Tramp Makronu qarşılamadı .....                        İkinci kurs tələbəsi vəfat etdi .....                        "Gülüstan" sarayında dövlət ziyafəti verilir .....                        Bakıda Azərbaycan-Pakistan biznes forumu - Liderlər çıxış ediblər .....                        Qara görə 8 aviareys təxirə salındı .....                        Azərbaycanla Niderland arasında siyasi məsləhətləşmələr .....                        Şahbaz Şərif İlham Əliyevi Pakistana dəvət etdi .....                        Hacıqabulda yaşayış binasında partlayış - Xəsarət alan var .....                        "Axmat" batalyonunun qəddar komandiri Ukraynada öldü .....                       
Tarix : 14-09-2015, 10:12
O, Ben Ladendən sonra dünyanın bir nömrəli terrorçusu idi — FOTO


"Əl-Qaidə" onun ölümünü təsdiq edib

Ənvər Əl-Əvlaki ABŞ-da təhsil alan yəmənli tələbələrin dünyaya gətirdiyi radikal islam təlimçisidir.

Ölkə.Az xəbər verir ki, Əl-Əvlaki "Əl-Qaidə" və digər terror təşkilatlarına dəstək olaraq internetdə dini təlimlər yayması ilə populyarlaşmışdı.

Onu Ərəbistan yarımadasında "Əl-Qaidənin" ideoloji lideri hesab edirlər.


O, Ben Ladendən sonra dünyanın bir nömrəli terrorçusu idi — FOTO


O, 1971-ci ildə Şimali Yəməndən çıxmış və ABŞ-da təhsil alan tələbələrin ailəsində göz açıb və ABŞ vətəndaşı hesab olunur. Əl-Əvlaki 7 yaşında valideynləri ilə birlikdə Yəmənə qayıdıb. Burada onun atası kənd təsərrüfatı naziri vəzifəsini icra edirdi. Əl-Əvlaki də ata və anası kimi ABŞ-da təhsil almağı qərara alıb. O, Kolorado Universitetinin mühəndislik fakültəsində oxuyub.

Onun ingilis dilində səlis danışmağı Avropa İttifaqı və Amerika ölkələrində müsəlman gənclər arasında "İslama qarşı" müharibə aparan dövlətlərlə mübarizəni təbliğ etməyə kömək edirdi.

Əl-Əvlaki ailəli idi və 3 oğlu, 2 qızı var idi. Uşaqların hamısı Yəməndə babalarının yanında olublar.

Bəzi məlumatlara görə, Əl-Əvlaki "Charlie Hebdo" jurnalının redaksiyasına hücum təşkil edən Kuaşi qardaşlarından biri ilə görüşüb və hücumun planını da o vaxtdan elə özü təşkil edib.

2010-cu ilin payızında ABŞ hökuməti Ənvər Əl-Əvlakini dünyanın bir nömrəli terrorçusu elan edib. O, ABŞ maraqlarına təhdid yaratdığı üçün Mərkəzi Kəşfiyyat İdarəsinin məhv edilməsi vacib olan şəxslər siyahısına daxil edilib.
Yəmən hökumətinin nümayəndələri iddia edir ki, Əl-Əvlaki 2011-ci ilin 30 sentyabrında "Əl-Qaidə"nin Ərəbistan yarımadasında hökumət ordusu ilə toqquşmaları zamanı həlak olub.

Digər versiyaya əsasən, o, ABŞ-a məxsus pilotsuz bombardmançı tərəfindən vurularaq məhv edilib. Bir müdddət sonra ABŞ prezidenti Barak Obama onun ölümünü təsdiqləyib. Onunla birlikdə "Inspire" jurnalının redaktoru Samir Xan da dünyasını dəyişib.

Oktyabrın 11-i "Əl-Qaidə" terror təşkilatı bir nömrəli terrorçu Ənvər Əl-Əvlakinin ölümünü təsdiq edib.

Butov.az


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!