Mehriban Əliyevadan COP29-la bağlı daha bir paylaşım .....                        ABŞ, Azərbaycan və Çin birgə iclas keçirdi .....                        Dünya liderləri Bakıda... .....                        "Hərəkətə keçməsək, tarix bizi mühakimə edəcək" - Sandu Bakıdan səsləndi .....                        Bakıya gələn liderlərə ziyafət verildi .....                        Görkəmli alim, böyük şəxsiyyət .....                        Mirziyoyev COP29 kürsüsündən hansı mesajları verdi? .....                        Mehriban Əliyeva COP29-da çıxış etdi .....                        Ceyhun Bayramov dəyirmi masada çıxış etdi .....                       
7-03-2023, 23:31
Kanadadan Ukraynaya mina təmizlənməsi üçün 3 milyon dollarlıq yardım


Kanadadan Ukraynaya mina təmizlənməsi üçün 3 milyon dollarlıq yardım

Kanada Ukrayna ərazisinin minalardan təmizlənməsi üçün Kiyevə 3 milyon Kanada dolları (təxminən 2,2 milyon ABŞ dolları) ayırıb. Bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb. "Bu maliyyə Ukraynada mühüm bərpa və yenidənqurma səylərini dəstəkləyəcək", - açıqlamada deyilir. Bildirilir ki, yeni dəstək ukraynalıları müharibənin nəticələrini aradan qaldırmaq üçün lazım olan alətlərlə təmin etməyə kömək edəcək.
7-03-2023, 23:27
Gürcüstan Prezidenti ABŞ-a səfərini ləğv etdi


Gürcüstan Prezidenti ABŞ-a səfərini ləğv etdi

Gürcüstan Prezidenti Salome Zurabişvili ABŞ-a səfərini ləğv edib. Bu barədə Gürcüstan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, o, Tbilisidəki mitinqlərə görə Nyu-Yorka getməkdən imtina edib. Prezident ölkədə yaranan vəziyyətlə əlaqədar əhaliyə müraciət edəcək.
7-03-2023, 23:18
Gürcüstan parlamentinin qarşısını etirazçılar bürüdü


Gürcüstan parlamentinin qarşısını etirazçılar bürüdü

Gürcüstan parlamentinin binası qarşısında gərgin vəziyyət hökm sürür. Parlamentin binası önündə keçirilən aksiya zamanı polislə etirazçılar arasında insident baş verib. Polis etiraçıların parlament binasına daxil olmasında imkan verməyib. Etirazçılara qarşı su şırnağı və gözyaşardıcı qazdan istifadə olunub. İnsident nəticəsində xəsarət alanların olduğu bildirilir. Hazırda Tbilisidə gərginlik davam edir.
7-03-2023, 23:15
Paşinyan ABŞ müşaviri ilə Laçın yolundakı vəziyyəti müzakirə edib


Paşinyan ABŞ müşaviri ilə Laçın yolundakı vəziyyəti müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-ın
Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononla görüşüb. Bu barədə Ermənistan hökuməti məlumat yayıb. Görüş zamanı Laçın yolundakı vəziyyət müzakirə olunub. Bundan əlavə, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə toxunulub.
7-03-2023, 22:47
Gürcüstanda qəbul olunan qanun etirazlara səbəb olub


Gürcüstanda qəbul olunan qanun etirazlara səbəb olub

Gürcüstan parlamenti qalmaqallı “xarici agentlər” haqqında qanun layihəsini ilk oxunuşda qəbul edib. Bu barədə parlamentin sədri Şalva Papuaşvili məlumat verib. 76 deputat qanun layihəsinin lehinə, 13-ü əleyhinə səs verib. Vətəndaş cəmiyyəti nümayəndələri və müxalifət parlament önündə aksiyaya başlayıb. Gürcüstandakı ABŞ səfirliyi bu günü "demokratiyanın qara günü" adlandırıb. Qeyd edək ki, qalmaqallı qanun layihəsi Gürcüstan parlamentində etirazlara səbəb olub. Qanun layihəsinə əsasən, gəlirlərinin 20 faizdən çoxunu xarici mənbələrdən əldə edən media subyektləri və qeyri-hökumət təşkilatları xarici təsir agentləri kimi qeydiyyatdan keçməli olacaqlar. Gürcüstan müxalifəti, prezident, ABŞ Dövlət Departamenti, Avropa İttifaqının Xarici Xidməti, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı və BMT-nin Gürcüstandakı ofisi qanun layihəsini tənqid edib.
7-03-2023, 20:28
İlham Əliyev Timor-Leste Demokratik Respublikasının prezidentiylə görüşüb


