Bakıda restoranda yanğın - İşçilər tüstüdən zəhərləndi .....                        Sədərək rayonunda partlayış - 2 nəfər öldü .....                        Tailandın xarici işlər naziri istefa verdi .....                        Zelenskinin legitimliyi tezliklə şübhə altına düşəcək - Peskov .....                        Muxtar Babayev G7 nazirlər toplantısında iştirak etdi .....                        Azərbaycana dəstəyinə görə minnətdarıq - Ukraynanın yeni səfiri .....                        Qəzzada ölənlərin sayı açıqlandı .....                        Türkiyə ilə sərhəd məntəqəsi istismara hazırdır - Ermənistan XİN .....                        Stokholmda yenə Quran yandırdılar .....                       
21-03-2023, 23:56
Yaponiyadan Ukraynaya 30 milyon dollarlıq yardım


Yaponiyadan Ukraynaya 30 milyon dollarlıq yardım

Yaponiya Ukraynaya müdafiə silahlarının alınması üçün 30 milyon dollar verəcək. Bu barədə Yaponiyanın baş naziri Fumio Kişida Ukrayna prezidenti Volodimir Zelenski ilə keçirdiyi mətbuat konfransı zamanı məlumat verib. Kişidanın sözlərinə görə, Yaponiya, həmçinin Ukraynanın enerji və digər sektorları üçün 470 milyon dollarlıq yeni qrant yardımı ayıracaq. Xatırladaq ki, martın 21-də Yaponiyanın baş naziri Fumio Kişida Ukraynaya səfər edib.
21-03-2023, 23:54
Ukrayna məsələsində sülh tərəfdarıyıq - Çin lideri


Ukrayna məsələsində sülh tərəfdarıyıq - Çin lideri

Çin lideri Si Cinpin ölkəsinin Ukrayna məsələsində
sülh və dialoqun tərəfdarı olduğunu bildirib. Bu barədə o, Rusiya prezidenti Vladimir Putinlə mətbuat konfransı zamanı danışıb. O qeyd edib ki, keçən ay Ukrayna böhranının siyasi həlli ilə bağlı Çinin mövqeyi dərc olunub. "Vurğulamaq istərdim ki, bu nizamlanmada biz BMT Nizamnaməsinin məqsəd və prinsiplərini davamlı şəkildə rəhbər tutur, obyektiv və qərəzsiz mövqe tutur, barışığı fəal şəkildə təşviq edir. Bizim mövqeyimiz məsələnin mahiyyətinə və həqiqətə əsaslanır. Biz həmişə sülh və dialoqun tərəfdarıyıq”, - deyə Si vurğulayıb.
21-03-2023, 23:50
Çinin sülh planı Rusiyanın yanaşmalarıyla üst-üstə düşür


Çinin sülh planı Rusiyanın yanaşmalarıyla üst-üstə düşür

Çinin sülh planı Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün əsas götürülə bilər. Bu barədə Rusiya prezidenti Vladimir Putin Çin lideri Si Cinpinlə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib. O qeyd edib ki, Çinin irəli sürdüyü sülh planının bir çox müddəaları Rusiyanın yanaşmaları ilə üst-üstə düşür: "Qərb və Kiyev buna hazır olsa, sülh yolu ilə nizamlanma üçün əsas götürülə bilər. Lakin indiyədək biz onların buna hazır olmasını müşahidə etməmişik”. Xatırladaq ki, Çin Ukraynadakı müharibənin bütün tərəflərini hərbi əməliyyatları dayandırmağa və “soyuq müharibə zehniyyətindən əl çəkməyə” çağırıb. Pekin hesab edir ki, sülh danışıqlarına başlamaq, birtərəfli sanksiyalara son qoymaq, həmçinin Ukrayna taxılının ixracına zəmanət vermək və strateji riskləri azaltmaq lazımdır. Çinin təqdim etdiyi 12 maddəlik plan “Ukrayna böhranının siyasi həlli ilə bağlı Çinin mövqeyi” adlanır.
21-03-2023, 23:45
Azərbaycan tezliklə sülh müqaviləsinin imzalanmasına hazırdır


