Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 9-06-2016, 15:34
Dünyanın həkim-transplantoloqları Bakıda - FOTOLAR

Professor doktor Mehmet Haberal


İyunun 1-dən 30-nə kimi Bakının Hilton otelində Türkiyə Transplantasiya Cəmiyyəti və Türk Dünyası Transplantasiya Cəmiyyətinin beynəlxalq elm, səhiyyə tədbiri keçirildi. Bu tədbirin Bakıda keçirilməsi Azərbaycan dövlətinə, onun səhiyyəsinə göstərilən çox böyük etimadın, inamın göstəricisidir. Dünyanın məşhur transplantoloq cərrahlarını Bakıya toplayan, belə bir möhtəşəm tədbiri keçirən, dünyaca məşhur cərrah, Başkent universitetinin yaradıcısı və Türk Dünyası Transplantasiya Cəmiyyətinin rəhbəri, professor doktor Mehmet Haberaldır. Məşhur cərrah Mehmet Haberalın şəxsi təşəbbüsü ilə belə bir möhtəşəm görüşün Bakıda keçirilməsini xüsusi olaraq alqışlamaq lazımdır. Çünki professor doktor Mehmet Haberalın belə bir möhtəşəm tədbirə dəvət etdiyi məşhur transplantoloq cərrahlardan milli həkim kadrlarımız elmi-nəzəri, praktik məsələlər baxımından çox məlumat mənimsəyə bildilər. Professor doktor Mehmet Haberalın Azərbaycan xalqına böyük Türk sevgisi belə bir beynəlxalq elmi müzakirədə bir daha özünü göstərdi.
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Elsevər Ağayevin çıxışının məğzi də Türkiyə-Azərbaycan dostluğunun tibb elmimizə, respublikamızda səhiyyənin inkişafının daha da təkmilləşdirilməsinə yeni-yeni uğurlar gətirəcəyinə həsr olundu. Millət vəkili Musa Urud da tədbirin Azərbaycanda təşkil olunmasına görə professor doktor Mehmet Haberala təşəkkür etdi.
Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədr müavini Hacı Fuad Nurullayevin möhtəşəm elm, səhiyyə tədbirinin Azərbaycanda keçirilməsini alqışlayıb, təmsil etdiyi müqəddəs ocaq adından xeyir-dua verib, konfransın işinə uğurlar diləməsi yəqin ki, beynəlxalq elmi tədbirin iştirakçılarının diqqətindən yayınmadı. Çünki Azərbaycan tolerant bir ölkədir, bütün dinlərin, mədəniyyətlərin hörmət edildiyi bir dövlətdir. Onu da qeyd edək ki, tədbirin Azərbaycan tərəfdən təşkilat komitəsinin sədri Fariz Babayev və Hikmət İsmayılov yüksək səviyyədə fəaliyyət proqramı hazırlamışdılar.
Azərbaycanda yaşayan hər bir vətəndaş din azadlığı hüququna malikdir, məhz möhtəşəm səhiyyə tədbirini respublikamızda təşkil edən professor doktor Mehmet Haberal bu gerçəkliyi Azərbaycan sevgisi ilə dünyanın məşhur transplantoloq cərrahlarına çatdırmağa nail oldu. Beynəlxalq səhiyyə tədbirində türkdilli dövlətlərlə yanaşı, ABŞ, Avstraliya, İspaniya, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, İran, Əlcəzair, Qətər və başqa dövlətlərin məşhur cərrahlarının çıxışının əvvəlində söylədiklərindən aldığım təəssürat bir azərbaycanlı kimi məndə böyük fərəh hissi oyatdı ki, mən bu ölkədə yaşayıram. İspaniyadan gələn həkim transplantoloqlardan biri Bakıya ilk dəfə gəldiyini, buradakı gözəllikdən, abadlıqdan, inkişafdan heyrətləndiyini bildirdikdən sonra elmi araşdırmalarının nəticələrini dinləyicilərə çatdırmağa başladı. Belə qürur gətirən çıxışları dinlədikcə professor doktor Mehmet Haberala minnətdar oldum. O, sanki dünyanı Azərbaycana gətirmişdi. Cənubi Qafqazın Avropası adlanan Azərbaycanın multikultural, tolerant dəyərlərini bütün dünyaya təbliğ etmək missiyasını bir həkim-cərrah kimi həyata keçirən professor doktor Mehmet Haberalın xoşməramlı tədbirinə qatılan bir jurnalist kimi onun haqqında oxucularımıza qismən məlumat vermək istəyirəm.
Professor doktor Mehmet Haberal 1944-cü ildə Türkiyənin Rizə vilayətinin Subaşı kəndində doğulub. Ali tibb təhsilini Ankara Tibb Universitetində aldıqdan sonra, tibbi biliyini yüksək səviyyədə davam etdirmək üçün Hacıtəpə universitetində, ABŞ-ın Texas ştatında, Colorado universitetində davam etdirib, təkmilləşdirmiş və ilk dəfə olaraq, 1975-ci ildə Hacıtəpə universitetinin hospitalında canlı insandan canlı insana - anadan onun 12 yaşlı övladına köçürmə əməliyyatını uğurla keçirərək, transplantoloq cərrah kimi nəinki Türkiyədə, dünyanın məşhur klinikalarında qaraciyər və böyrək əməliyyatlarını uğurla həyata keçirmişdir. Doktor Mehmet Haberal Başkent universitetinin yaradıcısı, Türkiyə Transplantasiya Dərnəyi və Türk Dünyası Transplantasiya Dərnəyinin yaradıcısıdır. Onun şəxsi təşəbbüsü ilə türkdilli dövlətlərdə dializ, transplantasiya mərkəzləri