Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
25-08-2024, 18:30
Naxçıvanın üç rayonunda yanğın - FOTO


Naxçıvanın üç rayonunda yanğın - FOTO

24-25 avqust tarixlərində Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kəngərli rayonu Xok və Çalxanqala kəndlərində ot bağlamalarında, Şərur rayonu İbadullah kəndində biçilmiş taxıl sahəsində, Sədərək rayonu Sədərək kəndində isə həyatyanı sahədə yanğın hadisələrinin baş verməsi barədə məlumatlar daxil olub.
Qurumdan verilən xəbərə görə, məlumatlarla əlaqədar dərhal Kəngərli, Şərur və Sədərək Rayon Yanğından Mühafizə Hissələrinin qüvvələri hadisə yerinə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Xok kəndində baş verən yanğın hadisə nəticəsində 5100 kq ot bağlanması və 25 m² yardımçı tikilinin yanar konstruksiyaları yanıb, 850 kq ot bağlanması və 20 m² digər yardımçı tikili yanğından mühafizə olunub.
Çalxanqala kəndində isə 1190 kq ot bağlaması və tayanın üzərinə qurulab 90 m² çardağın yanar konstruksiyaları yanıb, 680 kq ot bağlaması və 90 m² yardımçı tikili yanğından mühafizə olunub.



25-08-2024, 18:16
İsrail “strateji hədəfə” atılan Hizbullah PUA-larını vurdu


İsrail “strateji hədəfə” atılan Hizbullah PUA-larını vurdu

İsrail Müdafiə Qüvvələri Livandan olan şiə Hizbullah hərəkatının radikalları tərəfindən yəhudi dövlətinin mərkəzi hissəsindəki “strateji hədəfə” atılan bütün pilotsuz təyyarələri ələ keçirib.
Bu bəyanatla İsrailin Baş naziri Benyamin Netanyahu çıxış edib.
Məlumata görə, Hizbullah Təl-Əvivdəki hökumət binalarını hədəf alıbmış.
Baş nazir bildirib ki, bu gün səhər tezdən Hizbullah İsrail dövlətinə raket və pilotsuz təyyarələrlə hücum etməyə cəhd edib:
“Biz İsrail ordusuna təhlükəni aradan qaldırmaq üçün qabaqlayıcı güclü zərbə endirməyi tapşırmışıq”.
25-08-2024, 17:53
MUĞAMLI TOY AXŞAMININ UNUDULMAZ ANLARI


YADDAŞ

MUĞAMLI TOY AXŞAMININ UNUDULMAZ ANLARI

XX əsrin sonuncu avqustunun 25-dən bu gün 25 il ötür. 25 il tarix qarşısında qısa zaman kəsiyi olsa da, insan ömrü üçün uzun bir dövrdür, əsrin dörddə biridir. Məlumdur ki, bu dövrdə kimlər həyata göz açıb, kimlərsə vida deyib.
Bu tarixə niyə qayıtmışam, o 25 avqustu niyə xatırlamışam?!
Həmin unudulmaz tarix şəxsiyyətinə və sənətinə yüksək dəyər verdiyim dünya şöhrətli xanəndə Canəli Əkbərovun şirin avazıyla süslənən mənə həyatım qədər əziz olan qardaşım Yusif Bəhramoğlunun toy axşamı idi.
Canəli Əkbərov yaddaşlara yazılan bu toy axşamında çox muğam, təsnif və xalq mahnısı oxudu. Amma bir bayatısı o axşam da kövrəltmişdi məni, bu gün də könlümdə nostalji duyğular yaradır.
Əziziyəm bir də mən,
Çal, oxuyum bir də mən .
Ömür keçdi, gün keçdi,
Cavan olmam bir də mən.

