Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
31-08-2024, 14:58
Minsk Qrupu ləğv edilə bilər - Paşinyan şərtini açıqladı


Minsk Qrupu ləğv edilə bilər - Paşinyan şərtini açıqladı

"Əgər sülh əldə olunarsa, Ermənistan ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması imkanını istisna etmir".
Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında çıxışı zamanı deyib.
"Sülhün bərqərar olduğu zaman bu formatın mövcudluğu suallar doğura bilər. Bu, yalnız zaman məsələsidir", - deyə o bildirib.
Qeyd edək ki, Azərbaycan Ermənistanı ATƏT-in Minsk Qrupunun buraxılması üçün birgə təşəbbüslə çıxış etməyə çağırıb. İrəvan bildirib ki, ATƏT-in Minsk qrupunun məsələsinə sülh müqaviləsinin imzalanması kontekstində baxıla bilər.
Minsk Qrupunun tarixi 1992-ci il martın 24-də ATƏM-in Xarici İşlər Nazirləri Şurasının Helsinkidə keçirilmiş görüşündən başlayır. Həmin görüşdə Qarabağda vəziyyət müzakirə olunub, ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilib.
1994-cü il dekabrın 5–6-da ATƏM-in Budapeştdə keçirilən Zirvə toplantısında həmsədrlik institutu təsis edilib. Minsk konfransına iki həmsədrin təyin olunması və Minsk qrupunun iclaslarının onların birgə həmsədrliyi ilə keçiriləcəyi barədə qərar qəbul edilib. Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəlcə Finlandiya ilə Rusiya, daha sonra isə 1995–1996-cı illər ərzində İsveç və Rusiya başçılıq edib. 1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər.
Minsk Qrupu yaradıldan sonra münaqişənin həllinə nail ola bilməyib, bir neçə təklif irəli sürülsə də, proses nəticəsiz qalıb. İkinci Qarabağ müharibəsindən sonra isə Qrupun fəaliyyəti tamamilə dayandırılıb.
31-08-2024, 14:47
Konstitusiya Məhkəməsində MDB müşahidəçiləri ilə görüş


Konstitusiya Məhkəməsində MDB müşahidəçiləri ilə görüş

Avqustun 31-də Konstitusiya Məhkəməsində Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə bağlı Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının beynəlxalq müşahidəçiləri ilə görüş keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən verilən məlumata görə, qonaqlara seçki prosesində Konstitusiya Məhkəməsinin fəaliyyəti barədə ətraflı məlumat verən sədr Fərhad Abdullayev bildirib ki, cəmiyyət və hüquqi dövlət inkişaf etdikcə seçki prosesi də inkişaf edərək təkmilləşir.
Sədr, həmçinin görüş iştirakçılarına Konstitusiya Məhkəməsinin növbədənkənar parlament seçkiləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasında və qanunlarında təsbit edilmiş səlahiyyət və funksiyaları barədə ətraflı məlumat verib.
Görüş zamanı Azərbaycan Prezidentinin sorğusu əsasında Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı 21 iyun 2024-cü il tarixli müvafiq Qərarının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair qəbul edilmiş Plenumun Qərarında əks edilmiş hüquqi mövqelər haqqında ətraflı bəhs olunub.
Qeyd edilib ki, respublikamızın ərazi bütövlüyü və dövlət suverenliyi təmin edildikdən sonra ölkənin bütün ərazisində ilk dəfə olaraq parlament seçkiləri keçiriləcək. Bu ilin noyabr ayında keçiriləcək mötəbər beynəlxalq tədbirlər zamanı Milli Məclisin ölkənin ərazi bütövlüyünün bərpasından sonra yeni tərkibdə təmsil olunması, parlamentin yeni çağırışının tam formalaşdırılması və vətəndaşların seçki hüququnun realizəsinin təmin edilməsi baxımından növbədənkənar parlament seçkilərinin sentyabrın 1-də keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
MDB Parlamentlərarası Assambleyasının beynəlxalq müşahidəçilərinin rəylərinin və təkliflərinin seçki prosesi üçün vacibliyi vurğulanıb.
Qonaqlar bildiriblər ki, növbədənkənar parlament seçkiləri ərəfəsində ümumi prosesi daha dərindən öyrənmək üçün Konstitusiya Məhkəməsindəki bu görüş onlar üçün xüsusi əhəmiyyət kəsb edir.
Görüş zamanı parlament seçkiləri ilə bağlı hüquqi məsələlər ətrafında fikir mübadiləsi aparılıb, bu sahədə qanunvericilikdə Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə toxunulub.
Fərhad Abdullayev seçkilərin demokratik, seçki qanunvericiliyinə uyğun şəkildə keçiriləcəyinə, ədalətli və şəffaf olacağına əminliyini bildirib.
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin birinci müavini, MDB PA-nın beynəlxalq müşahidəçilər qrupunun koordinatoru Andrey Yatskin və digər rəsmi nümayəndələr onları maraqlandıran bir sıra suallar ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə, həmçinin Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları iştirak ediblər.
31-08-2024, 14:27
"Bakı ilə Naxçıvan arasında əlaqə üçün yolu açmağa hazırıq"


"Bakı ilə Naxçıvan arasında əlaqə üçün yolu açmağa hazırıq"

