Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
17-03-2023, 23:41
Macarıstan da Finlandiyanın NATO-ya üzv olmasına razılıq verdi


Macarıstan da Finlandiyanın NATO-ya üzv olmasına razılıq verdi

Macarıstanın hakim partiyası bu ayın sonunda keçiriləcək parlament sessiyasında Finlandiyanın NATO üzvlüyünü təsdiqləmək niyyətindədir. Bu barədə partiyanın yaydığı bəyanatda deyilir. Parlamentdə səsvermə martın 27-də keçiriləcək və hakim Fidesz partiyası Finlandiyanın təklifinin lehinə yekdilliklə səs verəcək. Partiya bildirib ki, İsveçin NATO-ya qəbulu ilə bağlı qərar daha sonra veriləcək. Qeyd edək ki, Türkiyə də Finlandiyanın NATO-ya üzvlüyünə razılıq verib.
17-03-2023, 23:38
Finlandiyayla bağlı protokol Böyük Millət Məclisinə təqdim edildi


Finlandiyayla bağlı protokol Böyük Millət Məclisinə təqdim edildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolu Böyük Millət Məclisinə təqdim edib. Bu barədə "TRT Haber" məlumat yayıb. Protokolun ratifikasiyasının təsdiq edilməsi haqqında qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop tərəfindən imzalanıb. Sənəd Türkiyə parlamentinin Xarici Əlaqələr Komitəsinə göndərilib.
17-03-2023, 23:29
Ərdoğan NATO-nun baş katibi ilə telefon danışığı apardı


Ərdoğan NATO-nun baş katibi ilə telefon danışığı apardı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberq ilə telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb. Tərəflər Finlandiya və İsveçin NATO-ya üzvlük prosesini müzakirə edib. Qeyd edək ki, Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünə razılıq verəcək.
17-03-2023, 23:25
Ukrayna “taxıl sazişi”nin uzadılmasını istəyir


Ukrayna “taxıl sazişi”nin uzadılmasını istəyir

Ukrayna Qara dəniz limanlarından Ukrayna taxılının təhlükəsiz ixracına imkan verən müqavilənin 120 günlük uzadılmasını istəyir. Bu barədə Ukrayna Baş naziri Denis Şmıqal məlumat verib. "Biz taxıl müqaviləsinin müddətinin açıq olmasını və avtomatik olaraq 120 gün müddətinə uzadılmasını israr edirik. Ukrayna dünyanın ərzaq təhlükəsizliyinin əsas halqalarından biridir", - Şmıqal deyib. Ukrayna baş nazirinin sözlərinə görə, Kiyev müqavilə çərçivəsində 24 milyon tondan çox ərzaq ixrac edib. Qeyd edək ki, müqavilənin müddəti şənbə günü başa çatır. Rusiya razılaşmanı 60 gün uzatmağa razı olduğunu bildirib.
17-03-2023, 23:21
Peskov Putinin həbsiylə bağlı qərara münasibət bildirib


Peskov Putinin həbsiylə bağlı qərara münasibət bildirib

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Beynəlxalq Cinayət Məhkəməsinin (Haaqa) Vladimir Putinin həbsinə order verməsinə münasibət bildirib. O, Rusiyanın məhkəmənin yurisdiksiyasını tanımadığını diqqətə çatdırıb. "Biz bu məhkəmənin yurisdiksiyasını tanımırıq, qərar hüquq baxımından etibarsızdır", - Kremlin sözçüsü deyib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü də məhkəmənin qərarına reaksiya verib. O bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarının Rusiya üçün heç bir mənası yoxdur. "Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun iştirakçısı deyil və ona görə də öhdəlik daşımır", - Zaxarova "Telegram" hesabında yazıb.
17-03-2023, 23:18
Putin və xanımının həbsinə qərar verildi


Putin və xanımının həbsinə qərar verildi

Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin, eləcə də Rusiyanın uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın həbsi üçün beynəlxalq order verib. Bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb. Beynəlxalq Cinayət Məhkəməsindən bildirilib ki, Putin və Lvova-Belova ukraynalı uşaqları qanunsuz deportasiya etməkdə şübhəli bilinirlər. "Bu gün, 17 mart 2023-cü ildə Beynəlxalq Cinayət Məhkəməsinin ikinci məhkəməyə qədərki palatası Ukraynadakı vəziyyətlə əlaqədar iki nəfərin həbsinə order verib: cənab Vladimir Vladimiroviç Putin və xanım Mariya Alekseevna Lvova-Belova", - rəsmi açıqlamada qeyd olunub.
17-03-2023, 22:49
İlham Əliyev xalqı Novruz bayramı münasibətilə təbrik etdi


