Azərbaycan finala keçə bilmədi .....                        Azərbaycan "Avroviziya - 2025"də sazla çıxış etdi - VİDEO .....                        Bakı-Ağstafa qatarının qarşısına heyvan sürüsü çıxdı .....                        Mayın 15-də İstanbulda ukraynalıları gözləyəcəyik .....                        Azərbaycan atları Britaniyada - “Land of Fire” geri döndü .....                        Azərbaycanda nazir koronavirusa yoluxdu .....                        İşdən çıxarılan məktəb direktorları təhsildən tamamilə uzaqlaşdırılır? .....                        Vəzifəli şəxs nalayiq hərəkətlərə görə işdən azad edildi .....                        Döyülərək öldürülən Elgünün atası danışdı .....                       
6-03-2023, 21:32
Avropa İttifaqı erməni təxribatına münasibət bildirdi


Avropa İttifaqı erməni təxribatına münasibət bildirdi

Avropa İttifaqı (Aİ) ötən gün Qarabağda hadisənin baş verməsindən dərin təəssüf hissi keçirir. Bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin sözçüsü Peter Stano bildirib. O qeyd edib ki, ittifaq baş vermiş hadisəni tam şəkildə araşdırmağa, eyni zamanda, bütün maraqlı tərəfləri regional sabitliyi poza biləcək və sülh prosesinə təhlükə yarada biləcək hərəkətlərin qarşısını almağa və təmkinli olmağa çağırıb. Xatırladaq ki, ötən gün Azərbaycan Ordusuna Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistandan hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizə daşınması baradə operativ məlumatlar daxil olub. Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanılması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində Ordumuzun 2 hərbi qulluqçusu şəhid olub. Düşmən tərəfdən isə 3 təxribatçı məhv edilib, biri ağır yaralanıb.
6-03-2023, 21:28
Qarabağda gərginliyin artmasından narahatıq - Rusiya XİN


Qarabağda gərginliyin artmasından narahatıq - Rusiya XİN

“Qarabağda gərginliyin artmasından ciddi narahatıq". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. O xatırladıb ki, martın 5-də itkilərlə nəticələnən silahlı insident baş verib. Zaxarova tərəfləri təmkinli olmağa və gərginliyi azaltmaq üçün addımlar atmağa çağırıb. “Biz Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli Bəyanatının müddəalarına ciddi əməl etməyin zəruriliyini bir daha təsdiq edirik", - sözçü bildirib.
6-03-2023, 21:23
Prezident seçilsəm, Azərbaycana daha çox dəstək verəcəyəm - Muharrem İnce