yaradılıb. Belə bir xeyirxah missiyanı həyata keçirən professor doktor Mehmet Haberal yaratdığı Başkent universitetində tibbi təhsilin daima təkmilləşdirilməsi üçün böyük bir elmi baza, universitetlər şəbəkəsi yaratmışdır. Ankara, İstanbul, İzmir, Adana, Alanya, Antalya, Konyada Başkent universitetinin ixtisaslaşmış klinikaları, orqan transplantasiya və dializ mərkəzləri, uşaq xəstəlikləri üzrə ixtisaslaşmış klinikaları fəaliyyət göstərir. Başkent universitetində dünyanın bütün ölkələrindən gələn gənclər təhsil alır. Burada tibb elminin son nailiyyətlərini özündə birləşdirən tibb təhsili ilə yanaşı, digər dünyəvi fakültələr də fəaliyyət göstərir. Türkiyənin 6 şəhərində 10 universitet klinikası, 5 poliklinikada 13 dializ mərkəzi pasiyentlərin sağlamlığı keşiyində dayanır. Hər il Başkent universiteti 3 milyon adamı qəbul edir. Onlardan 100 mini stasionar müalicə alır. Başkent xəstəxanalarında 1.500 yer çarpayı var ki, burada 8.500 işçi pasiyentlərə xidmət göstərir. Başkent universitetinin klinikaları Türkiyənin ən məşhur turist bazalarının yaxınlığında yerləşir. Bunun da bir səbəbi var. Başkent universitetinin yaradıcısı olan professor doktor Mehmet Haberal hər zaman ona sağlamlığını etibar edən pasiyentlərin firavan həyatını düşünür, insanlara Türkiyənin gözəl təbiətində istirahət etməyi tövsiyə edir. Onu da xüsusi olaraq qeyd etmək istəyirəm ki, professor doktor Mehmet Haberal vətənimizi qəlbən sevən məşhur cərrah İhsan Doğramacının yaxın dostu olub. Onların hər ikisi hər zaman Azərbaycana könüldən bağlı olublar. Bu məhəbbət, dostluq professor doktor İhsan Doğramacının da, Mehmet Haberalın da əməllərində yaşanıb. Rəhmətlik İhsan Doğramacı haqqın rəhmətinə qovuşan dinə qədər Azərbaycana gəlib, bu torpağı, ona məhəbbət bağlayan əzizlərini ziyarət edirdi. Ümummilli liderimiz Heydər Əliyev hər zaman İhsan Doğramacı Azərbaycan xalqının yaxın dostu, vəfalı sirdaşı kimi qəbul edirdi. Bu insanlıq missiyasını professor doktor Mehmet Haberal qəlbən, könül sevgisi ilə davam etdirir. Professor doktor Mehmet Haberal Azərbaycanın ağır və şad günlərində onun yanında olan böyük bir şəxsiyyətdir.
İyunun 1-dən 3-nə kimi Bakıda - Hilton otelində keçirilən beynəlxalq toplantının Azərbaycan səhiyyəsi üçün əhəmiyyəti çoxdur. Azərbaycanda 2009-cu ildən Mərkəzi Neftçilər Xəstəxanasında fəaliyyətə başlayan orqan, toxuma transplantasiya mərkəzinin həkimləri çox böyük təcrübə qazandılar, milli həkim kadrlarımız dünya\ca məşhur orqan, toxuma transplantasiya mərkəzlərinin həkimləri ilə tanış olub, onların məruzələrini dinlədilər. Mübaliğəsiz demək olar ki, professor doktor Mehmet Haberalın təşəbbüsü ilə keçirilən belə bir beynəlxalq görüşün nəticəsi Azərbaycan səhiyyəsinə öz töhfəsini verəcəkdir.
Professor doktor Mehmet Haberal bir həkim kimi elə bir zirvədədir ki, o, daima tibb elminin son nailiyyətlərini peşəkar həmkarları ilə paylaşmaqdan rahatlıq tapır. Çünki bu məşhur cərrahın gördüyü işin son nəticəsi insan həyatıdır. İnsanı yaşatmaqdan, yenidən həyata qaytarmaqdan da ali məqsəd ola bilərmi? Yaşamaq missiyasını bütün varlığı ilə həyatının mənasında görən professor doktor Mehmet Haberalın beynəlxalq səviyyədə təşkil etdiyi görüşlərin planını açıqlamaq istəyirəm.
2016-cı il noyabrın 3-4-də Ankarada Şeraton hotelində “Canlı toxumalar və transplantasiya” mövzusunda beynəlxalq simpozium keçiriləcək. Bakıda təşkil olunan beynəlxalq tədbirin növbəti mərhələsi 2017-cı il noyabrın 1-dən 3-nə kimi Ankarada gözlənilir.
Professor doktor Mehmet Haberalın xeyirxahlıq, insanlıq missiyasına səs verən bütün dünya həkimlərini yenə də doğma Bakımızda görmək, onların mühazirələrini dinləmək istərdik. Mehmet Haberalın sorağı haradan gəlirsə, orada insanlara həyat bəxş olunur. Həyat hamımıza bir dəfə verilir. Mehmet Haberal kimi həkimlər bəşəriyyət üçün bir nemətdir, fürsətdir, çünki onların şəfalı əlləri, təbəssümlü üzləri insanlara həyat verir. Həyatı qorumaq, həyata qaytarmaq kredosu ilə yaşayan professor doktor Mehmet Haberala yeni-yeni uğurlar diləyirik.


Dünyanın həkim-transplantoloqları Bakıda - FOTOLAR

Dünyanın həkim-transplantoloqları Bakıda - FOTOLAR

Dünyanın həkim-transplantoloqları Bakıda - FOTOLAR



Kəmalə Abdinova,
jurnalist


Paylaş



Bölmə: Dünya
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!