Elektron xidmətlərindən istifadə müvəqqəti dayandırılacaq .....                        Sabirabadda pulnan əlillik dərəcəsi verən vəzifəli şəxslərə cinayət işi açıldı .....                        Sabah azarkeşləri sevindirmək istəyirik - Qurban Qurbanov .....                        Azərbaycanlı ekspert İrəvanda “Zəngəzur dəhlizi” ifadəsini İZAH ETDİ .....                        Balakəndə 17 yaşlı qızı oğurlayan dəstə üzvləri tutuldu .....                        Azərbaycanlı politoloq İrəvanda çıxış etdi: “Sülhlə bağlı realist olmalıyıq” .....                        Salman bin Əbdüləziz İlham Əliyevə məktub göndərdi .....                        Sabah gecə ilin ən heyrətamiz səma hadisəsi baş verəcək .....                        Ankarada gərginlik - Ərdoğanla Bağçalının arası dəyib .....                       
6-10-2023, 22:52
Türkiyə ağır qəza: 6 nəfər öldü, 17 nəfər yaralandı


Türkiyə ağır qəza: 6 nəfər öldü, 17 nəfər yaralandı

Türkiyənin Qaziantep vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə TRT kanalı məlumat yayıb.
Qəza zamanı yük maşını ilə minik avtomobili toqquşub. Toqquşmadan sonra yük maşını mikroavtobusa, daha sonra isə başqa bir minik avtomobilinə dəyib.
Hadisə nəticəsində altı nəfər ölüb, 17 nəfər yaralanıb.
Hadisəyə səbəb yük maşınının əyləc sistemindəki nasazlıq olub.
6-10-2023, 21:06
Ermənistan KTMT təlimlərində iştirak etməyəcək


Ermənistan KTMT təlimlərində iştirak etməyəcək

Oktyabrın 9-13-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin sülhməramlırı birgə təlim keçirəcək.
Bu barədə KTMT-nin mətbuat xidməti məlumat yayıb.
“Sarsılmaz Qardaşlıq 2023” adlı təlim Qırğızıstanda baş tutacaq.
Təşkilata üzv olan Ermənistan bu təlimlərdə iştirak etməyəcək.
6-10-2023, 17:21
Rusiya İrəvana benzin və dizel yanacağı göndərir


Rusiya İrəvana benzin və dizel yanacağı göndərir

"Ermənistan neft məhsulları qıtlığına görə çətin vəziyyətdədir".
Bu barədə Rusiya XİN məlumat yayıb.
"Rusiya İrəvanın xahişi ilə Ermənistana 5 min ton benzin və 20 min ton dizel yanacağı tədarük etməyə başlayıb. Ermənistandakı səfir Sergey Kopırkinin başçılığı ilə rusiyalı diplomatlar gələn həftə bölgənin hakimiyyət orqanları ilə birlikdə Qarabağdan gələnlərin ehtiyaclarını müəyyən etmək üçün sərhədyanı Sünik vilayətinə səfər edəcəklər", - məlumatda deyilir.
6-10-2023, 17:14
Paşinyan Aİ komissarı ilə görüşdü


Paşinyan Aİ komissarı ilə görüşdü

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının humanitar məsələlər üzrə komissarı ilə görüşüb.
Görüş komissarın İrəvana səfəri çərçivəsində baş tutub.
"İrəvanın beynəlxalq ictimaiyyətin, o cümlədən maliyyə yardımına ehtiyacı var", - Paşinyan deyib.
6-10-2023, 17:14
Paşinyan Aİ komissarı ilə görüşdü


Paşinyan Aİ komissarı ilə görüşdü

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının humanitar məsələlər üzrə komissarı ilə görüşüb.
Görüş komissarın İrəvana səfəri çərçivəsində baş tutub.
"İrəvanın beynəlxalq ictimaiyyətin, o cümlədən maliyyə yardımına ehtiyacı var", - Paşinyan deyib.
6-10-2023, 16:59
Rusiya Mehri şəhərində baş konsulluq açmağı planlaşdırır