"İrəvan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqə üçün kommunikasiyaları açmağa hazırdır, lakin bu yol Ermənistanın suverenliyindən kənarda ola bilməz".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında çıxışı zamanı deyib.
"Ermənistan nəinki təxribat törətmir, hətta kommunikasiyaların açılmasına hər cür dəstək verir və eləcə də "Dünyanın kəsişməsi" layihəsini də təqdim edib. Biz Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya yollarını təqdim etməyə hazırıq, lakin aydındır ki, bu, ancaq ölkəmizin suverenliyi daxilində olmalıdır", - deyə Paşinyan bildirib.
31-08-2024, 14:03
ATƏT-in 61 müşahidəçisi qeydiyyatdan keçib


ATƏT-in 61 müşahidəçisi qeydiyyatdan keçib

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan 227 nəfər, ATƏT Parlament Assambleyasından (PA) 61 nəfər müşahidəçi qeydiyyatdan keçib.
Bunu növbədənkənar parlament seçkiləri ilə əlaqədar keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
“Biz ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə hər zaman əməkdaşlıq edirik. Onlar yekunda ATƏT Parlament Assambleyası ilə bir yerdə hesabatla çıxış edirlər”, - deyə MSK sədri bildirib.
31-08-2024, 13:50
Sabahkı seçkilərdə 990 namizəd mübarizə aparacaq


Sabahkı seçkilərdə 990 namizəd mübarizə aparacaq

Parlament seçkilərində deputatlığa 990 namizəd mübarizə aparacaq.
Bunu parlament seçkiləri ilə əlaqədar keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, namizədliyi təsdiqlənənlərdən 454 nəfəri 25 siyasi partiya tərəfindən, 1007 nəfəri öz təşəbbüsü ilə, 1 nəfər isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.
31-08-2024, 13:21
Paşinyan Bakıya gəlir? - Özü açıqladı


Paşinyan Bakıya gəlir? - Özü açıqladı

Ermənistanın baş naziri Nikol Paşinyan Bakıda keçiriləcək COP29 beynəlxalq iqlim forumundan danışıb.
Bu barədə o, onlayn mətbuat konfransında açıqlama verib.
O, forumda iştirakla bağlı hələlik qərar verməyib.
31-08-2024, 13:18
Seçkiləri 112 min 749 yerli müşahidəçi izləyəcək


Seçkiləri 112 min 749 yerli müşahidəçi izləyəcək

Parlament seçkilərində müşahidəçi qismində iştirak etmək üçün ümumilikdə 112 min 749 nəfər yerli müşahidəçi akkreditasiyadan keçib.
Bu barədə parlament seçkiləri ilə əlaqədar keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
O qeyd edib ki, onlardan 65 minə yaxını 25 siyasi partiyanın müşahidəçiləridir.
31-08-2024, 13:04
İlham Əliyevlə sərhəddə görüşməyə hazıram - Paşinyan


[b]İlham Əliyevlə sərhəddə görüşməyə hazıram - Paşinyan[/b]

“Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətimiz zamanı bildirdim ki, Azərbaycan prezidenti ilə sərhəddə görüşməyə hazıram”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, indiyədək aparılan ikitərəfli danışıqlar müsbət nəticələr doğurub:
“İndiki mərhələdə biz ikitərəfli formatda müzakirələr aparırıq. Hesab edirəm ki, belə bir format daha doğrudur. Bununla bağlı fikirlərimi Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətimdə ona da bildirmişəm. Lakin biz digər formatlardan da imtina etmirik. Hesab edirəm ki, bütün məsələlər konkret kontekstdə nəzərdən keçirilməlidir”.
31-08-2024, 12:52
Azad edilən ərazilərdə silah-sursat tapıldı


Azad edilən ərazilərdə silah-sursat tapıldı

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.
Həyata keçirilən tədbirlərlə 25-30 avqust tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 20 avtomat silahı, 3 tapança, 7 tüfəng, 22 qumbara, 16 alışdırıcı, 7 mərmi, 6 süngü-bıçaq, 78 patron darağı, 4707 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Xocalı rayonu ərazisindən 3 avtomat, 1 pulemyot, 5 patron darağı, 1 qumbara və 655 ədəd patron, Xocavənd rayonu ərazisindən isə 2 avtomat silahı, 1 pulemyot, 1 tüfəng, 1 qumbaraatan, 572 müxtəlif çaplı patron və digər sursatlar aşkar edilərək götürülüb.
31-08-2024, 12:24
Xankəndiyə nə qədər investisiya yatırılıb?


Xankəndiyə nə qədər investisiya yatırılıb?

2023-cü ildə Qarabağ iqtisadi rayonuna investisiyaların həcmi 2 milyard 254,4 milyon manat təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bu isə 2022-ci illə müqayisədə 20% çoxdur. Belə ki, 2022-ci ildə bu rəqəm1 milyard 887,2 milyon manat təşkil edib.
Bu dövrdə Xankəndi şəhərinə ilk dəfə 31,5 min manat sərmayə qoyulub.
Məlumata görə, ümumi investisiyaların 33.1 %-i Füzuli rayonuna, 27.8 %-i Şuşa rayonuna, 26,2 %-i Ağdam rayonuna yönəldilib. Hesabat dövründə Qarabağ iqtisadi rayonuna daxil olan Ağcabədi rayonuna sərmayə qoyuluşu 84,3 % artaraq 76,6 milyon manata, Bərdə rayonuna 3,5 dəfə azalaraq 10,65 milyon manata, Xocalı rayonuna 20,8 dəfə arataraq 5,3 milyon manata, Xocavənd rayonuna 34,9 % azalaraq 112,1 milyon manata, Tərtər rayonuna sərmayə qoyuluşu isə 42,2 % artaraq 86,15 milyon manata çatıb, Ağdərə rayonuna isə sərmayə ayrılmayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!