Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
17-03-2023, 18:20
Ermənistanın baş naziri KTMT-nin baş katibi görüşüb


Ermənistanın baş naziri KTMT-nin baş katibi görüşüb

Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-nin baş katibi İmanqali Tasmaqambetovla görüşüb. Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət və təşkilatda kollektiv təhlükəsizlik mexanizmləri müzakirə edilib. Bildirilib ki, onlar həmçinin KTMT-nin məsuliyyət zonasındakı və regiondakı vəziyyət, eləcə də təhlükəsizlik çağırışlarından danışıblar.
17-03-2023, 15:00
Slovakiya MiQ-29 qırıcısının Ukraynaya təhvil verilməsini təsdiqləyib


Slovakiya MiQ-29 qırıcısının Ukraynaya təhvil verilməsini təsdiqləyib

Slovakiya Nazirlər Kabineti 13 ədəd MiQ-29 qırıcısının Ukraynaya təhvil verilməsini təsdiqləyib. Bu barədə Slovakiya hökumətinin başçısı Eduard Heqer Twitter hesabında məlumat verib. "Ukraynaya 13 MiQ-29 göndərilməsi indicə təsdiqlənib. Vədlərə əməl edilməlidir. Zelenski daha çox silah, xüsusən də qırıcı təyyarələr tələb edəndə dedim ki, əlimizdən gələni edəcəyik",- deyə baş nazir qeyd edib.
17-03-2023, 14:57
Azərbaycan XİN Ermənistan bəyanatına cavab verdi


Azərbaycan XİN Ermənistan bəyanatına cavab verdi

Martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışına istinadən Ermənistan Xarici İşlər Nazirliyinin növbəti dəfə yalan və iftira dolu bəyanatı Ermənistanın 30 ilə yaxın bir dövrdə həyata keçirdiyi işğal siyasətini, habelə hazırkı postmünaqişə dövründə Azərbaycana və azərbaycanlılara qarşı törətdiyi və gələcəkdə törədə biləcəyi təxribatları ört-basdır etmək məqsədi daşıyır. Bu fikirlər Xarici İşlər Nazilriyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə Ermənistan XİN-in bəyanatına cavabında yer alıb. A.Hacızadə bildirib ki, Ermənistan tərəfindən 30 illik işğal dövründə yüzlərlə şəhər və kəndimizin, tarixi və dini abidələrin Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılması; təbii sərvətlərimizin talanması; 4 minə yaxın vətəndaşımızın itkin düşməsi və kütləvi məzarlıqların aşkarlanması; Ermənistanın mina təhdidlərini davam etdirməsi; ərazi bütövlüyü və suverenliyə, eləcə də Üçtərəfli bəyanat çərçivəsində öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini tam olaraq çıxarmaması; Zəngəzur dəhlizinin açılmasına maneçilik törətməsi; indiki Ermənistan ərazisindən azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirilməsi faktlarının və Qərbi Azərbaycan İcmasının öz doğma torpaqlarınına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması tələbinin Ermənistana qarşı “ərazi iddiası” və “təcavüzə hazırlıq” kimi qələmə verilməsi tamamilə əsassızdır. "Eynilə, həm sovet Ermənistanı dövründə, həm də 1990-cı illərdən bəri Ermənistan ərazisindəki minlərlə Azərbaycan toponimlərini məqsədyönlü şəkildə dəyişən, Ermənistan ərazisindən Azərbaycan izlərini pozan, tarixi abidələri dağıdan, bununla Azərbaycanının tarixi torpaqlarını erməniləşdirən Ermənistan tərəfinin Azərbaycanın Qərbi Azərbaycan İcması ifadəsindən istifadə etməsini beynəlxalq hüquq pozuntusu kimi təqdim etməsi riyakarlıqdır. Otuz ilə yaxın işğal dövründə 9 şəhər və yüzlərlə kəndi talan edən, 1 milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirən, onları öz evlərinə qayıtmaq hüququndan məhrum edən Ermənistanın, Azərbaycanın öz doğma torpaqlarını azad etməsindən və bu əraziləri bərpa etməsindən sonra məcburi köçkünlərin və qaçqınların hüquqlarından bəhs etməyə mənəvi haqqı yoxdur. Azərbaycan öz ərazisində yaşayan erməni sakinlərin reinteqrasiyası istiqamətində artıq addımlar atmaqdadır. Azərbaycan erməni sakinlərlə dialoq aparır və xoşniyyətli addım kimi bu çərçivədə növbəti görüşün Bakıda keçirilməsini təklif edib. Ermənistan tərəfi isə bunun əksinə, Qərbi Azərbaycan İcmasının dialoq təklifini tamamilə rədd edib. Bu isə, Ermənistanın bölgədə sülh və sabitlikdə maraqlı olmadığının və ikiüzlü siyasət aparmasının göstəricisidir. Azərbaycan tərəfi Ermənistanın hər bir təxribatına qarşı beynəlxalq hüquq çərçivəsində bütün zəruri addımları atacaqdır",- deyə XİN rəsmisi qeyd edib.
17-03-2023, 14:52
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda martın 18-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər və axşam saatlarında duman olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-19° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacaq.
17-03-2023, 14:44
Ağalı kəndindəki orta məktəbdə qəbul imtahanı keçirilməyəcək - DİM


