Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
22-10-2023, 17:31
Əmircan qəsəbəsindəki yataqxanada baş vermiş yanğın söndürüldü


Əmircan qəsəbəsindəki yataqxanada baş vermiş yanğın söndürüldü

Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə FHN-dən bildirilib.
Əlavə məlumat veriləcək.
22-10-2023, 16:57
Xankəndidə ilk cərrahi əməliyyat icra olundu


Xankəndidə ilk cərrahi əməliyyat icra olundu

Xankəndidəki tibb müəssisəsində ilk cərrahi əməliyyat icra olunub.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Belə ki, 1999-cu il təvəllüdlü Azərbaycan vətəndaşı 18.10.2023-cü il tarixində saat 14:10 radələrində qarın boşluğunda kəskin ağrılar, ürəkbulanma, halsızlıq şikayətləri ilə Xankəndidəki tibb müəssisəsinə müraciət edib.
Həkimlər tərəfindən zəruri müayinələr aparılıb, pasiyentə kəskin appendisit diaqnozu qoyulub və əməliyyat olunmasına qərar verilib.
Onun üzərində appendektomiya əməliyyatı uğurla icra olunub. Vəziyyəti qənaətbəxş qiymətləndirilən polis orqanının əməkdaşı olan Tağızadə Atatürk Səlim oğlu ambulator müalicə üçün artıq evə buraxılıb.
Əməliyyat həkim-anestezioloq-reanimatoloq Ramin Əhmədovun, tibb bacıları Aynur Mustafayeva və Gülsüm Həsənovanın, tibb qardaşı Arzuman Məmmədovun müvafiq yardımları ilə həkim-cərrah Vəli Xəlilov tərəfindən həyata keçirilib.
22-10-2023, 16:42
Erməni nazir “3+3” formatında keçiriləcək görüşdə iştirak edəcək


Erməni nazir “3+3” formatında keçiriləcək görüşdə iştirak edəcək

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan sabah Tehranda "3+3" formatında keçiriləcək görüşdə iştirak edəcək.
Bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ani Badalyan bildirib.
Ani Badalyan deyib ki, Ararat Mirzoyan İran tərəfinin dəvəti ilə "3+3" formatında keçiriləcək görüşdə iştirak edəcək. Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılıb.
Qeyd edək ki, oktyabrın 23-də Tehranda "3+3" formatında (Azərbaycan, Türkiyə, Rusiya, İran, Ermənistan, Gürcüstan) xarici işlər nazirləri səviyyəsində görüş keçiriləcək.
Görüşdə regional məsələlərlə yanaşı, Azərbaycan və Ermənistan arasında sülh danışıqları da müzakirə mövzusu olacaq.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Rusiya XİN başçısı Sergey Lavrovun oktyabrın 23-də Tehranda danışıqlarda iştirak edəcəyini təsdiqləyib.
22-10-2023, 16:24
İsrail girov götürülmüş vətəndaşlarının sayını açıqladı


İsrail girov götürülmüş vətəndaşlarının sayını açıqladı

Qəzza zolağının HƏMAS partiyasının hərbi qanadının hücumu nəticəsində 212 nəfər girov götürülüb.
Bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi Daniel Hagari açıqlayıb.
Onun sözlərinə görə, girov götürülənlərin ailələrinə bununla bağlı məlumat verilib.
İsrail Müdafiə Qüvvələri daha əvvəl HƏMAS-ın 200-dən çox adamı girov götürdüyünü bildirmişdi.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və “Əl-Əqsa daşqını” əməliyyatının başladığını elan edib. İsrailin cavab əməliyyatı “Dəmir qılınclar” adlanır. Əməliyyatın məqsədlərindən biri də HƏMAS-ın məhv edilməsidir. İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın yüzlərlə hədəfinə zərbələr endirib.
22-10-2023, 16:00
Qəzzada ölənlərin sayı 5 minə yaxınlaşır


Qəzzada ölənlərin sayı 5 minə yaxınlaşır

Oktyabrın 7-də Yaxın Şərqdə münaqişənin növbəti dəfə gərginləşməsindən sonra İsrailin hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 4 651 nəfərə çatıb.
Bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.
Həyatını itirənlərdən 1 873 nəfəri uşaq, 1 023 nəfəri qadın, 187 nəfəri yaşlıdır.
Qeyd edək ki, yaralıların sayı 14 245 nəfərdir.
22-10-2023, 15:19
Şəkidə Kəlağayı gecəsi


Şəkidə Kəlağayı gecəsi

Şəki şəhər Səməd Vurğun adına folklor evində kəlağayıdan bəhs edən ədəbi-bədii gecə keçirilib.