Əslində bayatıda ikinci misra “Doldur, içim bir də mən” kimidir. Amma Canəli Əkbərov “Çal, oxuyum bir də mən” oxuyur. Bu iqtibas da mənim çox xoşuma gəlir.
“Gün keçdi” filmində deyildiyi kimi, “Ömür keçdi...” Təəssüf ki, o toyun bəyi Yusif Bəhramoğlu o unudulmaz axşamdan sonra cəmi 12 il yaşadı bu vəfasız dünyada.
Qaçılmaz əcəldən kim qurtula bilib ki?
Amma ömür-gün dostu Aytən müəllimə Yusifin ocağını ləyaqətlə qoruyur. Yadigarları Bəhram və Mehdi cəmiyyətdə layiqli yerləri olan gənclərdir.
Unudulmaz toyun xanı (xanəndəsi) Canəli Əkbərov da 2021-ci ilin 21 oktyabrında haqqa qovuşdu. Yerində əzəli və əbədi Leylisi Arifə xanım, övladları, nəvə və nəticələri, sənətinin davamçıları olan yetirmələri...
İndi o lent yazılarını geri qaytarıb təkrar-təkrar baxıram. Sanki o zamanın içindəyəm. Kəsilmək bilməyən alqışlardan ürəyi riqqətə gələn xanəndə fikirlərini bölüşür. “Əziz lənkəranlılar! Xan Lənkəranın say-seçmə ziyalıları, qaymaq kişiləri! Rəqssiz, meysiz-məzəsiz toy axşamında son dəqiqəyə kimi məni məhəbbətlə dinləməyinizdən ləzzət aldım. Mən də sizin qarşınızda öz sənət dünyamdan bir növ hesabat verdim, qürur duydum və ucaldım”.
Lenti yenə geriyə fırladıram. Muğamlar, təsniflər, xalq mahnıları könlümə su çiləyir. Bir bayatı isə bağrımı dəlir:
Əziziyəm bir də mən,
Çal, oxuyum bir də mən .
Ömür keçdi, gün keçdi,
Cavan olmam bir də mən.

2024-cü ilin 25 avqustudur. 1999-cu ilin 25 avqustundan 25 il ötür. Toyun bəyi də, xanı da (xanəndəsi) haqq dünyasındadır. Fəqət insan ömründən daha etibarlı və uzun lent yazıları... Bu lent yazılarını Canəli Əkbərovun böyük kürəkəni, sənətinin vurğunu və mühafizi Nurəddin Salayev hazırlayıb, mənə bağışlayıb. Mən də öz növbəmdə saytın izləyicilərinə ərməğan edirəm.
25 avqustda Lənkərandakı meysiz-məzəsiz toy axşamından mətbuat da yazdı. Mən də təəssüratlarımı qələmə alıb, “Söz” jurnalında əbədiləşdirdim.
Ruhları şad olsun!
* * *

