Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
21-03-2023, 15:32
ABŞ-dan Türkiyə və Suriyaya 50 milyon dollarlıq yardım


ABŞ-dan Türkiyə və Suriyaya 50 milyon dollarlıq yardım

ABŞ fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələdən zərər çəkən şəxslərə əlavə 50 milyon dollar yardım edəcək. Bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) bəyanatında bildirilir. "Belçikanın paytaxtı Brüsseldə keçirilən Beynəlxalq Donorlar Konfransında Türkiyə və Suriyada baş verən zəlzələlərdən zərər çəkmiş insanlara yardım üçün əlavə 50 milyon dollarlıq təcili humanitar yardım öhdəliyi qəbul edilib", - açıqlamada deyilir. Məlumatda vurğulanır ki, bununla da ABŞ-ın zəlzələ çərçivəsində göndərdiyi humanitar yardımın məbləği 235 milyon dollara çatıb. Xatırladaq ki, bu gün Belçikanın paytaxtı Brüsseldə Avropa Komissiyası və Aİ-yə bu il sədrlik edən İsveçin təşkilatçılığı ilə Türkiyə və Suriyaya yardım üçün Beynəlxalq Donorlar Konfransı keçirilib. "Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” adlı beynəlxalq donorlar konfransında 7 milyard dollara yaxın yardım toplanılıb.
21-03-2023, 15:28
Şarl Mişeldən Novruz bayramıyla bağlı təbrik mesajı


Şarl Mişeldən Novruz bayramıyla bağlı təbrik mesajı

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Novruz bayramını qeyd edən hər kəsi təbrik edib. Bu barədə o, özünün "Twitter" səhifəsində paylaşım edib. "Mərkəzi Asiya, Qafqaz və Yaxın Şərq ölkələri daxil olmaqla Novruz bayramını qeyd edən hər kəsi səmimi qəlbdən təbrik edirəm. Baharın başlanğıcı bu çətin zamanlarda daha çox lazım olan yeni ümidlər gətirir. Bayramı qeyd edənlərə xoşbəxtlik, firavanlıq və hər şeydən əvvəl sülh arzulayıram", - Mişel yazıb.
21-03-2023, 00:04
Parlament Kılıçdaroğlunun namizədliyini rəsmi olaraq irəli sürdü


Parlament Kılıçdaroğlunun namizədliyini rəsmi olaraq irəli sürdü

Cümhuriyyət Xalq Partiyasının (CHP) parlament fraksiyası müxalifətin formalaşdırdığı "Altılı masa"nı təmsil edən Kamal Kılıçdaroğlunun namizədliyini rəsmi olaraq irəli sürüb. Fraksiyanın iclasında deputatlarla yanaşı Kılıçdaroğlunun özü də iştirak edib. İclasda keçirilən səsvermədə deputatlar Kılıçdaroğlunun prezidentliyə namizəd olmasına səs veriblər. Qeyd olunub ki, Kılıçdaroğlu çərşənbə günü namizədlik ərizəsini Ali Seçki Komissiyasına (YSK) təqdim edəcək.
21-03-2023, 00:01
Konfransda Türkiyə və Suriya üçün 7 milyard dollar toplandı


Konfransda Türkiyə və Suriya üçün 7 milyard dollar toplandı

Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı (Aİ) Komissiyası və Aİ-yə bu il sədrlik edən İsveç tərəfindən təşkil edilən Beynəlxalq Donorlar Konfransı başa çatıb. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb. İsveçin Baş naziri Ulf Kristerssonun məlumatına görə, "Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” adlı beynəlxalq donorlar konfransında 7 milyard dollara yaxın yardım toplanılıb. O, zəlzələlərdən zərər çəkənlərin tək olmadığını və dəstəyin davam edəcəyini bildirib. Avropa Komissiyasının sədri Ursula von der Leyen deyib ki, bu konfrans hələlik başlanğıcdır: "Bu gün beynəlxalq ictimaiyyətin Türkiyə və Suriyadakı yenidənqurma səylərini güclü şəkildə dəstəklədiyini görməkdən çox xoşbəxtəm. Bu konfrans yalnız başlanğıcdır. Qarşıda bizi çox iş gözləyir. Gələcək həftələr, aylar və illərdə də birlikdə işləməyə davam edəcəyik. Biz öhdəliklərin tam və vaxtında yerinə yetirilməsini təmin edəcəyik". Konfransa canlı bağlantı ilə qoşulan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ursula fon der Leyenə və Kristerssona təşəkkür edib. "Bu çətin günlərdə bütün dostlarımızın, qurumları, üzv və namizəd ölkələri ilə Avropa İttifaqının, Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq təşkilatların həmrəyliyini heç vaxt unutmayacağıq”. O, Türkiyədəki zəlzələlərin ölkə iqtisadiyyatına 100 milyard dollardan çox zərər vurduğunu bildirib. Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da konfransda iştirak edib və ölkəmizin 100 milyon dollar yardım verəcəyini açıqlayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!