TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
10-03-2023, 19:54
İran XİN başçısı Səudiyyə Ərəbistanı ilə münasibətlərdən danışdı


İran XİN başçısı Səudiyyə Ərəbistanı ilə münasibətlərdən danışdı

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəsinin Səudiyyə Ərəbistanı ilə münasibətlərinin normallaşmasını şərh edib. Abdullahian bu barədə twitter səhifəsində paylaşım edib. "İran və Səudiyyə Ərəbistanı arasındakı əlaqələrin normallaşması iki ölkəyə, regiona və İslam dünyasına böyük töhfə vermiş olur. Diplomatiya aktiv olaraq daha çox regional addımların atılmasının arxasındadır", - deyə nazir yazıb. Qeyd edək ki, Çində aparılan danışıqlar nəticəsində İran və Səudiyyə Ərəbistanı iki ay ərzində diplomatik münasibətləri bərpa etmək, səfirliklər açmaq barədə razılığa gəliblər.
10-03-2023, 19:50
XİN başçısı Ermənistanın öhdəliklərini yerinə yetirmədiyini qeyd etdi


XİN başçısı Ermənistanın öhdəliklərini yerinə yetirmədiyini qeyd etdi

10 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono arasında görüş keçirilib. Bu barədə XİN-dən məlumat verilib. Görüş zamanı, Azərbaycan-Ermənistan sülh sazişi üzrə danışıqlar prosesinin hazırkı vəziyyəti, Münxen təhlükəsizlik konfransı zamanı liderlər arasında keçirilmiş görüşdən irəli gələn məsələlər, Naxçıvana maneəsiz keçidi təmin edəcək kommunikasiyanın təmin edilməsi və delimitasiya prosesi üzrə cari vəziyyət və perspektivlər müzakirə olunub. Nazir Ceyhun Bayramov Üçtərəfli bəyanat çərçivəsində Ermənistanın öhdəliklərini yerinə yetirmədiyini, qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmadığını, mütəmadi hərbi təxribatlarını davam etdirdiyini diqqətə çatdırıb. Nazir eyni zamanda, erməni sakinlərin reinteqrasiyası məsələsi üzrə ölkəmizin baxışları barədə qarşı tərəfə məlumat verib. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
10-03-2023, 19:31
Türkiyədə seçkilərin ikinci turu bu tarixdə keçiriləcək


Türkiyədə seçkilərin ikinci turu bu tarixdə keçiriləcək

Türkiyədə prezident və parlament seçkilərinin mayın 14-də keçiriləcək birinci turu nəticəsiz qalarsa, ikinci tur mayın 28-də baş tutacaq. Bu barədə ölkənin Ali Seçki Komissiyası məlumat yayıb. Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərin mayın 14-də keçirilməsinə dair qərar imzalayıb.
10-03-2023, 16:54
Ərdoğan seçkilərin irəli çəkilməsi ilə bağlı qərara imza atdı


Ərdoğan seçkilərin irəli çəkilməsi ilə bağlı qərara imza atdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərin tarixinin irəli çəkilməsi ilə bağlı qərara imza atıb. Seçkilər 18 iyundan 14 maya keçirilib. Ərdoğan deyib ki, qərar Türkiyə Konstitusiyasının 116-cı maddəsinə əsasən qəbul edilib. Onun sözlərinə görə, qərar sabah "Resmi Gazete"də dərc ediləcək, daha sonra Ali Seçki Komissiyası seçkilərin tarixi ilə bağlı qərar verəcək. AKP lideri seçkilərin vaxtının əvvələ çəkilməsinin səbəbini izah edib: "Hər şeydən əvvəl 18 iyun milyonlarla gəncimizin gələcəyində ciddi əhəmiyyət kəsb edən universitet üçün imtahan tarixidir. Bu tarix yüz minlərlə vətəndaşımızın müqəddəs torpaqlara ziyarətə getməsi üçün qeydiyyatdan keçdiyi tarixlə üst-üstə düşür. Eyni zamanda, iyun ayı tətil müddətinə düşdüyü üçün əksər vətəndaşlarımız tətil edəcək". Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri eyni vaxtda keçiriləcək.
10-03-2023, 16:52
Mingəçevir Su Anbarına axan çayların suları azalıb


Mingəçevir Su Anbarına axan çayların suları azalıb

Son beş il ərzində Mingəçevir Su Anbarının ehtiyatları 50% azalıb. Bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət” mövzusunda keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, Mingəçevir Su Anbarına axan çayların suları azalıb: "Dövlət tənzimləyici işlərini görür, lakin vətəndaşlarımız da sudan qənaətlə istifadə etməlidirlər". V. Kərimov qeyd edib ki, son 7-8 il ərzində ölkə ərazisində quraqlıq müşahidə edilir: "Bu, yağıntıların miqdarının az olması, həmçinin, ölkəyə daxil olan transsərhəd çaylarından suların az axması ilə bağlıdır".
10-03-2023, 16:49
Lavrov Gürcüstandakı aksiyalara münasibət bildirdi


