Mehriban Əliyevadan COP29-la bağlı daha bir paylaşım .....                        ABŞ, Azərbaycan və Çin birgə iclas keçirdi .....                        Dünya liderləri Bakıda... .....                        "Hərəkətə keçməsək, tarix bizi mühakimə edəcək" - Sandu Bakıdan səsləndi .....                        Bakıya gələn liderlərə ziyafət verildi .....                        Görkəmli alim, böyük şəxsiyyət .....                        Mirziyoyev COP29 kürsüsündən hansı mesajları verdi? .....                        Mehriban Əliyeva COP29-da çıxış etdi .....                        Ceyhun Bayramov dəyirmi masada çıxış etdi .....                       
26-08-2024, 17:54
Sərhədimizi pozan Əfqanıstan vətəndaşı saxlanılıb


Sərhədimizi pozan Əfqanıstan vətəndaşı saxlanılıb

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən avqust ayının 25-də saat 21:00-da Xəzər dənizinin su səthinin müşahidəsi zamanı bir nəfər şübhəli şəxsin İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozaraq Astara rayonunun sahil xəttinə doğru üzməsi müşahidə olunub.
Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, aşkar olunmuş şəxsin saxlanılması istiqamətində tədbirlər görülərək, sahil nəzarəti bölmələri aidiyyəti üzrə məlumatlandırılıb və sahil xətti boyu ərazinin qapadılması təmin olunub.
"Sahil Mühafizəsinin bölmələrinin fəaliyyəti nəticəsində dövlət sərhədini pozaraq Azərbaycan ərazisinə keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşı 24.04.1998-ci il təvəllüdlü Mahmood Khil Bilal oğlu saxlanılıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.
26-08-2024, 17:47
Zelenskidən gürcüstanlı həmkarına təşəkkür


Zelenskidən gürcüstanlı həmkarına təşəkkür

"Əziz dostum, xoş sözlərinizə və dəstəyinizə görə təşəkkür edirəm!".
Ukrayna prezidenti Volodimir Zelenski Gürcüstan prezidenti Salome Zurabişviliyə Müstəqillik Günü münasibətilə təbrikinə görə təşəkkür edib.
“Dost gürcü xalqı ukraynalılar kimi, azadlıq və müstəqilliyin uğrunda mübarizə aparmağa dəyər olduğunu dərk edir... Xalqımızın əlaqələri həmişə xalqlarımızın azadlığına, müstəqilliyinə və firavanlığına xidmət edir”, - deyə Zelenski X-də yazıb.
Zurabişvili Ukraynanın Müstəqillik Günü münasibətilə təbrikində ölkə ərazilərinin işğaldan azad olunmasını və sülh arzulayıb.
26-08-2024, 17:33
Şuşa və Xankəndidə 46 nəfər cəzalandırıldı - VİDEO


Şuşa və Xankəndidə 46 nəfər cəzalandırıldı - VİDEO

Şuşa və Xankəndidə məişət tullantıları və tütün məmulatlarının tutumlardan (urnalardan) kənar yerlərə ataraq ətrafı çirkləndirən 46 nəfər məsuliyyətə cəlb olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin ərazilərdə yaşayan, işləyən və səfər edən şəxslərə təhlükəsizlik qaydaları ilə yanaşı, sanitariya-gigiyena tələbləri izah edilir, onlara məlumatverici yaddaş vərəqələri paylanılır.
"Sanitariya-gigiyena qaydaları ilə bağlı vətəndaşların ən çox səfər etdikləri Şuşa və Xankəndi şəhərlərində avqust ayı ərzində ümumilikdə 46 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin məişət tullantıları və tütün məmulatlarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə məsuliyyətə cəlb olunub. Qaydalara əməl etməyən şəxslərə qarşı inzibati tənbeh tədbirləri davam etdirilir. Bir daha vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, ərazilərin təmizlik, sanitariya-gigiyena qaydalarına ciddi əməl etsinlər. Zibili, tullantıları urnalardan kənara atmaq qanunla qadağandır və inzibati məsuliyyət yaradır", - məlumatda qeyd olunub.

26-08-2024, 17:27
Ramzan Kadırovun oğluna Çeçenistanın ən yüksək fəxri ordeni verildi


Ramzan Kadırovun oğluna Çeçenistanın ən yüksək fəxri ordeni verildi

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu, respublika liderinin təhlükəsizlik idarəsinin rəhbəri Adam Kadırov Çeçenistanın ən yüksək fəxri ordeni olan “Kadırov ordeni” ilə təltif edilib.
Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Ahmad Dudayev Adam Kadırovu əsl vətənpərvər, müsəlman və çeçen adlandırıb.
Keçən ilin oktyabrında Adam Kadırov Çeçenistan Respublikasının Qəhrəmanı oldu, noyabrda isə İslam dininin möhkəmlənməsi və onun qorunmasında mühüm şəxsi töhfəsinə görə 1-ci dərəcəli “İslam dininə xidmətə görə” adına layiq görüldü.
26-08-2024, 17:10
Durov Bakıda Hüseynlə görüşüb


