3-03-2023, 23:47
Lavrovun çıxışı salondakı insanların gülüşünə səbəb olubRusiyanın xarici işlər naziri Sergey Lavrov Hindistanda keçirilən panel iclasında çıxış edib. XİN başçısı Yeni Dehlidə keçirilən tədbirdə Rusiyaya qarşı müharibə başladıldığını bildirib. O deyib ki, "Rusiya üzləşdiyi müharibənin qarşısını almağa çalışır". Lavrovun çıxışı salondakı iştirakçıların gülüşünə səbəb olub. Qeyd edək ki, Rusiyanın XİN başçısı Seygey Lavrov Hindistanda “Böyük iyirmilik” (G20) qrupuna üzv ölkələrin xarici siyasət idarələri rəhbərlərinin Zirvə görüşündə iştirak edib. Onun müharibə ilə bağlı çıxışı Qərb mediasında sərt tənqidlərə tuş gəlib. Lavrovun guya Rusiyanın hücuma məruz qalmasını bildirməsi, Moskvanın Ukraynada apardığı müharibəyə özünəməxsus şəkildə haqq qazandırmaq niyyəti kimi qiymətləndirilib.
3-03-2023, 23:44
Kadırovun səhhətində ciddi problemlər yaranıbÇeçenistan lideri Ramzan Kadırovun səhhətində ciddi problemlərin yarandığı bildirilir. Kadırov son videolarında kökəlmiş, şişkin görünür və bəzən gözlərini aça bilmir. Ehtimal olunur ki, Kadırovun böyrəklərində ciddi problemlər var. Məlumata görə, çeçen lider rusiyalı həkimlərə etibar etməyib və Birləşmiş Ərəb Əmirliklərindən Çeçenistana xüsusi həkim gətirib. Digər iddiaya əsasən, Kadırov səhhətində yaranmış problem səbəbindən Rusiya Prezidenti Vladimir Putinin fevralın 21-də parlamentdəki çıxışına qatıla bilməyib.
3-03-2023, 23:42
ABŞ-dan Ukraynaya 400 milyonluq hərbi yardım paketiABŞ Ukrayna üçün 400 milyon dollar dəyərində yeni hərbi yardım paketi elan edib. Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Yeni paketə HIMARS sistemləri və artilleriya qurğuları üçün döyüş sursatı, “Bradley” döyüş maşınları üçün sursat və ponton körpüləri daxildir.
3-03-2023, 23:40
Serbiya Ukraynanı silahla təmin edəcəyini açıqladıSerbiyanın Müdafiə Nazirliyi ölkənin Ukraynanı sursatla təmin etmədiyini açıqlayıb. Bu barədə nazirlik mətbuata bəyanatla çıxış edib. “Serbiyadan olan müəssisələr Ukraynaya silah və hərbi texnika tədarük etməyiblər”, - rəsmi məlumatda deyilir. Xatırladaq ki, Rusiya mətbuatında Serbiyanın Ukraynaya "Qrad" mərmiləri verməsi barədə məlumat yayılıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova vəziyyəti izlədiklərini söyləyib.
3-03-2023, 22:23
Aİ Ukraynaya 5700 günəş paneli verməyi planlaşdırıbAvropa İttifaqı Ukraynaya 5700 günəş paneli verəcək. Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Layen məlumat yayıb. “Mən Ukrayna ilə onun enerji təhlükəsizliyi üçün vacib olan bərpa olunan enerji mənbələri üzərində işləyəcəyimə söz vermişəm”, - deyib. Avropa Komissiyasının sədri bildirib ki, 5700 günəş panelindən ibarət ilk partiya tezliklə Ukraynaya göndəriləcək.
3-03-2023, 22:20
Zelenski avropalı XİN rəhbərləri ilə görüşübUkrayna Prezidenti Volodimir Zelenski Niderlandın xarici işlər naziri Vopke Hoekstra və Estoniyanın xarici işlər naziri Urmas Reinsalu ilə görüşüb. Bu barədə o, özünün "Telegram" kanalında məlumat yayıb. Zelenski Niderlandın XİN başçısı ilə Haaqada Ukraynaya qarşı təcavüz cinayətinin təqibi üzrə Beynəlxalq Mərkəzin yaradılmasını müzakirə edib. Estoniyanın xarici işlər naziri ilə söhbət zamanı isə Rusiyaya qarşı sanksiyaların daha da artırılmasının vacibliyi müzakirə olunub.