Lənkəranda çoxlu şadlıq evi, restoranlar var. Son vaxtlar "Lənkəran" mehmanxanasının restora¬nın¬da tez-tez toylar, yubileylər və digər ziyafət məclisləri keçirilir. Burada indiyədək xeyli toy olub və yəqin ki, bundan sonrakı toyla¬rın sayı da çox olacaq. 1999-cu ilin 25 avqustunda çalınan toyun unudulmaz təəssüratı isə iştirakçıların yaddaşından heç vaxt silinməyəcək. Canəli Əkbərovun muğamları ilə süslənən həmin gecənin avazından daşlar da, divarlar da dincəlirdi. Bu mənim indi haqq dünyasında olan qardaşım Yusifin toyu idi. Arzu və xahişimizi yerinə yetirib Canəli Əkbərov Bakıdan öz maşınıyla Lənkərana gəlmişdi. Onun Opera Teat¬rında da, konsert salonlarında da çıxışlarını çox dinləmişəm. Zilə qalxanda ürəyim döyünüb - ay aman, neylədi, bəmə necə enəcək? - düşünmüşəm. Amma hər dəfə yanılmışam. Vəfalı səs hansı çılğınlıqla, şaqraqlıqla zilə, zirvəyə qalxıbsa, eyni ahənglə burula-burula axıb, öz məcrasına düşüb. Tar, kamanlı muğam axşamları barədə çox eşitmiş, çox oxumuşdum. İlk dəfə idi belə muğam axşamlı toyun sehrinə düşürdüm.
Nə halətdir ki mən düşdüm,
Nə istədi, nədir canan?
Gözəllərin gözəlisən,
Sən eşqimin əzəlisən!
Allah, Allah! Nə boyadır, nə xallardır səsə vurduğu?!
Şəm bir tərəfdə yanır, pərvanə bir tərəfdə.
Həmin gecənin pərvanələri - dinləyiciləri o şəmin şöləsində, o səsin alovunda yanıb kül olurdular. Konsert salonlarında dinləyicilərinin nəfəs çəkmədiklərinin şahidi olmu¬şam. Toyda belə ab-havanın ilk dəfəydi şahidi olmuşam. Mübaliğə olmasın, ürəklərimizin döyüntüsünü eşidirdik.
- Toy özü ictimai xidmət növüdür. Xanəndəlik sənətinin bayraqdarı sayılan Cabbar Qaryağdıoğlunu, Seyidi, Xanı, elə Bülbülün özünü toylar yetişdirməyibmi?! Əvvəllər deyilirdi, toyxana-zorxana. Mikrofonsuz oxuyan xanəndəyə həqiqi pasport vermək olardı. - Bunları Canəli Əkbərov deyir. Və həmin gecənin toyu sözlü, muğamlı ədəbi gecəyə dönmüşdü. Qurbanın, Bəhram Mənsurovun, Firudin Ələk-bərovun, Əhsən Dadaşovun, Hacı Məmmədovun, Əhməd Bakıxanovun, Vamiq Məmmədəliyevin, Həbib Bayramo¬vun, Mirnazim Əsədullayevin, Sərvər İbrahimovun, Möhlət Müslümovun, Ağasəlim Abdullayevin, Tələt Bakıxanovun, Ədalət Vəzirovun, Zakir Məmmədovun, Zamiq Əliyevin... tarına, kamanına oxuyan xanəndəni yerli tarzən Tahir Əliyev və gənc kamançaçı İlqar Əliyev müşayiət edirdi.
- İkinci trio toyudur iştirak etdiyim. Tar-kamanın nüfuzunu qorumaq lazımdır. Ötən illərdən birində Qərbi Berlində festivalda idik. Lyudmila Zıkina 4 simli balalaykasıyla çıxdı meydana. Rusun qədim alətidir. Düşündüm nə oldu? - Zıkina 4 simli balalaykasıyla Moskvadan Qərbi Berlinə gəldi, onu təriflədi, təbliğ etdi. Mənim tarımın 11 simi var. Niyə qədrini bilməyim? Axı o da mənim keçmişimdən xəbər verir. Odur ki, belə toyları yalnız alqışlamaq lazımdır.
Bunları da Canəli Əkbərov dedi toyda.
- Sizin ifanız bizi tam qane və məftun etdi. Görünür, Azərbaycan Televiziyasına Lənkərandan ab-hava aparmaq lazımdır. Lənkəran Sizə o qədər doğmadır ki, oxuduqlarınızı birbaşa, dublsuz çəkərdik. Televiziyada isə bu imkanlarımız yoxdur.
Bunu toyun qonağı, Azərbaycan Televiziyasının operatoru Bağır Sadıqov söylədi.
- Tərifə ehtiyac yoxdur. Lampa yananda deyərlər, bəh-bəh nə gözəl yanır, lap günəş kimi işıq saçır. Günəşə deməzlər, günəş kimi yanırsan. Canəli Əkbərov muğam dünyamızın günəşidir. Oxuyanda şərab lazım deyil. Onu dinləyəndə in¬sanda insanı məst edən endomorfin yaranır. Bunu mən bir həkim kimi deyirəm. İnanırıq ki, narkomanların müalicəsi üçün bu səsdən istifadə olunacaq. Bu axşam içkisiz, rəqssiz, yalnız muğamlı toy məclisində iştirak edəndə arxayın oluruq ki, dünya təmizlənir, gələcəyimiz üçün rahat ola bilərik.
Bunları Lənkəran Tibb Texnikumunun direktoru Cavad Cavadzadə söylədi.
Uzadaq ömrünü hər bir anın da,
Yel kimi ötməsin vaxt üstümüzdən.
Bu xoş anları bizə bəxş edən sözdür, musiqidir, muğam¬dır. Eşq olsun, bu gecənin xanəndəsinə və təşkilatçılarına! Muğamı indiki qədər yaxından duyub, dərk etməmişdim.
Eylə sərməstəm ki, idrak etməzəm dünya nədir?
Mən kiməm, saqi olan kimdir, meyi-səhba nədir?
Musiqi var, ayaq tərpədir, musiqi var, baş tərpədir. Klas¬sik muğamlar düşün və yaşa deyir.
Meysiz, məzəsiz dünyada əl-ayaq tərpədib, rəqs etmə¬dən də sərməstik.
Çox oxuyanlar var, hətta professordurlar. Canəli Ək¬bərov dosent olsa da, xalqın gözündə çoxdan akademik səviyyəsindədir və s.
Həmin gecənin toyu söz-muğam məclisi idi. Yazıya sığmayan belə tərifli sözləri LDU-nun dosentləri Hacı Mirhaşım Talışlı, Yədulla Ağazadə, həkim-stomatoloq Hacı Mirsayad, Müəllimlər Evinin direktoru Qurban Bağırov, "Lənkəran" qəzetinin redaktoru Həzi Əli¬yev, jurnalist Əlisəfa Həsənov, şair Ağamir Cavad, xanəndə Adil Rüstəmov, ailənin böyük kürəkəni, müəllim Hüseynəli Qasımov, evin sonbeşiyi, toyda isə Yusifə ata əvəzi olan Nizami Əliyev və başqaları söylədilər.
Ahü-fəryadın, Füzuli, incidibdir aləmi,
Gər bəlayi eşq ilə xoşlud isən, qovğa nədir?