Lavrov Gürcüstandakı aksiyalara münasibət bildirdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Birinci Kanal"da yayımlanan “Böyük oyun” verilişinin qonağı olub. Lavrov müsahibəsində diqqətçəkən fikirlər səsləndirib. "Gürcüstandakı hadisələr Kiyev “Maydanı”nı çox xatırladır", - deyə nazir bildirib. Lavrov Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borelin Gürcüstandakı vəziyyətlə bağlı açıqlamalarını ikiüzlü adlandırıb. Rusiya XİN başçısı Qərbin Gürcüstan və Moldovadakı müxalifət etirazlarına fərqli münasibətinə (Moldovada Rusiyayönümlü qüvvələrin etirazları nəzərdə tutulur - red.) diqqət çəkib. "Rusiyanın qonşuları ABŞ-ın maraq zonasına cəlb olunmaq kursunun nə qədər təhlükəli olmasından nəticə çıxarmalıdırlar", - deyə Lavrov əlavə edib.
10-03-2023, 16:44
Qəhrəman Juna zəlzələ bölgəsində üç nəfərin həyatını xilas edib


Qəhrəman Juna zəlzələ bölgəsində üç nəfərin həyatını xilas edib

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasedici iti Kahramanmaraşda üç nəfərin dağıntılar altından sağ çıxarılmasına kömək edib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. "Juna" adlı it "Cocker Spaniel" növündəndir, o, biri uşaq olmaqla 3 nəfərin yerini müəyyənləşdirib və onlar sağ xilas edilib. İtin təlimatçısı Ehtiram Baloğlanov “Anadolu”ya bildirib ki, "Juna" 2017-ci ildə doğulub: "Həmin vaxtdan bəri mənimlədir. Kahramanmaraşda 3 nəfəri sağ çıxarmağımıza kömək etdi. Burada ona “Qəhrəman Juna” deyirdilər”. Qeyd olunub ki, Azərbaycandan göndərilən 8 it ümumilikdə 15 nəfərin yerini müəyyənləşdirib.


10-03-2023, 16:41
Messi “Barcelona”ya qayıtmağa açıq olduğunu bildirib


Messi “Barcelona”ya qayıtmağa açıq olduğunu bildirib

Fransa çempionu PSJ-nin 35 yaşlı hücumçusu Lionel Messi cari ilin yayında "Barcelona"ya qayıtmaq istəyir. Argentina millisinin hücumçusunun Paris klubu ilə müqaviləsi bu mövsümün sonuna kimi nəzərdə tutulub. Tərəflər hələlik əməkdaşlığın uzadılması ilə bağlı qərar verməyiblər. Kataloniya komandasının baş məşqçisi Xavi bir neçə dəfə klubun qapılarının Messi üçün hər zaman açıq olduğunu bildirsə də, "Barselona" keçmiş liderini geri qaytarmaq üçün təşəbbüs göstərmir.
10-03-2023, 16:37
Bu rayonlarda bir neçə kəndin tikilməsi nəzərdə tutulur


Bu rayonlarda bir neçə kəndin tikilməsi nəzərdə tutulur

Bu il Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında bir neçə kəndin tikintisinə başlamaq planlaşdırılır. Bu barədə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib. Onun sözlərinə görə, Zəngilan rayonu Ağalı kəndinin tikintisi artıq 90% tamamlanıb. V. Hacıyev qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin bərpası çərçivəsində müxtəlif sosial və nəqliyyat obyektlərinin tikintisi, yol və kommunikasiya infrastrukturunun yaradılması aparılır.
10-03-2023, 16:32
Ermənistan Laçın yolundakı şəffaflıqda maraqlı deyil - XİN


Ermənistan Laçın yolundakı şəffaflıqda maraqlı deyil - XİN

"Ermənistan Laçın yolunda şəffaflıqda maraqlı deyil". Bu, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun BMT Baş katibi Antoniu Quttereşə ünvanladığı məktubda öz əksini tapıb. Bildirilib ki, Azərbaycan hökuməti vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın yolunda etiraz aksiyası ilə bağlı heç bir məsuliyyət daşımır və onların legitim etiraz hüquqlarının qarşısının alınmasına məcbur edilə bilməz. Bununla yanaşı, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın yoldan “azad istifadə” etmə tələbini dəyişdirməklə, əslində Laçın yolundan hərbi və iqtisadi məqsədlər üçün sui-istifadə edilməsinə qarşı olduğunu diqqətə çatdırıb. Məktubda Laçın yolundan sui-istifadə halları diqqətə çatdırılır və Azərbaycanın səlahiyyətləri çərçivəsində yoldan istifadənin təhlükəsizliyinə zəmanət verdiyi, nə Azərbaycan hökumətinin, nə də etirazçıların yolda hərəkətə maneçilik törətmədikləri vurğulanır. Sənədə, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin və Rusiya sülhməramlı kontingentinin avtomobillərinin keçidi barədə məlumat təqdim olunur, 3000-dən yuxarı avtomobillərin yoldan istifadəsinin “blokada” və “gərgin humanitar” vəziyyət barədə iddiaların əsassız olduğunu sübut etdiyi bildirilir. Laçın yolundan istifadənin qanuni və şəffaf olması, yoldan sui-istifadə hallarına yol verilməməsi, bu səylərin tərkib hissəsi kimi, Laçın yolunun başlanğıcında sərhəd nəzarət keçid məntəqəsi yaradılması təklifi məktubda xüsusi olaraq vurğulanır. Ermənistanın bu təklifdən heç bir əsas gətirmədən imtina etməsinin Ermənistanın Laçın yolunda şəffaflıqda maraqlı olmadığını və sui-istifadə hallarını davam etdirmək niyyətinin göstəricisi olduğu diqqətə çatdırılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!