Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
10-03-2023, 15:27
Ukraynada azərbaycanlı hərbiçi həlak olub


Ukraynada azərbaycanlı hərbiçi həlak olub

Ukrayna Silahlı Qüvvələrinin daha bir azərbaycanlı hərbçisi həlak olub. Ukrayna ordusunun baş əsgəri İlkin Hacıyev iki gün əvvəl Donbas istiqamətində həlak olub. Əslən Azərbaycanın Mingəçevir şəhərindən olan İ.Hacıyev Ukraynanın Vinnitsa şəhərində yaşayıb.

10-03-2023, 13:49
Gürcü etirazazçılar hökümətin istefasını irəli sürüb


Gürcü etirazazçılar hökümətin istefasını irəli sürüb

Gürcüstanda etiraz aksiyaları axşam saatlarına kimi davam edib. "Xarici agentlər haqqında" qanun layihəsinə qarşı başlayan aksiyalarda əsas tələb hakimiyyətin istefasına yönəlib. Müxalif siyasətçilər növbədənkənar parlament seçkilərinin keçirilməsi tələbini irəli sürüblər. Bildirilib ki, tələbləri təmin olunmayana qədər etirazları davam etdirəcəklər. Növbəti aksiyanın sabah saat 11-də keçiriləcəyi anons edilib. Xatırladaq ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Hakim partiya bu gün qanun layihəsini geri götürdüyünü elan edib.
10-03-2023, 13:39
İsraildə terror aktı törədilib


İsraildə terror aktı törədilib

İsrailin paytaxtı Təl-Əviv şəhərindəki kafelərdən birində terror aktı törədilib. Bu barədə "Jerusalem Post" nəşri yazıb. Bildirilir ki, silahlı şəxsin atəş açması nəticəsində 3 mülki vətəndaş yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, birinin vəziyyəti ağırdır. İlkin məlumata görə, hücum iki silahlı şəxs tərəfindən həyata keçirilib, onlardan biri polis tərəfindən öldürülüb.
10-03-2023, 13:35
ABŞ prezidentindən rekord büdcə təklifi gəldi


ABŞ prezidentindən rekord büdcə təklifi gəldi

ABŞ prezidenti Co Bayden 2024-cü ildə Pentaqonun büdcəsinin 842 milyard olmasını təklif edib. Bu barədə Ağ Ev məlumat yayıb. Bildirilir ki, bu, ABŞ Müdafiə Nazirliyinin 2023-cü il büdcəsindən 26 milyard dollar və ya 3,2% çoxdur, ABŞ-ın hərbi xərcləri üçün rekord məbləğdir. Büdcə layihəsində qeyd edilir ki, Pentaqonun Sakit okeanda Çinin təsirini və genişlənməsini cilovlaması üçün 9,1 milyard dollar lazım olacaq. Bundan əlavə, ABŞ nüvə arsenalının modernləşdirilməsinə 37,7 milyard dollar xərcləmək niyyətindədir.
10-03-2023, 13:32
NATO Türkiyə, Finlandiya və İsveç nümayəndələrini bir araya gətirdi


NATO Türkiyə, Finlandiya və İsveç nümayəndələrini bir araya gətirdi

NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyə, Finlandiya və İsveç hökumətlərinin nümayəndələrini bir araya toplayıb. Bu barədə təşkilatın yaydığı bəyanatda bildirilir. Stoltenberq iclas zamanı deyib ki, Finlandiya və İsveç Türkiyənin qanuni təhlükəsizlik narahatlığını aradan qaldırmaq üçün vacib addımlar atıblar: "İndi bütün müttəfiqlərin ratifikasiya prosesini başa çatdırmasının vaxtıdır". Görüş zamanı Türkiyə, Finlandiya və İsveç nümayəndələri üçtərəfli memorandumun həyata keçirilməsi üçün atılan addımları müzakirə ediblər. Sonda Türkiyə, Finlandiya və İsveç nümayəndələri NATO-nun Vilnüs Sammitinə qədər yenidən görüşmək barədə razılığa gəliblər.
10-03-2023, 05:28
QƏRB «İRAN»DA NƏ ETMƏK İSTƏYİR?


QƏRB «İRAN»DA NƏ ETMƏK İSTƏYİR?