- Füzuli təkcə bizim yox, bütün dünyanın söz sərrafıdı. Füzuli möcüzədir. Mənim oxuduğum onun dərdidir. O, bir varlıqdır ki, yaşı dünyanın yaşına bərabər olacaq. Füzuli bir planetdir ki, dünya onun başına fırlanacaq.
Dahi Füzulini belə təbliğ edir Canəli Əkbərov. - Səsinin yanğısıyla, zəkasının diliylə.
Qəmin olmaz sənin Hacı, qəmə qəmxar olan yerdə,
Xüsusən zövq alar arif muğamat var olan yerdə!

Ruhun şad olsun, Hacı! (Xalq artisti Hacıbaba Hüseynov - S.Ə.). Muğam istədiyin kimi təbliğ olunur və ariflər zövq alırlar. O gecə Füzulinin, Seyidin qəzəlləri dil açdı. Sabir, Şəhriyar, Vahid, Şahid, Mirhaşım Müsafirin qəzəlləri muğamın əlçatmaz, ünyetməz zirvələrində gəzişdi. Televiziyada da muğam saatlarını dinləyirik. Fəqət belə anların adı saat olur, uzağı 15-30 dəqiqə vaxt ayrılır. İndi gəl muğamı ayrılan vaxta yı¬ğıb-yığışdır. Canəli Əkbərov o toyda düz 5 saat oxudu. Nə özü yoruldu, nə dinləyənlər doydu. Muğam üstündə kök¬lənən səs zilində də, bəmində də dinləyiciyə saflıq aşıladı. Bulaq suyu kimi tər-təmiz səs və şirin nəfəsdən "Ay qəşəng ceyran", "Narı-Narı" süzüldü, "Çahargah" üsyanı qələbəyə harayladı. "Şur"u, "Segah"ı əsəbləri sığalladı, "Heyratı" ha¬rayı daşları, divarları titrətdi. Səs nələr etmədi - danışdı, düşündürdü, haray çəkdi, nalə dedi, ağladı, rəngdən-rəngə düşdü. Arabir eşidilən səslər indi həsrətində olduğumuz şirin avazlı muğamlı gecələri xatırlatdı: Bəh-bəh! Allah sax¬lamış nə xallar, nə güllər vurur zəngulələrə. Vay-vay, zilə çox qalxdı, enə bilməz. Yanıqlı səsiylə bizdə can qoymadı. Oxu, səsinə qurban!

Sevda Əlibəyli


25-08-2024, 16:47
Taksi sürücüləri imtahan verib


Taksi sürücüləri imtahan verib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün DİM-in elektron imtahanlar korpusunda test imtahanı keçirilib.
Bu barədə DİM-dən bildirilib.
İmtahan elektron qaydada kompüter vasitəsilə 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.
Xatırladaq ki, imtahanda iştirak etmək üçün 1434 namizəd qeydiyyatdan keçmişdir. Onlardan 1394 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1309 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim edilib. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcəkdir. Şəhadətnamələrin verilmə tarixləri barədə əlavə məlumat veriləcək.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 26 – 27 avqust tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 108.
25-08-2024, 16:16
Rusiyadan Fransaya Durov NOTAsı - Təcili


