25-04-2024, 20:57
Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdıPaşinyanın müavini İran səfiri ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesini müzakirə edib.
Bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Bildirilib ki, Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan və İran səfiri Mehdi Sobhani ikitərəfli münasibətlərin gündəliyinə də toxunublar.
25-04-2024, 17:15
Türkiyə Ermənistanla sərhədin açılması üçün şərt qoyduTürkiyənin Ermənistanla sərhədlərin açılması məsələsi ilə bağlı mütəmadi olaraq Azərbaycanla məsləhətləşmələr aparılır.
Bunu açıqlamasında Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay deyib.
O qeyd edib ki, hazırkı vəziyyətdə Azərbaycan və Ermənistan arasındakı münasibətlər Türkiyə ilə rəsmi İrəvan münasibətlərinə də təsir edir.
"Ona görə də son vəziyyətləri çox diqqətlə izləyir və Azərbaycan tərəfi ilə danışıqlar aparırıq. Bunu bildirək ki, Türkiyə-Ermənistan sərhədlərinin açılmasının başlıca şərti Qarabağ məsələsinin tamamilə həll olunması idi. Sonrakı proses Azərbaycanla sərhədlərin dəqiqləşdirilməsi olmalı idi. Bundan sonra Ermənistanla sərhədlərin açılması və dogər məsələlər gündəmdə ola bilər”,- deyə Komitə sədri bildirib.
24-04-2024, 17:21
Almaniyadan terrorla mübarizədə daha çox dəstək gözləyirik - Ərdoğan"Biz indi müdafiə sənayesindəki məhdudiyyətləri tamamilə gündəmimizdən çıxarmaq istəyirik".
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Ümid edirəm ki, bundan sonra maneələrdən yox, birgə istehsaldan danışacağıq. Terrorla mübarizədə Almaniya rəsmilərindən daha çox dəstək və həmrəylik gözlədiyimizi ifadə etdik", - deyə o bildirib.
Qeyd edək ki, Almaniya prezidenti Frank-Valter Ştaynmayer Türkiyədə səfərdədir.
24-04-2024, 15:35
Ərdoğan alman həmkarıyla görüşdüTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.
Məlumatı “TRT Haber” yayıb.
Məlumata görə, səfər prezidentlərin təkbətək görüşü ilə davam edib. Daha sonra Rəcəb Tayyib Ərdoğan və Frank Valter-Ştaynmayerin başçılığı ilə nümayəndə heyətlərinin görüşü başlayacaq.
Qeyd edək ki, Almaniya Prezidenti aprelin 22-dən Türkiyədə səfərdədir.
23-04-2024, 00:18
Paşinyan: “Açığı, mənim bu suala cavabım yoxdur”
Hazırda Ermənistan praktiki olaraq KTMT-də öz iştirakını dayandırıb,
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
O qeyd edib ki, belə davam edərsə, İrəvan dönüşü mümkün olmayan nöqtəyə çata bilər.
Paşinyan ölkəsinin nə səbəbdən hələ də hərbi bloka üzv olduğunu bilmədiyini vurğulayıb:
"Cəmiyyətimiz deyir ki, niyə biz hələ də KTMT üzvüyük. Açığı, mənim bu suala cavabım yoxdur", - deyə Paşinyan qeyd edib
22-04-2024, 21:22
BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edirBaykal-Amur Magistralı dünyada ən böyük dəmir yolu arteriyalarından biri, gələcəyin yoludur.
Bu fikri Rusiya Prezidenti Vladimir Putin aprelin 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə görüşdə deyib.
Dünya tarixində bu layihənin bənzərinin olmadığını vurğulayan dövlət başçısı bildirib ki, BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir.
22-04-2024, 17:50
Paşinyan Klaarı qəbul etdi - Delimitasiya prosesini tam dəstəkləyirikErmənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
Bu barədə Ermənistan Baş Naziri Aparatının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin "Armenpress"ə verdiyi məlumatda deyilir.
Bildirilib ki, görüşdə Aİ-nin Ermənistan Respublikasındakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos da iştirak edib. Regional vəziyyət, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlar və sərhədlərin delimitasiyası prosesinə toxunulub. Ermənistan-Avropa İttifaqı əməkdaşlığı və onun gələcək inkişafı məsələləri müzakirə edilib.
Toivo Klaar bir daha qeyd edib ki, Aİ hərtərəfli və uzunmüddətli nizamlanma məqsədi ilə Ermənistan-Azərbaycan danışıqlar prosesini, eləcə də 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sərhədin delimitasiyası prosesinə başlamaq barədə razılaşmanı tam dəstəkləyir.
22-04-2024, 14:59
Almaniya prezidenti Türkiyəyə səfər etdiAlmaniya prezidenti Frank-Valter Ştaynmayer Türkiyəyə rəsmi səfər edib.
Bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, Ştaynmayeri İstanbul hava limanında İstanbul valisi Davut Gül, Almaniyanın səfiri Yurgen Şults, Türkiyənin Berlindəki səfiri Ahmet Başar Şen və digər rəsmilər qarşılayıb.
Almaniya prezidentinin iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 100 illiyi münasibətilə baş tutan 3 günlük səfər çərçivəsində İstanbul, Qaziantep və Ankaraya gedəcəyi qeyd olunub.
Vurğulanıb ki, Ştaynmayer aprelin 24-də türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
22-04-2024, 14:31
Ərdoğan İraqın baş naziriylə görüşdü - FOTOTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı İraqa səfəri çərçivəsində paytaxt Bağdadın hava limanında ölkənin baş naziri Muhammed Sudani rəsmi mərasimlə qarşılayıb.
Bu barədə TRT məlumat yayıb.
Bu, Ərdoğanın 13 ildən sonra İraqa ilk səfəridir. Səfər çərçivəsində yüksək səviyyəli görüşlərin keçirilməsi və sənədlərin imzalanması gözlənilir.
22-04-2024, 13:27
Tovio Klaar İrəvandadırErmənistan parlamenti sədrinin müavini, Türkiyə-Ermənistan normallaşma prosesi danışıqlarında ölkəsinin nümayəndə heyətinin başçısı Ruben Rubinyan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaarı İrəvanda qəbul edib.
Məlumatı Ermənistan KİV-i yayıb.
Bildirilib ki, tərəflər Ermənistanla Avropa İttifaqı arasında əməkdaşlığı və regional vəziyyəti müzakirə ediblər.
Görüşdə Aİ-nin İrəvandakı səfiri Vasilis Maraqos da iştirak edib.