«Hürriyyət» qəzetinin 28.02.2023-cü il sayında Ramazan Siracoğlu bu gün İran adlanan ölkədə baş verən prosseslər üçün ortaya cavabı düzgün tapılması çox önəmli olan iki mühüm sual qoyub, – «İran müxalifəti keçid hökuməti» formalaşdıra bilər?» «Və yaxud» sabiq şahzadə Reza Pəhləvi siyasi müxalifətin başçısı olmaq iqtidarındadır?»
Müəllif orada gedən prosesin ən əsas və maraqlı cəhətini ifadə edən sualı çox dəqiqliklə müəyyən edib, bu prosesin reallıqları barədə xeyli faktları oxucuya təqdim etsə də, prosesin reallıqlarını təsvir etməklə kifayətlənərək, sonda da ortaya özü qoyduğu bu suallara cavab tapmayaraq, nəticənin nə olacağını gələcəyin göstərəcəyini bildirir. Əlbəttə ki, proseslər başa çatdıqda onun təkcə nəticələri deyil, bu proseslərin başlamasına start verib, sonadək arxa planda duraraq onu yönləndirənlər, onların məqsədləri və s. məsələlərə aid, bu gün gizlində olan faktların xeyli hissəsi ortada olacaq. Lakin əsas məsələ bu gün göz qabağında məlum olan faktları təhlil edib, onun sabahkı inkişaf istiqamətini düzgün müəyyən edərək, bu ölkədə türk dövlətinin bərpa edilməsi, ən azından isə Güney Azərbaycanın, hansı siyasi rejim qurulmasından asılı olmayaraq şovinist fars faşizminin əsarətindən xilas edilməsi üçün güneyli Türk Milli Azadlıq Mübarizlərinin fəaliyyətinin hansı istiqamətdə, məzmunda və formada qurulmalı olduğunun düzgün proqnozlaşdırılmasıdır. Bu həm də, bu məsələdə birbaşa maraqlı olan ayrılıqda Türkiyə, Azərbaycan və Türkmənistanın, bütövlükdə isə Türk Dövlətləri Təşkilatının öz müttəfiqləri ilə birlikdə bu ölkənin əhalisinin 60 milyona qədərini təşkil edib, ölkə ərazisinin ən böyük hissəsinin sahibi olan türk millətinin əsarətdən xilas edilməsi üçün gedən proseslərə nə vaxt, hansı vasitələrlə təsir etməli, hətta lazım olduğu anda qətiyyətlə müdaxilə etməyə hazır olması üçün zəruridir.
Ölkədə molla rejiminə qarşı etirazların başlanmasının ilk günlərindən prosesin əsas təşkilatçısının ABŞ olduğu həm mollalara, həm də məlumatları düzgün təhlil edərək, nəticə çıxaran hər bir adama məlum idi. Molla rejiminə qarşı başlanan etirazların ilk bir neçə günü hamı bunu əhalinin molla rejiminin 44 il ərzində bütün əhaliyə qarşı törətdiyi cinayətlərin təbii nəticəsi kimi qəbul edirdi. Bu həqiqətən də 44 il ərzində əhalinin molla rejiminə qarşı yığılan nifrətinin bir anda püskürməsi idi. Lakin bu vəhşi rejimin bu prosesə ehtiyatla yanaşması prosesin arxasında rejimin qorxaraq, ehtiyat etdiyi bir gücün dayandığından soraq verirdi. Çox tezliklə hakimiyyətə türk əsilli, keçmiş prezidentliyə namizədin gələcəyi xəbərinin yayılmasından və Güney Azərbaycan türklərinin buna ciddi və müsbət reaksiya verməməsindən sonra, ingilislərin vasitəsilə qanunsuz hərbi çevriliş nəticəsində hakimiyyətə gələrək 53 il ərzində bu ölkədə yaşayan millətlərə, o cümlədən türklərə, xüsusilə Güney Azərbaycan türklərinə qarşı vəhşi kütləvi cinayətlər törətmiş mehtərbaşı Rzanın nəvəsi, Məhəmməd Rzanın, oğlu, ABŞ-da yaşayaraq cinayətkar babasının təkcə adını deyil, ata-babasından fars şovinizmini, türkə düşmənçiliyini genetik olaraq daşıyan Rza Pəhləvinin hakimiyyətə ən real namizəd olaraq mətbuatda yayımlanması, bu proseslərin kimlərin idarə etməsi və hansı məqsədləri təqib etmələrini ortaya qoydu. Son 97 il ərzində beynəlxalq milli və insan hüquqlarının ən iyrənc üsullarla, vəhşicəsinə tapdalayan şahlıq və molla rejiminin yetkililərinə nəinki təpki göstərmək, hətta onları məzəmmət etmək, irad tutmağı ağlına belə gətirməyən, Avropa və ABŞ tərəfindən idarə olunan beynəlxalq təşkilatlar birdən-birə bu ölkədə insan hüquqlarının pozulduğunu dilə gətirməyə başladılar. Məsələ isə çox sadədir.
1925-78-ci illər arasında şovinist fars faşizminin tipik nümayəndələri olan ata-bala Rza Mehtərbaşı və Məhəmmədrza Pəhləvilərin və onların türk millətinə, həm də Rus imperiyasına qarşı mübarizədə öz ağaları olan ingilislərin ölkədə törətdikləri saysız hesabsız cinayətlərindən cana doymuş xalqın onlara olan nifrətindən istifadə edərək bu ölkəni ingilislərin nəzarətindən çıxarıb, mollaları hakimiyyətə gətirməklə öz nəzarəti, himayəsi altına alan Rusiyanın, SSRİ-nin dağılmasından düzgün nəticə çıxararaq mütərəqqi iqtisadi-ictimai quruluş qurub sürətlə inkişaf etmək əvəzinə, Rusiyanı bütün istiqamətlərdə tənəzzülə sürükləyən yol tutmaqla son dərəcə zəiflədilməsindən sonra belə, zorla SSRİ-ni bərpa etmək iddiasına düşüb, Ukraynaya hücum etdikdən sonra Rusiyanın məğlubiyyətinin qaçılmaz olduğu məlum olduqdan sonra ingilislər orta şərqdə onların iqtisadi, siyasi maraqlarına ciddi təhlükə olan şovinist fars molla faşizmini aradan götürməklə bərabər, bu coğrafiyada Rusiyanın da mövqelərini çox ciddi zəiflətməyi hədəfləyirlər. Avropa birliyi ölkələrini, Rusiyanı, Çini, nə də İngilislərə – ABŞ cütlüyünü bu ölkədə on bir millətin milli, fərdi hüquqlarının vəhşicəsinə pozulması deyil, ilk növbədə öz iqtisadi, siyasi maraqlarının təmin edilməsi, o cümlədən türk millətinin birləşib bütövləşərək güclənməsinin qarşısının alınması düşündürür. Məhz bu məqsədlərinin reallaşdırılması üçün ABŞ-da bəsləyib, yetişdirdikləri Rza Pəhləvini molla rejiminin zülmündən cana doyan müxtəlif millətlərin nümayəndələrinin, xüsusilə bu ölkənin əsil sahibləri olan türklərin stresdən çıxmamış, isti-isti boğazına ilan kimi sarımaq istəyirlər. Məhz bu məqsədlə ata-babasından da hiyləgər, şovinist fars faşisti olan bala Pəhləvini onun ata-babasının 53 il ərzində törətdikləri geniş miqyaslı dəhşətli cinayətlərini gündəmə gətirə biləcək, onun özünün şovinist fars faşisti olduğunu aşkarlayacaq sualların verilməsindən belə qoruyaraq, onu cəmiyyətə demokrat çulunda sırımağa çalışırlar.
Rza Pəhləvinin molla rejiminə qarşı olan müxtəlif yönlü müxalifət qüvvələrini vahid cəbhədə birləşdirə, ölkədə postmolla rejimi dövrü üçün «keçid hökuməti» formalaşdıra biləcək fiqur kimi ictimaiyyətə sırımaq cəhdləri Qərbin bütün hallarda bu gün İran adlanan ölkədə çulunun rəngini dəyişmiş şovinist fars faşizmini hakimiyyətdə saxlamaqda iddialı olduğunu sübut edir. «Keçid hökuməti» məsələsinə gəldikdə isə molla rejiminin heç bir halda hakimiyyət başında qala bilməyəcəyi, həm molla rejimi yetkililərinə, həm də başqalarına məlum olduğundan. Tehran rejiminin mənbələrindən, özlərinə toxunulmazlıq təminatı almaq üçün mollaların nümayəndələrinin ABŞ, Britaniya, Fransa və Rusiyanın məxfi nümayəndələri ilə gizli danışıqlar apardıqları barədə qeyri-rəsmi məlumatlar gəlməkdədir. Rza Pəhləvinin liderliyi ilə «koalisiyalı keçid hökuməti» adı ilə ingilislərin planına uyğun «demokratik Pəhləvi rejiminin» qurulmasına liberal münasibət bəsləyən qüvvələrdən ibarət komanda formalaşdırmaqla molla rejimini əvəzləmək, bu baş tutmadığı halda ABŞ-ın İraqa müdaxiləsini burada təkrar edərək bu «müvəqqəti hökuməti» uzun müddətə bu ölkə əhalisinin, xüsusilə türklərin boğazına dar ağacının kəndiri kimi keçirməyi hədəfləyən ingilislərin, ABŞ-Britaniya cütlüyünün ortaya atdığı təklifdir.
Ramazan Siracoğlunun sadaladığı, xaricdə yaşayan və Rza Pəhləvinin hakimiyyətə gətirilməsinə ən müxtəlif mövqe sərgiləyən ayrı-ayrı insanlara gəldikdə, bu kontingentdə müxtəlif millətə, savada, milli şüura və s. malik olan insanların mövcudluğu təbii haldır. Birincisi, bu adamlar hansısa siyasi qüvvəni təmsil edən adamlar deyil. İkincisi isə, 98 il ərzində öz dilindən, mədəniyyətindən zorla məhrum edilib, beyinlərinə ancaq şovinist fars nağılları yeridilməklə formalaşdırılan, öz şəxsi və milli hüquqlarını hansı üsul idarə şəraitində əldə edib, qoruya biləcəyini bilməyib, son 44 il ərzində davam edən molla rejiminin ancaq dəhşətlərindən yaxa qurtarmaq haqqında düşünən insanların mütləq əksəriyyəti gələcək rejimin onlara nə gətirəcəyi barədə deyil, nəyin bahasına olursa-olsun, ancaq mövcud rejimin pəncəsindən qurtarmağa çalışırlar.
Milli hüquqlarının təmin edilməsi haqqında düşünən siyasi qüvvələrin təmsilçiləri olan türk, kürd, bəluc, ərəb milli azadlıq hərəkatlarının nümayəndələrinin heç biri Münhen konfransına dəvət edilməyib Rza Pəhləvinin ümumi «müxalifət lideri» simasında dəvət edilməsi, konfransda İran adlanan coğrafiyada yaşayan 11 millətin milli və şəxsi hüquqlarının qorunması yox, molla rejiminin əvəzlənməsinin müzakirə mövzusu olması, Qərbin bu ölkədə öz nüfuz dairəsində olub, qərbin maraqlarına loyal münasibət bəsləyən Rza Pəhləvi kimi şovinist fars faşistini hakimiyyətə gətirmək məqsədini sübut edir. Anası farslaşmış türk olan Rza Pəhləvinin, Siracoğlunun dediyi kimi «sümüklərinin iliklərinə qədər paniranis olması» da çox mətləblərdən xəbər verir. Bu gün İran deyilən 11 (on bir) millətin yaşadığı ölkədə milli torpağı olmayıb, öz milli ərazilərində yaşayan 60 milyona yaxın türkü, xeyli sayda ərəbi, bəlucu və s. millətləri öz əsarəti altında saxlayan fars şovinizminin «paniranizmi», bu ölkənin aborigenləri olan millətləri 10-12 milyon farsın əsarətində saxlanılması deməkdir. Belə ki, İran sözü ərazi, dövlət, millət adı olmayıb, Hind-Avropa dil qrupundan biri olan «fars dili qrupuna» verilən şərti addır. Rza Pəhləvi məhz buna görə, öz müsahibələrində bu ölkədə yaşayan millətlərin milli hüquqlarının təmin edilməsi və vətəndaş hüquqlarının hansı iqtisadi-ictimai quruluşa aid mexanizmlər vasitəsilə qorunacağı barədə susur. Məhz bu susqunluq onun ölkədə yaratmaq istədiyi və bu gün «demokratiya» şuarı altında onun və ağalarının gizlətməyə çalışdığı şovinist fars faşizmi qurmaq iddiasını büruzə verir. Onun İtaliya televiziyasına verdiyi müsahibəsində «İranın təcili olaraq Rusiyadan uzaqlaşmasının, İsrail ilə münasibətlərinin normalaşmasına nail olmasının, nüvə proqramından birdəfəlik əl çəkməsinin və qonşu dövlətlərlə dinc yanaşı yaşamaq prinsipinə riayət etməsinin son dərəcə vacib olduğunu», bildirməsi, Qərbin tələbləri ilə yüz faiz üst-üstə düşməklə, onun kimin namizədi olduğunu sübut edir. Elə Kavə Şahruzun, «bu mübarizəni Reza Pəhləvisiz də aparmaq imkansızdır», sözlərinin də tərcüməsi, bu mübarizəni Qərbin, ilk növbədə ABŞ-ın dəstəyi olmadan aparmağın imkansız olması deməkdir.
Rza Pəhləvinin Avropa dövlətlərinə İranın beynəlxalq banklarda dondurulmuş hesabının hazırkı müxalifətə (əslində isə şəxsən özünün ixtiyarına – Ş.Q.) və İran xalqının istifadəsinə verilməsi kimi populist, mücərrəd, şüar məzmunlu müraciətinin isə, ağalarının Azərbaycana təklifi ilə eyni məzmunu olub bir neçə sual yaradır. Avropalılar Bavariyalılara, Basklara, Kataloniyalılara, İrlandiyalılara onların öz milli torpaqlarında öz müqəddəratını təyin etmək hüququ tanımadıqları və heç vaxt, heç bir halda tanımaq istəmədikləri halda başqa ölkələrdən daşıyıb Qarabağa gətirdikləri bir ovuc terrorçu erməniyə «öz müqəddəratını təyin etmək» hüququnun tanımasını tələb etməsi, Rza Pəhləvinin təklifi ilə eyni olması da onun başının kimin noxtasında olduğunu dəqiq sərgiləyir.
Birincisi, son bu 44 il ərzində babasının və atasının “İranı” və xalqı talayıb ABŞ və Avropadakı banklara yığdığı yüzlərlə milyardların İran xalqının istifadəsinə verilməsini niyə heç vaxt, hətta bu gün də təklif və tələb etməyib və etmir də? Xoyda zəlzələdən zərər çəkən əhaliyə “İranın” dövlət yetkililərinin heç bir kömək göstərməməsi, Azərbaycan Respublikası və Türkiyənin Xoydakı zəlzələdən zərər çəkənlərə yardım etmək təklifindən imtina etməsini dilə gətirməməsi belə bir yana, xalqdan, o cümlədən Xoy şəhəri sakinlərindən, ata-babasının talan edib, bu gün onun özünün gen-bol istifadə etdiyi milyardların heç olmasa kiçik bir hissəsini NİYƏ Xoy əhalisinin istifadəsinə vermir?
Qısası “İranda” türk dövləti bərpa edilməsə, hansı əsillinin hakimiyyətə gətirilməsindən asılı olmayaraq, türk millətinin milli və şəxsi hüquqlarının təmin edilməsi imkansızdır. Buna görə də öz milli torpaqlarında müstəqil milli dövlətini qurmaq istəyən bütün millətlər hər hansı bir paniranizm, demokratiya şüarlarına inanıb, sonda əsarətdə qalmasını istəmirsə, fars hakimiyyətinə qarşı birləşərək təşkilatlanıb, ümumi düşmənə və onların havadarlarına qarşı qəti mübarizə aparmalıdır.

