Qənirə Paşayevanın büstü hazırlandı .....                        21-ci dəfə ölkə çempionu oldular .....                        Elgünün ailəsi intihar xəbərlərindən danışdı .....                        Xəzər dənizində zəlzələ .....                        Xırdalanda dəhşətli qətl .....                        Sahibə Qafarova Vatikandadır .....                        Elçin Quliyev generalı işdən çıxardı - Yeni təyinat .....                        Ərdoğan Tokayevlə danışıqlar apardı .....                        Gəncədə 18 yaşlı gənc bıçaqlandı .....                       
11-10-2024, 17:53
“Hizbullah” liderinin olduğu yerə 83 bomba atlıb - Yeni açıqlama


“Hizbullah” liderinin olduğu yerə 83 bomba atlıb - Yeni açıqlama

Livanın "Hizbullah" hərəkatının lideri Həsən Nəsrullah İsrail Hərbi Hava Qüvvələrinin hər biri 1 ton ağırlığında 83 bomba istifadə etdiyi yeraltı bunkerə hücum nəticəsində öldürülüb.
İsrail mediası Həsən Nəsrullahı məhv etmək üçün ABŞ-ın MK84 ağır bombalarından istifadə edildiyinə dair fərziyyələri təkzib edib.
Bildirilib ki, Nəsrullahın məhv edilməsi əməliyyatlarında İsrail istehsalı olan bombalardan istifadə edilib.
Xatırladaq ki, "Hizbullah" lideri Həsən Nəsrullah İsrailin 27 sentyabrda Beyruta endirdiyi aviazərbələr nəticəsində öldürülüb.
11-10-2024, 17:51
Putin Pezeşkianla nələri müzakirə etdi


Putin Pezeşkianla nələri müzakirə etdi

İran və Rusiya prezidentləri Məsud Pezeşkian və Vladimir Putin bu gün Türkmənistanda danışıqlar aparıb və bu danışıqlarda iki xalq arasında strateji əlaqələr yüksək qiymətləndirilib.
İki prezident cümə günü digər Mərkəzi Asiya liderlərinin də iştirak etdiyi beynəlxalq foruma qatılmaq üçün Türkmənistanın paytaxtı Aşqabada gediblər.
Bu, İran və Rusiya prezidentlərinin ilk görüşüdür.
“Ria Novosti”nin məlumatına görə, Rusiya prezidenti iranlı həmkarına iki ölkənin beynəlxalq hadisələrlə bağlı fikirlərini bölüşdüyünü deyib.
Putin bildirib ki, Moskva və Tehran beynəlxalq arenada fəal əməkdaşlıq edir və tez-tez dünya hadisələrini qiymətləndirməkdə razılaşırlar.
Putin İran prezidentini Rusiyaya – 22-24 oktyabrda Kazanda keçirləcək BRİKS sammitinə rəsmi səfərə dəvət edib. Pezeşkian dəvəti minnətdarlıqla qəbul edib.
İran mətbuatının məlumatına görə, Pezeşkian da öz növbəsində Rusiya ilə münasibətlərin səmimi və strateji xarakter daşıdığını deyib.
"İqtisadi və mədəni baxımdan əlaqələrimiz zaman keçdikcə güclənir və möhkəmlənir. İran və Rusiya arasında artan əməkdaşlıq tendensiyası iki ölkənin ali rəhbərlərinin iradəsinə və bu əlaqələrin gücləndirilməsinin zərurətinə uyğun olaraq sürətləndirilməlidir", - İran prezidenti bildirib.
İran və Rusiyanın yaxşı qarşılıqlı və bir-birini tamamlayan potensiala malik olduğunu, bir-birinə kömək edə biləcəyini ifadə edən Pezeşkian deyib: “Bizim dünyadakı mövqelərimiz digər dövlətlərdən daha çox bir-birinə yaxındır”.
İran və Rusiya arasında strateji tərəfdaşlıq sənədinin imzalanmasının sürətləndirilməsinə ümid etdiyini bildirən İran prezidenti ikitərəfli əməkdaşlığın inkişafını vurğulayıb.
“Ümid edirəm ki, biz bu razılaşmanı Rusiyada keçiriləcək BRİKS sammiti zamanı yekunlaşdıracağıq”, - İran prezidenti deyib.
Pezeşkian daha sonra Fələstində və Livanda baş verən hadisələrə və İsrailin onlara qarşı müharibəsinə işarə edərək deyib: “Sionist rejim heç bir beynəlxalq hüquqi və humanitar çərçivəyə hörmət etmir və regionda vəziyyət ağırdır; Avropa və Amerika dövlətləri region ölkələri arasında münasibətlərin sakit davam etməsini istəmirlər”.
11-10-2024, 16:53
Braziliya Prezidenti COP29-da iştirak edəcək


