Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
16-10-2023, 23:34
Münqaişə nəticəsində BMT-nin 14 əməkdaşı həlak oldu


Münqaişə nəticəsində BMT-nin 14 əməkdaşı həlak oldu

İsrail-Fələstin münaqişəsi başlayandan bəri BMT-nin Yaxın Şərq agentliyinin ən azı 14 əməkdaşı həlak olub.
Bu barədə agentliyin Qəzzada vəziyyətin inkişafı ilə bağlı gündəlik hesabatında deyilir.
Hesabatda qeyd edilir ki, həm agentliyin həlak olan əməkdaşlarının, həm də dağıdılmış obyektlərin faktiki sayı daha çox ola bilər.
16-10-2023, 23:20
Gədəbəydə polis əməkdaşına silahlı müqavimət


Gədəbəydə polis əməkdaşına silahlı müqavimət

Oktyabrın 16-da saat 21 radələrində Gədəbəy rayonu Sarıhasanlı kəndində evlərin birindən polis əməkdaşlarına qarşı odlu silahla müqavimət göstərməyə cəhd edən şəxslər saxlanılıblar.
DİN-in mətbuat xidmətindən bildirilib ki, əvvəllər məhkum olunan, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü (oğurluq) maddələri ilə axtarışda olan Hüseynov Nəsib Qayıb oğlu və onunla birlikdə olan, barəsində 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət icraatı olan 1976-cı il təvəllüdlü Cəfərov Elman Əvəz oğlu, əvvəllər məhkum olunmayan 1967-ci il təvəllüdlü Cəfərov Nəriman Ələsgər oğlu Gədəbəy RPŞ əməkdaşları tərəfindən saxlanılarkən odlu silahla müqavimət göstəriblər.
Polis əməkdaşlarının çevikliyi nəticəsində silahlı müqavimət cəhdinin qarşısı alınıb, N.Hüseynova tabel silahı tətbiq edilməklə onlar saxlanılıblar. Ayaq nahiyyəsindən xəsarət alan N.Hüseynova nəzarət qaydasında ilkin tibbi yardım göstərilməklə xəstəxanaya yerləşdirilib. Həyatına təhlükə yoxdur.
Hadisə yerindən cinayət aləti olan tüfəng götürülüb.
Araşdırma aparılır.
16-10-2023, 23:11
Azərbaycan Texniki Universitetinin tələbəsi dünyasını dəyişdi


Azərbaycan Texniki Universitetinin tələbəsi dünyasını dəyişdi

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi Bəxtiyar Paşayev dünyasını dəyişib.
O, universitetə gedərkən ürəktutmasından vəfat edib.
Qeyd edək ki, 2005-ci il təvəllüdlü B.Paşayev AzTU-nun 1-ci kursunda təhsil alırmış. O, bu gün sakini olduğu Biləsuvar rayonununda dəfn olunub.
16-10-2023, 22:08
Ermənistanla sülh sazişi imzalanması üçün real şanslar var - XİN Başçısı


Ermənistanla sülh sazişi imzalanması üçün real şanslar var - XİN Başçısı

Azərbaycanın bütün ərazisində suverenliyinin bərpa edilməsindən sonra Ermənistanla sülh sazişi imzalanması üçün real şanslar var.
Bunu xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla telefon danışığında deyib.
“Bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səylərə mane olan təxribatçı addımların, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı olan çağırışları dəstəkləyən bəyanatlardan çəkinmək vacibdir. Azərbaycanın bütün ərazisində suverenliyinin bərpa edilməsindən sonra Ermənistanla sülh sazişi imzalanması üçün real şanslar var, Ermənistan tərəfindən bu imkanların müsbət dəyərləndiriləcəyinə ümidvarıq”, - deyə nazir qeyd edib.
16-10-2023, 21:57
Millimiz Avstriyaya məğlub oldu


Millimiz Avstriyaya məğlub oldu

Azərbaycan millisi bu gün növbəti oyununa çıxıb.
Canni de Byazinin yetirmələri AVRO-2024-ün seçmə mərhələsində Avstriya ilə üz-üzə gəlib.
VIII turun F qrupundakı matçı Bakıda baş tutub. Uzun fasilədən sonra Tofiq Bəhramov adına Respublika stadionuna qayıdan milli azarkeşlərini sevindirmək üçün meydana çıxsa da buna nail ola bilməyib.
Qeyd edək ki, qrupun digər matçında Belçika İsveçi qəbul edəcək.
16-10-2023, 21:40
Putin Azərbaycan sərhədinədək uzanan yolun açılışında iştirak etdi


Putin Azərbaycan sərhədinədək uzanan yolun açılışında iştirak etdi

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 16-da Azərbaycan sərhədinədək uzanan yolun açılışında iştirak edib.
Videogörüntü vasitəsilə mərasimə qoşulan V.Putin ölkənin 5 regionunda yolların, o cümlədən Dağıstandan keçən və Azərbaycan sərhədinə kimi gələn “Qafqaz” yolunun açılışını edib.
Rusiya Prezidenti bu yolun “Şimal-Cənub” dəhlizinin inkişafında mühüm rol oynadığını və Azərbaycan Prezidenti İlham Əliyev ilə dəhlizin tikintisi məsələlərini müzakirə etdiyini bildirib.
V.Putin vurğulayıb ki, tərəfdaşlar da “Şimal-Cənub” dəhlizinin reallaşması üçün böyük işlər görürlər.
16-10-2023, 21:02
Azərbaycan və Almaniyanın XİN Başçıları Qarabağı müzakirə etdi