Şapur Qasimi
05.03.2023
+99455 522-36-15
"Bütöv Azərbaycan" qəzeti
10 mart2023
10-03-2023, 05:23
NİSGİLLİ ÖMÜR KARVANI...SON DURACAQ.

NİSGİLLİ ÖMÜR KARVANI...SON DURACAQ.
(Bibim Səltənət Vəkilovanın parlaq xatirəsinə ittihaf olunur!)

Müstəqilliyimizin ilk illərində professor Kərim Həsənov (Vəkilov) və İ. Həbibbəylinin “Nəsil şəcərəsi” adlı kiçik həcmli kitabı nəşr edilmişdir. Bu Azərbaycanda nəsil şəcərəsi janrında yazılmış ilk əsər hesab oluna bilər. Bu kitab Azərbaycan tarixində müstəsna xidmətləri olan Qazax Sultanlığı (Tiflis), İrəvan Xanlığı və Şərur-Dərələyəz qəzası və Dərbənddə böyük mülklərə və idarəetmə hüququna malik olan vəkilovlar nəslinin Naxçıvanda məskunlaşan qanadından bəhs edirdi.
“Nəsil şəcərəsi” kitabının çapından (1992) məmnun qalsaq da bir sıra məsələlərə öz narazılığımızı bildirmək üçün qardaşım Mobillə mərhum Kərim müəllimin yanına getdik. Kərim müəllim həmin vaxtı Bakı Dövlət Universitetinin nəşriyyatının müdiri idi. O, dəyərli bir qohum, nəslimiz üçün çox qiymətli bir insan idi. Biz iki qardaş gənclik çılğınlığımıza salıb Kərim müəllimə öz iradlarımızı bildirdik. Əsas iradımız ondan ibarət idi ki, kitabda Xalq Qəhrəmanı Balo bəy Vəkilov haqqında niyə yazmamısınız?
Rəhmətlik Kərim müəllim bizim iradlarımıza çox təmkinlə qulaq asdı və bizi sakitləşdirdi. Dedi sizdən əvvəl bir yaşlı xanım zəng vurub Balo bəyə görə mənə kəskin irad bildirdi. Ancaq narahat olmağa dəyməz bu ilk nəşrdi sonra təkminləşdirilib yenə çap ediləcək. Sizin də nə materiallarınız təklifiniz varsa gətirin böyük məmnuniyyətlə kitaba əlavə edək. Yuxarıda qeyd etdiyimiz kimi “Nəsil şəcərəsi” kitabında əsasən vəkilovlar nəslinin Naxçıvanda (Şərur-Dərələyəz) yaşayan hissəsinin tarixinə işıq salırdı. Amma girişdə nəslin Qazax və İrəvanda yaşayan qanadına da toxunulmuşdu. Biz qardaşım Mobillə birlikdə Vaqif Səmədoğlu ilə bu mövzuda söhbət etmək üçün onun yanına getdik. Vaqif Səmədoğlu həmin vaxtı Yazıçılar Birliyində otururdu. Biz eyni çılğınlıqla və bir az da minnətlə Vaqif Səmədoğlu ilə görüşdük ona nəsil şəcərəmizlə bağlı bəzi suallar verdik. O, bizə Naxçıvan və İrəvanda yaşayan vəkilovlarla qohumluqlarından danışdı. Vaqif Səmədoğlu bizə çox böyük qonaqpərvərlik və mehribanlıq göstərdi. Sonra bizə dedi ki, mən bu işləri o qədər də yaxşı bilmirəm bu məsələləri İlyas (atamın əmisi İlyas Vəkilov) əmimlə Mehdixan (Səməd Vurğunun böyük qardaşı Mehdixan Vəkilov) əmim daha yaxşı bilirdi. Sonra isə məni Mehdixan Vəkilovun oğlu Cavanşir Vəkilovla tanış etmək üçün ona zəng vurub danışdı. Beləliklə Vaqif Səmədoğlu bizim üçün Vaqif əmi oldu. Doxsanıncı illərin əvvələrindən Vaqif əmi dünyasını dəyişənə kimi bu doğma münasibət davam etdi. Dünyasını dəyişdikdən sonra isə həyat yoldaşı dəyərli Nüşabə xanım Vəkilova ilə “Vaqif Səmədoğlu Mərkəzi” təsis edərək onun irsini yaşatmağa çalışırıq.

Nəsil tariximizin digər səciyyəvi xüsusiyyətlərinə keçməmişdən əvvəl bəzi fikirlərə toxunmaq istəyirəm. Bu mənada Xalq Şairi Vaqif Səmədoğlunun və professor Leyla Vəkilovanın nəslimiz haqqında söylədikləri dəyərli fikirləri gənc nəsil üçün əsl örnəkdir.
Profesor Leyla Vəkilova: “Vəkilov ailəsi xüsusi ailədir. Bu ailədə sənə özün üçün yox xalqın üçün yaşamağı öyrədirlər!”
Vaqif Səmədoğlu: “Mənsub olduğum vəkiloğulları nəsli ilə fəxr etməyim üçün mən buna layiq olmalıyam. Gərək mənəvi cəhətdən, bu nəsil dənizinə girmək üçün kifayət qədər iradən olsun. Əgər iradən olmasa, üzməyi bacarmasan adi dənizdə batdığın kimi nəsil dənizində də bata bilərsən. Vəkiloğulları nəslinin əsas üç fəaliyyət istiqaməti var. Birinci hərbi, ikinci ədəbiyyat, poyeziya, üçüncüsü diplomatiya”
Burada Peyğəmbər Əfəndimizin nəsillə bağlı üç hədisini qeyd etməklə bu məsələlərə dair şəxsi düşüncəmin məhz islam ehkamlarına söykəndiyini çatdırmaq istəyirəm. Məhəmməd Peyğəmbər (s.s) deyir: “Öz nəsli üçün vuruşub ölənlər bizdən deyildir”, “Öz nəslini öyənlərin aqibəti peyin böcəyindən də urvatsız olacaq”, “Nəslini öymə, nəslinin adını da batırma”.
Mənsub olduğumuz vəkilovlar nəslinin tarixi Azərbaycanın tarixinin bir parçası kimi öyrənilməsi və gənc nəslin buna layiqli övladlar kimi yetişməsini zəruri hesab edirəm.
Unutmayaq ki, Vəkilovlar nəsli Azərbaycan xalqının tarixinə Azərbaycanın ilk xalq şairi Səməd Vurğun, xalq şairi Vaqif Səmədoğlu, xalq yazıçısı Yusif Səmədoğlu, xalq qəhrəmanı Balo bəy Vəkilov, körkəmli dövlət xadimi Mehdixan Vəkilov, Azərbaycanın Təbriz şəhərindəki konsulluğunun qurucusu, ilk baş konsul, diplomat Cavanşir Vəkilov, Cümhuriyyət Parlamentinin üzvü, 23 yaşında isə daxili işlər naziri işləmiş Mustafa bəy Nadir bəy oğlu Vəkilov, Azərbaycanın ilk hüquqşünasları Abbas bəy Vəkilov, Həsənalısultan bəy Vəkilov, Teymur bəy Vəkilov, İstiqlal bəyannaməsinin mətninin müəllifi, Cümhuriyyət Parlamentinin ən gənc deputatı Rəhim bəy Vəkilov, Azərbaycanın ilk həkimi Məmmədrza ağa Vəkilov, Azərbaycanın ilk və yeganə topoqrafiya generalı, Azərbaycanın siyasi xəritəsinin müəllifi İbrahim ağa Vəkilov, vergilər naziri olmuş Şöhrət Vəkilov, əməkdar mühəndis Ramiz Vəkilov, səhiyyə naziri Fəxri Vəkilov, tədarük naziri Qəzənfər Vəkilov, görkəmli iqtisadçı İbrahim Xəlil oğlu Vəkilov (Məmmədov), dünya şöhrətli jurnalist Leyla Vəkilli, ilk hüquq professoru Mustafa ağa Məhəmməd ağa oğlu Vəkilov, ilk uşaq evinin yaradıcısı Badisəba xanım Vəkilova-Köçərli, ilk qadın kimya elmləri doktoru Fatma xanım Vəkilova, general-polkovnik Kərim Vəliyev, ilk kənd qız məktəbinin yaradıcısı Mədinə xanım Vəkilova-Qiyasbəyli və b. şəxslər bəxş etmişdir.

