Mehriban Əliyevadan COP29-la bağlı daha bir paylaşım .....                        ABŞ, Azərbaycan və Çin birgə iclas keçirdi .....                        Dünya liderləri Bakıda... .....                        "Hərəkətə keçməsək, tarix bizi mühakimə edəcək" - Sandu Bakıdan səsləndi .....                        Bakıya gələn liderlərə ziyafət verildi .....                        Görkəmli alim, böyük şəxsiyyət .....                        Mirziyoyev COP29 kürsüsündən hansı mesajları verdi? .....                        Mehriban Əliyeva COP29-da çıxış etdi .....                        Ceyhun Bayramov dəyirmi masada çıxış etdi .....                       
14-10-2023, 14:39
Prezident Özbəkistanla imzalanmış Sazişi təsdiqlədi


Prezident Özbəkistanla imzalanmış Sazişi təsdiqlədi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Özbəkistan Respublikasının Yenidənqurma və İnkişaf Fondu arasında Özbəkistan Respublikasının ərazisində məhdud məsuliyyətli cəmiyyət formasında Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin yaradılması haqqında Saziş”in təsdiqləyib.
Dövlət başçısı bununla bağlı sərəncam imzalayıb.
Sərəncamla, 2023-cü il iyulun 18-də Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Özbəkistan Respublikasının Yenidənqurma və İnkişaf Fondu arasında Özbəkistan Respublikasının ərazisində məhdud məsuliyyətli cəmiyyət formasında Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin yaradılması haqqında Saziş” təsdiqlənib.
14-10-2023, 14:16
Prokurorluqda İlham Əliyevin ölkə rəhbəri seçilməsinin 20-ci ildönümü qeyd olundu


Prokurorluqda İlham Əliyevin ölkə rəhbəri seçilməsinin 20-ci ildönümü qeyd olundu

Oktyabrın 14-də Baş Prokurorluqda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə rəhbəri seçilməsinin 20-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Təntənəli tədbirdə Baş Prokurorluğun rəhbərliyi ilə yanaşı, Milli Məclis sədrinin müavini və deputatlar, Baş Prokurorluq, Hərbi prokurorluq və tabe qurumların əməkdaşları, prokurorluğun veteranları, habelə prokurorluq orqanlarında ictimai köməkçi qismində fəaliyyət göstərən könüllülər və media nümayəndələri iştirak edib.
İlk öncə iştirakçılar Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, unudulmaz xatirəsini dərin ehtiramla yad edib.
Bundan sonra Ulu Öndər Heydər Əliyev və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, daha sonra isə Dövlət himni səsləndirilib.
Çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, ümummilli lider Heydər Əliyevin canından çox sevdiyi xalqına sonuncu müraciətində “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” bildirməsi bu günkü tarixi gerçəkliyimizin aydın mənzərəsinin tərənnümü olub.
Vurğulanıb ki, milli təfəkkürlə bəşəri düşüncəni birləşdirən, gerçəkliklə qlobal baxışları uzlaşdıran görkəmli siyasi lider İlham Əliyev nəinki Ümummilli Liderin etimadını doğruldub, eləcə də bütün Azərbaycan xalqının növbəti onilliklər üçün əbədi inamını və sarsılmaz dəstəyini qazanıb.
Dövlət başçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının ötən 20 ildə keçdiyi inkişaf yoluna nəzər salan Baş prokuror qeyd edib ki, 20 illik fəaliyyəti ilə hər bir azərbaycanlının Zəfər və tərəqqi rəmzinə çevrilən möhtərəm Prezident cənab İlham Əliyevin 15 oktyabr 2003-cü ildə ölkə rəhbəri seçilməsi ilə başlanan möhtəşəm qələbə yolu tarixin ən qüdrətli, ən xoşbəxt və ən qürurlu Azərbaycanını ərsəyə gətirib.
Bildirilib ki, prokurorluq orqanları daim möhtərəm cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub.
Qeyd olunub ki, dövlət başçısının dəstəyi ilə prokurorluqda hesabatlılığın və şəffaflığın təmin edilməsi, elmi-texniki nailiyyətlərin tətbiqi, maddi-texniki bazanın və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, işin səmərəliliyinin artırılması və çatışmazlıqların təxirə salınmadan aradan qaldırılması istiqamətində mütəmadi islahat tədbirləri həyata keçirilməkdədir.
Baş prokuror Kamran Əliyev həm “Heydər Əliyev İli”, həm də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə rəhbəri seçilməsinin 20-ci ildönümü ilə əlaqədar məsuliyyətini dərindən dərk edən prokurorluq işçiləri tərəfindən bu müddətdə üzərlərinə düşən vəzifələrin layiqincə icrası hədəf seçilməklə ictimai-siyasi sabitliyin və dövlətçiliyimizin qorunması, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi naminə lazımi tədbirlərin görüləcəyini vurğulamaqla milli iradənin təntənəsi olan Qalib Liderin rəhbərliyi ilə növbəti onilliklərdə də azərbaycan xalqının öz tarixinin yeni, şanlı səhifələrini yazacağına, bütün sahələrdə möhtəşəm inkişaf naminə yüksək zirvələr fəth edəcəyinə əminliyini bildirib.
Tədbirdə, həmçinin, Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, prokurorluğun veteranı Pənah Abbasov, prokurorluqda ictimai köməkçi qismində fəaliyyət göstərən könüllü Telman İsmayılov çıxış edib.
Daha sonra Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilmiş, dövlət başçısının 2003-cü ildən başlayaraq yürütdüyü məqsədyönlü siyasət və nəticədə torpaqlarımızın işğaldan azad olunması ilə bağlı tarixi missiyasına həsr olunmuş "İlham" sənədli filmi tədbir zamanı nümayiş etdirilib.