Azərbaycan tezliklə sülh müqaviləsinin imzalanmasına hazırdır

Azərbaycan sülh gündəliyinə tam sadiqdir, Ermənistanla münasibətlərin normallaşdırılmasına və tezliklə sülh müqaviləsinin imzalanmasına hazırdır. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı deyib. Belə ki, Azərbaycan son təklif və düzəlişlərinin olduğu sülh müqaviləsinin mətnini Ermənistan tərəfinə təqdim edib. Dövlət başçısı bildirib ki, ABŞ və şəxsən dövlət katibi Antoni Blinkenin bu istiqamətdə səylərini yüksək qiymətləndirir.
21-03-2023, 23:42
İlham Əliyev ABŞ-ın dövlət katibi ilə telefon danışığı aparıb


İlham Əliyev ABŞ-ın dövlət katibi ilə telefon danışığı aparıb

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken martın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı əsnasında Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı vəziyyət müzakirə olunub. Dövlətimizin başçısı qeyd edib ki, ötən il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə buradan 4700-dən artıq nəqliyyat vasitəsinin, tibbi yardıma ehtiyacı olan şəxslərin və onları müşayiət edənlərin keçidi təmin olunub. Buna görə də bu yolun guya blokadada olması barədə məlumat Ermənistanın yalançı təbliğatıdır. Azərbaycan Prezidenti vurğulayıb ki, Ermənistanın Laçın yoluna köməkçi yoldan istifadə edərək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdə qanunsuz hərbi daşımalar, şəxsi heyətin rotasiyasını həyata keçirməsi, habelə Ermənistan silahlı qüvvələrinin 10 minə yaxın hərbçisinin hələ də Azərbaycan ərazisində olması ciddi narahatlıq doğurur. Bu xüsusda dövlətimizin başçısı Azərbaycanın Laçın yolunun Ermənistanla sərhədinin son nöqtəsində sərhəd-keçid məntəqəsinin yaradılmasının labüdlüyünü xüsusilə vurğulayıb. Prezident İlham Əliyev son həftələr ərzində Ermənistan tərəfinin Avropa İttifaqının bu ölkədəki missiyasının yerləşməsindən sui-istifadə edərək vəziyyəti qəsdən gərginləşdirmək istiqamətində siyasət yürütdüyünü, Azərbaycan-Ermənistan dövlət sərhədi boyu və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələri və qanunsuz erməni hərbi birləşmələri tərəfindən atəşkəsin intensiv şəkildə pozulması hallarının müşahidə olunduğunu diqqətə çatdırıb. Azərbaycan Prezidenti bu xüsusda 2023-cü il martın 5-də qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində 2 hərbi qulluqçumuzun şəhid olmasını və Novruz bayramı günü - martın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistanın növbəti təxribatı nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralandığını qeyd edib. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan sülh gündəliyinə tam sadiqdir, Ermənistanla münasibətlərin normallaşdırılmasına və tezliklə sülh müqaviləsinin imzalanmasına hazırdır və son təklif və düzəlişlərinin olduğu sülh müqaviləsinin mətnini Ermənistan tərəfinə təqdim edib. Dövlətimizin başçısı bildirib ki, ABŞ və şəxsən dövlət katibi Antoni Blinkenin bu istiqamətdə səylərini yüksək qiymətləndirir. Dövlət katibi Antoni Blinken bir daha vurğulayıb ki, ABŞ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün səylərini bundan sonra da davam etdirəcək. Dövlətimizin başçısı Münxendə keçirilmiş görüşün davamı olaraq Azərbaycanın Qarabağdan olan erməni sakinlərlə təmaslara hazır olduğunu və bu xüsusda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən reinteqrasiya üzrə təmasları davam etdirmək və infrastruktur layihələrini müzakirə etmək üçün onların Bakıya dəvət edildiyini də xatırladıb.
21-03-2023, 23:39
Laçın-Xankəndi yolunda bayram konserti qeyd edilib


Laçın-Xankəndi yolunda bayram konserti qeyd edilib

Laçın-Xankəndi yolunda ekoaksiyanın iştirakçıları üçün bayram konserti keçirilir. Konsertdə tanınmış müğənnilər səhnə alıblar. Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunun yaxınlığında quraşdırılan səhnədə müğənni Hissin ifasında onun repertuarından olan mahnılar səsləndirilib. Daha sonra Azərbaycanın Xalq artisti Röya Ayxan, Nuri Serinlendirici və Jane Shirokih çıxış ediblər. Onların ifaları aksiya iştirakçılarında və səhnə ətrafındakı insanlarda bayram əhvali-ruhiyyəsi yaradıb.