Rusiyadan Fransaya Durov NOTAsı - Təcili

Rusiyanın Parisdəki Səfirliyi Fransa Xarici İşlər Nazirliyinə nota göndərərək teleqram messencerinin saxlanılan həmtəsisçisi Pavel Durovla konsulluq əlaqəsi tələb edib.
Bunu "Rossiya-24" telekanalının efirində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Parisdəki səfirliyimiz bu məlumatı alan kimi dərhal yerli tərəflə əlaqə saxlayıb və Fransa Xarici İşlər Nazirliyinə giriş tələbi ilə nota göndərib", - o deyib.
“Problem ondadır ki, Pavel Durov Fransa vətəndaşlığına malikdir, - diplomat qeyd edib.
Qeyd edək ki, teleramın təsisçisi Pavel Durov Fransanın "Le Burje" hava limanında saxlanılıb. Durov bir sıra cinayətlərdə, o cümlədən terrorizm, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması, oğurlanmış malların idarə edilməsində ittiham oluna bilər. Xatırladaq ki, 2021-ci ilin fevralında Durov Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlığını, avqustda isə Fransa vətəndaşlığını alıb.
25-08-2024, 15:30
Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək


Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək


Avqustun 26-da Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda Xüsusi Nümayəndəliyinin təşkilatçılığı, “Bakı Abadlıq Xidməti” MMC-nin dəstəyi ilə Laçın Şəhəri Günü növbəti dəfə təntənə ilə qeyd olunacaq.
Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Ötən il olduğu kimi Laçın şəhərinin yenidən doğuluşunun ikinci ildönümünə də geniş bayram proqramı tərtib edilib. Üstəlik, budəfəki Laçın Şəhəri Günü Azərbaycanın bütün ərazilərində suverenliyinin tam bərqərar edilməsindən sonra, 2023-cü ilin 19-20 sentyabrındakı antiterror əməliyyatının nəticəsi olaraq külli Qarabağda bayrağımızın dalğalandığı bir vaxtda daha böyük anlamla qeyd edilir.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycanın əlamətdar günlər təqviminə yeni bir gün, 26 avqust – Laçın Şəhəri Günü daxil olub. İlk dəfə ötən il qeyd edilən bu gün Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis olunub.
25-08-2024, 15:18
Tbilisi prospektində xüsusi hərəkət zolağı təşkil edilir


Tbilisi prospektində xüsusi hərəkət zolağı təşkil edilir

Xüsusi hərəkət zolağının təşkili Bakının Tbilisi prospektində də həyata keçirilir. Yol boyu avtobus zolaqlarının tələblərinə uyğun olaraq nişanlanma xətləri çəkilir və müvafiq yol nişanları quraşdırılır.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Tbilisi prospektinin müxtəlif ərazilərində gün ərzində 6-10 müntəzəm marşrut xətti üzrə 80-150 avtobus fəaliyyət göstərir.
“İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarına qaydalara riayət etməyə çağırış edirik.
Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin genişləndirilməsi istiqamətində digər küçə və prospektlərdə də müvafiq tədbirlər görüləcək”, - Agentlikdən bildirilib.
25-08-2024, 13:52
UEFA-dan Azərbaycan klublarına ödəniş


UEFA-dan Azərbaycan klublarına ödəniş

UEFA 2024/2025 mövsümündə avrokuboklarda (Avropa Liqası, Konfrans Liqası) mübarizə aparan Azərbaycanın 3 klubuna ödəniş edib.
Ödənişlər “Zirə”yə Avropa Liqasındakı, “Sumqayıt”a (tam ödəniş) və “Sabah”a isə Konfrans Liqasındakı çıxışa görə edilib.
"Zirə" 349600, "Sabah" 174600 avro qazanıb. "Sumqayıt"a isə 524600 avro ayrılıb.
Qeyd edək ki, ödənişlər AFFA-nın vasitəçiliyi ilə müvafiq klubların hesabına köçürülüb.
25-08-2024, 13:45
DÜNYA BOKS KƏMƏRİNƏ ÖGEY MÜNASİBƏT


DÜNYA BOKS KƏMƏRİNƏ ÖGEY MÜNASİBƏT
və yaxud
GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİ BEYNƏLXALQ İDMAN YARIŞLARINDA “HEYDƏR ƏLİYEV ADINA DÜNYA BOKS KƏMƏRİ” TƏŞKİLATINA DİQQƏT VƏ QAYĞINI ARTIRMALIDIR.