14-10-2023, 14:13
Qusarda bədbəxt hadisə: 3 qardaş zəhərləndi, 2-si öldü


Qusarda bədbəxt hadisə: 3 qardaş zəhərləndi, 2-si öldü

Oktyabrın 14-də Qusar şəhərində evdə iki nəfərin meyiti aşkarlanıb.
Meyitlərin şəhərin M. Vəliyev küçəsindəki evdə kirayədə yaşayan Cəlilabad rayon sakinləri 1976-cı il təvəllüdlü Zeynalov Sabir Yusif oğlu və qardaşı 1978-ci il təvəllüdlü Zeynalov Sakit Yusif oğluna məxsus olduğu müəyyənləşib.
Onların kiçik qardaşı 43 yaşlı Şamil Zeynalov isə ağır vəziyyətdə Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta ağır kimi qiymətləndirilən Ş.Zeynalova naməlum mənşəli zəhərlənmə diaqnozu qoyulub.
Qardaşların qidadan və ya dəm qazından zəhərlənməsi ehtimal olunur. İlkin məlumatlarda ölənlərin göbələkdən zəhərləndiyi bildirilsə də hüquq mühafizə orqanlarının evdə apardığı araşdırma zamanı bu məhsulun qalıqları müəyyənləşməyib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
14-10-2023, 13:51
“20 il ərzində ali təhsil müəssisələrinə qəbul sayı 3 dəfə artıb” - Nazir


“20 il ərzində ali təhsil müəssisələrinə qəbul sayı 3 dəfə artıb” - Nazir

20 il ərzində ərazində ölkəmizdə 2600-dən çox məktəb tikilib və ya əsaslı təmir edilib.
Bunu elm və təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin prezidentliyinin 20 illiyinə həsr olunmuş “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətinin 20 ili” adlı konfransda çıxışı zamanı deyib.
“2026-cı ilin sonuna kimi 100 min uşağın məktəbəqədər təhsilə cəlb edilməsi planlaşdırılır”, - nazir qeyd edib.
Emin Əmrullayevin sözlərinə görə, 40 mindən çox müəllim sertifikatlaşdırmaya cəlb olunub: “Hazırda müəllimlərin orta aylıq əməkhaqqı 830 manat təşkil edir”.
Nazir ali təhsil sistemindəki dəyişikliklərə də toxunub: “2003-cü ilə müqayisədə bu 20 il ərzində ali təhsil müəssisələrinə qəbul sayı 3 dəfə artıb. Həmçinin 2003-2023-cü illər arasında 4000-dən çox tələbə xaricdə təhsil hüququ qazanıb”.
14-10-2023, 13:44
2003-cü ildən sonra hərbi xərclər 15 dəfədən çox artıb - Samir Nuriyev


