Nazirlər Kabinetində elektromobillər müzakirə edildi .....                        Rusiya sülhməramlıları texnikalarını da Qarabağdan çıxarır .....                        XİN Başçısı Kayrat Sarıbayla görüşdü .....                        İranın XİN Başçısı Türkiyədə səfərdədir .....                        Yeni hazırlanmış dərsliklər istifadəyə veriləcək .....                        Laçın hava limanının nəzarətlə bağlı müqavilə imzalandı .....                        Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir .....                        İlham Əliyev Şuşayla bağlı Sərəncam imzaladı .....                        Türkiyə və BƏƏ prezidentləri telefon danışığı apardı .....                       
29-03-2023, 23:30
Şimali Kipr prezidenti tələbə hücumuna məruz qalıb


Şimali Kipr prezidenti tələbə hücumuna məruz qalıb

Böyük Britaniyanın paytaxtı Londonda səfərdə olan Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar yunan tələbələrin hücumuna məruz qalıb. Bu barədə "TRT Haber" məlumat yayıb. Cənubi Kipr və Yunanıstandan olan tələbələr Kral Kollecində keçirilən konfransa gedən Ersin Tatarın avtomobilinin qarşısını kəsməyə cəhd edib. Konfransdan əvvəl bir qrup yunanıstanlı gənc isə kollecin girişində etiraz aksiyası keçiriblər. Polis yunan gənclərin təxribatının qarşısını alıb.

29-03-2023, 23:27
İsrailin Baş naziri səfirliyimizin açılması münasibətilə təbrik etdi


İsrailin Baş naziri
səfirliyimizin açılması münasibətilə təbrik etdi


İsrailin Baş naziri Benyamin Netanyahu Təl-Əvivdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb və onu səfirliyin açılması münasibətilə təbrik edib. Bu barədə Azərbaycan XİN məlumat yayıb. Tərəflər Azərbaycan və İsrail arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq, eləcə də regiondakı vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
29-03-2023, 23:24
İsraildə Azərbaycan səfirliyinin rəsmi açılış mərasimi keçirilib


İsraildə Azərbaycan səfirliyinin rəsmi açılış mərasimi keçirilib

Martın 29-da İsraildə Azərbaycan səfirliyinin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan və İsrailin xarici işlər nazirləri Ceyhun Bayramov və Eli Kohen, həmçinin hər iki ölkənin parlament, ictimaiyyət və incəsənət nümayəndələri iştirak ediblər. Mərasim hər iki ölkənin Dövlət himnlərinin səslənməsi ilə başlayıb. Tədbirdə çıxış edən nazir Ceyhun Bayramov səfirliyin açılışını iki ölkə münasibətlərinin inkişafına yeni təkan verəcəyini bildirib. Diplomat Azərbaycan-İsrail əməkdaşlığının müxtəlif istiqamətlərindən danışıb, perspektiv imkanları qeyd edib. O deyib ki, Azərbaycanın yəhudi icması cəmiyyətimizin inkişafına öz töhfəsini verir. Nazir səfirliyin açılışından sonra İsraildəki Azərbaycan diasporunun fəaliyyətinin də akitvləşəcəyinə əmin olduğunu söyləyib. Mərasimi tarixi hadisə adlandıran nazir Eli Kohen 30 illik əməkdaşlıq müddətində səfirliyin açılışının strateji əlaqələrin dərinliyindən xəbər verdiyini vurğulayıb. Azərbaycanı İsrailin strateji tərəfdaşı adlandıran nazir iki ölkənin müxtəlif sahələrdə sıx əməkdaşlıq etdiyini bildirib. O, münasibətlərimizin bundan sonra daha da dərinləşəcəyinə əminliyini ifadə edib. Sonra nazirlər səfirliyin adı olan lövhəni təqdim ediblər. Mərasim Azərbaycan incəsənət xadimlərinin konsert proqramı ilə davam edib.
29-03-2023, 23:21
CHP lideri Muharrem İnce ilə görüşüb


CHP lideri Muharrem İnce ilə görüşüb

Türkiyənin 6 müxalif partiyası tərəfindən prezident postuna namizədliyi irəli sürülən CHP lideri Kemal Kılıçdaroğlu Məmləkət Partiyasının sədri Muharrem İnce ilə görüşüb. Kılıçdaroğlu partiyanın qərargahına baş çəkib. Görüşdən sonra mətbuata açıqlama verilib. Qeyd edək ki, İnce Türkiyə prezidentliyə namizəd olmaq üçün yetərli sayda imza toplayan 2 siyasətçidən biridir.
29-03-2023, 23:18
Moskvada baş tutacaq dördtərəfli görüşün tarixi bəlli oldu


Moskvada baş tutacaq dördtərəfli görüşün tarixi bəlli oldu

Aprelin 3-də Moskvada Rusiya, Suriya, Türkiyə və İran xarici işlər nazirlərinin müavinlərinin görüşü keçiriləcək. Bu barədə "RİA Novosti" agentliyi məlumatlı mənbəyə istinadən məlumat yayıb.
29-03-2023, 18:30
İlham Əliyev deputatla bağlı göstəriş verdi


