Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
18-10-2024, 17:47
Neft Fondu bu il 25 tondan çox qızıl alıb


Neft Fondu bu il 25 tondan çox qızıl alıb

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) qızıla yatırılan investisiyanın həcmini artırıb.
2024-cü ilin III rübündə Fondun investisiya portfelinin 10 milyard 844,9 milyon dollarlıq hissəsini (17,7%) qızıl investisiyaları təşkil edib. Üç ay ərzində ARDNF qızıla olan investisiyalarını 2 milyard 270,3 milyon ABŞ dolları və ya 26,5% artırıb. Belə ki, cari ilin II rübündə Fonddun investisiya portfelinin 8 milyard 574,6 milyon ABŞ dollarlıq hissəsini (14.8%) qızıl investisiyaları təşkil edib.
Qeyd edək ki, ARDNF bu ilin III rübündə 12,1 ton qızıl alıb. Belə ki, 1 iyul 2024-cü il tarixinə Fondun qızıl ehtiyatı 114,9 ton təşkil etdiyi halda oktyabrın 1-nə bu rəqəm 127 tona qədər yüksəlib. Başqa sözlə, ARDNF ilin əvvvəlindən III rübün sonuna kimi 25,2 ton qızıl alıb.
18-10-2024, 17:10
Türkiyə və Ermənistanın XİN rəhbərləri görüşdü


Türkiyə və Ermənistanın XİN rəhbərləri görüşdü

Türkiyə və Ermənistanın xarici işlər nazirləri Hakan Fidanla Ararat Mirzoyan arasında görüş keçirilib.
Görüş İstanbulda “3+3” regional platformasının üçüncü iclası çərçivəsində baş tutub.
Nazirlər ikitərəfli əlaqələr, eləcə də Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər.
18-10-2024, 17:02
Lavrovdan Azərbaycan və Ermənistana təklif


Lavrovdan Azərbaycan və Ermənistana təklif

Moskva, Ankara və Tehran İrəvan və Bakıya sülh müqaviləsi üzərində işi başa çatdırmaq üçün “3+3” platformasından istifadə etməyi təklif ediblər.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənubi Qafqaz üzrə “3+3” platformasının iclasının yekununda deyib.
Onun sözlərinə görə, Moskva Rusiya, Ermənistan və Azərbaycanın üçtərəfli işi çərçivəsində həm prezidentlər səviyyəsində, həm də xarici işlər nazirləri və digərləri səviyyəsində yaradılmış zəminləri xatırladıb.
Bundan əlavə, o qeyd edib ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı məsələlər var: “Hazırda heç bir görüş planlaşdırılmır, bizim erməni həmkarlarımız hesab edirlər ki, əvvəlcə türklərlə birbaşa əlaqə saxlamalı və nə etmək lazım olduğunu başa düşməlidirlər”.
18-10-2024, 16:54
“Araz” SES yenidən qurulacaq


“Araz” SES yenidən qurulacaq

“Araz” Su Elektrik Stansiyası 1970-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilib istismara verilib. Stansiyanın ümumi generasiya gücü 22 meqavatdır. “Araz” dəryaçasının nominal su tutumu 1 milyard 250 milyon kubmetrdir, xüsusi hallarda qısa müddətdə 1 milyard 320 milyon kubmetrə qədər su yığıla bilər.
Bu sözləri Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəis müavini Tural Murtuzəliyev deyib.
O deyib ki, stansiya yarım əsrdən çoxdur fəaliyyət göstərir və hazırkı dövrdə də Naxçıvanın elektrik enerjisi ilə təminatında mühüm rol oynayır.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na görə “Araz” SES yenidən qurulacaq. Hazırda SES-in yenidən qurulmasının layihələndirilməsi üçün tender elan olunub. Yaxın gələcəkdə bu stansiya yenidən qurulacaq”, - deyə o əlavə edib.
18-10-2024, 16:50
Lavrov Cənubi Qafqaz üçün ən böyük təhlükəni açıqladı


