İranda matəm elan edildi .....                        Sərxoş sürücü ağır qəza törətdi .....                        Tramp İranda hərəkətə keçir .....                        İranda 38 polis öldürülüb .....                        Qara Qarayevə yeni vəzifə verildi .....                        Minaya düşən şəxsin son durumu AÇIQLANDI .....                        İran hökuməti dəyişikliyə hazırdır - Pezeşkian .....                        Venesuelanı ABŞ qoruyacaq .....                        Ukrayna Xəzərdə neft obyektinə ZƏRBƏ ENDİRDİ .....                       
14-07-2023, 17:05
İrəvanda həyəcanlı anlar yaşandı


İrəvanda həyəcanlı anlar yaşandı

Ermənistanın paytaxtı İrəvanda həyəcanlı anlar yaşanır. Bu haqda "Hraparak" nəşri məlumat yayıb.
Bildirilib ki, İrəvanda binalara və yol kənarlarına hava hücumu siqnalından sonra necə hərəkət etmək barədə göstərişlərin yer aldığı vərəqlər vurulub.
Xəbərdaredici vərəqlər əsasən İrəvanın mərkəzində yerləşən Kentron rayonundakı binaların girişlərinə yapışdırılıb. Bununla vətəndaşlara hava hücumu siqnalından sonra davranış qaydaları izah edilir və ən yaxın sığınacaqların ünvanı göstərilir.
Qeyd edək ki, sözügedən elanın kimlər tərəfindən hazırlandığı və hansı məqsədlə binalara vurulduğu məlum deyil.

14-07-2023, 16:37
Ərdoğan taxıl sazişinin uzadılmasından danışdı


Ərdoğan taxıl sazişinin uzadılmasından danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan taxıl sazişinin uzadılmasından danışıb. O, Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri barədə məlumat verib. "Cənab Putini avqustda qonaq etməyə hazırlaşırıq. Qara dənizdəki taxıl koridoru ilə bağlı razılaşmanın müddətinin uzadılmasında həmfikirik. BMT baş katibi Antonio Quterrreş Putinə bir məktub göndərib. Ümid edirik ki, taxıl koridorunun fəaliyyət göstərməsini təmin edərik", - deyə o qeyd edib. Ərdoğan Putinin səfəri ilə bağlı dəqiq tarixi açıqlamayıb.
14-07-2023, 15:54
Şolts Putinlə yenidən danışmağa hazır olduğunu bildirdi


Şolts Putinlə yenidən danışmağa hazır olduğunu bildirdi

Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinlə yenidən danışmağa hazır olduğunu bildirib. Bu barədə Rusiya mətbuatı yazıb. "Təbii ki, mən onunla yenidən danışacağam", - o bildirib. Bununla belə, Şolts hazırda Putinlə danışıq üçün dəqiq tarixlərin olmadığını qeyd edib.
14-07-2023, 15:30
Putin Təhlükəsiz Şurası ilə toplantı keçirdi


Putin Təhlükəsiz Şurası ilə toplantı keçirdi

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə toplantı keçirib. Bu barədə Kreml məlumat yayıb. İclasda kritik obyektlərin qorunması üçün əlavə tədbirlər müzakirə edilib.
14-07-2023, 14:02
“Vaqner” hüquqi şəsxs kimi mövcud deyil - Peskov


“Vaqner” hüquqi şəsxs kimi mövcud deyil - Peskov

"Özəl hərbi şirkətlərin statusu məsələsinə baxılacaq, lakin hələlik "Vaqner" hüquqi şəxs kimi mövcud deyil və əvvəl də mövcud deyildi . Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
O, çıxışı zamanı bir çox məsələlərə toxunub: "Putinin BRICS sammitində iştirak formatı hələ müəyyən edilməyib, müzakirələr davam edir. Putinin təqvimində hələ Ərdoğanla telefon danışığı yoxdur, lakin lazım gələrsə, danışıqları təşkil etmək olar. Rusiyanın bütün hava hücumundan müdafiə sistemləri effektiv işləyir. Taxıl müqaviləsinin müddəti başa çatana qədər Rusiya Federasiyası əlavə olaraq gələcək fəaliyyətlərini işləyəcək".
Peskov Macarıstanın baş naziri Viktor Orbanın ABŞ siyasətinin Ukraynadakı münaqişənin uzanmasına kömək etməsinə dair qiymətləndirməsi ilə razılaşdığını bəyan edib.
"Məhz ABŞ Ukraynanı daima son ukraynalıya qədər döyüşməyə həvəsləndirir və Kiyevə yeni silahların verilməsini təşviq edir", - o iddia edib.
14-07-2023, 13:37
Türkiyəli nazir Borellə də görüşdü


Türkiyəli nazir Borellə də görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borellə görüşüb. Bu barədə Borel tviter səhifəsində paylaşım edib.
"Türkiyənin yeni xarici işlər naziri Hakan Fidanla ilk üzbəüz görüşü gerçəkləşdirdiyimiz üçün xoşbəxtəm. Aİ-Türkiyə əlaqəlaərinə, Aralıq dənizinin şərqindəki vəziyyətə və gərginliyin azaldılmasına ehtiyac duyulduğuna və bur sıra regional və qlobal mövzuya diqqət yetirdik. Birlikdə konstruktiv şəkildə işləməyi səbirsizliklə gözləyirəm", - o qeyd edib.
14-07-2023, 12:58
Hakan Fidan ABŞ-ın dövlət katibi ilə görüşdü


Hakan Fidan ABŞ-ın dövlət katibi ilə görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilib ki, görüş zamanı NATO-nun Vilnüs sammitində verilən qərarlar ətrafında fikir mübadiləsi aparılıb. Görüş Cakartada keçirilən ASEAN ölkələrinin toplantısı çərçivəsində başa tutub.
14-07-2023, 12:50
Paşinyan Makronu İrəvana dəvət etdi


Paşinyan Makronu İrəvana dəvət etdi

Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronu İrəvana rəsmi səfərə dəvət edib. Paşinyan Bastiliyanın alınması günü ilə bağlı təbrikində bu barədə yazıb.
O, "Qarabağ məsələsinin həlli prosesində göstərdiyi səylərə görə" Fransa liderinə təşəkkür edib.
Paşinyan qeyd edib ki, İrəvan Parisin məsələyə diqqətini xüsusilə yüksək qiymətləndirir.
14-07-2023, 11:41
Türkiyənin XİN Başçısı Stoltenberqlə müzakirələr apardı


Türkiyənin XİN Başçısı Stoltenberqlə müzakirələr apardı

Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO-nun baş katibi Yens Stoltenberqlə müzakirələr aparıb. Bu barədə Türkiyə XİN məlumat yayıb. O, Stoltenberqlə alyansın Vilnüsdə keçirilən sammitində qəbul edilmiş qərarların icrası prosesini müzakirə edib.
Qeyd edək ki, Fidan İndoneziya prezidenti Coko Vidodo ilə görüşüb.
14-07-2023, 11:22
Lavrovun ABŞ tərəfi ilə heç bir əlaqəsi yoxdur - Zaxarova


Lavrovun ABŞ tərəfi ilə heç bir əlaqəsi yoxdur - Zaxarova

"Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ABŞ tərəfi ilə heç bir əlaqəsi olmayıb və planlaşdırılmayıb". Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova məlumat verib.
Qeyd edək ki, Lavrov beynəlxalq tədbirə qatılmaq üçün İndoneziyanın paytaxtı Cakartada səfərdədir. ABŞ nümayəndələri də Cakartadadır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!