Bakının mərkəzində ağac avtobusun üstünə aşdı .....                        "Fənərbaxça" "Beşiktaş"ı məğlub etdi .....                        Meral Akşenerin yerinə o seçildi .....                        Hakan Fidan yunan həmkarı ilə görüşdü .....                        Cəsədi 7 gün sonra tapılan İbrahimin fotosu yayıldı .....                        “Mülki əhali demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir” - Hikmət Hacıyev .....                        Daha bir cüdoçumuz Avropa çempionu oldu .....                        Eldar MƏMMƏDBƏYLİNIN poetik dünyası .....                        Bakı metrosunda sərnişin öldü .....                       
19-03-2023, 23:56
Pakistanın sabiq baş nazirinə qarşı yeni ittihamlar irəli sürüldü


Pakistanın sabiq baş nazirinə qarşı yeni ittihamlar irəli sürüldü

Pakistan polisi ölkənin keçmiş baş naziri İmran Xana qarşı yeni ittihamlar irəli sürüb. O və 17 köməkçisi, eləcə də bəzi tərəfdarları bir sıra cinayətlərdə ittiham olunur. İmran Xan, keçmiş və indiki deputatlar, sabiq nazirlər, parlamentin keçmiş spikeri və eks-baş nazirin onlarla tərəfdarı terrorizm, polisin işinə mane olmaq, polis əməkdaşlarına hücum etmək, onları yaralamaq maddələri üzrə məsuliyyətə cəlb ediləcək. Qeyd edək ki, martın 18-də İmran Xanın tərəfdarları polislə toqquşub. Nəticədə 50-dən çox polis yaralanıb, polis postu, bir neçə avtomobil və motosiklet yandırılıb. Polis Xanın 59 tərəfdarını saxlayıb. Xan 2018-ci ildən Pakistanın baş naziri vəzifəsini tuturdu. 2022-ci ilin aprelində o, vəzifəsindən uzaqlaşdırılıb, daha sonra dövlət vəzifələrində işləmək hüququndan məhrum edilib.
19-03-2023, 23:54
İsrail və Fələstin qarşılıqlı razılığa gəldilər


İsrail və Fələstin qarşılıqlı razılığa gəldilər

İsrail və Fələstin qarşılıqlı şəkildə zorakılığı dayandırmaq üçün mexanizm yaratmaq barədə razılığa gəliblər. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Bildirilib ki, tərəflər arasında görüş Misirdə baş tutub və danışıq prosesində ABŞ, Misir və İordaniya rəsmiləri iştirak edib. Danışıqlar zamanı tərəflər Ramazan ayında zorakılığın qarşısının alınacağını bildirib. Tərəflər gərginliyin azaldılmasının zəruriliyini bəyan ediblər. Açıqlamada deyilir ki, İsrail hökuməti və Fələstin Muxtariyyəti zorakılığın 3-6 ay müddətinə dərhal dayandırılmasına hazır olduqlarını bildiriblər.
19-03-2023, 23:51
Yığmamız Avropa çempionu oldu


Yığmamız Avropa çempionu oldu

Sərbəst güləş üzrə milli yığmamız Buxarestdə keçirilən U-23 Avropa çempionatında birinci yeri tutub. Ölkəmiz ötən ilki qitə birincisi titulunu qoruyub. 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan Azərbaycan komandası 140 xalla qitənin ən güclü komandası olub. Qardaş Türkiyə (129) ikinci, Gürcüstan (125) isə üçüncü yerdə qərarlaşıb. Maqomed-Başir Xaniyev (70 kq), Turan Bayramov (74 kq) və İslam İlyasov (97 kq) qızıl, Rəşid Babazadə (65 kq) gümüş, Səbuhi Əmiraslanov (79 kq) isə bürünc medal qazanıb.
19-03-2023, 23:50
Prezidentdən Novruzla bağlı paylaşım


Prezidentdən Novruzla bağlı paylaşım

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial media hesablarında Novruz bayramı münasibətilə foto paylaşıb. Butov.az həmin paylaşımı təqdim edir.