Lavrov Cənubi Qafqaz üçün ən böyük təhlükəni açıqladı

Kollektiv Qərb ölkələri Abxaziya, Cənubi Osetiya və Gürcüstan arasında vəziyyəti qeyri-sabitləşdirmək və bununla da Rusiyaya qarşı ikinci cəbhə açmağa çalışır.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənubi Qafqaz üzrə “3+3” platformasının iclasının yekununda deyib.
“Gürcüstana qayıdışla bağlı çox ciddi problemlərdən biri Qərbin Rusiyaya qarşı ikinci cəbhə açmaq cəhdləridir. Qərb yenidən Abxaziya və Cənubi Osetiyada vəziyyəti qeyri-sabitləşdirmək istəyir.Gürcüstan və bu iki suveren dövlət yenidən qızışıb”, - deyə nazir bildirib.
18-10-2024, 16:43
Nazirlər qlobal təhlükəsizlik çağırışları müzkirə ediblər


Nazirlər qlobal təhlükəsizlik çağırışları müzkirə ediblər

Ceyhun Bayramov İstanbula işgüzar səfəri çərçivəsində Türkiyə XİN rəhbəri Hakan Fidanla görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Hakan Fidan ilə görüşündə müttəfiqlik Türkiyə Azərbaycan əlaqələrindən irəli gələn regional və beynəlxalq əməkdaşlığın perspektivləri, münaqişədən sonrakı regional vəziyyət, eləcə də qlobal təhlükəsizlik çağırışlar müzkirə edilib", - deyə məlumatda bildirilib.
18-10-2024, 16:35
Qəlbimdə, ağlımda: yaşamaq, "yanmaq" və yaratmaq eşqi...



Qəlbimdə, ağlımda: yaşamaq, "yanmaq" və yaratmaq eşqi...

Bəzən olur ki, xəyalən keçmişə qayıdırıq. Xatirələri "oyadırıq". Xəyal nuru mənəvi aləmimizin ən dərin qatına işıq salır. Çox keçmir ki, xəyaldan ayrılır, gələcəyi düşünürük. Bu məqam daxilimizdə doğan sual bizi özümüzlə baş-başa qoyur: mənim üçün yaşamaq nədir?

Məsələn, ünlü şairimiz Bəxtiyar Vahabzadə "yaşamaq yanmaqdı" yazırdı. Mətbuat tədqiqatçısı Şirməmməd Hüseynov yaşamağı qanmaqda, dərk etməkdə görürdü. Yazıçı Anar kimlik, milli varlıq, özünüdərk prosesi əsasında yaratdığı əsərə — kitaba "Yaşamaq haqqı" ismini vermişdi.

Bu mənada fiziki, mənəvi, bioloji var olma, yaşama və böyümə (sözün hər gerçəkliyində) atlasının müəyyənləşdirdiyi mənzərə fonunda qəlb aləminin dəruni dərinliklərindən eşidilən, insanı oraya səsləyən sədalar yüksəlməyə başlayır. Bu mənzərə gözlər önündə gün işığı qədər aydın, yaxud payız yağışına qarışmış dumantək qarışıq da görünər...

Yaşamaq sadəcə gündəlik işlərimizi həll etdikdən sonra başımızı buludabənzər ağ yastığa qoyaraq rahatlıq tapmaq deyil. Gərək ki, düşünəsən, suallarla özün-özünə müraciət edəsən: Həyat, görəsən, bizi lacivərd səmaya — göyün ənginliklərinə qaldıran xəyallardanmı, ya gözümüzü bağlayanda ürəyimizdən keçən istəklərdənmi ibarətdir? Biz həyatdan nə istəyirik: yaşamaq, görmək, anlamaq, kəşf etmək, sevmək, sevilmək? İnsan həyatı dərk etdiyi andan böyüyür, yaşayır (!).. O, anlayır. Anlayır ki, əsla öz dəyərini dəyərdən salmamalıdır. Həyat prizmasına öz pəncərəsindən baxmağı öyrənməlidir. O, tək qalmaqdan, düşünməkdən və beləcə böyüməkdən qorxmamalıdır. İnkaretmə yanğısına düşməməli, özünü tapmalı və onunla üzləşməlidir. Həyatdan nə istədiyinin fərqinə varmalı və yelkənini başqa dənizlərə açmağı öyrənməlidir.

