10-03-2023, 19:31
Türkiyədə seçkilərin ikinci turu bu tarixdə keçiriləcəkTürkiyədə prezident və parlament seçkilərinin mayın 14-də keçiriləcək birinci turu nəticəsiz qalarsa, ikinci tur mayın 28-də baş tutacaq. Bu barədə ölkənin Ali Seçki Komissiyası məlumat yayıb. Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərin mayın 14-də keçirilməsinə dair qərar imzalayıb.
10-03-2023, 16:54
Ərdoğan seçkilərin irəli çəkilməsi ilə bağlı qərara imza atdıTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərin tarixinin irəli çəkilməsi ilə bağlı qərara imza atıb. Seçkilər 18 iyundan 14 maya keçirilib. Ərdoğan deyib ki, qərar Türkiyə Konstitusiyasının 116-cı maddəsinə əsasən qəbul edilib. Onun sözlərinə görə, qərar sabah "Resmi Gazete"də dərc ediləcək, daha sonra Ali Seçki Komissiyası seçkilərin tarixi ilə bağlı qərar verəcək. AKP lideri seçkilərin vaxtının əvvələ çəkilməsinin səbəbini izah edib: "Hər şeydən əvvəl 18 iyun milyonlarla gəncimizin gələcəyində ciddi əhəmiyyət kəsb edən universitet üçün imtahan tarixidir. Bu tarix yüz minlərlə vətəndaşımızın müqəddəs torpaqlara ziyarətə getməsi üçün qeydiyyatdan keçdiyi tarixlə üst-üstə düşür. Eyni zamanda, iyun ayı tətil müddətinə düşdüyü üçün əksər vətəndaşlarımız tətil edəcək". Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri eyni vaxtda keçiriləcək.
10-03-2023, 16:49
Lavrov Gürcüstandakı aksiyalara münasibət bildirdiRusiyanın xarici işlər naziri Sergey Lavrov "Birinci Kanal"da yayımlanan “Böyük oyun” verilişinin qonağı olub. Lavrov müsahibəsində diqqətçəkən fikirlər səsləndirib. "Gürcüstandakı hadisələr Kiyev “Maydanı”nı çox xatırladır", - deyə nazir bildirib. Lavrov Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borelin Gürcüstandakı vəziyyətlə bağlı açıqlamalarını ikiüzlü adlandırıb. Rusiya XİN başçısı Qərbin Gürcüstan və Moldovadakı müxalifət etirazlarına fərqli münasibətinə (Moldovada Rusiyayönümlü qüvvələrin etirazları nəzərdə tutulur - red.) diqqət çəkib. "Rusiyanın qonşuları ABŞ-ın maraq zonasına cəlb olunmaq kursunun nə qədər təhlükəli olmasından nəticə çıxarmalıdırlar", - deyə Lavrov əlavə edib.
10-03-2023, 16:26
Ermənistan KTMT-nin vəzifə kvotasından imtina etdiErmənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) baş katibinin müavini postuna ayrılan kvotadan imtina edib. Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Unanyan faktı təsdiqləyib. Bildirilib ki, rəsmi İrəvan bu təyinat üçün heç bir kadrın namizədliyini təqdim etməyəcək.
10-03-2023, 16:21
Rus kanalının redaktoru Gürcüstanı təhdid etdiRusiyanın RT kanalının baş redaktoru Marqarita Simonyan Gürcüstanı təhdid edib. Bu barədə o, özünün "Telegram" kanalında yazıb. "2008-ci ilin avqustu təkrarlansa, Gürcüstanla bağlı heç kim təlaşa düşməyəcək və oraya heç kim qoşun yeritməyəcək. Sadəcə olaraq, seçim etmədən birbaşa Tbilisiyə zərbələr endiriləcək", - deyə Simonyan bildirib. Qeyd edək ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Hakim partiya bu gün qanun layihəsini geri götürdüyünü elan edib.
10-03-2023, 16:14
Gürcüstanda “Xarici agentlər haqqında” qanun qəbul edilmədiBu gün Gürcüstan parlamentində qalmaqallı "Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuş üzrə səsverməyə çıxarılıb. Qanun qəbul edilməyib. Belə ki, layihənin lehinə 1, əleyhinə 35 deputat səs verib. Buna baxmayaraq parlament binasının qarşısında etirazların davam etdiyi bildirilir. Qeyd edək ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Hakim partiya bu gün qanun layihəsini geri götürdüyünü elan edib.