Rusiya Mehri şəhərində baş konsulluq açmağı planlaşdırır

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Andrey Şanin və Mehri şəhərinin meri Baqrat Zakaryan arasında görüş keçirilib.
Tərəflər Rusiyanın Sünik vilayətində yeni baş konsulluğunun tezliklə açılması imkanını müzakirə ediblər.
"Bu, Rusiya-Ermənistan münasibətlərinin daha da möhkəmlənməsinə və regionda vəziyyətin sabitləşməsinə töhfə verəcək", - Rusiyanın Ermənistandakı səfirliyindən bildirilib.
6-10-2023, 16:49
Rusiya və Özbəkistan prezidentləri görüşdü


Rusiya və Özbəkistan prezidentləri görüşdü

Kremldə Rusiya prezidenti Vladimir Putinlə Özbəkistan prezidenti Şavkat Mirziyoyevin görüşü başlayıb.
Tərəflər arasında danışıqlar start götürüb.
Rusiya lideri ikitərəfli münasibətlərin müttəfiq xarakter daşıdığını qeyd edib.
Xatırladaq ki, Mirziyoyev Moskvada səfərdədir və bundan əvvəl baş nazir Mixail Mişustinlə görüşüb.

6-10-2023, 15:21
Paşinyan Fransaya səfər edəcək


Paşinyan Fransaya səfər edəcək

Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 18-də Fransaya səfər edəcək.
Bu barədə Avropa Parlamentinin rəhbəri Roberta Metsola məlumat verib.
Bildirilib ki, Paşinyan Strasburqda Avropa Parlamentinin plenar iclasında çıxış edəcək.
“Mən Ermənistanın baş nazirini plenar iclasda çıxış etməyə dəvət etdim. O, bunu oktyabrın 18-də Strasburqda edəcək”, - Aİ-nin Qranadada qeyri-rəsmi sammiti çərçivəsində keçirilən mətbuat konfransında Metsola açıqlayıb.
"Mən gərginliyi azaltmaq üçün bütün səyləri alqışlayıram”, - o deyib.
6-10-2023, 15:07
Rusiyanın baş naziri Mirziyoyevlə görüşdü


Rusiyanın baş naziri Mirziyoyevlə görüşdü

Rusiyanın baş naziri Mixail Mişustin Özbəkistan prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.
Görüş Mirziyoyevin Moskvaya səfəri çərçivəsində baş tutub.
Görüşdə Mirziyoyev qeyd edib ki, Özbəkistan “bu çətin zamanda” Rusiya ilə əməkdaşlıq etməlidir, əməkdaşlıq yaxşı nəticələr verir.
Qeyd edək ki, Özbəkistan prezidentinin rusiyalı həmkarı Vladimir Putinlə də görüşü nəzərdə tutulur.
5-10-2023, 21:54
Hərbi dəstək zamanıdır, amma sanksiya vaxtı deyil - Makron


Hərbi dəstək zamanıdır, amma sanksiya vaxtı deyil - Makron

Azərbaycana qarşı sanksiyalar əks nəticə verəcək, Bakı ilə işləmək lazımdır.
Bunu Fransa prezidenti Emmanuel Makron İspaniyanın Qranada şəhərində keçirilən 3-cü Avropa Siyasi İcması sammiti çərçivəsində təşkil olunan mətbuat konfransında bildirib.
"Onlar imkan verməyəcəklər ki, Ermənistanın ərazisi və əhalisi daha yaxşı müdafiə olunsun. Zaman Fransanın elan etdiyi kimi aydınlıq və tələbkarlıq, dəstək, o cümlədən hərbi dəstək zamanıdır, amma sanksiya vaxtı deyil. Çünki Azərbaycanla dialoqu davam etdirmək lazımdır. ", - Makron qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!