgə tapıb. Samir Abdinov Elyana Hümbətovanın ayaqlarının soyuqdan donmaması üçün öz çəkməsini ona verib. Əsgərlərimiz düşmənlə döyüşə-döyüşə ana ilə övladını xilas ediblər. Onları qərargaha, oradan da xəstəxanaya çatdırıblar. Hümbətovlar ailəsi on il bu əsgər çəkmələrini saxlayıb, onun sahibini axtarıblar. Yalnız sonradan öyrəniblər ki, o, həmin hadisələrdən 14 gün sonra şəhid olub. Hazırda həmin çəkmələr Döyüş Şöhrəti Muzeyində saxlanılır. 2010-cu ildə ermənilər Ağdamı erməniləşdirmək üçün Akna adını veriblər. Lakin onların Ağdamı erməniləşdirmək xəyalı 2020-ci ildə puç olur. 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayır. Bu savaşda igidlərimiz Vətənin dar günündə torpaqlarımızı işğaldan azad etmək üçün könüllü olaraq döyüşə yollanırlar. 44 gün davam edən “Dəmir Yumruq” əməliyyatı nəticəsində torpaqlarımız erməni tapdağından azad olur. 2020-ci il noyabrın 20-sinədək Ağdam rayonu Azərbaycana qaytarılır. Birinci Qarabağ müharibəsi zamanı erməni vəhşiləri mədəniyyət beşiyi olan Ağdamı alt-üst etmişdilər. Lakin Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin göstərişi ilə Ağdam yenidən dirçələcək və daha gözəl bir şəhər olacaq. Mən Ağdamın Zəngişalı kəndindənəm. Uşaqlıqdan Ağdamda gedib rahat doya-doya gəzə bilməmişəm. Ağdama hər gedəndə ermənilərin işğal etdiyi yerlərə baxıb içimdə qəribə hisslər yaşayırdım. Mənim üçün çox çətin idi. Çünki həsrətlə dağlara baxırdım. İçimdə hər zaman bir ümid var idi. Düşünürdüm ki, mütləq bir gün Ağdam yenidən bizdə olacaq və mən doğma şəhərimin hər qarış torpağında gəzə biləcəm. Və inandığım kimi də oldu. Artıq Ağdam bizdədir.
N. Abdinova, BDU Jurnalistika fakültəsinin birinci kurs tələbəsi
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!