Qayıdırıq bu yazının tarixçəsinə. 26 fevral 2023-cü ildə əziz bibim Səltənət Vəkilova həyata əbədi olaraq gözlərini yumdu. Bu bizim 26 fevral tarixində itirdiyimiz ikinci bibimiz idi. Xocalı soyqırımında Dilarə bibim (bibimiz qızı) şəhid olmuşdu. 28 iyul 2018-ci ildə böyüyüb boya-başa çatdığmız Bərdə rayonunun İmirli kəndinə qonaq getmişdik. Səltənət bibimlə görüşdük. Sevinc İncəlinin babam “Ermənilərə qarşı şücaətlə döyüşən Əhməd bəy Vəkilov kim olub?” adlı məqaləsi ilə tanış olan bibim mənə dedi ki, mənim haqqımda bir yazı yaz. Mən də baş üstə dedim. Bibimlə Çivə kəndində (ata-baba kəndimiz) Musavatçıların repressiyaları onların siyahısının necə ələ keçirilməsi və.s mövzuda söhbət etdik. Lakin mən daha geniş məqalə yazım deyə yazını sonraya saxladım lakin sən saydığını say gör fələk nə sayır deyib atalar. Mən öz vəfa borcumu yerinə yetirə bilmədim. Nəhayət bibimin mənsub olduğu ailə haqqında bu yazını yazmaq qərarına gəldim.
Bibim Səltənət Vəkilovanın atası Əhməd bəy (bəzi sənədlərdə Amo kimi qeyd edilib) Həsən bəy oğlu Vəkilov Naxçıvan Xanlığının Şərur-Dərələyəz qəzasının naibi olmuş Həsənalı Sultan Vəkilovun nəvəsidir. Əsasən Qazax Sultanlığı İrəvan, Naxçıvan (Şərur-Dərələyəz) ərazilərində məskunlaşmış vəkilovlar nəsli XV əsrdə Türkiyə ərazisindən Qazax Sultanlığına oradan isə Naxçıvan və İrəvan ərazisinə yayılmışlar. Nəslin hərəkət trayektoriyası ilə bağlı tədqiqatçılar arasında fərqli fikirlər mövcuddur. Vəkilovlar nəslinə əsas titullar Səfəvi dövləti tərəfindən verilmişdir. İrəvan və Naxçıvan xanlıqları Çar Rusiyası tərəfindən işğal edildikdən sonra Qafqaz canişini Paskeviçin göstərişi ilə fransız əsilli rus səyyahı İvan İvanoviç Şopen İrəvan və Naxçıvan əhalisinin siyahıya alınmasını həyata keçirmişdir. İ.İ.Şopenin hazırladığı “Dərələyəz mahalının kameral təsviri”nə (dəyərli alim Nazir Əhmədli tərəfindən nəşr edilib) əsasən Şərur-Dərələyəz qəzasının ondan artıq kəndi Vəkilovlar nəslinin məhək daşlarından olan Həsənalı Sultan Vəkilovun şəxsi mülkü olmuşdur. Həsənalı Sultan Vəkilov Şərur mahalının Yaycı kəndində doğulmuş sonra isə Çivə kəndinə köçmüşdür. Həsənalı Sultan Vəkilov Çivə kəndinə köçdükdən sonra Yaycı, Düdəngə, Günnüt kəndindən əhali gətirərək kəndin daha da sıx məskunlaşmasını təmin etmişdir.
Çivə kəndinin ən ağır günləri 1918-ci ildə Andranik Ozanyanın dəstələrinin Şərur-Dərələyəz qəzasına hücumlarından sonra başlamışdır. Səltənət xanımın atası Əhməd bəy Vəkilovun yaşadığı Çivə kəndi erməni-müsəlman qırğınlarının ən qaynar nöqtələrindən biri olmuşdur. Bölgəyə hücumlar xalq qəhrəmanı Balo bəy Vəkilovun (Əhməd bəy Vəkilovun əmisi Cəlil bəy Vəkilovun oğludur) rəhbərliyi ilə könüllü özünümüdafiə dəstəsinin yaradılmasına səbəb oldu. Bu dəstənin ən fəal üzvlərindən biri də Əhməd bəy idi. O, bütün döyüşlərdə Balo bəylə birlikdə şücaətlə iştirak etmişdir. Dəstədə İsmayıl bəy, Əli bəy, Hüseyn bəy, Qafar bəy, Yusif bəy, Kərbəlayı Əşrəf bəy, Paşa bəy, Kərbəlayi Firudin bəy və başqa Vəkilovlar o cümlədən Çivə kəndinin qəhrəman camaatı ermənilərə qarşı döyüşlərdə iştirak etmişlər.

Ermənilərin hücumlarından birində Balo bəy, Əhməd bəy və Kərbəlayi Əşrəf bəy öz döyüş dostları ilə birlikdə böyük bir kötüyün içini oyub oraya çoxlu miqdarda barıt doldururlar. Sonra həmin kötüyü partladırlar. Ermənilər gurultunu eşidib vahimələnirlər ki, Çivəyə Osmanlı Türkiyəsindən top gətirildiyini düşünərək böyük bir ərazini qoyub qaçırlar. Sonralar ermənilər Çivəni bir neçə dəfə mühasirəyə alırlar. Ancaq müdafiəçilərin müqavimətini qıra bilmirlər. Ağır döyüşlərdən sonra Dərələyəzin müdafiəçiləri Çivə ətrafına yığışırlar. Bu zaman Vedibasar istiqamətində də qızğın döyüşlər gedirdi. Orada müdafiəçilərə Abbasqulu bəy Şadlinski başçılıq edirdi. Qüvvələr nisbətinin kəskin dəyişməsi ilə əlaqədar Dərələyəzin , Naxçıvanın (o cümlədən Vedibasarın) əhalisi geri çəkilməli olur. Əhməd bəy Vəkilov əmisi oğlu xalq qəhrəmanı Balo bəy Vəkilov və Çivə müdafiəçiləri də Naxçıvanın bütün əhalisi ilə birlikdə Arazın o tayına–Cənubi Azərbaycana üz tuturlar. Mərhum tarixçi alim Əli Əliyev özü bu hadisələrin canlı şahidi olmuş və "Biz əzablı bir ömür yaşadıq" xatirə memuarında Balo bəy Vəkilov və Çivə müdafiəçilərinin Cənubi Azərbaycana keçməsini təsvir etmişdir.
Əhməd bəyin ailəsi xalq qəhrəmanı Balo bəyin dəstəsi ilə birlikdə Arazı keçsələr də İran ərazisində ayrı düşürlər. Onların ayrı düşdükləri ağır dönəmlərdə yaşadıqları həyəcan dolu günlər ayrıca tədqiqat mövzusudur. Bu ağır günlərin şahidi olmuş nənəm Şəhrəbanu xanım da həyəcanlı günləri ömrünün son günlərinə kimi yaddaşında yaşatmışdır.
Bir müddət Cənubi Azərbaycanda qaldıqdan sonra müdafiəçilər yenidən geri qayıdır. Bu zaman Əhməd bəyin atası Məşhədi Həsən bəy bu hadisələrin ağırlığına xalqın faciəli vəziyyətinə dözmür, Naxçıvan şəhərində vəfat edir. Xalq qəhrəmanı Balo bəy Vəkilov geri qayıdandan sonra Bakıya gedir, Məhəmməd Əmin Rəsulzadə ilə görüşür. Məhəmməd Əmin Rəsulzadə onlara öz kəndlərinə qayıtmağı məsləhət görür. Bu dövrdə Dərələyəzin əhalisinin bir hissəsi Qarabağa köçür. Balo bəy və Çivə müdafiəçiləri isə öz kəndlərinə qayıdır. Yenidən döyüşlər şiddətlənir. Bu döyüşlərdə xalq qəhrəmanı Balo bəy və Çivə müdafiəçiləri o cümlədən Əhməd bəy özlərini məğlubedilməz qəhrəman kimi göstərirlər. Ermənilər xalq qəhrəmanı Balo bəyin başına mükafat təyin edirlər. Lakin istəklərinə nail ola bilmirlər.
Bolşevik Rusiyası Azərbaycan Cümhuriyyəti hakimiyyətinə son qoyduqdan sonra rus imperiyasının və yerli bolşeviklərin köməyi ilə əhalisi yalnız Azəraycan türklərindən ibarət olan Çivə kəndi Ermənistanın inzibati ərazi bölgüsünə daxil edildi. Əhməd bəy Vəkilov və xalq qəhrəmanı Balo bəy Vəkilovun mənsub olduğu vəkilovlar nəsli repressiyalara, təqib və təzyiqlərə məruz qaldı. Onların bütün mülkiyyəti evləri, torpaq sahələri, bağları alınıb kolxoza verildi. Vəkilovların bir hissəsi 37-ci il faciəsinin qurbanı oldu bir hissəsi isə el-obanı tərk etmək məcburiyyətində qaldılar. Əksəriyyəti soyadlarını dəyişmək məcburiyyətində qaldılar. Əhməd bəy Vəkilovun anadangəlmə lal olması onu represiyyadan xilas etsə də bəy ailəsindən olduqları üçün 1940-cı ilə kimi kolxoza üzv olmağa qoymurlar. Nəhayət, Əhməd bəy Vəkilovu da 1951-ci ildə ailəsi ilə birlikdə Qərbi Azərbaycan ərazisindən deportasiya edirlər. Əhməd bəy Vəkilovun adı köçmə sənədinə qeyd edilsə də o, doğma yurdunu tərk etmək ona qismət olmur. Hadisələrin ağırlığı və faciəliliyi onun da həyatla vidalaşmasına səbəb olur. Övladları isə öz doğma yurd–yuvalarından deportasiya olunaraq Bərdə rayonunun İmirli kəndinə köçməil olurlar. Bu qeyd edilənlər Səltən Vəkilovanın mənsub olduğu ailəsinin ictimai məzmun daşıyan həyat hekayəsinin bir parçasıdır.

