Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi .....                        Dövlət qulluğuna qəbul imtahanları keçirilib .....                        "Formula 1"də yeni rekord - Əfsanəvi Mixael Şumaxeri üstələdi .....                        Azərbaycanın COP29 Sədrliyi regionda iqlim məsələlərinə diqqəti artıracaq - Aİ rəsmisi .....                        COP29 zamanı Bakı metrosu - Nəzarət və tənzimləmələr .....                        Naxçıvanda reyd - Qaydaları pozan sürücülər cəzalandırıldı .....                        Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi .....                        Moldovada prezident seçkiləri - Seçici fəallığı yüksəkdir .....                        Bakının bəzi ərazilərində fərdi evlər söküləcək - VİDEO .....                       
24-10-2024, 21:33
“Çalxanqalaya köç”


“Çalxanqalaya köç”

(Səməd Vəkilovun “Qərbi Azərbaycandan Etnik Təmizlənmənin Sonuncu Mərhələsi (1987-1991). Çalxanqalaya köç” adlı kitabı haqqında )
Müvəkkil Hüquq Mərkəzi İctimai Birliyinin sədri tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun “Qərbi Azərbaycandan Etnik Təmizlənmənin Sonuncu Mərhələsi (1987-1991). Çalxanqalaya köç” adlı kitabda sonuncu etnik təmizlənmənin başlanması fonunda Qarabağın Ermənistana birləşdirilməsi “hərakatının” ideoloqları və eyni zamanda bu hadisələr zəminində təşkil edilmiş Sumqayıt təxribatı, Quqark faciəsi, Hamamlı (Spitak) zəlzələsi və digər hadisələr tarix və hüquq kontekstində araşdırılmış, həmçinin Qərbi Azərbaycanın müxtəlif bölgələrindən Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Çalxanqala kəndinə köçürülən əhali barəsində də geniş məlumatlar əksini tapmışdır.
Kitabın ayr-ayrı bölmələrində sonuncu etnik təmizləməyə zəmin hazırlayan Sumqayıt təxribatı haqqında geniş araşdırma aparılmış həmin hadisələrin qurbanı olmuş Əhməd İmani oğlu Əhmədov haqqında araşdırma yazısı öz əksini tapmışdır. Kitabda Şəxsi həyat həqiqətlərinin xarakterik cizgiləri və ictimai məzmunu adlı bölmədə Qərbi Azərbaycan ərazisində zorakılıqla qovulmuş Azərbaycan Türkləri haqqında yüzdən çox bioqrafik məlumatlar və onların həyat həqiqətlərini əks etdirən informasiyalar toplanmışdır. Bu bölmədə adıçəkilən şəxslərin həyat həqiqətlərinin ictimai məzmunu haqqında ayrıca yazı verilməsi çox əhəmiyyətlidir. Sonuncu etnik təmizləmə fonunda Azərbaycan hökümətinin qəbul etdiyi qərarların xronikası və təhlil adlı bölmədə həmin dövrdə qəbul edilmiş yüzlərlə sənəd incələnmiş bu sənədlərin bir qrupu isə kitaba daxil edilmişdir.
Tədqiqatçı-hüquqşünas Səməd Vəkilov Vartanlı kəndində törədilən sülh və insanlıq əlehinə olan cinayətlərin hüquqi aspektləri adlı bölmədə baş vermiş soyqırım cinayətinin beynəlxalq hüquqi aspektlərini araşdırmış, beynəlxalq hüquqa görə soyqırım etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistemli şəkildə tam və ya qismən məhv edilməsinin məhz soyqırım cinayəti olması qənaətinə gəlmişdir.
"Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanın müddəalarına uyğun olaraq, Vartanlı soyqırımının araşdırılması çox önəmli faktor olmaqla kitabın elmi dəyərini artırır.
Metodoloji baxımından araşdırma zamanı tətbiq olunmuş müqaisəli təhlil metodu doğru seçilmişdir.
Tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun “Qərbi Azərbaycandan Etnik Təmizlənmənin Sonuncu Mərhələsi (1987-1991). Çalxanqalaya köç” adlı kitabı elmi dəyərinə görə yüksək qiymətləndirməklə uğurlu tədqiqat hesab edirik.
Leyla Calalova
ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri,
tarix üzrə fələsfə doktoru
24-10-2024, 18:41
Müdafiə Nazirliyi toplanışlarla bağlı məlumat yaydı