Durov Bakıda Hüseynlə görüşüb

"Telegram" platformasının sahibi Pavel Durovun Fransada həbs olunmazdan əvvəl əlaqə saxladığı sonuncu şəxslərdən birinin azərbaycanəsilli rusiyalı bloqer Hüseyn Həsənov olduğu bildirilir.
"SHOT" teleqram kanalında onların Bakıda birgə səhər yeməyi yediyini əks etdirən video yayımlanıb.
Səhər yeməyində 24 yaşlı bloqer Yuliya Vavilova da iştirak edib. Bir neçə saat sonra Durov və Vavilova milyarderin şəxsi təyyarəsi ilə Parisə uçublar.
Pavel Durov Fransanın "Le Burje" hava limanında saxlanılıb. İddialara görə, iş adamını 20 ilə qədər həbs gözləyir. Paris Prokurorluğu avqustun 26-da Pavel Durov işi ilə bağlı açıqlama yayacağını bildirib.
26-08-2024, 17:02
Allahşükür Paşazadə təltif edildi


Allahşükür Paşazadə təltif edildi

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəyə təbrik məktubu ünvanlayıb.
Təbrik məktubunu Azərbaycanda səfərdə olan Rus Pravoslav Kilsəsi Patriarxının nümayəndə heyətinin rəhbəri, Rus Pravoslav Kilsəsinin Xarici Əlaqələr şöbəsinin sədri Mitropolit Antoniy şeyxülislam Allahşükür Paşazadə ilə avqustun 26-da keçirilən görüşdə səsləndirib.
QMİ sədrinin səmərəli fəaliyyətini yüksək qiymətləndirən M.Antoniy şeyxülislamı ad günü münasibətilə təbrik edərək, onun din-dövlət münasibətlərinin yüksək səviyyədə aparılması, tərəqqi və əmin-amanlıq naminə səylərini yüksək qiymətləndirib.
M.Antoniy, həmçinin QMİ sədrini Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin adından Kiyev, Moskva və bütün Rusiya mitropoliti müqəddəs Aleksiy ordeni ilə təltif edib.
26-08-2024, 16:36
Azərbaycanda yeni kiberdələduzluq - Valideynlərdən pul alırlar


Azərbaycanda yeni kiberdələduzluq - Valideynlərdən pul alırlar

Yeni, təhlükəli və daha qorxunc dələduzluq növü yayılıb.
Bununla bağlı texnobloqer Fərid Pərdəşünas sosial hesabında paylaşım edib.
O qeyd edib ki, artıq Azərbaycanda bu dələduzların qurbanları var və külli miqdarda vəsait talanıb.
"Deməli, valideyninizə zəng gəlir. Dəstəyin o tərəfdə olan səsinizin süni intellekt ilə klonlanmış variantıdır. Valideyninizə sizin öz səsinizlə qəza keçirib, yararlı olduğunuzu və kimisə avtomobillə vurduğunuz deyilir. Burada səs klonlanır və evdə olan valideyn sanki övladı və ya nəvəsi ilə danışırmış kimi təəssürat yaranır.
Valideyndən təcili formada pul istənilir. Evdə nə var nə yox hamısı xəstəxana xərcləri üçün tələb olunur. Hətta, inandırıcı olsun deyə dəstəyi yanında olan saxta polis və ya prokuror olan şəxsə ötürür. O da təsdiqləyir ki, qəza baş verib, vəziyyət ağırdır.
Növbəti mərhələdə "oğul" valideyninə özünün gələ bilmədiyini və pul üçün adam göndərəcəyini deyir. Valideyn təlaş içində pulu aşağı düşürür və ondan 1 nəfər pulu götürür. Bu cür dələduzluqla artıq neçə nəfərin pulu talanıb. 11 000 avro pul itirən zərərçəkən var. Hazırda DİN məsələni araşdırır", - deyə texnobloqer yazıb.
Məsələyə DİN-in Mətbuat xidmətinin rəis müavini Zeyni Hüseynov da münasibət bildirib.
“Polis tərəfindən kiberdələduzluqla mübarizə çərçivəsində mütəmadi olaraq təbliğat, təşviqat, maarifləndirmə işləri həyata keçirilir. Buna baxmayaraq, kiberdələduzlar dayanmadan yeni üsul və vasitələr üzərində çalışırlar. Son zamanlar isə belə şəxslər sosial mühəndislik yolu məlumatlar toplayaraq əsasən yaxın qohumlarının xəstə, müalicəsinə təcili pul lazım olması adı ilə vətəndaşlara, xüsusən yaşlı nəslin nümayəndələrinə xaricdən ev telefonları vasitəsilə zənglər edirlər. Hətta süni intellekt vasitəsilə səslər eyniləşdirilir.
Həmin vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə polis əməkdaşları tərəfindən araşdırmalar aparılıb, bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib və şəxslərin saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunması təmin edilib.
Müəyyən edilib ki, həmin şəxs teleqram sosial şəbəkəsində əlaqə qurduğu xarici ölkələrdə yaşayan naməlum şəxslərin onu yönləndirdiyi ünvanlara yollanaraq onlara yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildirib və yardım göstərilməsi üçün pul tələb edib. Saxlanılan şəxs pul vəsaitlərini zərərçəkənlərdən alandan sonra teleqramda əlaqə qurduğu şəxslərin kriptovalyuta hesablarına köçürüb. Məbləğin bir qismini özünə götürüb.
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə teleqram sosial şəbəkəsində əlaqə yaratdıqları naməlum şəxslərin sifarişi ilə analoji əməllərin törədilməsində kuryer qismində iştirak edən 20 nəfərə yaxın şəxs saxlanılıb. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bir daha vurğulayırıq ki, bu hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirsinlər, tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməsinlər”, - o bildirib.
26-08-2024, 16:28
49 yaşlı qadın qətlə yetirildi - Tutulan var