Məncə, hər insan həyatında bir dəfə də olsa öz yaşamından uzaqlara getməli, həsrət yanğısına düşməli, başqa qəlblərin incəliyinə toxunmalıdır. Fərqində olmalıdır ki, qoca dünyaya nə üçün gəlib və nə istəyir?!

Əgər mən nədənsə əziyyət çəkirəmsə, deməli, burada mənim üçün sıxıntı, narahatlıq var. Bəli, mümkündür ki, bir başqası üçün bu adi haldır. Buna görə insan gərək çətinlikdən, ən əsası həyatdan qaçmasın, qorxmasın... Özünü rüzgara buraxsın və dərindən nəfəs alsın. Başını səmaya qaldırsın: nizamlı şəkildə düzülən durna qatarına nəzər salsın. Məncə biz çox yaxşı bilirik ki, rüzgar o qədər də qorxulu bir şey deyil. Əsas odur ki, gəmini dənizə çıxaracaq qədər cəsarətin olsun. Qasırğa isə hər zaman, hər insanın həyatına bir az da olsa müdaxilə edir.


Ləman Rəcəbova
Bakı Slavyan Universitetinin Xarici Dili Müəllimliyi fakültəsinin tələbəsi
18-10-2024, 16:27
Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) İdarə Heyəti üzvləri və Qarabağ Universitetinin rəhbər heyəti arasında görüş keçirilib.



Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) İdarə Heyəti üzvləri və Qarabağ Universitetinin rəhbər heyəti arasında görüş keçirilib.

DAAB-ın təşəbbüsü ilə onlayn formatda baş tutan görüş tədris, elmi-tədqiqat, eləcə də Qarabağ Universitetinin beynəlxalq səviyyədə tanınması və nüfuzunun gücləndirilməsi istiqamətlərində əməkdaşlıq imkanlarının müzakirəsi məqsədi daşıyıb.

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən alimlərin qatıldığı görüşdə DAAB-ın İdarə Heyətinin sədri, professor Məsud Əfəndiyev və Qarabağ Universitetinin rektoru Şahin Bayramov giriş sözü ilə çıxış ediblər.

DAAB-ın əsas fəaliyyət istiqamətləri və xaricdə yaşayan azərbaycanlı alimlərin birgə tədbirləri barədə məlumat verən M.Əfəndiyev görüşün önəmindən danışıb. Cari ilin sentyabrında Azərbaycanda keçirilən forum çərçivəsində Qarabağ Universiteti heyəti ilə bir arada olduqlarını xatırladan M.Əfəndiyev bu tipli görüşlərin davamlı keçirilməsinin əməkdaşlıq üçün geniş imkanlar açdığını bildirib. Qeyd edib ki, reallaşdırılacaq birgə fəaliyyətlər həm Qarabağ Universitetinin elmi potensialının gücləndirilməsinə, həm də bölgənin inkişafına töhfə baxımından mühüm əhəmiyyət kəsb edəcəkdir.

Möhtərəm Prezidentimizin "Qarabağ Universitetinin yaradılması tarixi hadisədir" sözləri ilə çıxışa başlayan rektor Ş.Bayramov işğaldan azad olunmuş əzəli yurdlarımızda belə bir müasir ali təhsil müəssisəsinin qurulmasında dövlətin yüksək diqqət və qayğısından danışıb. Xaricdə yaşayan azərbaycanlı alimlərin Qarabağ Universitetinə böyük maraq göstərməsindən məmnunluğunu ifadə edən Ş.Bayramov əməkdaşlığın potensial istiqamətləri barədə geniş təqdimat edib. Tədris, elmi-tədqiqat və beynəlxalq fəaliyyət sahəsində mümkün işbirliyindən danışan Ş.Bayramov DAAB ilə əməkdaşlığın universitetin strateji hədəflərinə çatma yolunda əhəmiyyətli rolunu vurğulayıb. Bildirib ki, tədqiqat əsaslı universitetə çevrilməyi hədəfləyən Qarabağ Universiteti dünyanın aparıcı universitetləri və elmi-tədqiqat institutlarında çalışan azərbaycanlı alimləri bir araya gətirən DAAB ilə əməkdaşlıqda maraqlıdır.

