SOCAR-la Suriya Hökuməti arasında Memorandum imzalandı .....                        Kim Çen In Lavrovu qəbul edib .....                        "Daşkəsən" dəmir filizi layihəsi üzrə əsas mərhələlərdən birinə start verilib .....                        Sahibə Qafarova Srebrenitsa qurbanlarını yad etdi - FOTO .....                        İsrail HƏMAS-ın 6 komandirini öldürdü .....                        Avropa Bakı-İrəvan danışıqlarını izləyir .....                        Lavrov Şimali Koreyaya getdi .....                        Baş nazir iclas keçirdi - Gələn ilin büdcəsi müzakirə edildi .....                        Baş nazir iclas keçirdi - Gələn ilin büdcəsi müzakirə edildi .....                       
19-04-2023, 14:30
Çin ABŞ-ı Ukraynadakı münaqişəni alovlandırmaqda ittiham etdi


Çin ABŞ-ı Ukraynadakı münaqişəni alovlandırmaqda ittiham etdi

"ABŞ Ukraynadakı münaqişəni qızışdırır, Çin isə həlli üçün sülh planı təklif edir". Bunu Çin hökumətinin Koreya yarımadası üzrə xüsusi nümayəndəsi Liu Şiaminq TASS-a müsahibəsində deyib. "ABŞ Koreya yarımadasındakı eskalasiyada mənfi rol oynayıb. Tayvan Çinin ayrılmaz hissəsidir və heç vaxt dövlət olmayacaq. Tayvan məsələsi xarici qüvvələrə aid deyil və hərbi əməliyyat Pekinin qanuni variantıdır. Çin ABŞ-ın hərəkətlərinə qarşı milli ləyaqət və suverenliyi qətiyyətlə müdafiə edəcək", - deyə o bildirib. "ABŞ üzərində Çinin hava şarı ilə bağlı insident Vaşinqtonun öz uydurmasıdır, Çin cihazın hava məkanına daxil olması barədə dərhal dövlətləri xəbərdar edib", - deyə nümayəndə iddia edib.
19-04-2023, 11:30
Ermənistan Hindistanla əməkdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyur


Ermənistan Hindistanla əməkdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyur

Ermənistanın müdafiə naziri Suren Papikyan Hindistanın İrəvandakı fövqəladə və səlahiyyətli səfiri Nilakşi Saha Sinq ilə görüşüb. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. Bildirilib ki, tərəflər müdafiə sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. "Hindistan-Ermənistan müdafiə əməkaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyub", - deyə görüşdə qeyd olunub.
18-04-2023, 16:39
Misir hakimiyyəti Rusiyaya gizli raket tədarükünü dayandırıb


Misir hakimiyyəti Rusiyaya gizli raket tədarükünü dayandırıb

Misir hakimiyyəti ABŞ rəsmiləri ilə danışıqlardan sonra Rusiyaya gizli şəkildə raket tədarükü planını dayandırıb. Bu barədə "The Washington Post" yazıb. Bildirilib ki, əvəzində rəsmi Qahirə Ukrayna üçün sursat istehsal etmək qərarına gəlib. Məlumata görə, Qahirə 152 və 155 millimetrlik artilleriya mərmilərinin Kiyevə tədarükü üçün ABŞ-a satışını təsdiqləyib. Çatdırılma olub-olmadığı hələlik məlum deyil. Nəşr bunu ABŞ administrasiyasının aşkar diplomatik qələbəsi adlandırıb.
18-04-2023, 14:00
Suriya səfiri Türkiyəylə münasibətlərdən danışdı


Suriya səfiri Türkiyəylə münasibətlərdən danışdı

Suriyanın Rusiyadakı səfiri Bəşər Cəfəri ölkəsinin Türkiyə ilə münasibətlərindən danışıb. O, rəsmi Dəməşqin Ankara ilə yaxşı münasibətlərə malik olmaq istədiyini bəyan edib. "Türkiyə bizim qonşumuzdur. Bu ölkə ilə yaxşı münasibətlərin tərəfdarıyıq. Xalqlarımız arasında qarşılıqlı maraqların və əlaqələrimizin çətinə düşməsini istəmərik", - deyə o qeyd edib.
18-04-2023, 13:30
G7 ölkələri müharibə bitənə qədər Rusiyanı bloklayacaq