10-03-2023, 16:11
Ermənistanla Gürcüstan arasında əməkdaşlıq memorandumu imzalandıErmənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan Tbilisidə gürcüstanlı həmkarı Mixail Çxenkeli ilə görüşüb. Tərəflər əməkdaşlıq memorandumu imzalayıb. Bildirilib ki, Andreasyan həmçinin Gürcüstanın dövlət məktəbləri üçün erməni dilində tədris olunan 18 minə yaxın dərslik və metodiki vəsaiti həmkarına təhvil verib. Həmçinin Ermənistanın orta məktəblərində gürcü dilinin üçüncü xarici dil kimi tədrisi barədə müzakirələr aparılıb.
10-03-2023, 15:55
Gürcüstan suverenlik şansını itirib - Volodin"Xarici agentlər haqqında qanun layihəsinin geri götürülməsi ilə Gürcüstan suverenlik şansını itirib". Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin "Telegram" kanalında yazıb. Onun sözlərinə görə, qanun qəbul olunarsa, Gürcüstan hakimiyyəti müxalifətin, medianın, "anti-gürcü gündəmini" formalaşdıran ictimai təşkilatların maliyyələşdirilməsi üçün xaricdən ölkəyə köçürülən vəsaitlərə nəzarət etmək hüququna malik olacaq. "Xarici agentlər haqqında qanun layihəsi ABŞ üçün qəbuledilməz idi. Bu, Vaşinqtonun ölkənin daxili siyasi həyatına təsirini məhdudlaşdırdı. Gürcüstan hakimiyyəti xalqın iradəsinə deyil, ABŞ-a tabe olmağa məcbur oldu", - deyə Volodin iddia edib. Qeyd edək ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Hakim partiya bu gün qanun layihəsini geri götürdüyünü elan edib.
10-03-2023, 15:40
İsraildəki səfirimizdən İranla bağlı mühüm açıqlamaİsrailin İrana ola biləcək hücumu zamanı Azərbaycandan havadan yanacaqdoldurma bazası kimi istifadə edilməsinə icazə verilməyəcək. Bunu Azərbaycanın İsrailə yeni təyin olunmuş səfiri Muxtar Məmmədov "The Jerusalem Post"a açıqlamasında bildirib. Səfir eyni zamanda bu ayın əvvəlində “Haaretz” qəzetinin ölkənin İranın nüvə obyektlərinə hücum etməyə qərar verəcəyi təqdirdə İsrailə yardım etmək üçün aerodrom hazırlaması ilə bağlı xəbərini təkzib edib. “Azərbaycan əvvəlcədən bəyan edib ki, başqa ölkələrin daxili işlərinə qarışmayacaq və öz ərazisinin başqa dövlətlərə qarşı istifadəsinə imkan verməyəcək. Xarici medianın iddia etdiyi xəbərlər yalandır”, - deyə səfir qeyd edib. Nəşr, həmçinin vurğulayıb ki, səfir cümə axşamı Prezident İsaak Herzoqa etimadnaməsini təqdim etməli idi, ancaq görüş ölkədə baş verən hadisələrə görə qeyri-müəyyən tarixə təxirə salınıb. Xatırladaq ki, Prezident İlham Əliyev 2022-ci il noyabrın 26-da Azərbaycanın İsrail Dövlətində (Təl-Əviv şəhərində) səfirliyinin təsis edilməsi ilə bağlı sərəncam imzalayıb. Dövlət başçısının yanvarın 11-də imzaladığı digər sərəncamla Muxtar Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Fevralın 28-də Muxtar Məmmədov İsrailə səfər edib.
10-03-2023, 13:49
Gürcü etirazazçılar hökümətin istefasını irəli sürübGürcüstanda etiraz aksiyaları axşam saatlarına kimi davam edib. "Xarici agentlər haqqında" qanun layihəsinə qarşı başlayan aksiyalarda əsas tələb hakimiyyətin istefasına yönəlib. Müxalif siyasətçilər növbədənkənar parlament seçkilərinin keçirilməsi tələbini irəli sürüblər. Bildirilib ki, tələbləri təmin olunmayana qədər etirazları davam etdirəcəklər. Növbəti aksiyanın sabah saat 11-də keçiriləcəyi anons edilib. Xatırladaq ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Hakim partiya bu gün qanun layihəsini geri götürdüyünü elan edib.