Müdafiə Nazirliyi toplanışlarla bağlı məlumat yaydı

Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı davam edir.
Ehtiyatdan çağırılan hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunurlar.
Hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılır, onlara təhlükəsizlik qaydaları çatdırılır, eləcə də sıra hazırlığı üzrə məşğələlər keçirilir.
Toplanış çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin artırılması, təlim sahəsində praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək.
24-10-2024, 18:12
Aktyor və arvadının ölümü ilə bağlı cinayət işi açıldı


Aktyor və arvadının ölümü ilə bağlı cinayət işi açıldı

Bakıda iki nəfəri qəsdən öldürməkdə təqsirləndirilən şəxs həbs edilib.
Bu barədə Nəsimi Rayon Prokurorluğundan məlumat verilib.
Qeyd olunub ki, oktyabrın 22-də saat 21 radələrində paytaxtın Nəsimi rayonunda 2 nəfər şəxsin yaşadığı mənzildə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1973-cü il təvəllüdlü İslam Hadıyevin tamah məqsədilə yaşadıqları evdə 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviç və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işi üzrə İslam Hadıyev Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İbtidai istintaq davam etdirilir.
Qeyd edək ki, öldürülən İosif Tkaç uzun müddət Rus Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. Onun xanımı Lyudmila Tkaç isə uzun illər pedoqoji fəaliyyətlə məşğul olub və Prezidentin Sərəncamı ilə 2015-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
24-10-2024, 18:00
Saakaşvili ermənilərə çağırış etdi


Saakaşvili ermənilərə çağırış etdi

Gürcüstanın sabiq prezidenti, vətənində həbs cəzası çəkən Mixail Saakaşvili özünün Facebook səhifəsində erməni və gürcü dillərində Gürcüstanın erməni vətəndaşlarına müraciət edib.
Saakaşvili onları hakimiyyətdən qorxmamağa, seçkiyə getməyə və 26 oktyabrda müxalifətə səs verməyə çağırıb.
Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.
Hakim “Gürcü arzusu” qələbə qazanacağı təqdirdə Saakaşvilinin qurduğu müxalifət partiyasını konstitusiyaya zidd kimi tanıyacaqlarını və Gürcüstanda fəaliyyətini qadağan edəcəklərini açıqlayıb.
24-10-2024, 17:46
Milli Məclis Avropa Parlamentinə etiraz etdi