Zərdüştlüyün vətəni sayılan Azərbaycan ən qədim dövrlərdən bəri həm də milli oyun rəqsləri ilə də dünyaya öz sözünü demişdir.”Avesta”ya görə cəngavərlik, igidlik, pəhləvanlıq, at çapma, güləş, ox atma və qılınc oynatma yarışlarının tarixi çox qədim dövrlərə gedib çıxır. Eramızdan əvvəl IV-II minillikləri əhatə edən tunc dövrü Azərbaycan idmanının başlanğıc mərhələsi sayılır.
İdman oyunları müqəddəs sayılan “Avesta”da pəhləvanların düşmən üzərində qələbə çalmaq dözümlülüyü, iradəliliyi və qorxmazlığı xüsusi yer tutur.
Zəngin və şərəfli idman tarixi yaşayan xalqımız bu gün də sağlam həyat, gümrah bədən, fiziki kamillik prinsiplərini və milli dəyərləri qürurla qoruyub saxlaya bilmişdir.
Bu gün dünya olimpiadalarında ən yüksək yerlərin qalibi olan idmançılarımız Azərbaycanın milli atributları olan üçrəngli Bayrağımızı başları üzərinə qaldırması və dövlət himnimizi mötəbər arenalarda səsləndirməsi kimi müqəddəs bir işə öz imzalarını atırlar. Əsası Ulu öndər Heydər Əliyevdən başlanan və ölkə prezidenti İlham Əliyevin Azərbaycan idmanına göstərdiy yüksək qayğı bu gün xalqımızın güvənc yeri və qürur mənbəyidir.
Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq futbol turnirləri‎, Dünya Taekvondo Çempionatı‎, İdman növlərinə görə keçirilən beynəlxalq yarışlar‎, şahmat üzrə beynəlxalq yarışlar‎, 2002 Güləş üzrə Avropa Çempionatı, 2015 Avropa Oyunları, 2017 İslam Həmrəyliyi Oyunları, 2017 Voleybol üzrə qadınlararası Avropa Çempionatı dediklərimizə parlaq sübutdur.
Bu cür uğurlar hər bir Azərbaycanlının qəlbində fərəh hissi oyatmaya bilməz. Axı, İdman təkcə sağlamlıq yox, həm də sağlam düşüncə, sağlam ruh, saf niyyət deməkdir. Bunu ölkəmizdə keçirilən beynəlxalq idman yarışlarında iştirak edən əcnəbi idmançıların və qonaqların gözlərindən və davranışlarından da oxumaq mümkündür.Onlar ölkəmiz haqqında özləri ilə mehribanlıq, səmimiyyət, dostluq, qonaqpərvərlik, mərdlik kimi millətimizə xas olan keyfiyyətləri və keçirdikləri xoş anların xatirələrini də aparırlar.
Bəs, həmişə dövlət rəhbərinin himayəsində olan idmanımıza başçılıq edən bəzi məmurlar, səlahiyyət sahibləri necə, görəsən, müqəddəs sayılan peşə borclarını vicdanla yerinə yetirə bilirlərmi?! Məsul olduqları sahənin cavabdehliyini dərk edirlərmi?! Dövlətə, Prezidentə, milli atributlarımıza sadiq qalırlarmı?!