İlham Əliyev Timor-Leste Demokratik Respublikasının prezidentiylə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta ilə görüşüb. Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:
- Sizi bir daha salamlayıram. Səfərə gəldiyiniz üçün təşəkkür edirəm. Bu, həqiqətən də tarixdə ilk dəfədir ki, Timor-Lestenin Prezidenti Azərbaycana səfər edir. Əminəm ki, bu, ölkələrimiz arasında dostluq əlaqələrinin, səmərəli əməkdaşlığın və tərəfdaşlığımızın uğurlu davamını təmin edəcək mühüm addımdır. Bununla yanaşı, Qoşulmama Hərəkatının bu yaxınlarda keçirilmiş Zirvə toplantısında ölkənizin yüksək səviyyədə təmsil olunması ilə bağlı minnətdarlığımı bildirmək istəyirəm. Bu toplantı olduqca uğurlu idi və üzv dövlətlər arasında həmrəyliyi bir daha nümayiş etdirdi. Azərbaycanın sədrliyinə və bizim üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi və onların maraqlarının müdafiəsinə yönəlmiş təşəbbüslərimizə verilən dəstəyə görə də minnətdarlıq bildirmək istərdim. Ölkələrimiz bir-birindən uzaqda yerləşir, lakin hesab edirəm ki, bu, müxtəlif sahələrdə əməkdaşlığa mane olmamalıdır. Bir halda ki, siyasi müstəvidə əməkdaşlıq mövcuddur, biz digər sahələrdə imkanları nəzərdən keçirməliyik. Əlbəttə ki, Sizin Azərbaycana səfəriniz qarşılıqlı maraq doğuran geniş məsələlərin müzakirəsi üçün fürsət yaradır. Cənab Prezident, bir daha Azərbaycana xoş gəlmisiniz. Sizə Azərbaycanda xoş vaxt keçirməyi arzu edirəm. Timor-Leste Prezidenti Jose Ramos Horta deyib:
- Zati-aliləri, mənimlə Azərbaycanda, iştirak edəcəyim Forumla bağlı görüşdüyünüzə görə sağ olun. Mən əvvəllər bu Foruma dəvət edilmişdim, lakin müəyyən səbəblərdən səfərə gələ bilmədim. Bu dəfə isə həqiqətən də bu səfəri həyata keçirmək arzusundaydım. İstədim həm Forumda iştirak edim, həm də rəhbərliyinizlə tərəqqi və inkişafa nail olan və haqqında çox oxuduğum Azərbaycan ilə şəxsən tanış olum. Belə bir fürsətə görə təşəkkür edirəm. Timor-Leste Demokratik Respublikasının Prezidenti Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin yüksək qiymətləndirildiyini deyib, Hərəkatın Bakıda təşkil edilən son Zirvə görüşünün uğurla keçirildiyini vurğulayıb. Prezident İlham Əliyev ölkəmizin Qoşulmama Hərəkatına sədrliyinə göstərdiyi dəstəyə görə Timor-Lestenin Prezidentinə minnətdarlığını bildirib. Görüşdə qaz, sərmayələr, gübrə istehsalı, təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Jose Ramos Horta Azərbaycanın təhsil müəssisələrində ölkəsindən olan tələbələrə təqaüd ayrılması ilə bağlı imkanlara baxılması üçün dövlətimizin başçısından xahiş edib. Azərbaycanın təhsil potensialı haqqında məlumat verən Prezident İlham Əliyev xarici tələbələr, o cümlədən Qoşulmama Hərəkatına üzv dövlətlərdən olan tələbələr üçün təhsil təqaüdlərinin ayrıldığını qeyd edərək bu məsələyə də baxılacağını bildirib.