Milli Məclis Avropa Parlamentinə etiraz etdi

Avropa Parlamentinin oktyabrın 24-də qəbul etdiyi “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnaməsi ilə tanış olduq. Özünü Avropa parlamentarizminin siması kimi təqdim edən bu təsisat qoca qitənin bütün problemlərini bir kənara qoyaraq, yenidən ölkəmizə qarşı hücuma keçib.
Bu fikirlər Avropa Parlamentinin 24 oktyabr tarixli qətnaməsinə Azərbaycan Milli Məclisinin münasibəti ilə bağlı şərhində yer alıb.
Şərhdə deyilir ki, Avropa Parlamentinin Azərbaycan xalqının haqlı gözləntilərinə münasibətdə etinasızlığına artıq alışmışıq.
"Nəticə etibarilə, Ermənistan tərəfindən torpaqlarımızın 30 illik işğalı, şəhər və kəndlərimizin yer üzündən silinməsi, işğal olunmuş torpaqlarımızda və Ermənistan ərazisində xalqımızın tarixi, dini və mədəni irsinin kütləvi şəkildə dağıdılması və mənimsənilməsi, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan artıq soydaşımızın hüquqlarının tapdanması, onların uzun illər ərzində çəkdikləri iztirablar avropalı parlamentariləri heç vaxt maraqlandırmayıb. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilmiş anti-terror tədbirləri nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi, beynəlxalq hüququn norma və prinsiplərini təkbaşına icra etməsi ilə də barışa bilməyiblər.
Lakin indi məlum olur ki, Avropa Parlamenti artıq öz anti-Azərbaycan xislətini bütün rəngarəngliyi ilə nümayiş etdirməyə qərar verib. Qətnamənin mətnindən də göründüyü kimi, ölkəmizə qarşı fəaliyyət göstərən müxtəlif maraq qruplarının istifadə etdikləri ayrı-ayrı mövzuların, təzyiq alətlərinin toplanaraq, bir sənəd formasında tərtib olunması məhz bunu deməyə əsas verir.
Bir neçə kağız parçasında Azərbaycana qarşı saxta məlumatlara əsaslanan faktlar, absurd iddialar, ittihamlar, təhdid və tələblər irəli sürülür. Ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə açıq şəkildə hörmətsizlik edilir, daxili işlərimizə müdaxiləyə cəhdlər göstərilir. Eyni zamanda, Ermənistana xüsusi nəvaziş nümayiş etdirilir, onun silahlandırılması təşviq olunur, bununla da həmin ölkədə revanşist meyllərin gücləndirilməsinə və regionda yenidən münaqişənin alovlandırılmasına ciddi təşəbbüs göstərilir.
Qətnamədə işğaldan azad edilmiş torpaqlarımızda aparılan yenidənqurma və bərpa işləri, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına geri qayıtması, qərbi azərbaycanlıların haqlı tələbləri, ərazilərimizin Ermənistan tərəfindən kütləvi şəkildə basdırılmış minalardan təmizlənməsi, itkin düşmüş 4 minə yaxın soydaşımızın taleyi haqda bir ifadə belə yoxdur. Bu da həmin sənədin nə dərəcədə qərəzli və birtərəfli olmasını bariz şəkildə göstərir. Əlləri Azərbaycan xalqının qanına bulaşmış, sülh və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin hərbi əsir kimi qələmə verilməsi isə sadəcə hiddət doğurur.
Ölkəmizin qlobal və regional səviyyədə sülhün, sabitliyin və əməkdaşlığın təmin olunması naminə irəli sürdüyü təşəbbüslərə, göstərdiyi səylərə qərəzli münasibət də diqqətdən yayınmır. Təəssüf ki, avropalı parlamentarilər hətta iqlim dəyişmələri ilə bağlı mühüm bir məsələni siyasiləşdirərək, Azərbaycana qarşı ittiham aləti kimi istifadə etməkdən belə çəkinmirlər.
Bütövlükdə, bu qətnamə Azərbaycanofob, türkofob və islamofob qüvvələrin həqiqi mahiyyətinin başa düşülməsi baxımından maraq doğurur: öz çirkin niyyətlərinin reallaşması naminə hamılıqla qəbul edilən dəyərlərin və prinsiplərin, haqq-ədalət anlayışının üzərindən asanlıqla xətt çəkmək, onları öz maraqlarına uyğun şərh etmək qəbulediləndir.
Bu qətnaməni Avropa Parlamentində dərin kök salmış korrupsiyanın və rüşvətxorluğun ağır fəsadları kimi qiymətləndirsək, hər halda, yanılmarıq. Fransanın, Ermənistanın və erməni lobbisinin yalan narrativləri üzərində qurulmuş bu qətnamə əslində əldə olunmuş maddi mənfəətin qarşılığıdır.
Digər düşündürücü məqam isə Avropa Parlamentində şovinist, irqçi və müstəmləkəçi təfəkkürün nə dərəcədə geniş miqyas almasıdır. Müstəmləkəçiliyə qarşı mübarizə aparan xalqları irredentist qruplar adlandıran avropalı parlamentarilər Fransanın müstəmləkəçilik siyasətinə haqq qazandıraraq, bunu Avropa siyasəti kimi qələmə verirlər. Hesab etmək olar ki, müstəmləkəçilikdən əziyyət çəkən xalqlar onların azadlıq və müstəqillik arzularının qarşısını kimlərin əngəllədiyi barədə daha aydın təsəvvürə malik olacaqlar.
Avropa Parlamentinin ölkəmiz əleyhinə yönəlmiş bu qətnaməsindən yalnız bir nəticə çıxarmaq olar: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, ölkəmizin milli, suveren maraqlarına xidmət edən müstəqil siyasət kimlərisə ciddi narahat edir. Lakin onlar unudurlar ki, Azərbaycanla təzyiq və ultimatum dilində danışmaq olmaz.
Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin reallıqları təhrif edən, qeyri-obyektiv və birtərəfli qətnaməsini qəti şəkildə rədd edir. Bildiririk ki, parlamentimiz ölkəmizin və xalqımızın mənafelərinin müdafiəsi naminə aparılan bu siyasəti birmənalı şəkildə dəstəkləyir və onun reallaşması üçün bütün qüvvəsini bundan sonra da səfərbər edəcəkdir".
24-10-2024, 17:33
578 milyon manatlıq qaçaqmalçılıq: həbs edilənlər var