İlham Əliyev deputatla bağlı göstəriş verdi

Xain terror aktını törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində təxirəsalınmaz əməliyyat-istintaq tədbirlərinin aparılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən hüquq-mühafizə orqanlarına göstəriş verilib. Bu barədə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tapşırığına əsasən, Prezidentin köməkçisi Anar Ələkbərov martın 28-də yaşadığı evin qarşısında terror aktına məruz qalmış Milli Məclisin deputatı Fazil Mustafanı bu gün müalicə olunduğu xəstəxanada ziyarət edib, onun ailə üzvləri ilə görüşü zamanı bildirib. Millət vəkilinə dövlət başçısının və birinci xanımın şəfa diləklərini çatdıran Anar Ələkbərov bildirib ki, Prezident İlham Əliyev onun tezliklə sağalması üçün tibb personalı tərəfindən bütün zəruri tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlarını verib. Qeyd edək ki, ötən gün Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror aktı törədilib. Yaşadığı evin qarşısında güllələnən deputat çiyin və ayağından yaralanıb. O, dərhal xəstəxanaya çatdırılaraq, əməliyyat olunub.
29-03-2023, 16:51
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 30-u səhərdən aprelin 1-i axşamadək şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, 30-da axşam, 31-də gecə və səhər yarımadanın bəzi yerlərində arabir 35 m/s-dək güclənəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, martın 30-u axşamdan aprelin 1-i gündüzədək fasilələrlə yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10° aşağı enəcək. Azərbaycanın rayonlarında martın 30-u səhər şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, Böyük və Kiçik Qafqazın bəzi ərazilərində yağıntıların intensivləşəcəyi gözlənilir. Martın 31-də isə yağıntıların əksər rayonları əhatə edəcəyi, bəzi yerlərdə intensiv olacağı sulu qar, qar yağacağı gözlənilir. Aprelin 1-də günün ikinci yarısında yağıntıların intensivliyi azalacaq. Axşama doğru isə tədricən kəsiləcək. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi 15-20 m/s, arabir 25-30 m/s, bəzi yerlərdə arabir 35 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.
29-03-2023, 16:27
Fazil Mustafanın qardaşı deputatın səhhətiylə bağlı danışdı


Fazil Mustafanın qardaşı deputatın səhhətiylə bağlı danışdı

“Fazil Mustafanın vəziyyəti çox yaxşıdır. Yəqin ki, iki günə evə buraxılacaq”. Bunu jurnalistlərə açıqlamasında silahlı hücuma məruz qalan millət vəkili Fazil Mustafanın qardaşı Azər Mustafayev deyib. O qeyd edib ki, qardaşına 7 dəfə atəş açılıb, güllələrdən ikisi ona dəyib. “Ailə üzvləri hadisə baş verəndə evdə olub. Yaralı vəziyyətdə evə girib, daha sonra təcili yardıma və polisə məlumat verilib. Biz ərazidə olan təhlükəsiz kameralarına baxa bilmədik. Elə həmin gün kameralar hüquq-mühafizə orqanları tərəfindən araşdırma məqsədilə aparılıb”, - deyə A.Mustafayev əlavə edib.

29-03-2023, 16:25
Ukrayna aprel-may aylarında əks-hücuma hazırlaşır - Reznikov


Ukrayna aprel-may aylarında əks-hücuma hazırlaşır - Reznikov

"Ukrayna aprel-may aylarında başlamalı olan yaz əks-hücumuna hazırlaşır. Hücum hərəkətlərinin vaxtı hava şəraiti ilə bağlıdır". Bunu ERR-ə müsahibəsində Ukraynanın müdafiə naziri Oleksiy Reznikov deyib. "Baş Qərargahımızın qərarı ilə "Leopard" tanklarını əks-hücumda görəcəksiniz. Artıq bir neçə istiqamətdə bu texnikadan istifadə planlaşdırılıb. Hansı məqamın daha münasib olmasından, necə qərar veriləcəyindən asılıdır. Bu, həm də hava şəraitindən asılıdır. Yazda torpağımız çox nəm olur. Məncə aprel-may aylarında biz onları sahədə görəcəyik", - Reznikov açıqlayıb. Onun sözlərinə görə, bu il Ukrayna üçün çox müsbət dəyişikliklər olacaq. Nazir əminliyini ifadə edib ki, Ukrayna hərbçiləri Kiyev, Çerniqov, Sumı, Xarkov və Xerson vilayətlərində olduğu kimi, müvəqqəti işğal olunmuş digər əraziləri də azad etməyə davam edəcəklər. Qeyd edək ki, Ukrayna xüsusilə Almaniya, Kanada, Portuqaliya və Polşadan “Leopard” tanklarını artıq alıb.
29-03-2023, 16:21
XİN başçısı İsrailin müdafiə naziri ilə görüşdü


XİN başçısı İsrailin müdafiə naziri ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailin müdafiə naziri Yoav Qalantla görüşüb. Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik twitter hesabında yazıb. O bildirib ki, nazirlər iki ölkə arasında strateji əlaqələrin genişləndirilməsini müzakirə ediblər. Qeyd edək ki, C.Bayramov İsraildə səfərdədir.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!