İlham Əliyev xalqı Novruz bayramı münasibətilə təbrik etdi

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Mətndə deyilir: "Hörmətli həmvətənlər! Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhval ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə nailiyyətlər arzulayıram. Azərbaycan torpağında çox qədim kökləri olan Novruz bayramı əcdadlarımızın indiki nəsillərə müqəddəs yadigarıdır. Zamanın bütün sınaqlarından çıxaraq əsrlərin yaddaşında silinməz izlər qoyan bu el bayramı uzaq dövrlərdən bəri xalqımızın mənəvi dünyasının dərinliklərinə nüfuz etmiş, ənənəvi dəyərlərimizin təşəkkülündə mühüm rol oynamışdır. Ulu babalarımızın zəngin daxili aləmi, müdrik həyat fəlsəfəsi və gələcəklə bağlı işıqlı arzuları bahar bayramında dolğun təcəssümünü tapmışdır. Ülvi bəşəri hisslərin daşıyıcısına çevrilən, yeniləşdirici gücə malik Novruz bayramı bu gün də insanlar arasında səmimi münasibətlərə yol açaraq dostluq, mərhəmət və xeyirxahlıq duyğularını möhkəmləndirir, cəmiyyətimizin vahid məfkurə ətrafında inkişafının ahəngdarlığını təmin edir. Milli varlığımızın ayrılmaz parçası saydığımız və yad təsirlərdən qoruduğumuz Novruz ənənələri mənəvi sərvətlərimizə hörmətlə yanaşmağımızın yüksək ifadəsi, eyni zamanda bəşər mədəniyyəti xəzinəsinə qiymətli töhfəmizdir. Xatirəsini daim minnətdarlıqla andığımız şəhidlərimizin öz canları, qanları bahasına azadlıq bəxş etdikləri əzəli torpaqlarımızda gerçəkləşdirilən irimiqyaslı layihələr, geniş vüsət alan quruculuq işləri və əhalimizin doğma yurdlara qayıdışı ilə yenidən canlanan həyat yaz fəslinin Odlar diyarına builki gəlişinə xüsusi ab-hava qatır və rəmzi məna qazandırır. Ölkəmizin hüdudlarından uzaqlarda yaşayan, qəlbi vətən sevgisi ilə döyünən və baharı bizimlə birgə qarşılayan soydaşlarımıza bayram salamlarımı yetirirəm. Bu əlamətdar bayramın hər evə, hər ocağa yeni sevinc, bol ruzi-bərəkət və firavanlıq gətirməsini arzu edirəm. Novruz bayramınız mübarək olsun!"
17-03-2023, 22:42
Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı prosedur başlayacaq - Ərdoğan


Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı prosedur başlayacaq - Ərdoğan

Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünə razılıq verəcək. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan finlandiyalı həmkarı ilə birgə mətbuat konfransında məlumat verib. Prezident qeyd edib ki, Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı Türkiyə parlamentində prosedur başlayacaq. Türkiyə prezidenti, həmçinin Finlandiyanın NATO-ya töhfə verəcəyini söyləyib. Ərdoğan, eyni zamanda İsveçin NATO-ya üzv olmasının onun hərəkətlərindən asılı olacağını bildirib.
17-03-2023, 19:07
Bayram həftəsində havanın temperaturu aşağı düşəcək


Bayram həftəsində havanın temperaturu aşağı düşəcək

Azərbaycanın rayonlarında istirahət və bayram günlərində gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, istirahət və bayram günlərində ölkə ərazisində hava şəraitinin əsasən qeyri-sabit keçəcəyi, qısa fasilələrlə yağıntılı olacağı gözlənilir. Martın 19-u axşamdan 24-ü axşamadək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi 21-i axşamdan 23-ü gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarda arabir 18-23 m/s-dək güclənəcək. Gözlənilən yağıntılarla əlaqədar bəzi dağ çaylarında sululuğun artacağı ehtimalı var.
17-03-2023, 19:04
Ermənistan və Rusiya təhsil sahəsində əməkdaşlığı dərinləşdirir


Ermənistan və Rusiya təhsil sahəsində əməkdaşlığı dərinləşdirir

Ermənistan və Rusiya təhsil sahəsində əməkdaşlığı dərinləşdirir. Belə ki, Moskva və İrəvan Ermənistanda 4 rus məktəbinin tikintisi layihəsinə başlayıblar. Bunu Rusiay Federasiya Şurasının sədr müavini Yuri Vorobyov Ermənistan-Rusiya Parlamentlərarası Əməkdaşlıq Komissiyasının iclasında bildirib. Onun sözlərinə görə,proqram Rusiya-Ermənistan hökumətlərarası komissiyası çərçivəsində həyata keçiriləcək, artıq xüsusi işçi qrupu yaradılıb. Ölkələr ümumi təhsil, elm və dil sahəsində əməkdaşlığı gücləndirəcəklər. Həmçinin, tərəflər arasında qarşılıqlı fəaliyyətin ən mühüm istiqamətlərindən biri gənclər siyasəti, regionlararası gənclər forumlarının keçirilməsi olacaq. Qeyd olunub ki, bu il Ermənistandan olan məktəblilər Rusiya və digər Avrasiya İqtisadi İttifaqı ölkələrinin orta məktəb şagirdləri ilə birlikdə ilk dəfə olaraq birgə beynəlxalq layihənin iştirakçısı olacaqlar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!