21-03-2023, 19:09
“Ağıllı Qarabağı tanıyaq” layihəsinə start verilir


“Ağıllı Qarabağı tanıyaq” layihəsinə start verilir

Azərbaycan Gənclər Fondu və “İrəli” İctimai Birliyinin dəstəyi, “ARB Media Qrup”un tərəfdaşlığı ilə “Ağıllı Qarabağı tanıyaq” layihəsinə start verilir.
“İrəli” İctimai Birliyinin Mətbuat xidmətindən Butov.az-a bildirilib ki, layihənin əsas məqsədi gənclərin “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyaları haqqında məlumatlılığını təmin etmək, böyük qayıdış prosesində gənclərin rolunu daha da artırmaq, habelə dövlət tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərin cəmiyyət arasında təbliğində fəal iştirak etməkdir.
Layihə çərçivəsində bir sıra dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə gənclər üçün məlumatlandırma sessiyalarının keçirilməsi nəzərdə tutulur. Sessiya müddətində iştirakçılar “Ağıllı şəhər” və onun əsas komponentləri, bu sahədə dünya praktikası, “Ağıllı şəhər” və “Ağıllı kənd”lərin dayanıqlı inkişaf prosesində rolu, onun iqtisadi əhəmiyyəti və ölkəmizdə tədbiq olunan “Ağıllı kənd” konsepsiyası ilə yaxından tanış olaraq bu sahədə yeni biliklər əldə edəcəklər.
Həmçinin qeyd olunub ki, layihə Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələr Qrant Müsabiqəsi çərçivəsində keçirilir. “Ağıllı Qarabağı tanıyaq” layihəsində iştirak etmək istəyən 16-29 yaş aralığında, məsuliyyətli və təşəbbüskar gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://bit.ly/smartkarabakh
21-03-2023, 17:13
Ərdoğanın prezidentliyə namizədliyiylə bağlı rəsmi müraciət edildi


Ərdoğanın prezidentliyə namizədliyiylə bağlı rəsmi müraciət edildi

Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyətçi Hərəkat Partiyasının (MHP) nümayəndələri Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyi ilə bağlı Ali Seçki Komissiyasına müraciət edib. Ərdoğanın prezidentliyə namizədliyi üçün müraciəti AKP-dən parlament fraksiyasının rəhbəri İsmət Yılmaz, partiyanın sədr müavini Əli İhsan Yavuz, MHP-dən isə parlament fraksiyası rəhbərinin müavini Erkan Akçay və MHP sədrinin müavini Feti Yıldız təqdim ediblər. Qeyd edək ki, 16 martda hər iki partiyanın parlament fraksiyası Ərdoğanın namizədliyinin irəli sürülməsi ilə bağlı qərar qəbul etmişdi.
21-03-2023, 17:10
Zelenski bu şəxsi təhsil naziri təyin etdi


Zelenski bu şəxsi təhsil naziri təyin etdi

Oksen Lisoviy Ukraynanın yeni təhsil və elm naziri təyin edilib. Bu barədə ölkə prezidenti Volodimir Zelenski müvafiq qərar imzalayıb. Bundan əvvəl o, Elmlər Akademiyasının direktoru və hərbçi kimi fəaliyyət göstərib.

21-03-2023, 17:05
Çin lideri Putini Pekinə dəvət etdi


Çin lideri Putini Pekinə dəvət etdi

Çin lideri Si Cinpin Rusiya Prezidenti Vladimir Putini Pekinə səfərə dəvət edib. Bu barədə Cinpin Rusiya Baş naziri Mixail Mişustinlə görüşündə bildirib. O, Putini bu il Çinə dəvət etdiyini söyləyib. Qeyd edək ki, Moskvada səfərdə olan Çin lideri ötən gün Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!