19-03-2023, 14:49
Zelenski Suriya Prezidentinə sanskiya tətbiq etdiUkrayna Prezidenti Volodimir Zelenski 300 fiziki və 141 hüquqi şəxsə sanksiya tətbiq edib. Sərəncam Ukrayna prezidentinin saytında yayımlanıb. Bildirilib ki, onların 3-ü Suriya, 7-si İran və qalanları isə Rusiya vətəndaşlarıdır. Sanksiya tətbiq edilən şəxslər arasında Suriya Prezidenti Bəşər Əsəd də var. Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl Əsəd Moskvaya səfəri zamanı Rusiyanın Ukrayna vilayətlərini ilhaq etməsini tanıyıb.
18-03-2023, 17:56

18-03-2023, 17:49
Polis İmran Xanın iqamətgahına basqın etdiPakistan polisi keçmiş baş nazir İmran Xanın Lahordakı iqamətgahına basqın edib. Bu barədə "Associated Press" agentliyi məlumat yayıb. Bildirilib ki, polis Xanın "Təhrik-e-İnsaf" partiyası və tərəfdarlarının yaratdığı blokadanı aradan qaldırmağa çalışıb. Xanın tərəfdarları polislərə daşla müqavimət göstərib. Daha sonra keçmiş baş nazirin iqamətgahının damından polisə atəş açılıb. Polis Xanın iqamətgahının əsas qapısını açıb və orada polisə hücum üçün istifadə edilən maskalar, "Molotov kokteyli", dəmir dəyənəklər aşkar edib. "Reuters" agentliyinin məlumatına görə, polis 60-a yaxın şəxsi həbs edib.
18-03-2023, 17:25
Çavuşoğlu Abdullahianla İranla Azərbaycan əlaqələrini müzakirə etdiTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Hüseyn Əmir Abdullahianla telefon danışığı aparıb. Bu barədə İran Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Telefon danışığı zamanı İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasından məmnunluq ifadə edilib. Nazirlər, həmçinin İran və Azərbaycanın qarşılıqlı əlaqələrinin son vəziyyətini müzakirə ediblər.
18-03-2023, 15:09
Qazaxıstanda sükut günü elan edilibBu gün Qazaxıstanda martın 19-da keçiriləcək növbədənkənar parlament seçkiləri öncəsi sükut günüdür. Sükut günündə namizədlərin təbliğat-təşviqatı qadağan edilib. Seçkiqabağı təşviqat edənlər inzibati məsuliyyətə cəlb olunacaq. Qeyd edək ki, Qazaxıstanda 1991-ci ildə müstəqillik əldə etməsindən sonra doqquzuncu dəfə baş tutacaq parlament seçkiləri bələdiyyə seçkiləri ilə birlikdə keçiriləcək.
18-03-2023, 14:55
Macarıstan da Finlandiyanın NATO-ya üzv olmasına razılıq verdiMacarıstanın hakim partiyası bu ayın sonunda keçiriləcək parlament sessiyasında Finlandiyanın NATO üzvlüyünü təsdiqləmək niyyətindədir. Bu barədə partiyanın yaydığı bəyanatda deyilir. Parlamentdə səsvermə martın 27-də keçiriləcək və hakim Fidesz partiyası Finlandiyanın təklifinin lehinə yekdilliklə səs verəcək. Partiya bildirib ki, İsveçin NATO-ya qəbulu ilə bağlı qərar daha sonra veriləcək. Qeyd edək ki, Türkiyə də Finlandiyanın NATO-ya üzvlüyünə razılıq verib.
17-03-2023, 23:41

17-03-2023, 23:38
Finlandiyayla bağlı protokol Böyük Millət Məclisinə təqdim edildiTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolu Böyük Millət Məclisinə təqdim edib. Bu barədə "TRT Haber" məlumat yayıb. Protokolun ratifikasiyasının təsdiq edilməsi haqqında qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop tərəfindən imzalanıb. Sənəd Türkiyə parlamentinin Xarici Əlaqələr Komitəsinə göndərilib.
17-03-2023, 23:29
Ərdoğan NATO-nun baş katibi ilə telefon danışığı apardıTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberq ilə telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb. Tərəflər Finlandiya və İsveçin NATO-ya üzvlük prosesini müzakirə edib. Qeyd edək ki, Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünə razılıq verəcək.
17-03-2023, 23:25
Ukrayna “taxıl sazişi”nin uzadılmasını istəyirUkrayna Qara dəniz limanlarından Ukrayna taxılının təhlükəsiz ixracına imkan verən müqavilənin 120 günlük uzadılmasını istəyir. Bu barədə Ukrayna Baş naziri Denis Şmıqal məlumat verib. "Biz taxıl müqaviləsinin müddətinin açıq olmasını və avtomatik olaraq 120 gün müddətinə uzadılmasını israr edirik. Ukrayna dünyanın ərzaq təhlükəsizliyinin əsas halqalarından biridir", - Şmıqal deyib. Ukrayna baş nazirinin sözlərinə görə, Kiyev müqavilə çərçivəsində 24 milyon tondan çox ərzaq ixrac edib. Qeyd edək ki, müqavilənin müddəti şənbə günü başa çatır. Rusiya razılaşmanı 60 gün uzatmağa razı olduğunu bildirib.