Nüşabə səni təbrik edirik! .....                        Zelenski Trampla danışıqlar apardı .....                        Makron Bakı və İrəvana dəstək ifadə etdi .....                        ABŞ-nin Zəngəzur dəhlizi təklifinə Ermənistandan reaksiya .....                        Tramp Rusiyaya 50 gün vaxt verdi .....                        Azərbaycan millisinin futbolçusu “Fənərbağça”da .....                        Paşinyan Makronla görüşdü .....                        Heydər Əliyev Fondu Zaur Rzayevin müalicə xərclərini üzərinə götürdü .....                        Heydər Əliyev Fondu Zaur Rzayevin müalicə xərclərini üzərinə götürdü .....                       
9-06-2023, 15:36
Belarus-Rusiya münasibətləri əsasdır - Lukaşenko


Belarus-Rusiya münasibətləri əsasdır - Lukaşenko

"Belarus-Rusiya münasibətləri Aİİ və MDB-nin əsasını təşkil edir". Bunu rusiyalı həmkarı Vladimir Putinlə görüşündə Belarus prezidenti Aleksandr Lukaşenko deyib. O qeyd edib ki, iki liderin Soçi görüşü çoxdan planlaşdırılıb: "Bu günlərdə burada Avrasiya Hökumətlərarası Şurasının və MDB Hökumət Başçıları Şurasının iclasları keçirilir". "Biz Moskvada sizinlə razılaşdıq ki, o vaxt yollarımız kəsişəcək, baş nazirlərimiz işləyəcək. Axı Belarus-Rusiya münasibətləri əsasdır. Hər hansı bir sualınız olarsa, cavablandıracağıq. Hesab edirəm ki, bu, bizim keçirdiyimiz hərtərəfli tədbirdir. Bəli, iqtisadi məsələlər var. Onlar qərar verirlər. Hərəkət etmək üçün yer var. Ən əsası odur ki, biz nə edəcəyimizi və hansı istiqamətdə hərəkət edəcəyimizi bilək”, - Aleksandr Lukaşenko bildirib.
9-06-2023, 14:20
İranın nüvə proqramına qarşı güc tətbiq etməyə hazırıq - İsrailin Baş naziri


İranın nüvə proqramına qarşı güc tətbiq etməyə hazırıq - İsrailin Baş naziri

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin İranın nüvə proqramına qarşı güc tətbiq etməyə hazır olduğunu bildirib. Bu barədə "Sky News" telekanalı məlumat yayıb. Baş nazir İsrailin İranın nüvə proqramının qarşısını almaq üçün hərbi rıçaqlardan istifadə edəcəyini bəyan edib. “Mən tək diplomatiyanın işləyəcəyini düşünmürəm. İnanıram ki, diplomatiya yalnız real hərbi varianta müraciət etmək istəyi ilə birgə işləyə bilər",- deyə Netanyahu vurğulayıb. Onun sözlərinə görə, İranın nüvə proqramının qarşısının alınması cəhdləri heç bir nəticə verməyəcəksə, güclü qətnamə müzakirə oluna bilər.
9-06-2023, 14:06
Krımın şimal hissəsi boşaldılır


Krımın şimal hissəsi boşaldılır

Rusiya işğal etdiyi Krımın şimalındakı idarələrə evakuasiyaya hazırlaşmaq əmri verib. Bu barədə Ukrayna Milli Müqavimət Mərkəzi məlumat yayıb. Məlumata görə, işğalçılar yarımadanın dərinliklərinə və ya Rusiya Federasiyasının ərazisinə məcburi evakuasiya üçün əhalinin siyahısını tərtib etməyə başlayıb. İddialara əsasən, artıq Armyansk şəhərində müvafiq hazırlıq işləri görülüb. Qeyd olunub ki, həmin ərazidəki qondarma rejimin nümayəndələri, onların ailə üzvləri, texnika və sənədlərin çıxarılmasına başlanılıb. Lakin Rusiya tərəfi Krımın şimal hissəsinin boşaldılması ilə bağlı rəsmi açıqlama verməyib.
9-06-2023, 13:59
Akşener CHP ilə əməkdaşlıq üçün şərtini açıqladı


Akşener CHP ilə əməkdaşlıq üçün şərtini açıqladı

Türkiyənin İYİ Partiyası ölkənin ana müxalifəti olan Cümhuriyyət Xalq Partiyası (CHP) ilə əməkdaşlıq üçün şərtini açıqlayıb. Bu barədə İYİ Partiyasının sədr müavini Erhan Usta danışıb. "Yerli seçkilərdə bəzi böyük şəhər bələdiyyələrinin İYİ Partiyaya buraxılması şərtilə CHP ilə əməkdaşlıq edilə bilər",- o deyib. İYİ Partiyasının əvvəlki seçkilərdə böyük şəhər bələdiyyələrini tələb etmədiyini bildirən sədr müavini, “bu, sırf mövcud siyasi mühiti dəyişmək üçün edilən əməkdaşlıq idi”, - deyə qeyd edib. “Siyasi partiyalar bir araya gələndə ancaq bir tərəfin fədakarlıq etməsini gözləmək olmaz", - Erhan Usta CHP-yə səslənib. Meral Akşenerin rəhbəri oldu partiyanın əməkdaşlıq təklifinə Kemal Kılıçdaroğlunun liderlik etdiyi CHP-nin necə reaksiya verəcəyi maraq doğurur. Onu da bildirək ki, Akşenerin Kılıçdaroğlunun müxalifətin prezidentliyə namizədi olmasına münasibəti birmənalı olmayıb.
9-06-2023, 12:52
Paşinyan bu gün Putinlə görüşəcək


