3-04-2023, 13:55
Aİ regionda sülhün təşviqi üçün dəyərli vasitədir - Mirzoyan"Avropa İttifaqı missiyasının yerləşdirilməsi regionda sülhün təşviqi üçün dəyərli vasitədir". Bunu Ermənistanın XİN başçısı Ararat Mirzoyan rumıniyalı həmkarı ilə görüşündə deyib. Mirzoyanın Buxarestə səfəri zamanı Ermənistan və Rumıniyanın xarici işlər nazirləri arasında siyasi mövzular, təhlükəsizlik məsələləri və Ermənistan-Aİ Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin səmərəli icrası ilə bağlı dialoq baş tutub.
3-04-2023, 13:50
Vardanyana şiddət göstərn deputat azadlığa buraxıldıErmənistan parlamentində düşən dava zamanı deputat həmkarı Vladimir Vardanyanı döyən Mher Saakyan azadlığa çıxıb. O, həbsindən 72 saat sonra sərbəst buraxılıb. Qeyd edək ki, insident 31 martda baş vermişdi.
3-04-2023, 13:33
Paşinyanın oğlu hücuma məruz qaldıErmənistanın baş nazirinin oğlu Aşot Paşinyana 1 gün əvvəl hücum edilib. Bunu parlamentin spikeri Alen Simonyan bildirib. O qeyd edib ki, deputat Vladimir Vardanyan və özünün şəhərin mərkəzində başına gələn insidentdən sonra bunu düşünülmüş təxribatlar silsiləsi kimi qiymətləndirir. Spiker hücumla bağlı təfərrüatları açıqlamayıb.
3-04-2023, 13:31
Rusiya Krımda yeni hərbi hissə inşa edirRusiya tərəfindən ilhaq edilən Krımda yeni hərbi hissə inşa edilir. Bununla bağlı "Atəş" partizan hərəkatı teleqram səhifəsində məlumat yayıb. Məlumata görə, ruslar Yevpatoriyada tikinti işləri həyata keçir. Yeni hərbi hissə ilə bağlı əlavə məlumat verilməyib, yalnız ərazidə lentə alınan fotolar paylaşılıb.
3-04-2023, 13:26
İsrail Hərbi Hava Qüvvələri İran istehsalı PUA-nı məhv etdiİsrail Hərbi Hava Qüvvələri Suriyadan ölkənin hava məkanına daxil olmağa cəhd göstərən pilotsuz uçuş aparatını (PUA) məhv edib. İran istehsalı PUA-nın Hizbullaha məxsus olduğu iddia edilir. İsrail müdafiə qüvvələri ərazini mühasirəyə alaraq PUA-nı məhv edib. Hazırda PUA-nın hissələri axtarılır. Pilotsuz uçan aparatın kəşfiyyat və ya zərbə tipli olması hələlik məlum deyil.
3-04-2023, 00:29
Sabiq iqtisadiyyat naziri prezident seçildiMonteneqronda keçirilən prezident seçkilərinin ikinci turunda keçmiş iqtisadiyyat naziri Yakov Milatoviç qələbə qazanıb. Bu barədə paytaxt Podqoritsada yerləşən Monitorinq və Tədqiqat Mərkəzinin (CEMI) sorğusunda qeyd olunub. Bildirilib ki, hazırda hakimiyyətdə olan prezident Milo Cukanoviçə qalib gələn Milatoviç səslərin 60,1 faizini qazanıb. Cukanoviç ilk turda 35,3 faiz, Milatoviç isə 28,9 faiz səs toplayıb. Monteneqroda prezident hər 5 ildən bir seçilir. Hazırkı prezident Cukanoviç sonuncu dəfə 2018-ci ildə seçilmişdi.
3-04-2023, 00:27
Rusiya nüvə silahını Polşa ilə sərhədində yerləşdirəcəkRusiya nüvə silahını Belarusun Polşa ilə sərhədi yaxınlığında yerləşdirəcək. Bu barədə Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov məlumat verib. Onun sözlərinə görə, iyulun 1-dək Belarusda nüvə silahlarının yerləşdirilməsi üçün yer hazırlanacaq. "Nüvə silahı qərb sərhədlərinə köçürüləcək və təhlükəsizliyimizi təmin etmək imkanlarını artıracaq", - deyə səfir bildirib.
2-04-2023, 23:46
Lavrov ABŞ-ın dövlət katibi arasında telefon danışığı baş tutubRusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub. Rusiya XİN söhbətin məzmununu açıqlayıb. Bildirilib ki, Lavrov Blinkenlə söhbətində Vaşinqtonun dövlət sirri təşkil edən məlumatları toplamağa çalışan jurnalist Evan Gerşkoviçin saxlanması ətrafında ajiotaj yaratmasının yolverilməz olduğunu vurğulayıb. "Onun sonrakı taleyini məhkəmə müəyyən edəcək", - Lavrov qeyd edib. ABŞ Dövlət Departamenti isə telefon danışığı barədə bildirib ki, Blinken Lavrovla söhbətində Gerşkoviçin azad olunmasını tələb edib.
2-04-2023, 16:43
Artıq 1 ildir ki, Kiyev vilayətindən işğalçıları qovmuşuq - Zelenski"İlk hücumlar, ilk nailiyyətlər, ilk azad edilmiş ərazilər... Artıq 1 ildir ki, biz Kiyev vilayətindən işğalçıları qovmuşuq". Bunu Ukrayna prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb. "Ukrayna xalqı! Siz dövrümüzün ən böyük anti-bəşəri qüvvəsini dayandırdınız. Məna verən hər şeyi məhv etmək istəyən bir qüvvəni dayanmağa məcbur etdiniz. Və biz bütün torpaqlarımızı azad edəcəyik. Biz bütün şəhərlərimizə və kəndlərimizə Ukrayna bayrağını asacağıq. Biz Ukraynanı qorumaq üçün hər şeyi edəcəyik", - deyə o qeyd edib.
2-04-2023, 16:34
Rusiya və Belarusa daha çox sanksiya tətbiq etməliyik - Latviya XİN"Rusiya və Belarusa nüvə şantajının nəticə verməyəcəyini göstərmək lazımdır". Bunu Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs deyib. “Belarus suveren dövlət deyil. Ölkə praktiki olaraq Rusiya hərbi dairəsinin bir hissəsidir. Biz həm Rusiyaya, həm də Belarusa qarşı daha çox sanksiyalar tətbiq etməliyik ki, bu şantaj, bu addımlar heç bir nəticə verməsin və verməyəcək”, - nazir bəyan edib. "Rusiya Federasiyası siyasi, hərbi şantajla da məğlub olmasına baxmayaraq, danışıqlar masasına oturmaq niyyətində deyil", - o əlavə edib.