Budapeştdə daha iki medal - FOTO .....                        Ərdoğandan Kiprlə bağlı çağırış .....                        Xocalıya qayıdacaq insanların sayı açıqlandı .....                        Siz öz həyatınızı yaşayın, biz də öz həyatımızı... .....                        Körfəzdə faciə - 34 nəfər öldü .....                        Azərbaycan mediasının inkişafı məni çox sevindirir - İlham Əliyev .....                        Sülh üçün cəmi 2 məsələ həll edilməlidir - Prezident AÇIQLADI .....                        Bu dövlətlərlə xüsusi əməkdaşlıq formatımız olacaq .....                        Zuğulba şossesində yanğın - Tıxac yarandı .....                       
Tarix : 26-08-2024, 16:00
"Mədəniyyətsizliyin mərkəzinə çevrilən ölkədə Durovun həbsi təəccüb doğurmur"


"Mədəniyyətsizliyin mərkəzinə çevrilən ölkədə Durovun həbsi təəccüb doğurmur"

Teleqramın təsisçisi Pavel Durov Fransanın "Le Burje" hava limanında saxlanılıb. Ona qarşı bir sıra ittihamlar yönəldilib. İnsident söz azadlığına növbəti hücum, dünya siyasətində ikili standartların təzahürü kimi qiymətləndirilib.
Bir çox ekspert hesab edir ki, Durovun həbsinin arxasında ABŞ dayanıb və Fransa da tapşırığı bu ölkədən alıb. Belə ehtimal var ki, bu, kriptovalyuta bazarına təsir etmək cəhdi də ola bilər.
Rusiya artıq Pavel Durovla əlaqə saxlamaq üçün tələb edən nota göndərib, lakin beşinci respublikanın hakimiyyəti onun Fransa vətəndaşlığını əsas vətəndaşlıq hesab edir.
Durov bir sıra cinayətlərdə, o cümlədən terrorizm, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması, oğurlanmış malların idarə edilməsində ittiham oluna bilər.
Fazil Mustafa bildirib ki, artıq Fransa hüquqi və ddemokratik dəyərlərdən uzaq ölkədir:
“Pavel Durov istintaqda hansı məsələlər əsas götürülürək həbs olunub deyə bilmərəm. Amma onun saxlanılmasının Rusiya ilə əlaqədar olması da mümkündür. İndi bunun açıqlanması verilməlidir. Fransanın bu addımına gəldikdə, bu ölkə artıq hüquqi, demokratik dəyərlərdən uzaq ökədir. Hər bir özbaşınalığı, başıpozuq hərəkəti Fransadan gözləmək olar”.
Deputat vurğulayıb ki, mədəniyyətsizliyin mərkəzinə çevirilən Fransada belə bir adamın həbs olunması təəccüb doğurmur:
“Fransa vaxtilə müstəmləkə etdiyi ölkələri necə idarə edirsə, dünyaya hələ də o gözlə baxır. Fransa yeni dünya dövlətinə çevriləmmədi. Dünayayaa bu qədər mədəniyyət bəxş etmiş ölkə özü mədəniyyətsizlik mərkəzinə çevrilməkdədir. Ona görə bu adamın da həbsi təəccüb doğurmur”.
Xatırladaq ki, 2021-ci ilin fevralında Durov Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlığını, avqustda isə Fransa vətəndaşlığını alıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!