Braziliya Prezidenti COP29-da iştirak edəcək

Braziliya Prezidenti Luis İnasiu Lula da Silva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycana gələcək.
Bu barədə "Report"a Braziliya Xarici İşlər Nazirliyinin iqlim, enerji və ətraf mühit üzrə katibi Andre Korrea du Laqu məlumat verib.
O vurğulayıb ki, COP29 konfransı qarşıdan gələn COP30-a ev sahibliyi edəcək ölkə kimi Braziliya üçün son dərəcə önəmlidir.
“Əlbəttə, COP29 bizim üçün son dərəcə vacibdir, çünki bu tədbirdə yeni Kollektiv Kəmiyyət Hədəfləri - NCQG vasitəsilə maliyyələşdirmə mövzusuna toxunulacaq.
Beləliklə, maliyyələşdirmə ilə bağlı müzakirələr irəlilədikcə biz Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC's) üzrə daha səmərəli müzakirələr apara biləcəyik. Bu, Braziliyada keçiriləcək COP30-un əsas mövzusu olacaq", - katib qeyd edib.
11-10-2024, 15:05
Köçəryan Paşinyanı hədələdi - Siyasətə qayıdacağını bəyan etdi


[b]Köçəryan Paşinyanı hədələdi - Siyasətə qayıdacağını bəyan etdi[/b]

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan hazırkı hakimiyyəti hədələyib. Köçəryan bildirib ki, onun və komandasının ölkə təhlükə altında olduğu bir vaxtda siyasətlə məşğul olmaq hüququ var. Bununla da eks-prezident baş nazir Nikol Paşinyana mesaj ünvanlayıb.
Robert Köçəryan Ermənistan rəhbəri postuna namizəd olub-olmayacağı ilə bağlı jurnalistlərin sualına belə cavab verib:
“Mən bu sualı başa düşmürəm. 2008-ci il aprelin 9-dan siyasətlə məşğul olmamışam. 2018-ci ildən isə siyasət məni narahat etməyə başladı. Mən həm prezident, həm də baş nazir vəzifələrində çalışmışam. Deməliyəm ki, bu, bəzilərinə göründüyü qədər asan loxma deyil. Mən siyasətə qayıtmaq istəmirdim, amma ölkənin üzləşdiyi təhlükələr məni buna məcbur etdi. Nə qədər ki, bu təhdidlər davam edəcək, mənim və komandamın siyasətlə məşğul olmağa tam haqqı var”, - Ermənistanın ikinci prezidenti deyib.
Qeyd edək ki, eks-prezident Robert Köçəryan son zamanlar yenidən hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşüb. Sentyabrda ölkənin keçmiş rəhbərinə qarşı məhkəmə istintaqı bərpa edilib, "Mart işi" yenidən araşdırılır.
Köçəryan 2008-ci il martın 1-də baş vermiş faciəli hadisələrdə iştirakda ittiham olunur. O zaman prezident seçkilərindən sonra birinci prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi müxalifət səsvermənin nəticələrinə etiraz olaraq etiraz aksiyaları keçirib. Martın 1-də keçirilən etiraz aksiyaları İrəvanda iğtişaşlarla nəticələnib və 10 nəfər həlak olub.
Bu gün İrəvanda Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində Robert Köçəryanın və digərlərinin işi üzrə dinləmələr keçirilib. Bu işdə Köçəryanla yanaşı, keçmiş müdafiə naziri Seyran Ohanyan, KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov və baş nazirin keçmiş müavini Armen Gevorkyan da ittiham olunurlar. Onlar konstitusiya quruluşunu devirmək, xüsusilə külli miqdarda rüşvət almaq və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda təqsirləndirilirlər.
11-10-2024, 14:49
Putin Ərdoğanla ikitərəfli görüşün yerini açıqladı