7-03-2023, 20:23
Fransa XİN-dən ölkəmizə qarşı növbəti qərəzli mövqe


Fransa XİN-dən ölkəmizə qarşı növbəti qərəzli mövqe

Təəssüf ki, Fransa Xarici İşlər Nazirliyi növbəti dəfə bölgəmizdə baş verən təxribatları şərh edərkən qərəzli və əsassız mövqe nümayiş etdirməkdə davam edir. Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli media nümayəndələrinin mövzu ilə bağlı sualını cavablandırarkən bildirib. "Fransa tərəfi beynəlxalq hüququn norma və prinsiplərinə, üzvü olduğu BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və Üçtərəfli Bəyanat uyğun olaraq Azərbaycanın suveren ərazilərindən qeyri-qanuni erməni silahlı qüvvələrinin çıxarılmasına çağırış əvəzinə, qanunsuz erməni silahlı birləşmələrini “polis” kimi təqdim etməsi və dolayısı yolla onların Azərbaycan ərazilərində təxribatlarına haqq qazandırması qəbuledilməzdir. Fransa tərəfi anlamalıdır ki, Ermənistan tərəfinin Laçın yolunda etirazları bəhanə gətirərək alternativ yollardan istifadə etməklə qeyri-qanuni hərbi fəaliyyəti davam etdirməyə cəhd göstərməsi beynəlxalq öhdəliklərin kobud şəkildə pozulmasıdır. Bir daha xatırladırıq ki, ərazilərimizin 30 illik işğalına son qoyulmasından sonra Ermənistan tərəfinin davam edən təxribatlarının qarşısının alınması, öhdəliklərinə zidd olaraq Azərbaycan ərazilərindən hələ də çıxarılmayan erməni silahlı qüvvələri ilə mübarizə, o cümlədən silah, sursat və minaların Azərbaycanın suveren ərazilərinə daşınmasına və istifadə edilməsinə imkan verilməməsi məqsədilə bütün zəruri addımları atmaqda qərarlıdır və bu ölkəmizin suveren hüququdur", - XİN rəsmisi qeyd edib.
7-03-2023, 20:19
İranın XİN rəhbəri Türkiyəyə səfər edəcək


İranın XİN rəhbəri Türkiyəyə səfər edəcək

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Türkiyəyə səfər edəcək. Bu barədə Türkiyə XİN-dən bildirilib. Martın 8-də baş tutacaq səfər zamanı Abdullahian Ankarada türkiyəli həmkarı ilə görüşəcək, eyni zamanda zəlzələnin baş verdiyi Adıyamana baş çəkəcək.
7-03-2023, 20:16
Hərbi daşımalar üçtərəfli Bəyanatın kobud şəkildə pozulmasıdır - MN


Hərbi daşımalar üçtərəfli Bəyanatın kobud şəkildə pozulmasıdır - MN

Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərbi daşımaların həyata keçirilməsi üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulması olaraq qəbuledilməz haldır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib. Nazirlik dərhal bunu dayandırmağı tələb edib. Qeyd edilib ki, martın 7-də gün ərzində Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi nəqliyyat vasitələrinin qeyd olunan yoldan kolon şəklində hərəkəti Rusiya sülhməramlı kontingentinin müşayiəti altında təmin edilib. Ermənistanın təkzibinə və riyakarlığına baxmayaraq, texniki müşahidə vasitələri ilə yolun hərbi daşımalar üçün istifadə edildiyi bir daha təsbit olunub.
7-03-2023, 20:10
Xankəndi ətrafında baş verənlərlə bağlı Müdafiə Nazirliyi məlumat yayıb


Xankəndi ətrafında baş verənlərlə bağlı Müdafiə Nazirliyi məlumat yayıb

Martın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş insidentdən sonra Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələrinin bu yoldan hərbi təyinatlı daşımaları həyata keçirmək məqsədilə növbəti dəfə istifadə etməsi Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin texniki müşahidə vasitələri ilə qeydə alınıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Martın 7-də gün ərzində Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi nəqliyyat vasitələrinin qeyd olunan yoldan kolon şəklində hərəkəti Rusiya sülhməramlı kontingentinin müşayiəti altında təmin edilib. Ermənistanın təkzibinə və riyakarlığına baxmayaraq, texniki müşahidə vasitələri ilə yolun hərbi daşımalar üçün istifadə edildiyi bir daha təsbit olunub. Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərbi daşımaların həyata keçirilməsi üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulması olaraq qəbuledilməz haldır və dərhal dayandırılmalıdır. "Bir daha bəyan edirik ki, Ermənistan tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən qeyri-qanuni erməni silahlı dəstələrinə silah, sursat, mina, təminat və digər hərbi vasitələrin çatdırılması, eləcə də bu yolla döyüş mövqelərinə şəxsi heyətin daşınması və rotasiyası Azərbaycanın suverenliyinin, üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulması və Azərbaycana qarşı hərbi təcavüz siyasətinin davam etdirilməsidir. Bu kimi əməllərə dərhal və birdəfəlik son qoyulmasa, Ermənistanın və qanunsuz erməni hərbi ünsürlərinin Azərbaycanın suveren ərazilərində törətdikləri hərəkətlərin qarşısını almaq məqsədilə Azərbaycan tərəfi zəruri tədbirlər görmək məcburiyyətində qalacaqdır. Baş verən hadisələr Laçın yolu üzərində Azərbaycanın nəzarət rejiminin yaradılmasının zəruriliyini və labüdlüyünü bir daha təsdiq edir", - açıqlamada qeyd olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!