2003-cü ildən sonra hərbi xərclər 15 dəfədən çox artıb - Samir Nuriyev

2003-cü ildən sonrakı dövrdə hərbi xərclərin 15 dəfədən çox artırılması, hərbçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasından tutmuş ordunun ən müasir silahlarla, texnika ilə təchizatına kimi məsələlərin effektiv həlli, o cümlədən müdafiə sənayesinin formalaşdırılması, 20-dən çox hərbi zavodun yaradılması və 1200 adda hərbi təyinatlı müxtəlif məhsulların istehsalı, hərbi-texniki sahədə dost ölkələrlə çox səmərəli əlaqələrin qurulması və inkişaf etdirilməsi, ən əsası isə ordunun döyüş qabiliyyətinin, hərbçilərimizin peşəkarlığının yüksəldilməsi istiqamətində atılan məqsədyönlü addımlar son nəticədə Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasına daxil olmasını şərtləndirdi.
Bunu Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev dövlətimizin başçısı İlham Əliyevin birinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi münasibətilə Bakıda keçirilən “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda konfransda çıxışı zamanı deyib.
Qüdrətli dövlət quruculuğunun mühüm şərtinin güclü silahlı qüvvələrin, ordu amilinin olduğunu diqqətə çatdıran Samir Nuriyev əlavə edib: “Ərazisinin 20 faizinin işğal altında olduğu və beynəlxalq aləmin ədalətsizliyi ilə üz-üzə qalmış Azərbaycanın nümunəsində bu məsələnin aktuallığı daha kəskin dayanırdı. 2018-ci il iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən təntənəli hərbi paradda çıxış edən Prezident İlham Əliyev bildirmişdi ki, “ordu quruculuğu bizim üçün ən başlıca, ən prioritet məsələdir. Bu da təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Bizim əsas vəzifəmiz ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir”.
14-10-2023, 13:32
Türkiyənin XİN Başçısı Misir Prezidentiylə görüşdü


Türkiyənin XİN Başçısı Misir Prezidentiylə görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan Qahirədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşüb.
Bu barədə xarici KİV məlumat yayıb.
Tərəflər ikitərəfli və regional məsələləri müzakirə ediblər.
H.Fidan eyni zamanda, Misirdə almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb.
Qeyd edək ki, H.Fidan Qahirədə səfərdədir.
14-10-2023, 11:42
HƏRARƏT DOLU MƏKTUBLAR


Məmməd Araz - 90
HƏRARƏT DOLU MƏKTUBLAR
Bu yaxınlarda Şəkər Aslanın arxivinə baxarkən iki məktub diqqətimi cəlb etdi. Hər ikisi əbədiyaşar Xalq şairi Məmməd Arazın imzası ilə. Biri 1967-ci ildə Şəkər Aslana ünvanladığı cavab məktubudur. Yəqin ki, Şəkər Aslanın məktubu da Məmməd Arazın arxivində qorunur və ya heç qalmayıb...
İkinci məktubun yazılmasının isə canlı şahidiyəm. Lənkərandan Bakıya gələndə Şəkər Aslan “Evə məktub” adlı kitabını Məmməd Araza çatdırmağımı xahiş etdi. Məmməd Araza çatdıranda şair kitabın bəzi səhifələrinə “quş” qoyaraq vərəqlədi. Bildim ki, nəsə yazacaq. Növbəti həftə “Azərbaycan” nəşriyyatına gedəndə Məmməd müəllim makinadan çıxmış yazını mənə oxutdu. Kövrəldiyimdən təşəkkür etməyə söz tapmırdım. Və yazını zərfə qoyub Şəkər Aslana ünvanladıq. “Sən bölgə şairi deyilsən, ölkə şairisən”.
Bu həmin dövr idi ki, Şəkər Aslan 22 il işlədiyi doğma “Lənkəran” qəzetindən uzaqlaşdırılmışdı. “Söz” jurnalının təsis olunmasına isə aylar qalırdı.
Məmməd Arazın qayğısı, xeyirxahlığı sayəsində çoxlarının taleyinə işıq düşüb. Bunun şahidi çox olmuşam. Əksəriyyəti bu xeyirxahlıqları unutsa da, Şəkər Aslan bu təmənnasız qayğını, diqqəti ömrünün sonunadək minnətdarlıqla yad edirdi.
Bu gün dönə-dönə oxuduğum məktubların müəlliflərinin heç biri həyatda yoxdur. Amma hərarət dolu, səmimi məktublar qalır. Nə xoş ki, yazılanların ömrü onları yazanların cismani ömründən uzundur. Bir də ki, bu məktublarda onların xətti, yazı üslublarıyla yanaşı, həmin anlardakı ovqatları da aydın seçilir. Bu məktublar o zaman üçün iki şəxs arasında olan söhbət idi. İndi isə o məktublar, o yazılı söhbətlər hamıya ünvanlana bilər. Məktublarda ötən əsrin həmin dövrünün ab-havası var, tarixi var.
Şəkər Aslan Məmməd Arazın Lənkəran Dövlət Dram Teatrında keçirilən 60 illik (1993) yubileyində çıxış edib və yubilyara həsr etdiyi şeirini oxuyub. Fikirlərini çıxışında ürək genişliyilə əks etdirərək şairə minnətdarlığını bildirib.
Haqq dünyasında olan hər iki şairin doğum günü oktyabr ayındadır. Hər ikisinin ruhuna rəhmət diləyərək məktubları oxucuların ixtiyarına veririk.