Azərbaycan və Almaniyanın XİN Başçıları Qarabağı müzakirə etdi

Oktyabrın 16-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə telefon danışığı aparıb, regionda mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında sülh prosesinin perspektivləri müzakirə olunub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, C.Bayramov Ermənistanın son illər ərzində həyata keçirdiyi hərbi-siyasi təxribatlar, ərazilərimizdə qeyri-qanuni erməni silahlı qüvvələrinin törətdiyi təhdidlər, Azərbaycanın erməni silahlı qüvvələrinə və ərazimizdəki qondarma rejimə qarşı həyata keçirdiyi anti-terror tədbirlərini şərtlərindirən amillər və tədbirlərindən sonra bölgədə cari vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.
Azərbaycanın erməni sakinləri hədəf almadığı, bunun bölgəyə səfər edən BMT missiyası ilə yanaşı, Beynəlxalq Qızıl Xaç Komitəsi və hətta Ermənistan baş naziri tərəfindən belə təsdiqləndiyini xatırladıb.
Azərbaycana qarşı davam edən qarayaxma kampaniyasının, guya erməni sakinlərə qarşı “etnik təmizləmə” həyata keçirildiyi barədə iddiaların əsassız olduğu, bunun Ermənistanın və bəzi ölkələrin siyasi manipulyasiyasının tərkib hissəsini təşkil etdiyi qeyd olunub.
Azərbaycanın erməni sakinlərin reinteqrasiyası istiqamətində planları açıqladığı, bu istiqamətdə işlər həyata keçirildiyi, müvafiq portal vasitəsilə ermənilər tərəfindən daxil olan müraciətlərin nəzərdən keçirildiyi nazir tərəfindən bildirilib.
Bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səylərə mane olan təxribatçı addımların, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı olan çağırışları dəstəkləyən bəyanatlardan çəkinməyin vacib olduğu vurğulanıb. Azərbaycanın bütün ərazisində suverenliyinin bərpa edilməsindən sonra, Ermənistanla sülh sazişi imzalanması üçün real şansların olduğu, Ermənistan tərəfindən bu imkanların müsbət dəyərləndiriləcəyinə ümidvar olduğumuz diqqətə çatdırılıb.
Daha sonra qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
16-10-2023, 20:52
Putin İsrailin Baş naziriylə telefon danışığı apardı


Putin İsrailin Baş naziriylə telefon danışığı apardı

Rusiya prezidenti Vladimir Putin İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.
Bu barədə "Haaretz" qəzeti yazıb.
Dialoqun təfərrüatları açıqlanmayıb.
Rusiya prezidenti bu gün səhər saatlarında Suriya prezidenti Bəşər Əsəd, İran prezidenti İbrahim Rəisi və Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə telefon danışığı aparıb. Danışıqlar nəticəsində liderlərin hamısı Qəzza zolağında humanitar böhrana son qoyulmasının vacibliyini bəyan ediblər.
16-10-2023, 20:21
İsrail parlamentinin qış sessiyası yarımçıq qaldı


İsrail parlamentinin qış sessiyası yarımçıq qaldı

Knessetin (İsrail parlamenti) qış sessiyasının açılışı atəş təhlükəsi səbəbindən yarımçıq qalıb.
Bu barədə İsrailin “The Times of Israel” qəzeti yazıb.
Bildirilir ki, Parlamentarilər bomba sığınacağında 40 dəqiqə vaxt keçiriblər, daha sonra görüş davam etdirilib. Bundan əvvəl HƏMAS Tel-Əviv və Qüdsə raket zərbələri endirdiyini bildirmişdi.
İsrailin baş naziri Benyamin Netanyahu Qüdsdə qış sessiyasının açılışında çıxış edib. O, HƏMAS-ı “nasizmin yeni forması” adlandırıb və ona qarşı mübarizəyə çağırıb. “Dünya nasistləri məğlub etmək üçün birləşdiyi kimi, HƏMAS-ı məğlub etmək üçün birləşməlidir”, - israilli siyasətçi bildirib.
16-10-2023, 19:33
Müğənni həyat yoldaşı tərəfindən öldürüldü - Bacısı danışdı


Müğənni həyat yoldaşı tərəfindən öldürüldü - Bacısı danışdı

Bu gün müğənni Yaqut Həşimovanın həyat yoldaşı tərəfindən öldürüldüyü barəsində xəbər yayılıb.
ATV-nin “Bizimləsən” proqramında hadisənin necə baş verməsi barəsində sənətçinin bacısı Şəlalə İsgəndərova ilə əlaqə saxlanılıb.
Göz yaşları içərisində danışan Şəlalə çəkilişə gedərkən bu hadisədən xəbərdar olduğunu deyib.
“Şah damarına vurub. Başını kəsməyib. Yalan söhbətdir. Morqa aparırıq. Həyat yoldaşı polis tərəfindən saxlanılıb”.
O, həmçinin bacısının yoldaşının doğma xalası oğlu olduğunu, son vaxtlar narkotikə qurşandığını bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!