Səltənət xanımın babası Həsən bəy Vəkilov Sara və Xədicə xanım adlı iki xanımla evli olub. Həsən bəyin Sara xanımla nigahından Əhməd bəy Səkinə və Tovuz adlı iki qızı doğulub. Xədicə xanımla evliliyindən isə Əhəd və Məhəmməd adlı iki oğlu olub (Əhəd və Məhəmməd hər ikisi çox gənc yaşlarında dünyasını dəyişib). Sonradan Əhməd bəy övladlarına öz qardaşları Əhəd və Məhəmmədin adını qoyub. Əhməd bəy ilk evliliyi Çivə kəndindən Zeynəb adlı xanımla olub. Bu nigahdan onun Leyla və Sidiqə adlı qızı olub. Sidiqə xanım doğulanda anası dünyasını dəyişib. Sonra Əhməd bəy Danzik bəylərindən Həsən bəy Vəkilovun qızı Şəhrəbanu xanımla ailə qurub. Nənəm Şəhrəbanu xanımın Zeynəb adında bir bacısı da var idi. Zeynəb xanım Vəkilova Şərurun Yeycə kəndində Mirəhməd ağa Seyidovla ailə qurmuşdu bu nigahdan doğulan Yusif Seyidov ailədə başqa bacı-qardaşı olmadığı üçün xalası uşaqları ilə bacı-qardaş kimi böyümüşdülər. Uşaq yaşlarımızdan Yusif əmi kimi tanıdığımız bu şəxs Azərbaycanın məhşur dilçi alimi professor Yusif Seyidov idi.
Əhməd bəylə Şəhrəbanu xanımın nigahından İsa, Musa, Mustafa, Məhəmməd, Əhəd adlı oğlu Səltənət adlı qızı dünyaya gəlib. Əhməd bəyin qızı Leyla xanımın taleyi acı sonluqla bitib. Danzik kəndində Sultan bəylə ailə quran Leyla xanım çox cəsur emosional bir xanım olub. At belində aynalı tüfəng çiynində Danzik kəndindən Çivəyə qayıdarkən yolda ermənilər qarət məqsədi ilə öldürüblər. Meyidini 2-3 gün sonra tapmaq mümkün olmuşdur. Böyük bir acı ilə ailəsi onu dəfn edərək nisgilini öz ürəklərində daimi yaşatmışlar. Sidiqə xanım Vəkilova isə həmkəndlisi Oruc Nürəliyevlə ailə qurmuş bu nigahdan onu Nuriddin, Məhəmmədəli, Dilarə, Yaqub, Əzət adlı övladları olmuşdur. Sidiqə xanım və Oruc kişinin hədsiz gözəl simaları daima doğmalarının xatırladığı xarakterik cizgilərindəndir. Sidiqə xanımın gözəl siması qızları Dilarə və Əzətdə özünü təcəssüm etmişdir. Çivə kəndinin bolşevikləri tərəfindən ağır repressiyalara məruz qalan vəkilovlar ailəsi Dərələyəzdən deportasiya zamanı məhz Bərdə rayonun İmirli kəndində köçməkləri də Sidiqə xanımın övladlarının həmin kəndə köçmələri ilə bağlı olub. Əmim İsa Vəkilovdan bu cür ağır repressiyalardan sonra nədən kəndin camaatı ilə birlikdə İmirliyə köçdüklərini soruşduqda bildirdi ki, nə edim bacımın uşaqlarını ata bilməzdim. Ailəmiz üçün əziz olan digər bibimiz Sidiqə xanım dünyasını dəyişməzdən əvvəl Şərurun Arbatan kəndində qardaşı İsa müəllimlə qızı Əzət xanımı görmək istəməsi və kənddəki bulağın suyundan istəməsi də nisgilli həyat hekayəsinin acı finalı kimi yaddaşlarda qalıb.
Qayıdaq bu günlərdə dünyasını dəyişmiş Səltənət bibimə o gözəl siması, kişi səxavəti, namus-qeyrəti ilə Azərbaycan xanımının ən xarakterik obrazını özündə əks elətdirən bir xanım idi. Mənsub olduğu ailəsinə və nəslinə çox bağlı idi. Həyatda ən çox təəssüf etdiyi məsələlərdən biri ali təhsil ala bilməməsi idi. Mühafizəkar bəy ailəsinə mənsub olduğu üçün qardaşları onun oxumasını uyğun bilməmişdilər. Bibim təfəkkürlü insan idi onun oxumaması heç vaxt hiss edilmirdi. Bibim və ailəsi üçün həyatın ağrı-acısını hiss etdirən dönəm qardaşları Məhəmmədi gənc yaşlarında vaxtsız itirmələri olmuşdu. Bibim üçün Məhəmməd əmimin ruhu ən müqəddəs and yeri idi. Təəssüf ki, Məhəmməd əmimin ailəsi bu günlərdə daha böyük bir acı yaşadı. Atasının taleyini yaşayan ailənin böyuk övladı kübarlığı və mədəniyyəti ilə seçilən Məhəmməd əmimin böyük qızı Mətanət Türkiyə xəstəxanasında cərrahi əməliyyatdan sonra 49 yaşında faciəvi şəkildə dünyasını dəyişdi. Demək olar ki, bütün nəslimiz bu ölümdən sarsıldı. Ölümündən bir qədər əvvəl eşitdiyi bu xəbər bibimin duyduğu son acı oldu demək olar.
Gözəlliyi ilə diqqət mərkəzində olan Səltənət bibim gənc yaşlarından həmkəndlisi Vəli Ələkbərovla ailə qurub. Bu nigahdan onun Razim, Həcər, Nazim, Ələkbər, Sona adlı övladları olub. Səltənət bibimin həyat yoldaşı Vəli Ələkbərov Bərdə rayonunda sayılıb-seçilən kişilərdən olub.
Dəyərli bibim Səltənət xanımın mənsub olduğu vəkilovlar ailəsinə həsr edilmiş bu yazı ilə onun qarşısında vəfa borcumu yerinə yetirə bilməsəm də mənim üçün az da olsa təskinlikdir. Ruhu şad olsun!