Sevda Əlibəyli

Şəkərcan, salamlar!
Məktubunu alıb sevindim. Mən yaza bilməyəndə, yazmağa vaxtım olmayanda, istəyimcə yazmayanda çox bədbin oluram, yata bilmirəm, əsəbi hal keçirirəm. Belə vaxtlarda dostların məktubu məni tərpədir, düşünürəm ki, heç olmasa bir adamın yadında varam, bir adam üçün yaşayıram, bir adama təsəlli verə bilirəm.
Həm məktubun, həm qəzetdəki rəyin məni sevindirdi. Təşəkkür edirəm. İndi gənclər şöbəsi “Azərnəşr”dən ayrılıb ayrı nəşriyyat olduğundan bizdən (bizim şöbədən) bir sıra əlyazmalar ora verilib (siyahı ilə). Vəziyyəti öyrənərəm (mən bu gün evdəyəm, odur ki, doğru məlumat verə bilmirəm), bizdə qalıbsa özüm məmnuniyyətlə redaktə edərəm; ora da verilsə, yenə narahat olmaya bilərsən, hamısı öz yoldaşlarımızdır. Bir də, sənin kimi şairi hər vicdanlı kəs ürəklə redaktə etməyə sevinər.
Bakının havası çox bulanıqdır: yağır, kəsir, gün düşür, külək qopur və s. (elə ədəbi havası da ondan betərdir).
Arzu edirəm ki, yeni şeirlərlə Bakıya gələsən, bizi sevindirəsən. Mən də ara-sıra yazıb-pozuram. Ancaq istədiyim yazıları çap eləmirlər. Mən isə istəyimi ütüləyə bilmirəm. Belə gedişlə də bir yana çıxmaq çətindir. Nə isə, sağlıq olsun. Nə yaxşı ki, sabaha ümid var.
Hörmətlə: qardaşın Məmməd Araz.
30.I.67
Bəxtəvərliyə qovuşan şairlərdənsən. Sənin arxanda böyük xalq dayanır, sən bölgə şairi deyilsən, sən ölkə şairisən. Vaxtı ilə Sovetlər birliyi adlanan respublikaların əksər xalqlarının dilində sənin şeirlərin səslənib, dünya dillərinin çoxunda şeirlərin ünvan tapıb, hələ bundan sonra sənin şirin dilin yeni-yeni ünvanlar tapacaq.
“Şəki” şeirində yazırsan:

Abidə yazıdır daşın, divarın,
Demə saralacaq, demə solacaq.
Belə bir dünəni olan diyarın
Gör indi sabahı necə olacaq!

olan səadət deyil. Neçə illərdir ki, sənin təptəzə poeziyandan zövq alan, onu ürəkdən təbliğ edən qələm dostlarından biri də mənəm.
Sənə bundan sonra da böyük uğurlar diləyən dostun

Məmməd Araz.
25.VIII.92.

Şair üçün tərif
Tərifdən qorxuram, qorxuram yaman...

M.Araz.



Şair, başla yenə şeir deməyə,
Hər təzə misraya bir əsirəm mən.
Səni ürəyimcə tərifləməyə,
Qələm götürmüşəm, söz gəzirəm mən.