19-03-2023, 23:47
Güləşçimiz Avropa çempionu oldu


Güləşçimiz Avropa çempionu oldu

Azərbaycan güləşçisi Turan Bayramov Buxarestdə keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb. İdmançımız 74 kiloqram çəki dərəcəsində mübarizə aparıb. Rəqiblərini üstələyərək finala adlayan Bayramov həlledici görüşdə moldovalı Vasile Diakonu məğlub edib.
19-03-2023, 23:45
Terror aktı törətmək üçün Belarusa gələn şəxslər saxlanılıb


Terror aktı törətmək üçün Belarusa gələn şəxslər saxlanılıb

Terror aktı törətmək üçün xaricdən Belarusa gələn şəxslər ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı dəstəsi tərəfindən saxlanılıb. Bu barədə ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilib ki, Qrodnoda keçirilən xüsusi əməliyyat çərçivəsində avtomat silahlardan atəş açan əcnəbi vətəndaş məhv edilib. Hadisə zamanı mülki sakinlər və təhlükəsizlik qüvvələri arasında xəsarət alan olmayıb.
19-03-2023, 23:43
Putinin həbsi ilə bağlı İnterpola müraciət olunacaq


Putinin həbsi ilə bağlı İnterpola müraciət olunacaq

Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbsi ilə bağlı tezliklə İnterpola müraciət edəcək. Bu barədə Almaniyanın ədliyyə naziri Marko Buşman məlumat verib. Onun sözlərinə görə, Putin Almaniyaya səfər etsə, bu ölkənin müvafiq qurumu onu həbs etməyə məcbur olacaq. “Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tezliklə İnterpola, eləcə də iştirakçı dövlətlərə müraciət edəcək”, - deyə Buşman bildirib.
19-03-2023, 23:41
Ərdoğan Rusiya ilə birgə layihələrindən danışdı


Ərdoğan Rusiya ilə birgə layihələrindən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Rusiya ilə birgə layihəsi olan Mersin vilayətindəki Akkuyu AES-dən danışıb. O, tezliklə AES-in bir hissəsinin fəaliyyə başlayacağını bildirib. Ərdoğan energetika siyasətində diversifikasiyanın vacibliyini vurğulayıb. Türkiyə prezidenti atom enerjisi ilə yanaşı, təbii qaz və alternativ enerji mənbələrindən də istifadə geniş olunacağını söyləyib. "Akkuyu AES enerji sahəsində ölkəmizə böyük üstünlük qazandıracaq", - deyə Ərdoğan əlavə edib.
19-03-2023, 23:38
Fransa prezidentinin siyasi reytinqi aşağı düşüb


Fransa prezidentinin siyasi reytinqi aşağı düşüb

Fransa prezidenti Emmanuel Makronun siyasi reytinqi kəskin şəkildə aşağı enib. Bu barədə "Ifop" sosioloji sorğusunun nəticələrində qeyd olunub. Bildirilib ki, hazırda Fransa prezidentinin reytinqi cəmi 28 faiz təşkil edir. Bu, Makronun siyasi fəaliyyətə başladığı vaxtdan bəri ən aşağı göstəricidir. Məlumata görə, siyasətçinin reytinqinin bu qədər düşməsinin başlıca səbəbi etirazlar doğuran pensiya islahatının həyata keçirilməsidir.
19-03-2023, 23:35
Qazaxıstanın 15 vilayətində parlament seçkiləri başa çatdı


Qazaxıstanın 15 vilayətində parlament seçkiləri başa çatdı

Qazaxıstanın 15 vilayətində parlament seçkiləri başa çatıb. Seçici aktivliyi 53 faizdən çox olub. Ölkənin Aktobe, Atırau, Qərbi Qazaxıstan, Qızılorda və Manqistau vilayətlərində seçki məntəqələri Astana vaxtı ilə saat 21:00-da bağlanacaq. Qazaxıstandan xaricdə formalaşdırılmış məntəqələrdən ABŞ-ın San-Fransisko şəhərindəki seçki məntəqəsi isə Astana vaxtı ilə 20 mart saat 9:00-da qapadılacaq. Seçkinin rəsmi nəticələri səslərin tam şəkildə sayılmasının başa çatmasından sonra açıqlanacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!