Səməd Vəkilov
"Bütöv Azərbaycan" qəzeti
10 mart 2023
10-03-2023, 05:08
*Odlar Yurdunun İgid Qəhramanı*

*Həsənquliyev Şirindil Cavad oğlu*
*(18.09.1968 Qafan – 26.01.1992 Daşaltı)*

*Odlar Yurdunun İgid Qəhramanı*

Biz ikinci Qarabağ müharibəsində qazandığımız qələbə ilə “qaçqın” və “məcburi köçkün” kimi terminləri lüğətimizdən silməyi bacardıq. Ancaq “itkin” sözü hələ də həm dilimizdə, həm də ürəyimizdə sağalmaz yaraya çevirilib. “İtkin”, çox ağır ifadədir. Varlığı ilə yoxluğu bilinməyən, erməni əsirliyində ömrünün ən gözəl günlərini qurban verən bu insanların ailələri hələ də övladlarının yolunu gözləyirlər.
Həsənquliyev Şirindil Cavad oğlu...
Ermənistanın Qafan rayonundan məcburi köçkün düşən Həsənquliyevlər ailəsinin üzvü olan Şirindil, 1968-ci ildə Qafan rayonunun Açağu kəndində anadan olmuşdur. 1974-cü ildə həmin kəndin səkkizillik məktəbinə daxil olmuş, səkkizillik təhsili bitirdikdən sonra Şəhərcik məktəbində orta təhsili başa vurmuş, Bakıya gələrək İnşaat İnstitutunun axşam şöbəsinə daxil olmuşdur. 3-cü kursu bitirdikdən sonra Monqolustana hərbi xidmətə getmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra təhsilini davam etdirməklə bərabər tikintidə usta işləmişdir. 1991-ci ildə torpaqları düşməndən qorunmaq üçün könüllü olaraq İnşaat və Memarlıq İnstitutundakı təhsilini yarımçıq qoyub, Şıxovda yerləşən könüllülər batalyonuna yazılmışdır. Bacısı Nazlı onu küçəyə qədər yola salıb. Şirindil müharibəyə yollananda bacısına söz verir ki, bir həftəyə qayıdacaq, amma...
Bir çox tələbə yoldaşları ilə bərabər Milli Ordumuzun yaradılmasında böyük səyləri olmuşdur. Milli Orduda komandir müavini idi. İlk döyüş yolu Malıbəyli kəndində başlamışdır. Döyüşlərdə dəfələrlə qəhrəmanlıq göstərmişdir. Döyüşlərin birində ermənilər Şirindilin dostunu ələ keçirmiş və vəhşicəsinə öldürmüşdür. Dostunun qisasını almağa çalışan və torpaqlarımızı düşmən tapdağına vermək istəməyən Şirindilin son döyüş yolu isə Daşaltıda olmuşdur. O Daşaltı faciəsinin qurbanı olaraq 26.01.1992-ci ildə itkin düşmüşdür.
“Anam əhdinə çatmadı, amma mən son nəfəsimə qədər qardaşımın yolunu gözləyəcəm”,- deyir Nazlı xanım. Bu həsrət Şirindilin qardaşını da məzara aparıb. İndi bu evdə Şirindildən miras qalan, 31 ildir onun sözlərini yaşadan saralmış məktub var. O məktub ki, Şirindilin anasına hədiyyə etdiyi bayraqla birlikdə 28 il Zinyət ana ürəyinin başında gəzdirib, göz bəbəyi kimi qoruyub saxlayıb.
Doğmalarının gözündə sonsuzadək yaşayacaq, bir sətir məktubla, bir parça bayrağa dönən oğulları- Həsənquliyev Şirindil Cavad oğlunun xatirəsinə ehtiramla...
Aytac Hacıyeva
Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin birinci kurs tələbəsi
"Bütöv Azərbaycan" qəzeti
10 mart 2023
10-03-2023, 04:41
“KƏLƏĞAYI  ƏLVAN,  QIYĞACI”


GÜLLÜ ELDAR TOMARLI



KƏLƏĞAYI ƏLVAN, QIYĞACI”
O, baharda dünyaya gəldi, bayram günü - 1821-ci il matın 22-də. 105 il yaşadı, yaratdı, məclislərdə saz çaldı, söz dedi, dövranda və insanlarda gördüyü gözəllikləri təbliğ etdi, öyüd-nəsihət verdi, əyrilikləri tutarlı sözüylə qamçıladı. Baharın gəlişi ərəfəsində də 1926-cı il martın 7-də dünyasını dəyişdi. 200 il əvvəl 105 il ömür sürən haqq aşığı, müdrik Dədə Ələsgər sanki Dədə Qorquddan bəri yol gəlmişdi, saz tutub söz qoşanlar çox oldu, Ələsgər isə sazıyla, sözüylə zülmətdə bir işıq oldu.
Bahar təkcə yeni fəslin - Şərq dünyasında yeni ilin gəlişi, təbiətin oyanışı, çiçəklənməsi, gecə ilə gündüzün bərabərliyi deyil, həssas və duyğulu insanlarda qanın qaynaması, hisslərin coşub-daşması dövrüdür. Bahar sevgi, vüsal, əhd-peyman fəslidir, təbiətin yeni doğulmuş körpə kimi saf, payız toylarının təməlinin qoyulduğu çağdır. Çərşənbə gününü sevənlərə doğmalaşdıran, müqəddəs günə çevirən Aşıq Ələsgərin adı gələndə gənc aşiqlərin urəkləri təlatümə gəlir, qanı coşur, sevginin qanadları onları çeşmə başına aparır:
Çərşənbə günündə, çeşmə başında,
Gözüm bir alagöz xanıma düşdü.
Atdı müjgan oxun, keçdi sinəmdən,
Cadu qəmzələri qanıma düşdü.


Dədə Ələsgər aşıq poeziyasında iki qeyri-adi çərşənbə və çeşmə obrazı yaradan ozan-şairdi. Ələsgər uzaqgörənliyi çeşmə başının əvvəlki gur yığnağının olmayacağını, milli geyimli, başı kələğayılı, çiyni səhəngli, dili, gülüşü, baxışı təbii qızların naz-qəmzəsindən əsər qalmayacağını, sevgi kasadlığından gənclərin əziyyət çəkəcəklərini öncədən anlamışdı. Ona görə də həftədə heç olmasa bir gün - çərşənbə günü bir ilahi yerdə - yorulmadan sevgi nəğmələri zümzümə edən çeşmənin başında gənc aşıqləri həqiqi sevgiyə, əhd-peymana dəyər verməyə, burda təməli qoyulacaq, qurulacaq ailə ocağını qorumağa çağırırdı. Bax, budur, Dədə olmaq!
Ələsgər çeşmə başındakı “camalı bayram ayına bənzəyən, buxağından ətri-bənövşə gələn, qoynu gülşən, bahar, yaz olan” sərv boylu, tuti dilli, ləbi qönçə, yanağı lalə gözəlləri görəndə dövrandan, gözəllərdən şikayət edir, ağsaqqal gileyindən də əl çəkmir: “Keçən günü yada sal, qoca baxtım, daha köç təblini çal, qoca baxtım.” Ancaq gözəlin “qaş oynatması onun xəstə könlünü güldürsə də, işvəyü nazıyla adamı öldürsə də, qəmzəsində nahaq qanlar dolansa da”, aşıq-şairin ruhu əbədi cavandı:

Axşam-sabah, çeşmə, sənin başına,
Bilirsənmi, necə canlar dolanır?!
Büllur buxaq, lalə yanaq, ay qabaq,
Şahmar zülfü pərişanlar dolanır.

... Məni qoca gördü, ürbəndin açdı,
Ala gözlərinə gözüm sataşdı.
Huş başımdan getdi, xəyalım çaşdı,
Mürgi-ruhum asimanlar dolanır.


Haqq aşığı, Dədə titulları daşıyan Aşıq Ələsgərin yaradıcılığındakı bahar təravəti, dağ çayları kimi sözün, sazın çağlaması yəqin ki, onun baharda doğulmasından, bahar oğlu olmasından qaynaqlanır. O, sözün və sazın qüdrəti ilə möhtəşəm lövhələr də yaratdı, haqq aşığı kimi dövrünün eybəcərliklərini də cəsarətlə tənqid etdi, müdrik Dədə kimi öyüd-nəsihət də verdi.
Baharda doğulan Ələsgərin poeziyasındakı təbiətə, torpağa bağlılığın, ilahi gözəlliklərə vurğunluğun nəticəsidir ki, onun şeirləri 200 ildir ki, söz və sazsevərlərin yaddaşında əbədi yaşayır. Aşıq Ələsgərin bir neçə “Dağlar” rədifli şeiri var. Bu şeirlərdə mövzu eyni olsa da, dağların hər fəsildəki halı başqadır. Poetik düşüncənin bəzəyi təşbehlər, bənzətmələr, epitetlər və digər məcazlar o qədər mükəmməldir ki, sanki Dədə Ələsgər sözlə ecazkar təbiət tablosu yaratmışdır. Ələsgər qədər dağların əzəmətini, ilahi gözəlliyini duyan aşığa Azərbaycan aşıq ədəbiyyatı təşəkkülündən bəri az-az rast rast gəlmək olar. Hər fəslin bircə misra ilə təsvirinə fikir verək:
Hər cür çiçək açır, laləzar olur...
Yayın əvvəlində dönərsən xana...
Payızın zəmhəri qoyur virana...
Xəstə üçün təpəsində qar olur...



Aşıq Ələsgərin şeirlərində xalqın həyatı, güzəranı, milli kökə söykənən adət-ənənələri, mənəvi dünyası, əxlaqı keyfiyyətləri, yenilməzliyi, sözübütövlüyü önə çəkilib. “Qüdrətdən səngərli, qalalı, sərdara söz deməyən, şaha baş əyməyən dağlar”ın bahar əhvalından çox yazılıb. Ələsgərin təfəkküründəki dağlarsa daha cəsarətlidi, əyilməzdi, məğrurdu, haqq-ədalət tərəfdarıdı, hamıya eyni gözlə baxır:
Bahar fəsli, yaz ayları gələndə,
Süsənli, sünbüllü, lalalı dağlar.
Yoxsulu, ərbabı, şahı, gədanı,
Tutmaz bir-birindən aralı dağlar.