Putin Ərdoğanla ikitərəfli görüşün yerini açıqladı

Rusiya prezidenti Vladimir Putin Aşqabadda Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla ayaqüstü söhbət edib.
Putin söhbət zamanı tezliklə Kazanda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüş keçirəcəyini təsdiqləyib.
Məlumatı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
“Putin Türkiyə Böyük Millət Məclisinin sədri ilə ayaqüstə söhbət etdi. Bu yaxınlarda Moskvada baş tutan söhbətlərin davamı olaraq qısaca fikir mübadiləsi aparıldı. Putin bir həftə sonra Kazanda prezident Ərdoğanla ikitərəfli görüş gözlədiyini söylədi”, - Peskov jurnalistlərə deyib.
Qeyd edək ki, 22-24 oktyabr tarixlərində Kazanda BRİKS sammiti keçirləcək. Həmin sammitdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.
11-10-2024, 14:07
Putin Pezeşkianı Rusiyaya səfərə dəvət etdi


Putin Pezeşkianı Rusiyaya səfərə dəvət etdi

Rusiya Federasiyası və İranın beynəlxalq hadisələrlə bağlı mövqeləri çox vaxt yaxın olur.
Bunu Rusiya Prezidenti Vladimir Putin Aşqabadda İran Prezidenti Məsud Pəzeşkianla ilə görüşdə deyib.
Putin Pezeşkianı Rusiyaya rəsmi səfərə dəvət edib. İran prezidenti dəvəti qəbul edib.
11-10-2024, 12:38
Saakaşviliyə qarşı yeni ittiham


Saakaşviliyə qarşı yeni ittiham

Gürcüstanın sabiq prezident Mixeil Saakaşviliyə qarşı yeni ittiham irəli sürüb.
Bu barədə Gürcüstan Baş Prokurorluğu məlumat yayıb.
Sakaşvili 2016-cı ildə öz partiyasından olan sabiq deputat Givi Tarqamadzeyə qarşı sui-qəsd tapşırığı verməkdə ittiham edilib.
Qeyd olunub ki, Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları sentyabrın 19-da Givi Tarqamadzeyə və digər şəxslərə qarşı sui-qəsd təşkil etmək ittihamı ilə axtarışda olan Darço Xeçuaşvilini həbs ediblər. Məlumata görə, cinayət işi çərçivəsində saxlanılan şəxsin sorğu-sual edilməsi zamanı göstərişin sabiq Prezident Mixeil Saakaşvili tərəfindən verildiyi, sui-qəsdin planlaşdırılmasında sabiq daxili işlər naziri Giorgi Lordkipanidzenin də iştirak etdiyi məlum olub.
11-10-2024, 12:16
Türkmənistan prezidenti Putini təltif etdi


