15-08-2023, 15:43
Müharibədən sonra ilk dəfə Odessa çimərliyi yenidən fəaliyyətə başladıUkraynada müharibənin başlamasından sonra ilk dəfə Odessa çimərlikləri yenidən fəaliyyətə başlayıb.
Çimərliklərin minadan təmizlənən bir hissəsi insanların istifadəsinə verilib.
Odessa qubernatoru Oleq Kiper "Telegram" mesajlaşma proqramında bildirib ki, çimərliklərin açılması barədə qərar şəhərin mülki və hərbi idarələri tərəfindən birgə qəbul edilib.
Hava hücumları zamanı dənizdə üzmək qadağan edilib. Çimərliklər saat 8:00-dan 20:00-a kimi açıq olacaq.
Ukraynanın ən böyük limanı və dəniz bazası olan Odessa müharibənin başlamasında sonra dəfələrlə raket və PUA hücuma məruz qalıb. Dənizdə isə yüzlərlə mina "üzür".
15-08-2023, 14:54
Dağıstanda baş vermiş partlayışın səbəbi bəlli oldu
RF Dağıstan Respublikasının paytaxtı Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayışın səbəbi məlum olub.
Bu barədə özünü RİA Novosti-yə yanacaqdoldurma məntəqəsinin nümayəndəsi kimi təqdim edən hadisə şahidi Murad Muradov bildirib.
O bildirib ki, partlayışa qarşı tərəfdəki anqarlarda saxlanılan selitranın yanması səbəb olub.
Şahidin sözlərinə görə, hadisənin yanacaqdoldurma məntəqəsinin özü ilə heç bir əlaqəsi yoxdur, zərərçəkən tərəf onlardır.
Xatırladaq ki, faciədə 35 nəfər həyatını itirib, 100-dən çox yaralı var. Dağıstanda partlayışla əlaqədar matəm elan edilib.
15-08-2023, 13:55
Ekrem İmamoğlu mühüm açıqlamaTürkiyənin İstanbul bələdiyyəsinin sədri Ekrem İmamoğlu mühüm açıqlama verib.
Bu barədə "TRT Haber" məlumat yayıb.
"İstanbul üçün bir dəfə də yola çıxıram. Özümü İstanbula möhürlənmiş olaraq qəbul edirəm. İstanbulu yenidən qazanmaq üçün bir araya gəlməliyik", - o qeyd edib.
"Namizəd olduğumu demədim, dedim ki, yola çıxıram", - İstanbul meri söyləyib.
15-08-2023, 13:37
İranın sabiq Prezidentinə cinayət işi açıldıİranın sabiq Prezidenti Həsən Ruhaniyə qarşı cinayət işi açılıb.
Bu barədə İranın Məhkəmə və Ədliyyə sisteminin sözçüsü Məsud Satayşi məlumat verib.
“Həsən Ruhaniyə qarşı din xadimləri üçün xüsusi prokurorluqda müvafiq yurisdiksiya saxlanılmaqla cinayət işi qaldırılıb”, - o qeyd edib.
Ruhani valyuta bazarındakı pozuntulara və birjaya müdaxilələrdə ittiham olunur.
15-08-2023, 12:56
Çin İranla hərbi əməkdaşlığı genişləndirməyi planlaşdırır"Çin ŞƏT ölkələri, Belarus və İranla hərbi əməkdaşlığı genişləndirməyi planlaşdırır".
Bunu Moskvada səfərdə olan Çinin müdafiə naziri Li Şanfu deyib.
"Çin silahlara nəzarət və nüvə silahının yayılmaması sahələrində beynəlxalq əməkdaşlığı genişləndirəcək. Rusiya ilə Çin arasında hərbi sahədə münasibətlər üçüncü ölkələrə qarşı yönəlməyib. Tayvanda “odla oynamaq” və Çini cilovlamaq üçün ondan istifadə etmək cəhdləri uğursuzluğa məhkumdur. Çin hökuməti Ukrayna böhranı da daxil olmaqla bir çox münaqişələrin və beynəlxalq problemlərin həlli üçün sülh danışıqlarını təşviq edəcək", - nazir bildirib.
15-08-2023, 11:45
Mahaçqalada baş vermiş partlayışda ölənlərin sayı 35-ə yüksəldiRusiyanın Dağıstan Respublikasının Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 35-ə yüksəlib. 100-dən çox yaralı var.
15-08-2023, 09:30
Dağıstanda güclü partlayış - Matəm elan olunduRusiyanın Dağıstan Respublikasının Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində çoxsaylı tələfatla əlaqədar matəm elan olunub.
Bu barədə Dağıstanın başçısı Sergey Melikov məlumat verib.
Hadisə avqustun 14-də axşam Mahaçqalada avtoservisdə yanğın baş verib. Sonradan alov yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə keçib və partlayış baş verib.
Partlayış nəticəsində 27 nəfər həlak olub, 100 nəfər xəsarət alıb. Ölənlərin üçü uşaqdır.
14-08-2023, 20:35
Türkiyədə baş vermiş qəzada 25 nəfər xəsarət aldıTürkiyənin Afyonkarahisar bölgəsinin Emirdağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qəza zamanı mikroavtobusla yük maşını toqquşub.
lkin məlumata görə, hadisə 25 nəfər xəsarət alıb.
Hadisə yerinə xilasedicilər cəlb olunub.
14-08-2023, 20:11
Zelenski Donetsk vilayətinə səfər etdiUkrayna prezidenti Volodimir Zelenski bu gün Donetsk vilayətinə səfər edib.
Bu barədə Zelenski özünün teleqram kanalında yazıb.
O qeyd edib ki, Donetskdə 22-ci motoatıcı briqadaya baş çəkib.
Zelenski bildirib ki, hazırda 22-ci briqada “Soledar” operativ-taktiki səviyyəli qrupun tərkibində tapşırıqları yerinə yetirir.
O, briqadaların tabeliyində olan ərazilərdə əməliyyat şəraiti və müxtəlif növ silahlardan istifadənin xüsusiyyətləri barədə məruzələri dinləyib.
14-08-2023, 19:46
ABŞ Ukraynaya 200 milyon dollarlıq yardım paketi ayırdıABŞ Ukraynaya yeni hərbi yardım paketi elan edib.
Bu barədə ABŞ dövlət katibi Entoni Blinken məlumat verib.
Hərbi yardımın həcmi 200 milyon dollardır.
Yardım paketinə hava hücumundan müdafiə sursatları, artilleriya mərmiləri, zireh əleyhinə vasitələr və minatəmizləmə avadanlıqları daxildir.