Müzakirələrlə davam edən görüşdə xaricdə yaşayan alimlər institusional və fərdi formatda reallaşdırıla biləcək konkret addımlar barədə təkliflər səsləndiriblər.

Qarabağ Universitetinin hərtərəfli inkişafına dəstək məqsədi daşıyan birgə elmi-tədqiqatların aparılması, ortaq elmi tədbirlərin təşkili, müasir laboratoriyaların və tədqiqat mərkəzlərinin qurulması, Universitetin tanıtımı, tələbələr və əməkdaşların müxtəlif təlim, təcrübə və mübadilə proqramlarına cəlb olunması və digər mövzularda fikir mübadiləsi aparılıb.

Sonda ilkin razılıq əldə olunmuş istiqamətlərdə müzakirələrin davam etdirilməsi və birgə fəaliyyət planı layihəsinin hazırlanmasına start verilməsi məqsədilə hər iki tərəfin müvafiq əməkdaşlarından ibarət birgə işçi qrup formalaşdırılıb.

Qeyd edək ki, Qarabağ Universitetinin tədqiqat əsaslı universitet modelində inkişaf etdirilməsi məqsədilə xaricdə yaşayan azərbaycanlı alimlərlə əməkdaşlıq diqqət mərkəzində saxlanılır.

#QarabağUniversiteti #KarabakhUniversity #Xankəndi #Khankendi #Qarabağ2024 #Karabakh2024 #Azerbaijan #Alimlər #Görüş #Onlayn
18-10-2024, 11:50
Başlanğıcdan sona doğru: mənim səyahətim



Başlanğıcdan sona doğru: mənim səyahətim

Məzuniyyətə doğru irəlilədikcə, belə həssas anlarda, universitet həyatımı formalaşdıran təcrübələrimə geri dönərək düşünürəm. Universitet illəri, yalnız akademik biliklərin əldə edildiyi bir dövr deyil, eyni zamanda dostluqların qurulduğu, yeni maraqların kəşf olunduğu və şəxsi inkişafın baş verdiyi bir zaman dilimidir. Yaşadığım hər an — istər həyəcan dolu olsun, istər əyləncəli anlar mənim bugünkü kimliyimi formalaşdırıb. Bu yazıda yadımda qalan sevinclərimi, kədərlərimi, öyrəndiyim dərsləri və qurduğum dostluqları sizinlə paylaşacağam. Çalışacağam ki, universitet macəramın canlı mənzərəsini sizin üçün "çəkim". Təəssüf ki, mən universitet həyatıma pandemiya vaxtı başladım. İlk semestr dərslərimiz hibrid formada keçirilirdi. Bu səbəbdən bəzi müəllimləri çox az tanıdım. Bu müddətdə həm yaxşı, həm də müəyyən mənada qəliz müəllimlərlə qarşılaşdım (yəqin ki, ifadəmə görə inciməzlər). Yaxşı müəllimlərim, dərsləri maraqlı və mənalı edən mənə motivasiya verən insanlar oldu. Univerisitet illərimdə xüsusilə Mübariz Göyüşlü və Qərənfil Dünyaminqızı kimi sevimli müəllimlərimin rəhbərliyi və dəstəyi mənim üçün böyük bir ilham mənbəyinə çevrildi. Mübariz müəllim sadəcə mənim yox, demək olar, fakültədəki bütün tələbələrin ən sevimli müəllimidir. Deyərdim ki, hər dərsi bir-birindən maraqlı idi. Bu yaxınlarda Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müəllimi Mübariz Göyüşlünün "II Qarabağ müharibəsinin Türk ölkələrinin mətbuatında əks olunması" mövzusunda elmi seminarı keçiriləcək. Bu səbəbdən müəllimimizə uğurlar diləyirəm. Digər əziz müəllimim Qərənfil Dünyaminqızının mühazirələrindəki təqdimatı və tələbəlik illərindəki jurnalistika fəaliyyəti ilə bağlı xatirələrindən bəhs etməsi məni təhsil aldığım sahəyə çox həvəsləndirdi. Yeri gəlmişkən qeyd edim ki, ötən həftələrdə Türk dünyası üçün əlamətdar hadisələrdən biri — Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunan və Bakı Ekspo Mərkəzində keçirilən X Bakı Beynəlxalq Kitab Sərgisi baş tutdu. Və bu əlamətdar hadisə içində digər bir tarixi ana fakültəmiz timsalında cəmiyyətimiz, xalqımız şahidlik etdi. Əli bəy Hüseynzadənin 160 illiyinə həsr olunan "Füyuzatçılar" kitabının təqdimetmə mərasimi baş tutdu. Əlbəttə, müəllif bizim dəyərli müəllimimiz Qərənfil Dünyaminqızı idi. Tədbirdə iştirak etdim və müəllifin kitabını imzalı şəkildə əldə etmiş oldum. Qarşıda bizi sonuncu semestr imtahanı gözləyir. Və hər dəfə təqvimdə yanvar ayını gördükdə tanış bir gözləmə və narahatlıq hissi içimi bürüyür. Mənə görə bu ay sadəcə qiymətlərdən ibarət deyil; biliklərimi, vaxtımı düzgün idarə etmək üçün bir dövrdür. Hər il bu dövr gecə-gündüz dərs hazırlığı və məsuliyyətli anlarla dolu olur. İmtahandan "A" aldığımda yaşadığım sevinc, bütün zəhmətimin qarşılığının simvoludur. Universitet illərimdə klassik dünya ədəbiyyatına marağım artdı. Dünya ədəbiyyatını daha çox mütaliə etdikcə müxtəlif mədəniyyətlər ilə tanış oldum. Hər bir klassik mənə yalnız fərqli dövrlər və cəmiyyətləri tanıtmadı, eyni zamanda sevgi, mübarizə və kimlik kimi mövzular üzərində düşündürdü. Bu əsərlərin zamansızlığı, həyatımın növbəti mərhələsinə hazırlıq görərkən mənə ilham verməyə davam edir.
Tələbəlik müddətində qrup yoldaşlarımla o qədər də yaxın olmasam da ilk illərdə bir neçə qrup yoldaşımla dərsdən sonra bəzən kinoya və ya restorana getmək üçün bir araya gəlirdik. Bu qeyri-rəsmi qarşılıqlı əlaqələr, dərindən şəxsi olmasa da, universitet təcrübəmə əyləncə qatdı və dostluqlarımı, necə olursa-olsun, qiymətləndirməyimə kömək etdi. Gələcəkdə bu anları yanımda daşıyacaq, sadə, amma mənim üçün dəyərli anların verdiyi sevinci unutmamağa çalışacağam.