Türkmənistan prezidenti Putini təltif etdi

Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov rusiyalı həmkarı Vladimir Putini türkmən şairi və klassiki Məhtimqulu Fəraqinin 300 illik yubileyi şərəfinə medalla təltif edib.
Təltifetmə Türkmənistan paytaxtı Aşqabadda baş tutub.
Berdiməhəmmədov şairin 300 illik yubileyinin Rusiyada geniş şəkildə qeyd olunduğunu xatırladıb.
“Fürsətdən istifadə edərək, bu işdə göstərdiyiniz dəstəyə görə sizə təşəkkürümü bildirmək istəyirəm. Hörmətli Vladimir Vladimiroviç, mən sizi “Məhtimqulu Fəraqi” yubiley medalı ilə təltif etmək qərarına gəldim, bu, xalqlarımız və ölkələrimiz arasında daha bir parlaq simvol olacaq. Təbrik edirəm”, - Berdiməhəmmədov deyib
10-10-2024, 21:22
“Birgə Atəşkəs Çağırışı”na 127 ölkə qoşulub


“Birgə Atəşkəs Çağırışı”na 127 ölkə qoşulub

Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının 29-cu İqlim Dəyişmələri Konfransına (COP29) sədrliyi çərçivəsində Beynəlxalq Sülh Günü kimi qeyd olunan 21 sentyabr tarixində elan etdiyi “Birgə Atəşkəs Çağırışı” Qoşulmama Hərəkatının bütün üzv dövlətləri tərəfindən dəstəklənib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Beləliklə, təşəbbüsə indiyə qədər 127 ölkə qoşulub.
Bu təşəbbüs münaqişə və iqlim dəyişməsi arasındakı əlaqənin və ən həssas qrupları qorumaq üçün kollektiv həll yollarının tapılmasının vacibliyini vurğulamaq, eləcə də xalqlar arasında sülhə gətirib çıxara biləcək müsbət impulsu və əməkdaşlığı təşviq etmək məqsədi daşıyır.
Çağırışda bütün tərəflərdən COP29 sessiyasının keçirildiyi noyabr ayı ərzində atəşkəsə riayət etmək xahiş olunur və COP29-un fundamental mesajı xüsusunda bəşəriyyətimizin siyasi problemlərin öhdəsindən gələ və həmrəy ola biləcəyinə inam ifadə edilir.
Birgə Atəşkəs Çağırışı dövlətlərlə yanaşı, mindən artıq beynəlxalq təsisat, özəl sektor təmsilçiləri, vətəndaş cəmiyyəti qurumları və nüfuzlu ictimai xadimlər tərəfindən dəstəklənir.

10-10-2024, 21:01
Rəhmon Azərbaycan parlamentinin sədrini qəbul edib


Rəhmon Azərbaycan parlamentinin sədrini qəbul edib

Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Respublikasının Konstitusiyasının qəbul olunmasının 30-cu ildönümü münasibətilə təşkil olunan Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədilə bu ölkədə işgüzar səfərdədir.
Oktyabrın 10-da Milli Məclisin sədri Sahibə Qafarova və Konfransda iştirak edən digər ölkələrin parlament nümayəndə heyətlərinin rəhbərləri Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüblər.
Qonaqları salamlayan Tacikistan Prezidenti bu beynəlxalq konfransın əhəmiyyəti barədə fikirlərini bildirib. O, Konstitusiyanın qəbulunun Tacikistanın inkişafında, o cümlədən ölkədə parlamentarizm ənənələrinin möhkəmlənməsində rolu haqqında danışıb. O, Konstitusiyanın qəbulunu ölkədə siyasi islahatların və dövlət müstəqilliyinin möhkəmləndirilməsi yolunda ilk və davamlı addımlardan biri kimi qiymətləndirib.
Emoməli Rəhmon, həmçinin ölkələr arasında əməkdaşlığın mühüm aspektləri, o cümlədən mədəni və tarixi oxşarlığa əsaslanan humanitar əlaqələr haqqında fikirlərini bildirib, ölkələrimizin qanunvericilik orqanlarının bu prosesin konstruktiv inkişafına ciddi töhfələr verə biləcəyini vurğulayıb.
Söhbət zamanı parlamentlərin beynəlxalq və regional parlamentlərarası strukturlar çərçivəsində əməkdaşlığına da diqqət yetirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!