Dünya ədəbiyyatının tanınmış nümayəndələrindən biri Aşıq Ələsgəri “xalq universitetini bitirmiş böyük sənətkar”, Mirzə İbrahimov “xalqın ürəyindən doğan şair”, Süleyman Rüstəm Dədə Ələsgərin yaradıcılığını “xəzansız bahara bənzəyən poeziya”, aşığın tədqiqatçısı Tamilla Əliyeva “Türk xalqlarının ensiklopediyası” kimi dəyərləndirmişdir.
Samsunlu şair Zeynalabdin Makas bir qərinə əvvəl “Ələsgərlə söhbət” edirdi, dərdləşirdi:
Sənin hər kəlmənlə tanış olanda,
Həyat olur bahar fəsli, Ələsgər.

Bu şeir yazılanda Qərbi Azərbaycanda, Göyçədə acı rüzgar yenicə əsməyə başlamışdı, Qarabağa doğru gələn qara buludlar Fransadan Azərbaycana tərəf irəliləməkdəydi. Bunu türk şair anlamışdı yəqin. O, düşmənin xislətini anlatmaq üçün hələlik daha qədim dövrə səyahət edirdi:
...Kərəmi oduna yaxmadan əvvəl,
Yenə bədəsildi Əsli, Ələsgər.
... Doğma yurda yad ayağı dəyəndən,
Sazının telləri paslı, Ələsgər.
... Biz səni Göyçəli bilirik axı,
Necə deyim Vardenisli, Ələsgər?!


Axırıncı misradakı eyhamı, incə və düşündürücü məqamı unutmayaq. Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı müsahibələrinin birində qeyd edir ki, Ələsgər irsi Avropada, Amerikada, Şərq ölkələrində tanıdılmalıdır. Azərbaycan ədəbiyyatının, eləcə də Dədə Ələsgər irsinin beynəlxalq aləmdə tanıdılması Qərbi Azərbaycanın, Göyçənin və digər işğal altında inləyə-inləyə doğmalarını gözləyən torpaqların qədim-qayım Türk yurdu olmasının sübutudur. Aşıq Ələsgərin şeirlərindəki coğrafi yer adları Göyçənin əsl sahibinin kim olmasından xəbər verir. Aşığın yaradıcılığı müntəzəm və geniş araşdırıldıqca tarixin dərin qatlarına daha gur işıq düşər. Ən azı son 35 ildə erməni vandallarının ulu Göyçəmizin torpağına, tarixinə, yerüsü və yeraltı sərvətlərinə, kimliyimizin tarixi yaddaşı coğrafi adlara barbar münasibəti, şanlı tariximizin üstünə qara pərdə çəkmək cəhdi beynəlxalq aləmin diqqətinə çatdırılar. Göyçə niyə Vardenis olub sualı Qərbi maraqlandırar. Axı Ələsgər kim və haralı olduğunu şeirlərində söz möhürləriylə təsdiqləyib:
Atam Alməmməddi, Göyçə sakini,
Adım Ələsgərdi, yaxşı bil, tanı!
...Adım Ələsgərdi, Göyçə mahalım,
Dolanım başına, mən qadan alım.

Bir tədbir haqqında da söhbət açmaya bilmərəm. Erməni ikiüzlülüyünün daha bir bariz nümunəsidir bu. 1972-ci ildə Moskvada Aşıq Ələsgərin 150 illik yubileyində Ermənistan Yazıçılar Birliyinin rəhbəri, təqribən 20 il sonrakı məlum hadisələr dövründə Türkün qatı, qansız, əzazil düşməni kimi məşhurlaşan Sero Xanzadyan Aşıq Ələsgəri xalqın bağrından qopan sənətkar, insani duyğuların ən böyük tərənnümçüsü adlandırırdı. Düşmən fikri olsa da bu dəyərlə öyünə bilərik.
Aşiq Ələsgərin şeirləri xalq ruhunun, mənəviyyatının güzgüsüdür. Bu güzgüdə qürur duyduğumuz anları da görürük, utancverici cəhətləri də. Haqq aşığı Ələsgər insanın daxili gözəlliyini zahiri gözəlliklə birlikdə tərənnüm edən sənətkardır.
Yaranma tarixi bəzi mənbələrdə IV əsrə gedib çıxan, Azərbaycan xanımlarının ənənəvi və milli geyiminin ən çox istifadə olunan elementlərindən biri kələğayı ismətin, mənəvi saflığın, xanım-xatınlığın rəmzinə çevrilmişdir. Rəng dünyası, naxış və ornament zənginliyi, istifadə yerindən asılı olaraq fərqliliyi ilə seçilən, xanımların əhval-ruhiyyəsinin - sevincinin, kədərinin, yaşının göstəricisi kələğayı baş örtüyü olmaqla yanaşı, həm də müalicə xüsusiyyətinə malikdir. O qədər incə, zərifdir ki, 150 qram çəkisi var, xanımın barmağındakı üzüyün ortasından da keçə bilir.
Kələğayıda ən çox yayılmış bədii naxış elementi butadır. Buta alov, atəş, həyat rəmzidir. Azərbaycanın ən qədim ipəkçilik mərkəzləri Basqalda və Şəkidə Odlar yurdunun övladları üçün odun, alovun önəmini göstərən butalı kələğayılar daha çox istehsal olunur. Kələğayılardakı nar çiçəyi və meyvəsi, aypara, həndəsi elementlər milli kimliyimizin təsdiqidir.

2014-cü il noyabrın 26-da YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına Azərbaycan xalqına aid daha bir əlamətdar element – “Ənənəvi kələğayı sənəti və simvolizmi, qadın baş örtükərinin hazırlanması və istifadəsi” daxil edilmişdir. Bu böyük nailiyyətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rolu misilsizdir. Xalqımız yaşayır, yaradır, onun tarixi və mədəni irsi hər zaman geniş təbliğ olunmalı, dünyaya, gələcək nəsillərə çatdırılmalıdır.
Dövlətimizin mədəni irsə, milli dəyərlərə qayğısından ruhlanaraq, kələğayı muzeyi yaratmaq ideyamı alqışlayanlar məni ruhlandırdı. Məsləhət, qayğı, kömək etmək istəyənlərin sayəsində məqsədimə nail oldum. Nənəmin “urvatı”ndan bolluca bəhrələnib kələğayımı örtüb başıma, bir yola çıxdım, uğur qazandım. İndi 150 kələğayı məndən qayğı, sığal, nəvaziş istəyir. Bundan heç yorulmuram. Axı mən həmişə hərəkətdəyəm. İşim də var, dilim də, dilçəyim də. Tanıyanlar mənə həmişə “dil-dil ötürsən” - deyirlər. Nənəmin iki kələğayısı vardı, onun nəvəsi Güllü nənənin 150. Bəli, estafeti mənə ötürən nənəmi belə yaşatdım.
Kələğayı muzeyimi ziyarət edənlər – 150-dən çox qədim və indiki kələğayıları görüb heyrətlənənlər, televizyalar kələğayıların isti məkanına tez-tez gəlməyi düşünürlər. Çünki bura özünəxas hiss və duyğularla doludur. Hamı da mənim kələğayıya sevgimin, qayğımın, diqqətimin haradan qaynaqlandığı ilə maraqlanır. Kələğayını ilk dəfə nənəmdə görmüşəm və ilk baxışdan sevmişəm. Nənəmin iki kələğayısı vardı - noxudu və qara rəngli. Nənəm noxudu kələğayısını mənə hədiyyə etmişdi. Dönə-dönə tapşırmışdı ki, bu nənənin gəlinlik hədiyyəsidi, urvatıdı, yaxşı saxla, qoru. Çətinlik çəkəndə - ev-eşiyim olmayıb kirayə qalanda nənəmin hədiyyəsini göz bəbəyi kimi qorumuşam. Əvvəllər kələğayıdan istifadə etməyə çəkinsəm də, necə qarşılayacaqlar narahatlığı keçirsəm də, necə qarşılandığını görüb ürəkləndim, kələğayı sevgisinin sehrinə düşdüm. Sonra yavaş-yavaş kələğayı axtarışına çıxdım, harda satıldısa, kim satmaq istədisə, pulum az olsa da aldım, bu sevgimə görə mənə kələğayı bağışlayanlar da oldu. İndi artıq bütün tədbirlərə kələğayı ilə gedirəm, ictimai yerlərdə kələğayı ilə gəzirəm. İndi mənə “kələğayı nənə” deyirlər, mənə elə xoş gəlir ki...
Muzey son zamanlar orijinal, bədii və estetik dəyəri yüksək, qeyri-adi, çox muzeylərin həsəd aparacağı eksponatlarla zənginləşdirilmişdir. Azərbaycan ədədiyyatının, musiqisinin, siyasətinin məşhur simaları - Nizami Gəncəvinin, Nəsimi, Xan qızı Natəvanın, Pənahəli xanın, Qasım bəy Zakirin, Üzeyir Hacıbəylinin, Mirvarid Dilbazinin, Xan Şuşinskinin portretləri həkk olunmuş əlvan rəngli və naxışlı kəlağayıları - muzeyin nadir eksponatlarını görənlər heyran qalır. Kələğayı üzərində portretlər çəkilməsi tətbiqi sənətin yeniliklərindəndir ki, bu da muzeyimizdə qorunur. Hətta Nizami Gəncəvinin portreti həkk olunmuş üç kələğayı muzeydə nümayiş olunur. Bu portretlər məşhur kəlağayı ustası Mürşüd Talıbovun muzeyə hədiyyəsidi. Muzeyə hədiyyə edilən rəssam-şair Sehran Allahverdinin “Kələğayı” kompozisiyası qiymətli sənət inciləri siyahısındadır.
Rəssam Gülnarə Məmmədovanın rəsm əsərləri də muzeyə hədiyyə olunmuşdur. Novruz atributlarını özündə cəmləşdirən “Novruz” kələğayısında tonqal, tonqalın içində səməni, səməninin yanında boyadılmış yumurtalar, “Yallı” rəqsi ilə halaya düzülən gənclər, məğrur Qız qalası bitkin süjetli ansambl kimi mükəmməldir. Gülnarə xanım bayram əhval-ruhiyyəli əsərini - bahar günündə çeşmə başında Aşıq Ələsgərin sinəsində sazla uzaqlara baxmağını, ətrafında çiyni kuzəli, əli Novruz xonçalı kələğayılı qızların dayandıqlarını, təbiətin çiçəklənən vədəsini seyr etdiklərini canlandırdığı “Kəlağayı əlvan, qıyğacı” kompozisiyasının üzərində işini tamamlayıb muzeyə hədiyyə edəcək. Bu əsərdə sanki Aşıq Ələsgər sazını duyğularla dolu ürəyinin üstünə basıb oxuyur:
Ələsgərəm, yandım eşq ataşında,
Gözüm qaldı kirpiyində, qaşında.
Qazdır məzarımı çeşmə başında,
Sal sinəm üstündən yol, incimərəm.