Prezident seçilsəm, Azərbaycana daha çox dəstək verəcəyəm - Muharrem İnce

Bunu MediaTürk TV-yə müsahibəsində Türkiyənin Məmləkət partiyasının sədri Muharrem İnce deyib. Tanınmış siyasətçi seçki öncəsi Türkiyədə gedən siyasi proseslər və müxalif partiyaların birləşdiyi "Altılı masa" ətrafında baş verən hadisələrə də münasibət bildirib: “Mən mitinqlərdə, efirlərdə “Altılı masa” dağılacaq demişdim. 20 illik bir iqtidar var. Bu 20 illik iqtidar qarşıya qoyduğu məqsədləri reallaşdıra bilməyib. İqtisadiyyatımız onsuz da “kövrək” idi, bir yandan da zəlzələ oldu. İnsanlar həyatlarını itirdi, şəhərlərimiz dağıldı. Belə olan halda Türkiyəni “Millət ittifaqı” və “Cümhur ittifaqı” deyə qütbləşdirdilər. Bu qütbləşmə Türkiyənin haqqı deyil. Məmləkət Partiyası olaraq əvvəldən Türkiyəyə üçüncü, yeni bir yol təklif etdik. Biz Türkiyəni hüzura qovuşdaracağıq. Layihələrimiz məlumdur. 3 B hədəfimiz var - yəni biz Türkiyəni barışdıracaq, böyüdəcək və bölüşdürəcəyik. Sonra Türkiyəyə 3 H - hüzur, haqqaniyyət, hüquq gətirəcəyik. Türkiyəni hüquq dövləti etmədən faizi aşağı sala bilmərsiniz. Ağlın yolu birdir. Türkiyəni kürd-türk, ələvi və sünni deyib ayırmayaq. Biz Atatürkü irəli sürdük. Atatürkün yolunu tövsiyyə etdik. Ədaləti, əxlaqı tövsiyyə etdik. Stadionlarda nə PKK-nın flemması, nə də yaşılların posteri açılsın. İkisini də şiddətlə rədd edirik. Tələbələrə müəllim qardaşları kimi şiddətdən uzaq durmağı tövsiyyə edirəm. Sözlərinizi şiddətlə yox, mizahla söyləyin. Məmləkət partiyası olaraq Türkiyədə elmin, sənayenin, şəhərlərin, dünyəvi təhsilin yenidən inşasını hədəfləyirik. Təriqətləri təhsildən söküb atacağam. 20 ildə Ərdoğan edə bilmədi. Kılıçdaroğlu da Ərdoğanın köhnələri ilə (AKP-dən ayrılan siyasətçiləri nəzərdə tutur-red) dediklərimizi edə bilməz. Türkiyəyə yeni sima lazımdır. Türkiyəyə yeni bir viziyon, üfüq lazımdır. Biz Türkiyədə siyasətin pradiqmasının dəyişdiyinin fərqindəyik. Əvvəllər inşaatla məşğul olanlarla siyasətçilər arasında sıx əlaqələr vardı. İndi bir avtobus, bir telefonum var deyə durum dəyişdi. Bu, hər şeyə yetir. Adlı-sanlı televiziyalar, adlı-sanlı qəzetlərin xəbər hazırlayıb, hazırlamamasının fərqi yoxdur. Dolayı yolla pula da ehtiyac yoxdur”. M.İnce partiyasının prezidentliyə namizədinin bazar günü açıqlanacağını bildirib: “Bazar günü bütün nümayəndələrimizin qarşısında nizamnamə ilə çıxış edəcəyik. Bu nizamnamə dünyaya nümunə olacaq. Bütün üzvlərimiz sandıq başına gedib, prezidentliyə namizədini müəyyənləşdirəcək. Bazar günündən sonra partiya daxilində namizəd kimi seçilsəm, prezidentliyə namizədliyimi açıqlayacam”. Müxalif siyasətçi hakimiyyətə gələrsə, Azərbaycanla bağlı planlaşdırdığı siyasətdən də danışıb: “CHP-də bir millət vəkili “təəssüf ki, Türkiyə Azərbaycana yardım etdi” demişdi. Mən CHP-dən ayrılmışam. Əgər Allahın izni, millətimin razılığı ilə prezident seçilsəm, Azərbaycana daha böyük dəstək verəcəyəm. Ərdoğanın etdiyi köməyin az olduğunu düşünürəm. Mən daha artığını edəcəyəm. Heç qorxmadan, çəkinmədən azərbaycanlı qardaşlarımın yanındayam”. Partiya sədri, həmçinin iqtidara gəldikləri təqdirdə realist davranacaqlarını bildirib: “Atatürkün izindəyik. Xarici siyasətimiz “yurdda sülh, cahanda sülh” prinsipinə söykənir. Partiyamızda demokratiya, ölkəmizdə demokratiya olacaq. Xəyalpərəst deyilik. Ənvər Paşanın yolunda deyilik. Mustafa Kamal Atataürkün yolundayıq. Türkiyədə elm, qurumlara güvən, hüquq dövləti, müstəqil universitet, azad media olsun deyirik. Uşaqlarımıza ət yedizdirib, süd içizdirək. Təbii ki, coğrafiyamızda yerləşən digər türk qardaşlarımızla çox yaxşı əlaqədə olmaq istəyirik. Bunlardan danışanda da realist olmaq lazımdır”.

6-03-2023, 21:14
Akşener Kılıçdaroğluyla görüşdü


Akşener Kılıçdaroğluyla görüşdü

Türkiyədə müxalif İYİ Partiyanın sədri Meral Akşener CHP lideri Kamal Kılıçdaroğlu ilə görüşüb. Bu barədə partiyanın sözçüsü Kürşad Zorlu məlumat verib. Görüş zamanı Akşenerin müxalifətin formalaşdırdığı "Altılı masa" siyasi blokuna qayıtmaq barədə razılıq əldə edilib. Müxalifət liderləri bu gün keçiriləcək "Altılı masa"nın iclasında iştirak edəcəklər. Qeyd edək ki, Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş bu gün Akşenerlə görüşüb. Görüş İYİ Partiyanın qərargahında baş tutub. Yavaş və İmamoğlu Akşenerə təkliflərini təqdim ediblər. Təklif bundan ibarət olub ki, Türkiyənin yeni prezidenti müxalifətin namizədi olacağı təqdirdə, Yavaş və İmamoğlu prezidentin köməkçisi olacaq. Bundan öncə İYİ Partiyanın sədri Meral Akşener CHP lideri Kamal Kılıçdaroğlunun namizədliyinə etiraz edərək, "Altılı masa"nı tərk etdiyini bildirmişdi.
6-03-2023, 20:44
Putin iranlı həmkarı ilə telefonda danışdı


Putin iranlı həmkarı ilə telefonda danışdı

Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığı aparıb. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Liderlər Rusiya-İran münasibətlərinin inkişaf səviyyəsini müsbət qiymətləndirib. Telefon danışığı zamanı birgə infrastruktur layihələrinin həyata keçirilməsi də daxil olmaqla, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.
6-03-2023, 15:34
Macarıstan soyqırımı dəstəkləyir - Podolyak