Təəssüflər olsun ki, bu sahədə də müəyyən boşluqlar və öz həllini tapmayan nöqsanlar hələ də mövcuddur.
Dünyanın bir çox inkişaf etmiş Avropa ölkələrində Azərbaycan Evlərinin nəzdində idman və “Ana dili” məktəblərinin, Koordinasiya Şuralarının açılması xaricdə yaşayan həmvətənlərimizin öz milli dəyərlərini qoruyub saxlanılması və onların təbliğ olunması istiqamətində aparılan məqsədyönlü işlərin ən qısa sübutudur.
1997-ci ildə Ukraynaya rəsmi səfər edən Prezident Heydər Əliyev orada yaşayan azərbaycanlılarla görüşdə demişdi:
“Harada yaşamasından asılı olmayaraq, heç bir azərbaycanlı öz Vətənini, ulu babalarını, dilini unutmamalıdır. Harada yaşayırsansa yaşa, yaxşı da, pis də yaşasan, gərək ürəyin öz Vətəninlə, torpağınla döyünsün. Gərək nəbzin Vətənin nəbzi ilə vursun. Bu vətənpərvərlik hissi bizim hər birimizdə olmalıdır. O cümlədən, respublikamızdan kənarda, Ukraynada yaşayan azərbaycanlılarda da olmalıdır”.
Ölkədaxili İdman yarışlarına ev sahibliyi eləmək nə qədər çətin və məsuliyyətlidirsə, xaricdə yaşayan həmvətənlərimizin bu sahədə apardıqları korporotiv işlər ondan da ikiqat artıqdır.Yaşadıqları ölkənin konstitutsiya qanunları çərçivəsində fərdi və ictimai fəaliyyət vərdişlərinə yiyələnmək, məşğu olduqları sahənin məsuliyyətini dərk etmək, maddi-mənəvi dəyərlərimizi saxlamaq şərti ilə qeyri millətlərlə qaynayib qarışmaq, qarşılıqlı hörmət və ən əsası ümum Avropa dəyərləri kontekstində ortaq və beynəlmiləl mədəniyyətə yiyələnmək kimi funksional həyat tərzi ilə barışıb öz mili-mənəvi dəyərləri çərçivəsində hərəkət etmək, duruş gətirmək, əlbəttə ki, asan iş deyil. Bu baxımdam soydaşlarımızın vətənçilik və Azərbaycançılıq kimi müqəddəs hisslərini qoruyub saxlamaq və dövlətçilik istiqamətində vahid ideya ətrafında birləşib irəlləyişlər qazanməq hər birimizdən böyük məsuliyyət tələb edir.
2023-cü ildə Almaniyanın Maqdeburq şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Bazar İqtsadiyyati İnstitunun rəhbəri Rolf Kunş və Maqdeburq şəhərinin deputatı Bernd Heyneman və başqa tanınmış şəxslərin iştirakı ilə Azərbaycan Evinin möhtəşəm açilişı yuxarıda dediklərimizin əyani sübutu kimi dəyərləndirilməlidir.Bu cür mötəbər insanların xeyir-duası ilə açılıb fəaliyyətə başlayan Azərbaycan Evinin və onun nəzdində “Ana dili” məktəbinin Heydər Əliyev adına və Diaspora Boks Liqasının fəaliyyətinin genişlənməsi ümumu məqsədlərimiz naminə daha böyük imkanlar yaradır.
2007-ci ildə LBN Boks adlı təsis etdilən klub Azərbaycanın tanıdılmasında böyük rol oynadı. Almaniya idman ictimaiyyətinin böyük marağına səbəb olan bu kilub öz nüfuzunu artıraraq 2012-ci ilin may ayında Heydər Əliyev adına olan böyük bir Dünya Boks Təşkilatına çevrilmiş oldu. Yarandığı gündən fəaliyyətə başlayan təşkilat təkcə Almaniyada deyil, dünyanın bütün ölkələrində fəaliyyət göstərməyə başladı.Təskilatın nəzdində təsis edilən Azərbaycan idmançıları ilə yanaşı müxtəlif ölkələrin idmançıları da bu Ali mükafat uğrunda peşəkar rinqdə mübarizə aparırlar. Təşkilatın əsas məqsədi Azərbaycan boksçları ilə yanaşı əcnəbi boksçları da bu təşkilata cəlb etməklə beynəlxalq arenalarda üçrəngli bqayrağımızı dalğalandırmaq , himnimizi səsləndirmək, Ulu Öndərin idmana olan tövsiyyələrinə sadiq qalmaq və təsis olunan “Heydər Əliyev adına Dünya Boks Kəməri” ali mükafatını əsrlər boyu əbədiləşdirmək misiyasını həyata keçirməkdən ibarətdir. Çünki bu böyük layihənin və böyük uğurun ölkəmiz üçün hansı şan-şöhrət və xeyir gətirəcəyini elə indidən də təsəvvür eləmək çətin deyil.
Boks dili ilə desək, rəqibi nokauta salana bu Kəmərin təqdim olunmasının çox böyük siyasi mənası var. Şahmat oyununa bərbər sayılan bu uzaqgörənlik və uzun gedişli dünyəvi mükafat Azərbaycana və onun idmanına həmişə başucalığı gətirəcəkdir. Rinqdə çoxlu xallar qazanan oyunçunun bu mükafata layiq görülməsi təkcə fiziki deyil, həmçinin mənəvi və coğrafi anlamda qalib olmasını da lazımınca şərtləndirəcək.Necə deyərlər, onun siyasi dünyagörüşünə və mənəvi zənginliyinə də müsbət təsir göstərəcək, eyni zamanda, bütöv bir məmləkətin-Azərbaycanın mənəvi gücünə söykənəcəyini öz üzərində daima hiss edəcək. Ümid edirik ki, Gənclər və İdman Nazirliyi bu möhtəşəm Ali mükafatın dünyanın idman arenasında əbədiləşdirilməsində öz diqqət və qayğısını əsirgəməyəcəkdir.
Əlbəttə, bu taleyüklü və böyük miqyaslı möhtəşəm layihənin başa çatdırılmasının çətinliyi və ağırlığı dərk ediləndir.Bu böyük zəhmət, gərgin fəaliyyət və böyük iradəli işçi qrupunun zəhmətləri hesabına reallaşa bilər. Əsas məsələ odur ki, bu böyük iş çoxdan başlayıb və bir çox uğurlara imza atmaqda davam etməkdədir. Yalnız və yalnız irəli getmək lazımdır.
Almaniyada lobbiçilik fəaliyyətini artırmaq, eləcə də digər Avropa ölkələrində yaşayan gənclərimizin sistemli həyat və peşə fəaliyyətlərini müəyyənləşdirməkdə, Azərbaycan Evinin və onun nəzdində Koordinasiya Şuralarının, idman və “Ana dili”məktəblərinin fəaliyyətlərini gücləndirməkdə Diasporla İş üzrə Dövlət Komitəsinin göstərdiyi qayğını görəsən, cavabdeh dövlət qurumları niyə göstərmir?!
Heydər Əliyev adına Dünya Boks Komitəsinin rəhbəri, Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin üzvü Yaşar Niftəliyev Gənclər və İdman Nazirliyinə etdiyi müraciətləri nə üçün cavabsız qalmalıdır?!