49 yaşlı qadın qətlə yetirildi - Tutulan var

Avqustun 26-da saat 15 radələrində Sabirabad rayonu ərazisindəki evlərin birində 1975-ci il təvəllüdlü İmanova Rəna Rafiq qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 2007-ci il təvəllüdlü Qurbanlı Ramal Raiz oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
İlkin məlumata görə cinayət əməli tamah məqsədi ilə törədilib. Araşdırma aparılır.
26-08-2024, 16:07
Yanğın səbəbindən yola məhdudiyyət qoyuldu


Yanğın səbəbindən yola məhdudiyyət qoyuldu

Bakının Nərimanov rayonunda baş verən yanğın səbəbindən yola məhdudiyyət qoyulub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, Fətəli Xan Xoyski prospekti ilə Həsənoğlu küçəsinin kəsişməsində yaşayış binalarından birində yanğın baş verib. Bu səbəbdən metronun “Nərimanov” stansiyası istiqamətində yolda məhdudiyyət tətbiq edilib.
26-08-2024, 16:00
"Mədəniyyətsizliyin mərkəzinə çevrilən ölkədə Durovun həbsi təəccüb doğurmur"


"Mədəniyyətsizliyin mərkəzinə çevrilən ölkədə Durovun həbsi təəccüb doğurmur"

Teleqramın təsisçisi Pavel Durov Fransanın "Le Burje" hava limanında saxlanılıb. Ona qarşı bir sıra ittihamlar yönəldilib. İnsident söz azadlığına növbəti hücum, dünya siyasətində ikili standartların təzahürü kimi qiymətləndirilib.
Bir çox ekspert hesab edir ki, Durovun həbsinin arxasında ABŞ dayanıb və Fransa da tapşırığı bu ölkədən alıb. Belə ehtimal var ki, bu, kriptovalyuta bazarına təsir etmək cəhdi də ola bilər.
Rusiya artıq Pavel Durovla əlaqə saxlamaq üçün tələb edən nota göndərib, lakin beşinci respublikanın hakimiyyəti onun Fransa vətəndaşlığını əsas vətəndaşlıq hesab edir.
Durov bir sıra cinayətlərdə, o cümlədən terrorizm, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması, oğurlanmış malların idarə edilməsində ittiham oluna bilər.
Fazil Mustafa bildirib ki, artıq Fransa hüquqi və ddemokratik dəyərlərdən uzaq ölkədir:
“Pavel Durov istintaqda hansı məsələlər əsas götürülürək həbs olunub deyə bilmərəm. Amma onun saxlanılmasının Rusiya ilə əlaqədar olması da mümkündür. İndi bunun açıqlanması verilməlidir. Fransanın bu addımına gəldikdə, bu ölkə artıq hüquqi, demokratik dəyərlərdən uzaq ökədir. Hər bir özbaşınalığı, başıpozuq hərəkəti Fransadan gözləmək olar”.
Deputat vurğulayıb ki, mədəniyyətsizliyin mərkəzinə çevirilən Fransada belə bir adamın həbs olunması təəccüb doğurmur:
“Fransa vaxtilə müstəmləkə etdiyi ölkələri necə idarə edirsə, dünyaya hələ də o gözlə baxır. Fransa yeni dünya dövlətinə çevriləmmədi. Dünayayaa bu qədər mədəniyyət bəxş etmiş ölkə özü mədəniyyətsizlik mərkəzinə çevrilməkdədir. Ona görə bu adamın da həbsi təəccüb doğurmur”.
Xatırladaq ki, 2021-ci ilin fevralında Durov Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlığını, avqustda isə Fransa vətəndaşlığını alıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!