Ağalı kəndindəki orta məktəbdə qəbul imtahanı keçirilməyəcək - DİM

Zəngilan rayonu Ağalı kəndindəki orta məktəbdə qəbul imtahanı keçirilməyəcək. Bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə məlumat verib. DİM sədri qeyd edib ki, qəbul imtahanları müəyyən mərkəzlərdə təyin olunur. “3 abituriyent üçün orada qəbul imtahanı keçirilməyəcək”,- deyə rəsmi açıqlamada vurğulanıb.
17-03-2023, 14:41
Bu il üçün əhalinin sayı açıqlandı


Bu il üçün əhalinin sayı açıqlandı

2019-cu ildə keçirilən əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı bu il fevralın 1-nə 10 131 373 nəfər təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə, əhalinin 54,6 %-ni şəhər, 45,4 %-ni kənd sakinləri, 49,8 %-ni kişilər, 50,2 %-ni isə qadınlar təşkil edir.
17-03-2023, 14:35
İranın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirilib


İranın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirilib

İranın Azərbaycandakı səfirliyi qarşısında piket keçirilib. İranda itkin düşmüş Azərbaycan vətəndaşı Fərid Səfərli ilə bağlı rəsmi Tehrandan informasiya tələb olunub. Yaxınlarının iştirak etdiyi piket iştirakçıları "Fəridi qaytarın!", "Biz məlumat istəyirik!", "Fəridi azad edin!", "Fəriddən xəbər verin!" və s. şüarlar səsləndiriblər. Xatırladaq ki, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli fevralın 20-də İrana səfərə getdikdən sonra martın 4-dən bəri ondan xəbər alınması mümkün olmayıb. Məlumata aydınlıq gətirilməsi məqsədilə Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb.
17-03-2023, 14:32
Şirvan şəhəri ilə Bakı arasında elektrik qatarları istifadəyə veriləcək


Şirvanla Bakı arasında elektrik qatarları istifadəyə veriləcək

Şirvan şəhəri ilə Bakı arasında elektrik qatarları istifadəyə veriləcək. Bu barədə Milli Məclisdə müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub. Hesabatda bildirilir ki, bu istiqamətdə tələb olunan elektrik qatarlarının və vaqonların alınmasına dair bənd Nazirlər Kabinetinin 2022-ci il 9 dekabr sərəncamı ilə təsdiq edilmiş Tədbirlər planında nəzərdə tutulub.
17-03-2023, 14:29
Baş nazir Qarabağa köçürülmə prosesiylə bağlı açıqlama verdi


Baş nazir Qarabağa köçürülmə prosesiylə bağlı açıqlama verdi

Cənab Prezidentin birbaşa iştirakı və rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə xidmət edir. Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov bildirib. Baş nazir vurğulayıb ki, Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərdə müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində mühüm işlər görülüb. Yadda qalan tarixi hadisələrdən biri işğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə başlanılmasıdır. Birinci mərhələdə 66 ailənin (326 nəfər), indiyə qədər isə 86 ailənin (420 nəfər) Ağalıya köçürülməsi təmin olunub. Cari ilin sonuna qədər laçınlıların birinci qrupunun yerləşdirilməsi planlaşdırılır. Zabux və Sus kəndlərində 296 ailənin məskunlaşması nəzərdə tutulur. Bu günlərdə Talış kəndinə ilk 20 ailənin köçürülməsi həyata keçirilir", - deyə Əli Əsədov qeyd edib.
17-03-2023, 14:25
Köçürülənlərin nəticələri ləğv olunacaq - DİM


Köçürülənlərin nəticələri ləğv olunacaq - DİM

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abituriyentlərə müraciət edib. O, ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması və buraxılış imtahanlarına həsr olunmuş mətbuat konfransında deyib ki, abituriyentlər qaydaları pozmasın. “Kimsə kimdənsə köçürübsə, onun da nəticələri ləğv olunacaq. İmtahana gələrkən əlavə vasitələr gətirməyin. Bununla siz heç nəyə nail ola bilməyəcəksiniz", - M.Abbaszadə vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!