Paşinyan bu gün Putinlə görüşəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib. O, görüşün Soçidə keçiriləcəyini bildirib. Qeyd edək ki, liderlər sonuncu dəfə mayın 25-də Moskvada görüşüblər.
9-06-2023, 11:52
Rusiyada yaşayış binası PUA hücumuna məruz qaldı


Rusiyada yaşayış binası PUA hücumuna məruz qaldı

Rusiyanın Voronej vilayətində PUA hücumu qeydə alınıb. PUA çoxmərtəbəli yaşayış binasına çırpılıb. Məlumata görə, hadisə nəticəsində iki nəfər yaralanıb. Hücumun detalları hələlik məlum deyil.
8-06-2023, 17:43
Son sutka ərzində düşmən 945 hərbçisini və 33 tankını itirib - Şoyqu


Son sutka ərzində düşmən 945 hərbçisini və 33 tankını itirib - Şoyqu

Ukrayna Silahlı Qüvvələrinin xüsusi təlim keçmiş ehtiyat qüvvələri Zaporojye istiqamətindəki mövqeləri yarma tapşırığını yerinə yetirə bilməyib. Bu barədə Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib. “Bu gün saat 01:30-da Zaporojye istiqamətində düşmən 1500 nəfərə qədər canlı qüvvə və 150 ​​zirehli texnikadan ibarət 47-ci mexanikləşdirilmiş briqadanın qüvvələri ilə müdafiəmizi yarmağa cəhd edib. Kəşfiyyat qüvvələri düşməni vaxtında aşkar edib, artilleriya, aviasiya və tank əleyhinə silahlardan istifadə edərək qabaqlayıcı zərbələr endirib", - nazir deyib. Onun sözlərinə görə, Ukrayna ordusunun dörd istiqamətdə qarşısı alınıb. "Düşmənin 4 istiqamətdə də qarşısı alınıb. Qarşı tərəf xeyli itki verərək geri çəkilib. Son sutka ərzində düşmən 945 hərbçisini və 33 tankını itirib", - nazir vurğulayıb.
8-06-2023, 17:38
Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının toplantısı başladı


Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının toplantısı başladı

Türkiyədə Milli Təhlükəsizlik Şurasının toplantısı başlayıb. İclasa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edir. Toplantıda İraq və Suriyanın şimalında həyata keçirilən terrorla mübarizə əməliyyatları başda olmaqla, strateji, regional və milli təhlükəsizlik mövzularının müzakirə olunması gözlənilir.
8-06-2023, 16:19
İranla sazişin bağlanması əlaqələrin genişləndirilməsi üçün stimul olacaq - Paşinyan


İranla sazişin bağlanması əlaqələrin genişləndirilməsi üçün stimul olacaq - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya Hökumətlərarası Şurasının iclasında logistikanın gücləndirilməsi, nəqliyyat infrastrukturunun inkişafı və rəqəmsal texnologiyaların inkişafı haqqında danışıb. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. O vurğulayıb ki, Avrasiya nəqliyyat məkanının inkişafı, infrastruktur layihələrinin həyata keçirilməsi ittifaqın təkmilləşdirilməsində xüsusi rol oynayır. "İrəvan strateji istiqamətlərin inkişafı üçün lazım olan hər şeyi edir. İranla azad ticarət sazişinin bağlanması isə əlaqələrin genişləndirilməsi üçün stimul olacaq. Aİİ artıq iqtisadi əlaqələrin möhkəmləndirilməsində, biznesin və investisiyaların stimullaşdırılmasında xüsusi rol oynayır və bundan sonra da irəliləyəcək. Ermənistan ittifaqın daxili bazarının fəaliyyətinin təmin edilməsinə yönəlmiş vasitəçilik prosedurlarının tətbiqini və inkişafını dəstəkləyir", - deyə Paşinyan söyləyib. "Gələcəkdə yeni maneələrin qarşısını almaq üçün karbon neytrallığının təmin edilməsi və “yaşıl gündəmə” keçid üzrə işləri davam etdirmək lazımdır", - o əlavə edib.
8-06-2023, 16:00
ABŞ postsovet məkanının bütün dövlətlərinə təyziqlər edir - Patruşev


ABŞ postsovet məkanının bütün dövlətlərinə təyziqlər edir - Patruşev

ABŞ keçmiş SSRİ ölkələri arasında konstruktiv münasibətləri pozmaq məqsədi ilə postsovet məkanının bütün dövlətlərinə misli görünməmiş təzyiqlər edir. Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev KTMT ölkələrinin təhlükəsizlik şuraları katiblərinin Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündə deyib. "ABŞ-ın əsas məqsədi keçmiş SSRİ ölkələrinin konstruktiv münasibətlərini pozmaq, həmçinin MDB, Aİİ və KTMT çərçivəsində inteqrasiya proseslərinə mane olmaqdır. Buna görə də şantaj, hiylə və təhdid yolunu tuturlar. Bununla da maraqları ilə hesablaşmağı belə düşünmədikləri maksimum sayda dövlətləri öz dairələrinə cəlb etməyə çalışırlar", - deyə Rusiya rəsmisi ABŞ-ı ittiham edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!