Görkəmli ədəbi tənqidçi Yaşar Qarayevin fikri maraqlıdır: “Azərbaycan folkloruna gedən yol Göyçədən başlayır.” Ədəbiyyatşünas və musiqişünas alim Fəxrəddin Salim “Dədə Qorquddan Dədə Ələsgərə” adlı fundamental monoqrafiyasında vurğulayır ki, Azərbaycan xalqının Göyçə kimi incisi, saz, söz, ozanlıq kimi dəyəri ölçüyə gəlməyən sərvəti vardır!
Göyçə saz və söz mühitinin yetişdirdiyi azman sənətkarlardan biri Aşıq Ələsgərin yaradıcılığında vəsf olunan “gülgəz yanaq”, “ayna qabaq”, “əyri telli”, “dodağı kip”, “ağzı, burnu nazik” “yaşılbaşlı sonalar”ı - el gözəllərini aşığın özü də kələğayısız təsəvvür etmirdi:
Başında herat kələğay,
Altının cunasına bax!
Tanrı bəxtəvərinin
Əlinin hənasına bax!
Boynunda mina silsilə,
Zülfünün şanasına bax!
Tökülü burma birçəyi,
Ucu qulağından gəlir!


Professor İsmayıl Məmmədliyə görə, Aşıq Ələsgər poeziyasında milli kolorit daha çox geyimin təsvirində üzə çıxır:

Başında herat kələğay,
Bənzər göllər sonasına.
Deyib-gülmək halal olsun
Belə gözəllər xasına.

Bəzənib başdan-başa,
Əbrü ətlaz, ala gözəl.
Heratı ipək kələğay,
Ötüb qəddi-dala gözəl.
Dili şəkər, dişi inci,
Dodaq batıb bala, gözəl.

“Biçarə” Aşıq Alı el gözəlinin “başına kələğay, şal əvəzinə dolanmaq” istəyirdi, onun şəyirdi Dədə Ələsgər üçün isə kələğayı gözəllərin gözəllik, ismət, məsumluq rəmzidir. Kələğayılı gözəllər özləri ilə bərabər kələğayını da gözəlləşdirir, urvatlı edir:
Sinəm dərd əlindən oldu yaralı,
Səni görənlərin çaşır xəyalı.
Bürüyüb zülfünü başının şalı,
Heratı kələğay şala yaraşır.


Azərbaycan gözəllərinin geyimi, baş örtüyü, danışığı, nazlı baxışı, qulac hörükləri ilə ağlı, düşüncəsi, xoş rəftarı, dilindən inci sözlər tökülməsi həmişə bir-birini tamamlayanda gözəllik aşiqləri və el aşıqları belə gözəllərə “gözəllər xası” deyiblər. El gözəlinə haqq aşığı Ələsgərin ərkyana eyhamı da o qədər səmimidir. Axı haqq aşığı üçün bütün milli dəyərlər önəmlidir:
Gözəl, sənin nə vədəndir,
Kəsilib qısa tellərin?
Kələğayı əlvan, qıyğacı
Üstündən basa tellərin.

Dədə Ələsgərin insanlıq, aşıqlıq meyarı bütün mənəvi keyfiyyətləri özündə birləşdirən etik-əxlaqi örnəklərdir. “Oturub-durmaqda ədəbin bilən, danışdığı sözün qədrini bilən, kəlməsindən ləlü-gövhər süzülən, saat kimi meyli haqqa dolanan, mərifət elmiylə dolu, doğru qəlbi, doğru yolu olan” Dədə Ələsgər mənəviyyat mücəssəməsiydi:

Xalqa həqiqətdən mətləb qandıra,
Şeytanı öldürə, nəfsin yandıra.
El içində pak otura, pak dura,
Dalısınca xoş sədalı gərəkdi.

Yaxşı hörmət ilə, təmiz ad ilə,
Mən dolandım bu Qafqazın elini.
Pirə ata dedim, cavana qardaş,
Ana-bacı bildim qızı, gəlini.


Dədə Ələsgər nəfsini boğmağı bacaran, gözütox, tamahının düşməni idi:

Mən Allahdan istəmirəm
Çox dövlətim, malım ola.
Bir babatca güzəranım,
Dolanmağa halım ola.
Min batman zərim olunca,
Bir misqal kamalım ola.


Ədədi araşdırmaçı S.Quliyevanın “Ustad aşıqlarımız” seriyasından nəşr olunan “Aşıq Ələsgər yaradıcılığında gənc qızlara münasibətin təhlili” kitabında (2012) bu gün üçün həssas və mühüm bir məqama toxunulur: “Aşıq Ələsgər yaradıcılığı müasir dövrdə, xüsusilə, Qərbə sürətlə inteqrasiya etdiyimiz bir vaxtda gənc qızların şəxsiyyətinin təşəkkülündə böyük psixoloji əhəmiyyətə malikdir. Belə ki, aşıq öz qoşmalarının çoxunu el gözəllərinin tərifinə həsr etməklə, nəinki onların zahiri gözəlliklərinin təsvirini, həm də onların daxili gözəlliklərinin psixoloji təsvirini vermişdir. Bu baxımdan müasir dövrdə gənc qızların davranış və rəftarının düzgün formalaşmasında, onların mənəvi və əxlaqi inkişafında Aşıq Ələsgər yaradıcılığı psixoloji baxımdan öz aktuallığı ilə seçilir...
Aşıq Ələsgərin poetik irsi həm poeziyamızın üslub gözəlliyi baxımından, həm də dövrünün nəfəsini, ruhunu, mənzərəsini canlandırmaq baxımından maraq doğurur”.
Insan övladı üçün torpaqdan müqəddəs nemət tapılmaz. Torpaq Vətəndir, Anadır, son beşiyimizdir. Bir çox ilahi varlıqlarımızın qədrini vaxtında bilmədiyimizdən itirə-itirə gedirik. İtirdiklərimizin göynərtisindən ürəyimiz ağrıyanda peşman olsaq da, faydası olmur. Qərbi Azərbaycanın, onun gözəllik incisi Göyçənin hər qarışını haqq aşığı kimi diyar-diyar gəzən Ələsgərin yurdunun, eləcə də cənnətimiz Qarabağın bir çox ərazilərinin insanlıqdan uzaq bədxah ermənilərin tapdağında qalması el-obaya, maddi sərvətlərimizə, mənəvi dəyərlərimizə laqeyd münasibətimizin acı nəticəsidir.
Baharda doğulan, baharda bu fani dünyaya əlvida deyən, Azərbaycan aşıq şeirinin al-əlvan baharını yaradan, yaşadan Dədə Ələsgəri, digər saz, söz dahilərini, milli yaddaşımızın gözəllik, incəlik, ismət rəmzi kələğayımızı da qorumaq bu gün bizə tapşırılan ən vacib işdir. Bunun üçün ürəyimizdə Vətənə, torpağa, millətə, maddi və mənəvi varlıqlarımıza təmənnasız sevgi olmalıdır.
Sevgimiz tükənməsin!
"Bütöv Azərbaycan"
10 mart 2023
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!