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin 2023-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ''Kəlağayı əlvan qıyqacı'' layihəsi çərçivəsində 21 Oktyabr 2023-cü il saat 15:00-da, Şəki şəhər Səməd Vurğun adına folklor evində kəlağayıdan bəhs edən ədəbi-bədii gecə keçirilib.
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, şair-publisist Güllü Eldar Tomarlı bildirib ki, layihənin mahiyyəti kəlağayımızın əvvəlki şan-şöhrətini özünə qaytarmaqla yanaşı yeniyetmə və gənclər arasında onun populiyarlığını daha da artırmaqdır.
Bədii gecədə Şəki şəhər 4 nömrəli U.M.M-nin xor şöbəsinin müdiri Fərqanə Salamova, M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin drijoru Zabil Məmmədov, Şəki Şəhər Uşaq İncəsənət məktəbinin Müəllimi Xumar Əsədova və şagirdləri, Şəki 4 nömrəli Uşaq musiqi məktəbinin tar müəllimi Səxavət Cumayev, Şəki şəhər 4 nömrəli U.M.M-nin nağara müəllimi Elman Salmanov, Bilqeyis Ələskərova adına Folklor evinin kamança üzrə metodisti Rüstəm Xəlilməmmədov və digər söz, sənət adamları iştirak ediblər.
Layihə çərçivəsində "Kəlağayı əlvan qıyqacı" kitabı oxuculara təqdim olunub. Sonda Güllü Eldar Tomarlı Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə maliyyə dəstəyinə görə, təşkilatı dəstəyə görə Şəki şəhər İcra Hakimiyyətinə, Mədəniyyət idarəsinə minnətdarlığını bildirib.
Qeyd edək ki, "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyi 2023-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ''Kəlağayı əlvan qıyqacı'' layihəsi çərçivəsində Bakı, Qazax, İsmayıllı və Şəki şəhərlərində kəlağayıdan bəhs edən ədəbi-bədii gecələrin təşkili və "Kəlağayı əlvan qıyqacı" kitabının təqdimatının keçirilməsi nəzərdə tutulub.

22-10-2023, 15:10
İsrail HƏMAS-ın raket qüvvələrinin rəis müavinini məhv etdi


İsrail HƏMAS-ın raket qüvvələrinin rəis müavinini məhv etdi

İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari Qəzza zolağına gecə zərbələri zamanı HƏMAS-ın raket qüvvələrinin rəis müavininin və bu təşkilatın onlarla obyektinin məhv edildiyini bildirib.
Onlarla HƏMAS tərəfdarının öldürüldüyü də bildirilir.
Bundan əvvəl HƏMAS-ın Qəzza zolağında saxladığı girovların təsdiqlənmiş sayının 212-yə çatdığı açıqlanıb.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və “Əl-Əqsa daşqını” əməliyyatının başladığını elan edib. Minlərlə yaraqlı İsrail ərazisini işğal edərək onlarla hərbi texnikanı və 200-dən çox inası girov götürüb. Bu fonda İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.
İsrail Müdafiə Qüvvələrinin cavab əməliyyatı “Dəmir Qılınclar” adlanıb və məqsədlərindən biri də HƏMAS-ın məhv edilməsi idi.
22-10-2023, 14:58
Lavrov “3+3” formatında keçiriləcək görüşdə iştirak edəcək - Zaxarova


Lavrov “3+3” formatında keçiriləcək görüşdə iştirak edəcək - Zaxarova

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın paytaxtı Tehranda keçirilməsi planlaşdırılan danışıqlarda iştirak edəcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Bundan əvvəl IRNA agentliyi Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin oktyabrın 23-də Tehranda “3+3” formatında görüşcəyi barədə məlumat yayıb.
Oktyabrın 20-də Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Tehrandakı görüşdə iştirak edəcəyini bəyan edib.
Xarici işlər nazirləri səviyyəsində keçiriləcək iclasda Cənubi Qafqaz üzrə məsələlərin araşdırılması, regional əməkdaşlığın (siyasi, iqtisadi, təhlükəsizlik, tranzit, enerji və sairə) inkişaf etdirilməsi, Azərbaycan və Ermənistan arasında sülh danışıqları müzakirə ediləcək.
Qeyd edək ki, “3+3” formatında ilk iclas ötən il Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada keçirilib.
22-10-2023, 12:50
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Oktyabrın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-16° isti, gündüz 18-23° isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 19-24° isti, dağlarda gecə 3-8° isti, gündüz 11-16° isti olacaq.
22-10-2023, 11:23
İsraildə xüsusi əməliyyat mərkəzi yaradıldı


İsraildə xüsusi əməliyyat mərkəzi yaradıldı

İsrailin Baş Təhlükəsizlik Xidməti və MOSSAD kəşfiyyat xidməti oktyabrın 7-də yəhudi dövlətinə hücumda iştirak edən HƏMAS yaraqlılarını izləmək və məhv etmək vəzifəsi daşıyan xüsusi əməliyyat mərkəzi yaradıb.
Yeni komanda mərkəzinin vəzifəsi İsrailə qəfil hücumda iştirak edən və böyük əksəriyyəti mülki şəxslər olan təxminən 1,4 min nəfərin ölümünə səbəb olan HƏMAS-ın “Nuxba” bölməsinin bütün yaraqlılarının müəyyənləşdirilərək məhv etmək olacaq.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından İsrailə raket hücumları başlayıb və eyni zamanda yaraqlı qruplar İsrail hərbçilərinin onlarla döyüşə girdiyi yəhudi dövlətinin ərazisinə daxil olub. Ordu "müharibə hazırlığı vəziyyəti" elan edib və qısa zamanda bu günə qədər davam edən “Dəmir qılınclar” əməliyyatına başlayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!