G7 ölkələri müharibə bitənə qədər Rusiyanı bloklayacaq

G7 ölkələri Ukraynada müharibə bitənə qədər Rusiyanın aktivlərini bloklayacaq. Bu barədə G7 ölkələrinin xarici işlər nazirlərinin ümumi bəyanatında qeyd olunub. Belə ki, nazirlər Ukraynanı dəstəkləməyə davam edəcəklərinə söz veriblər və müharibədə Rusiyaya dəstəyin baha başa gələcəyini vurğulayıblar. G7 həmçinin Rusiya Federasiyasına qarşı sanksiyaları daha da gücləndirməyə hazır olduğunu bildirib. "Ukraynanın bərpası üçün Rusiya aktivlərinin bloklanması və ötürülməsi - bu, Rusiya terroru ilə mübarizənin reseptidir. Bu ölkədə hər kəs cinayətin qiymətini hiss etməlidir. Sadəcə bir nümunədir", - Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak bəyanatı şərh edib.
17-04-2023, 23:17
ABŞ-dan Türkiyəyə F-16 döyüş təyyarələriylə bağlı razılıq


ABŞ-dan Türkiyəyə F-16 döyüş təyyarələriylə bağlı razılıq

Bayden administrasiyası Türkiyəyə F-16 döyüş təyyarələrinin modernləşdirilməsi üçün avadanlıqların satılmasına razılıq verməyə hazırlaşır. Bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb. Mənbələr bildiriblər ki, ABŞ Dövlət Departamenti radarlar və avioniklərdən ibarət olan silah paketinin satışı barədə Konqresə rəsmi məlumat verəcək. Satış Konqres tərəfindən təsdiqlənərsə, Türkiyə öz inventarındakı F-16 döyüş təyyarələrini modernləşdirmək üçün istifadə edəcəyi avadanlıqları əldə edə biləcək. Qeyd edək ki, Türkiyə ABŞ-dan F-16 qırıcıları və bu qırıcıların modernləşdirilməsi üçün lazım olan vasitələr tələb edib. Konqresə hərbi satışın həyata keçirilməsinə razılıq verməyib.
17-04-2023, 23:00
Silahlı toqquşma zamanı 180-dən çox insan həlak oldu


Silahlı toqquşma zamanı 180-dən çox insan həlak oldu

Sudanda baş verən silahlı toqquşmalar zamanı 180-dən çox insan həlak olub. Bu barədə BMT-nin Sudan üzrə xüsusi nümayəndəsi Volker Perthes məlumat verib. O, 1800-dən çox insanın yaralandığını açıqlayıb. "Humanitar yardım üçün vəziyyət çox çətin, hətta qeyri-mümkündür”, - BMT rəsmisi bildirib. Qeyd edək ki, Sudanda ordu birləşmələri ilə xüsusi təyinatlı qüvvələr arasında şiddətli toqquşmalar yaşanır.
17-04-2023, 23:00
Silahlı toqquşma zamanı 180-dən çox insan həlak oldu


Silahlı toqquşma zamanı 180-dən çox insan həlak oldu

Sudanda baş verən silahlı toqquşmalar zamanı 180-dən çox insan həlak olub. Bu barədə BMT-nin Sudan üzrə xüsusi nümayəndəsi Volker Perthes məlumat verib. O, 1800-dən çox insanın yaralandığını açıqlayıb. "Humanitar yardım üçün vəziyyət çox çətin, hətta qeyri-mümkündür”, - BMT rəsmisi bildirib. Qeyd edək ki, Sudanda ordu birləşmələri ilə xüsusi təyinatlı qüvvələr arasında şiddətli toqquşmalar yaşanır.
17-04-2023, 22:00
Rusiya Ukraynaydakı müharibənin sonlanmasına maraqlıdır - Lavrov


Rusiya Ukraynaydakı müharibənin sonlanmasına maraqlıdır - Lavrov

Xəbər verdiyimiz kimi, Rusiya və Braziliyanın xarici işlər nazirləri Sergey Lavrov və Mauro Vieyra görüş keçirib. Nazirlər Braziliyada keçirilən görüşdən sonra mətbuat konfransı keçiriblər. Lavrovun sözlərinə görə, o, həmkarı ilə Ukraynadakı müharibəni müzakirə edib. O, münaqişənin "uzunmüddətli razılaşmalar əsasında” həllinin zəruriliyindən danışıb. Nazir bildirib ki, Rusiya Ukraynadakı müharibənin tezliklə başa çatmasında maraqlıdır.
17-04-2023, 22:00
Reznikov Rusiya üzərində qələbədən sonra vəzifədən getmək istəyir


Reznikov Rusiya üzərində qələbədən sonra vəzifədən getmək istəyir

Ukrayna müdafiə naziri Aleksiy Reznikov Rusiya ilə müharibədə qələbə qazandıqdan sonra istefa vermək istəyir. Bu barədə o, “La Razon”a müsahibəsinə deyib. "Bu mənim arzumdur! Və daha çox həyat yoldaşımın arzusu. Mən nazir təyin olunanda ağladı. Qələbə gününü gözləyirik, çünki bu, mənə istefa ərizəmi imzalamağa imkan verəcək. Özəl sektora qayıtmaq istəyirəm", - nazir bildirib. Qeyd edək ki, bir müddət əvvəl Reznikovun istefaya göndəriləcəyi barədə məlumat yayılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!