Nuranə İsmayılova

BDU-nun Jurnalistika fakültəsinin tələbəsi
18-10-2024, 09:33
ODLAR ÖLKƏSİYƏM

ODLAR ÖLKƏSİYƏM
Qafqazın qoynunda ulu bir diyar,
Zəngin bir məmləkət tutubdur qərar,
Azərbaycan, tarixlərdə yeri var!
Ucalıq bəxş edib ona Yaradan,
Varlığnı eyləyib aləmə bəyan.

Burda qəhrəmanlar haqdan güc alıb,
Keşməkeşli tarix şanlı iz salıb,
Müdriklik, alilik pak miras qalıb.
Hər kəs bir-birinə olarlar həyan,
Varlığnı eyləyib aləmə bəyan.

Odlar ölkəsiyəm, gücəm, qeyrətəm,
Hürriyyət eşqiylə yanan millətəm,
İstiqlal himnindən doğan hikmətəm.
Həqiqət atəşi inam və iman,
Varlığnı eyləyib aləmə bəyan.

Soranlar qoy bilsin ağırdır çəkim,
Oğuzlar mülkünə bağlıdır köküm,
Elm dəryasından İncidir yüküm,
Müqəddəs nurlardan çağlayan ümman,
Varlığnı eyləyib aləmə bəyan.

Zəkiyyəyəm, candan əziz bir canım.
Ruhumun qidası şərəfim, şanım,
Milyonlara qucaq açan ünvanım,
Cənnətin özüdür bil, Azərbaycan!
Varlığnı eyləyib aləmə bəyan!

Bayramınız mübarək olsun əzizlərim 👏
Zəkiyyə MUSAQIZI
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!