578 milyon manatlıq qaçaqmalçılıq: həbs edilənlər var

Xaricə ixrac etdikləri 578 milyon manat dəyərində kənd təsərrüfatı məhsulundan əldə olunan pul vəsaitlərini ölkəyə qaytarmayan vəzifəli şəxslər ifşa edilib.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, xarici iqtisadi fəaliyyətlə məşğul olan bəzi sahibkarlıq subyektləri tərəfindən müvafiq valyutada olan pul vəsaitlərinin Azərbaycan Respublikasına qaytarılmamasına dair Dövlət Gömrük Komitəsindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş materiallar əsasında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.
İstintaqla Məmmədov Tərlan Firuddin oğlu, Hüseynov Gündüz İsmayıl oğlu, Rezzahnicat Hafiz Malik oğlu, Əmrahov Elşən Bayram oğlu, İmanov Röyal Mahir oğlu, Nəsirov İntiqam Feyruz oğlu, Əlimərdanov Nicat Kərim oğlu və qeyrilərinin cinayətkar niyyətlə təsis etdikləri “Xaçmaz Aqro”, “Natural Fruit”, “Fresh Fruits Group”, “Global Trade Group”, “Garden Store” və digər məhdud məsuliyyətli cəmiyyətlərlə xarici ölkələrdə fəaliyyət göstərən şirkətlər arasında müxtəlif növ kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müqavilələr bağlayaraq əldə olunan ümumilikdə 340 milyon ABŞ dollarından artıq məbləğdə pul vəsaitini (müvafiq dövrün məzənnəsi ilə 578 milyon manatdan artıq) vəzifə səlahiyyətlərindən sui-istifadə edib Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarmamalarına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında həmin şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə ittiham elan edilib.
Tərlan Məmmədov, Gündüz Hüseynov və Hafiz Rezzahnicat barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs, Röyal İmanov, Elşən Əmrahov, İntiqam Nəsirov, Nicat Əlimərdanov barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Hazırda Dövlət Gömrük Komitəsindən daxil olmuş digər bu kateqoriya materiallar üzrə, yəni mal və məhsul ixrac etməklə əldə edilən pul vəsaitini Azərbaycan Respublikasının müvəkkil bank hesablarına qaytarmamış şəxslər barəsində prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır və zəruri tədbirlər icra olunur.
24-10-2024, 17:27
Fransa Livana 100 milyon avro ayıracaq


Fransa Livana 100 milyon avro ayıracaq

Fransa Livan xalqına yardım üçün 100 milyon avro ayırmaq niyyətindədir.
Bunu Fransa prezidenti Emmanuel Makron Parisdə Livana dəstək mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
X-də çıxışı yayımlanan Fransa lideri "BMT Livan üçün 426 milyon avro istədi, Fransa 100 milyon avro ayıracaq" deyib.
O, həmçinin əlavə edib ki, Fransa “Livan ordusunun təchizatına töhfə verəcək”. Bundan əlavə, prezidentin sözlərinə görə, Paris Livan Silahlı Qüvvələrinə əlavə 6 min hərbçi cəlb etmək planını alqışlayır.
Makron “təcili atəşkəs və bütün qaçqınların evlərinə qayıtmasına icazə verməyə” çağırıb.
24-10-2024, 17:02
Əliyevlə Paşinyandan nazirlərə sülhlə bağlı tapşırıq


Əliyevlə Paşinyandan nazirlərə sülhlə bağlı tapşırıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü olub.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Görüş oktyabrın 24-də Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatında iclası zamanı baş tutub.
Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.
24-10-2024, 00:30
Blinken terror aktını pislədi


Blinken terror aktını pislədi

ABŞ Dövlət katibi Antoni Blinken Türkiyədə baş vermiş terror aktını qətiyyətlə pisləyib.
Bu barədə onun "X" səhifəsindəki paylaşımında deyilir.
“Birləşmiş Ştatlar müttəfiqimiz olan Türkiyənin yanındadır və bugünkü terror aktını qətiyyətlə pisləyir. Hadisə qurbanları və onların ailələrinin kədərini bölüşürük", - Blinken qeyd edib.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!