3-03-2023, 22:17
Kür çayında suyun səviyyəsi azalıbKür çayında suyun səviyyəsi yenidən azalıb. Mövcud vəziyyət çayın Sabirabad rayonundan keçən hissəsində də açıq-aşkar müşahidə edilir. Bir vaxtlar Dəli Kür adı ilə tanınan Azərbaycanın ən böyük çayı indi öz məcrasından da xeyli geri çəkilib. Xanoğlan Əsgərov Sabirabad rayonu Surra kənd sakinidir. Bildirir ki, bu kənddə dünyaya göz açıb, uşaqlıq illəri də Kür çayının sahilində keçib: “Vaxt var idi Kür aşıb-daşardı. Son illər isə Kürdə suyun səviyyəsi xeyli aşağı düşüb. Yanvar ayında ölkə ərazisində yağıntılar Kürdə suyun səviyyəsinə müsbət təsir etsə də, son bir ayda çayda su demək olar ki, minimum səviyyəyə düşüb. Bu vəziyyət aran zonasında əkinlər üçün çətinliklər yaradır. Əkinin suvarılması üçün su Kür çayından nasoslar vasitəsilə götürülür. Lakin bir çox hallarda suyun azlığı həmin stansiyaların işinə çətinlik yaradır”. Onun sözlərinə görə, vaxt var idi ki, əkin sahələri Kür çayı vasitəsilə fasiləsiz suvarma suyu ilə təmin olunurdu. Lakin hazırda su qıtlığı səbəbindən suvarma qrafiklə təşkil edilir. Məqsəd isə sudan qənaətlə istifadə etməkdir. Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Adil Şabanlı deyir ki, Kür çayında son günlər suyun azalması düşməsi davam edir. Çayda suyun səviyyəsi yalnız yağıntılar olan zaman artır, digər hallarda isə suyun azalması müşahidə olunur. “Kürdə suyun səviyyəsi son günlərdə demək olar ki, 50 santimetr aşağı düşüb. Bu günə kimi çayın hazırki vəziyyəti Sabirabad rayonunda Kür üzərində olan nasos stansiyalarının işinə elə də ciddi təsir etməyib. Kür üzərində faktiki olaraq 68 nasos stansiyası var, onlardan 67-i suyu tam götürmək gücündədir”, - deyə o qeyd edib. Adil Şabanlı, həmçinin qeyd edib ki, su qıtlığı ümummilli problemdir. Ona görə də hər kəs su ehtiyatlarından səmərəli istifadə etməlidir: “Xüsusən də fermerlərimiz müasir suvarma sistemləri tətbiq etməlidirlər. Çünki müasir suvarma sistemlərinin tətbiqi nəticəsində həm su ehtiyatları qorunur, həm torpağın şoranlaşmasının qarşısı alınır, həm də məhsul bolluğu yaranır”. Məlumdur ki, su qıtlığı bütün dünyada müşahidə olunur. Bu səbəbdən ölkəmizdə də ən gur sulu çaylarda belə suyun səviyyəsi aşağı düşür. Ona görə də gələcəkdə su qıtlığı probleminin törədə biləcəyi fəsadların azaldılması üçün bütün su istifadəçiləri sudan səmərəli istifadə etməli, su təchizatı qurğularında və məişətdə su itkilərinin qarşısını almalı, təsərrüfatda müasir texnologiya və suya qənaət edən avadanlıqlar tətbiq olunmalı, içməli sudan texniki məqsədlər üçün istifadə məhdudlaşdırılmalıdır.
3-03-2023, 22:04
Borrel Rusiyanın G20-dən çıxarılmasını istəmirAvropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi Jozep Borrel Rusiyanın G20-dən çıxarılmasını istəmir. Borrel Moskva ilə diplomatik münasibətlərdə irəliləyiş gördüyünü bildirib. Ali nümayəndə bunu Rusiya XİN rəhbəri Sergey Lavrovun G20 ölkələri xarici işlər nazirlərinin Dehlidə keçirilən iclasında əvvəlki görüşdən fərqli olaraq, Qərb dövlətləri Rusiyanı tənqid edən zaman zalda qalması ilə əsaslandırıb. Belə ki, ötən il Rusiya tənqid olunarkən Sergey Lavrov yığıncağı tərk etmişdi. Borrelin fikrincə, bu, kiçik, amma vacib irəliləyişdir: "Biz danışmağa davam etməliyik, yaxud danışmasaq, heç olmasa dinləməliyik".
3-03-2023, 21:59
Kılıçdaroğlu prezidentliyə namizədlikdən geri çəkilməyəcəkCümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu prezidentliyə namizədlikdən geri çəkilməyəcək. Bu barədə twitter səhifəsində türkiyəli jurnalist İsmail Saymaz yazıb. O, iddiasını CHP-dəki mənbələrdən əldə etdiyi informasiyaya istinadən bölüşüb. Belə ki, Kılıçdaroğlunun seçkilərdə namizəd kimi iştirak etmək qərarının üzərində durduğu vurğulanıb. Qeyd edək ki, dünən "Altılı Masa"nın toplantısında vahid namizədin müəyyən edilməsi ilə bağlı rəsmi bəyanat verilib. Lakin namizədin kimliyi hələlik açıqlanmayıb. Buna baxmayaraq, siyasi ittifaqın vahid namizədinin Kamal Kılıçdaroğlu olduğu barədə hakim rəy mövcuddur. Seçkilərin 14 mayda keçirilməsi gözlənilir. İYİ Partiya idarə heyəti Kılıçdaroğlunun namizədliyinin qəbul edilməməsi barədə qərar verib, daha sonra isə sədr Meral Akşener "Altılı Masa"nı tərk etdiklərini elan edib.
3-03-2023, 21:55
Özbəkistan prezidenti qazaxıstanlı həmkarı danışıqlar aparıbÖzbəkistan prezidenti Şavkat Mirziyoyev və qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev görüşüblər. Görüş Mirziyoyevin Qazaxıstana səfəri çərçivəsində Şımkənd şəhərində keçirilib. Tərəflər Kasım-Jomart Tokayevin 2022-ci ilin dekabrında Daşkəndə dövlət səfəri nəticəsində əldə olunmuş razılaşmaların icrasını müzakirə ediblər. Prezidentlər ticarət-iqtisadi əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetiriblər. Həmçinin qarşılıqlı ticarətin artırılması, investisiyaların cəlb edilməsi, sənaye, enerji, kənd təsərrüfatı, nəqliyyat və logistika sektorlarında əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə edilib.