Diasporla İş üzrə Dövlət Komitəsi hər ilin may ayında -- Ulu Öndərin doğum günündə bu kəmərlərin geniş miqyasda təbliğatına geniş yer ayırır.Gənclər və İdman Nazırlıyinin dəstəyi də hiss edilsə və birlikdə hərəkət istiqamətləri müəyyənləşsə, təbii ki, ali məqsədlərə doğru böyük addımlar atılmış olardı.Komitə 12 illik gərgin iş fəaliyyətinin göstəricisi kimi 2023-cü ilin sentyabr ayında dünyanın “BoxRec” sıralarına daxil olmağına baxmayaraq Gənclər və İdman nazirliyindən quruca təbrik məktubu da almayıb.

Boks iki adamın müəyyən qaydalar içində, hücum və müdafiə məqsədiylə yumruqlarını istifadə edərək döyüşdüyü bir idmandır.
Boks demək olar ki, cəmiyyətin yarandığı ilk dövrlərdən dünya xalqları arasında yayılmağa başlayıb. Beş min il bundan əvvəl Misir və Babilistanda mövcüd olan yumruq döyüşü bu idman növünün əsasını qoyub. Boks eramızdan əvvəl 688-ci ildə antik Olimpiya oyunlarının proqramına daxil edilmişdi.
Bunları xatırlatmaqla heç də yazı ilə boks “manej”ində yox, yazı “maneyi”ndə söz zərbələrinin gücünü əsla nümayiş etdirmək fikrində deyiləm. Məqsəd hədəfə atılan söz “zərbə”lərindən Boks idmanımızın gələcəyi namınə real nəticələr və uğurlar əldə etməkdir. İnanıram ki, kim olur-olsun - hər bir vətəndaş, məmur və o cümlədən, hər bir idmançı Vətənimiz, Dövlətimiz və İdmanımız namınə daha böyük qələbələrə imza atmalıdır.
Əmir Pəhləvan
Yazıçı-dramaturq,
“İlham” qəzetinin redaktoru

25-08-2024, 13:37
Bakıda ilk velosiped kirayəsi xidməti işə başladı


Bakıda ilk velosiped kirayəsi xidməti işə başladı

Bakıda mikromobillik infrastrukturunun inkişaf etdirilməsi üçün həyata keçirilən layihə çərçivəsində 10 km-dən artıq velisoped yolu salınıb.
Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev feysbuk sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, şəbəkənin genişləndirilməsi nəzərdə tutulur.
“Artıq ilk velosiped kirayəsi xidməti – “bike-sharing” işə başlayıb. Bu səmərəli fəaliyyətin iştirakçılarına uğurlar arzu edirik”, - R.Nəbiyev qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!