Macarıstan soyqırımı dəstəkləyir - Podolyak

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Macarıstan XİN başçısını müharibə ilə bağlı mövqeyinə görə tənqid edib. Podolyak twitter səhifəsində bu barədə paylaşım edib. "Şeytanın vəkilliyini etmək bəzən faydalıdır, amma çox zaman tarixi fiaskoya yol açır. Macarıstanın XİN başçısı Peter Siyarto "məqsəd insanları öldürməyi dayandırmaq və atəşkəsdir" deyəndə Ukraynanın təslim olmasını istəyir və soyqırımını müdafiə edir. Tarixi daha diqqətli şəkildə nəzərdən keçirməyə dəyər", - deyə müşavir yazıb. Qeyd edək ki, Macarıstan tərəfi müxtəlif rəsmi açıqlamalarında Ukraynada müharibənin dayandırılmasının vacibliyi barədə fikirlər səsləndirir və Ukraynanı dəstəkləməkdən yayınır.
5-03-2023, 23:57
Akşener hakim siyasi qüvvələrə qoşulmayacağını açıqladı


Akşener hakim siyasi qüvvələrə qoşulmayacağını açıqladı

Türkiyənin müxalifət koalisiyasından ayrıldığını açıqlayan Meral Akşenerin rəhbərlik etdiyi İYİ partiya hakim siyasi qüvvələrə qoşulmayacağını açıqlayıb. Bu barədə partiya sədrinin müşavirləri Turhan Çömez, Birol Aydemir, Ahmet Eşref Fakıbaba, Buğra Kavuncu və Aytun Çıray birgə məlumat yayıb. Bildirilib ki, partiya AKP və MHP-nin yaratdığı Cumhur İttifaqına qoşulmayacaq. Bundan əvvəl İttifaqda təmsil olunan partiyaların bir sıra rəsmiləri Akşeneri hakim siyasi qüvvələrə qoşulmağa çağırıb. Xatırladaq ki, "Altılı masa" adlandırılan siyasi blok vahid namizəd mövzusunda razılıq əldə edə bilməyib və İYİ partiya blokdan çıxdığını açıqlayıb. Partiya lideri Meral Akşener CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyinə razı olmayıb. O, İstanbul və Ankara şəhərindən birinin merinin namizədliyini irəli sürüb.
5-03-2023, 23:50
Muharrem İnce seçkilərə təkbaşına gedəcəyini bildirdi


Muharrem İnce seçkilərə təkbaşına gedəcəyini bildirdi

Türkiyənin Məmləkət Partiyasının sədri, bundan əvvəlki seçkilərdə CHP-nin prezident postuna namizədi olmuş Muharrem İnce partiyasının seçkilərə hər hansı ittifaq tərkibində deyil, təkbaşına gedəcəyini bildirib. O, namizədin partiya üzvləri tərəfindən müəyyən ediləcəyini deyib. İnce namizədin mart ayının 12-də məlum olacağını söyləyib. Bundan əvvəl o, özünün namizəd olacağını açıqlamışdı. Ötən il Məmləkət Partiyası Zəfər Partiyası, Doğru Partiyası, Milli Yol Partiyası və Ədalət Partiyası ilə seçki ittifaqı üçün danışıqlar aparıb, ancaq heç bir nəticə əldə edə bilməyib. Fevral ayının sonu Zəfər Partiyasının sədri Ümit Özdağ Məmləkət Partiyası ilə ittifaq quracağını, namizədin İnce olacağını bildirmişdi.
5-03-2023, 23:47
Zaxarova ölkəsinin taxıl sazişində iştirakından danışdı


Zaxarova ölkəsinin taxıl sazişində iştirakından danışdı

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova ölkəsinin taxıl sazişində iştirakından danışıb. O, ölkəsinin taxıl sazişində iştirak etməyə hazır olduğunu bildirib. “Əgər bu müqavilə bərabərtərəflidirsə, deməli, biz iştirak edə bilərik. Həmişə öz üzərimizə düşəni yerinə yetirmişik və bütün razılaşmaları yerinə yetirmək niyyətindəyik”, - deyə XİN sözçüsü əlavə edib.
5-03-2023, 23:43
Türkiyədə bina çökdü - İnsanlar dağıntılar altında qaldı


Türkiyədə bina çökdü - İnsanlar dağıntılar altında qaldı

Türkiyənin Şanlıurfa vilayətində 7 mərtəbədən ibarət bina çöküb. Bu barədə bina zəlzələyə görə qəzalı vəziyyətə düşən tikililərdən biri olub. Bir neçə sakinin yaralandığı hadisə nəticəsində xeyli insanın dağıntılar altında qaldığı və axtarış-xilasetmə işlərinə start verildiyi bildirilib. Binanın bundan əvvəl təcili şəkildə sökülməli olan tikililər siyahısına daxil edildiyi qeyd olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!