Hər təzə şeirdən ürək sevindi,
Bir az şöhrətləndi, ucaldı vətən!
İlhamla, həvəslə qoy yazım indi
“Tərifsiz bir ömrün tərifi”ni mən.

Tərifdən ki, belə qorxub qaçırsan,
Hər yerdə payına tərif düşəcək!..

Şəkər ASLAN.
1977-1993
13-10-2023, 21:59
Qəzza sakinləri şəhəri tərk edir


Qəzza sakinləri şəhəri tərk edir

Qəzza sakinləri şəhəri tərk etməyə başlayıb.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Hagari məlumat verib.
"Qəzza şəhərinin əhalisi özlərini qorumaq üçün nəzərəçarpacaq dərəcədə cənuba doğru hərəkət etməyə başladılar", - deyə Hagari bildirib.
Onun sözlərinə görə, şəhər sakinləri İsrailin ordusunun çağırışını nəzərə alıblar.
Bundan əvvəl İsrail hökuməti və hərbçiləri Fələstinin HƏMAS hərəkatının şəhərdə yerləşən obyektlərinin kütləvi şəkildə bombalanmasına başlaması ilə əlaqədar Qəzza əhalisinə müraciət etmişdilər.
13-10-2023, 21:38
BMT Azərbaycanın irəli sürdüyü qətnaməni qəbul etdi


BMT Azərbaycanın irəli sürdüyü qətnaməni qəbul etdi

BMT-nin İnsan Hüquqları Şurasının sessiyasında Azərbaycanın irəli sürdüyü qətnamə qəbul edilib
Oktyabrın 12-də BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan tərəfindən irəli sürülmüş və yüzdən çox ölkənin həmmüəllif olaraq qoşulduğu inkişaf hüququ üzrə qətnamə qəbul edilib.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
​İnkişaf hüququ Qoşulmama Hərəkatı üçün xüsusi əhəmiyyət kəsb edən və hərəkatın gündəliyində önəmli yer tutan əsas mövzulardandır.
Ölkəmiz Hərəkata sədrliyi dövründə inkişaf hüququnun təşviq edilməsi və hüquqi bazasının gücləndirilməsi istiqamətində çoxsaylı addımlar atmış, inkişaf etməkdə olan ölkələrin mövqeyi və maraqlarının beynəlxalq müstəvidə irəlilədilməsində aktiv və nəticəyönümlü fəaliyyətlər aparıb.
Qoşulmama Hərəkatına üzv dövlətlərin dövlət və hökumət başçılarının 18-ci Bakı Zirvə Toplantısı (25-26 oktyabr 2019) və Hərəkatın Əlaqələndirici Bürosunun Bakı şəhərində keçirilmiş Nazirlər İclasının (5-6 iyul 2023) yekun sənədlərində inkişaf hüququnun təşviqi məsələsinə xüsusi vurğu edilib.
Şurada qəbul edilmiş bu qətnamə inkişaf hüququ üzrə özündə hüquqi öhdəlikləri ehtiva edən beynəlxalq sənədin ilk dəfə olaraq BMT Baş Assambelyasına təqdim edilməsinə yol açır.
Azərbaycan bundan sonra da BMT, Qoşulmama Hərəkatı və digər çoxtərəfli beynəlxalq formatlarda insan hüquqlarının ayrılmaz hissəsi olan inkişaf hüququnun təşviqi və irəlilədilməsində aktiv fəaliyyətini davam etdirəcəkdir.
13-10-2023, 21:23
Niderlandın Baş naziri Ukraynaya getdi - Əlavə raketlər veriləcəyini bildirdi


Niderlandın Baş naziri Ukraynaya getdi - Əlavə raketlər veriləcəyini bildirdi

Bu gün Niderland Baş naziri Mark Rutte Ukraynaya səfər edib.
O, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Rutte Ukrayna ordusuna Patriot zenit sistemləri üçün əlavə raketlər veriləcəyini bildirib.
“Bu qış Rusiya Ukraynaya mümkün qədər çox zərər vurmağa çalışacaq. Buna görə də Niderland Ukraynanı Rusiyanın vəhşi hücumlarından müdafiə edə bilməsi üçün əlavə "Patriot" raketləri ilə təmin edəcək”, - Rutte yazıb.
Niderlandın baş naziri cümə günü Odessaya baş çəkib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!