Bakıda obyekt yanır .....                        Pensiya və maaş artımı neçə nəfəri əhatə edəcək? .....                        Prezident “AzerGold”la bağlı sərəncam imzaladı .....                        Elçin Quliyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşüb - FOTO .....                        Pezeşkian Rusiya Baş nazirinin müavinini qəbul edib .....                        Kanal-11 internet TV-nin rəhbərinə 9 il həbs istənildi .....                        Azərbaycan və Serbiya XİN başçıları müzakirə apardılar .....                        Ceyhun Bayramov Səfirlər Konfransında çıxış edib .....                        Naxçıvanda istilik elektrik stansiyası tikiləcək - SƏRƏNCAM .....                       
Tarix : 14-11-2018, 17:51
Keçmişə dayanan sənət


Aşıq sənəti nə qədər keçmişə dayansa, bir o qədər uzun ömürlü olar

Hörmətli oxucular Mahmud Əyyubun Güllü Eldar Tomarlı ilə söhbətini təqdim edirik.
“Qələmə bağlı ömür” rubrikasının növbəti qonağı şairə Güllü Eldar Tomarlıdır. Güllü xanım poeziyaya böyük məhəbbətlə yanaşır və bir neçə kitabın müəllifidir. Şairə aşıq ədəbiyyatına və sənətinə qəlbən bağlıdır. Bu bağlılıq ona irsən keçərək davam edir. Bu yaxınlarda aşıq sənətinə dair gözəl bir kitabı çap olundu. Güllü xanıma yaradıcılığında uğurlar arzu edirik.
Güllü Eldar Tomarlı (Alıyeva) 1969-cu ildə Gürcüstanın Rustavi şəhərində anadan olub. Əslən Qazax bölgəsinin Kəmərli kəndindəndir. 1986-cı ildə Rustavi şəhərində 7 saylı məktəbdən məzun olub. Həmin ildə Rustavi Politexnik Texnikumuna daxil olub. Uzun müddət Rustavi şəhər nəşriyatında çalışıb. Rustavi Azərbaycanlıları Mədəniyyət Mərkəzi İdarə Heyətinin üzvü və Qadınlar Şurasının sədri seçilib. Gürcüstanda, Azərbaycanda çap olunan qəzetlərdə şeirləri, publisistik məqalələri dərc edilib və Tiflis radiosunda səsləndirilib. Tiflisdə nəşr olunan “Gürcüstan” qəzetinin Azərbaycan Respublikası üzrə xüsusi müxbiri, “Aşıq Pəri Məclisi” nin üzvüdür. Şeirləri gürcü və özbək dillərinə tərcümə edilib. “Beləcə qal, nolar könlüm”, “Bir az sazdan, bir az sözdən”, Aşıq Pəri İnciləri” kitablarının müəllifidir. Hal-hazırda dövrü mətbuatda müntəzəm olaraq şeirləri və publisistik yazıları ilə çıxış edir. Ailəlidir. Dörd övladı var. Bakı şəhərində yaşayır.
– Öncə yeni çap olunan kitabınızdan söz açardınız?
– Mən istərdim, öncə kitaba olan sevgimdən söz açam. Hələ orta məktəb şagirdi olduğum illərdən mənim bütün kitablara bir məftunluğum var idi. Əsasən də şeir kitablarına pərəstiş edirdim. Şairləri müqəddəs sayır, ara-sıra özüm də cızma-qaralar edirdim. Bir əlçatmaz arzum da canımda böyüdükcə böyüyürdü. Bu arzum nə zamansa özümün də bir kitabımın çap olunması idi. Amma harda? Atalar deyir ki, sən saydığını say…
Və beləcə yaşadım bütün ömrüm boyu. İlləri illər əvəzlədi, yaş üstə yaş gəldi. Baş ailəyə, övladlar böyütməyə qarışdı. Gözümü o yerdə açdım ki, saçlarıma dən düşüb. Çox şeyə də gec qaldığımı düşünürdüm. Amma içimdəki şeirə pərəstiş hissləri elə gəncliyimdə olduğu kimi də qalmışdı. Vaxtın-vədənin ötməyi bu istəyimi əlimdən ala bilməmişdi. Və günlərin bir günündə məni yaxınlardan tanıyanların da israrlı istəkləri ilə ilk şeir kitabım işıq üzü gördü. Bəlkə də bu iş gec baş tutmuşdu. Amma xeyli rahatlandım. Kitabıma dəyər verdilər. Əlbəttə ki, bir gülümdən min gül oldum. Çoxlarının bildiyi kimi hələ orta məktəbdə oxuduğum illərdən kiçik məqalələr yazardım. Yazılarım gah Tiflisdə nəşr olunan “Gürcüstan” qəzetində çap olunur, gah da Tiflis radiosunda Azərbaycan dilli verilişlərdə səslənərdi. O illərdən üzübəri həmişə publisistik yazılar da yazmışam. Bu gün də belə yazılarımı davam etdirirəm. Bu gördüyünüz yeni kitabım da mənim uzun illər boyu “dama-dama göl olan” məqalələrimin bir qismidir. Doğrusu, “Bir az sazdan, bir az sözdən” bu kitab məni bir az da məsuliyyətə çağırdı. Daha ciddi çalışmağa səslədi. Bu kitabda gedən yazılar daha çox tələbkar oxucuların diqqətini çəkir. Haqqında yazılan ustad aşıqların, şairlərin dəyərlərinə diqqət və sayğı daha çox hiss olunur. Onu da deməyi özümə borc bilirəm ki, atam Eldarın saz və sözə bağlılığından mən çox bəhrələnmişəm. Bu da mənə qol-qanad verir. Artıq bu kitab haqda söz demək istəkli oxucuların ixtiyarındadır.
– Sizi aşıq sənətinə bağlayan nədir? Ümumiyyətlə, bu sənətə olan sevginizdən söz açardız.
– Yuxarda qismən də, olsa dediyim kimi mənim aşıq sənətinə bağlılığım atamın bu sənətə nə qədər bağlı olduğundan irəli gəlir. Burada həm də soydan-kökdən və qan yaddaşımdan gələn bir bağlılıq var. Atam ustad aşıqlarla dostluq edər, onlarla evimizdə görüşər və günlərlə dinləməkdən doymazdı. Lap uşaq yaşlarımdan istər dədə-baba yurdum İncə dərəsində və istərsə də doğulub-böyüdüyüm Rustavidə, ulu Borçalıda saz müqəddəs sayılıb. Ustad aşıqlara dədə deyilib. Beləliklə, hər tərəfdən saz bizə, biz saza qarışmışıq. Bu da ən müqəddəs bir qovuşmadı ki, onu duyasan gərək. Bir də yerinə düşər deyim:
Dağlardan aşmışam, düzlə gəlmişəm,
Ən doğru cığırla, izlə gəlmişəm.
Haqq mənə pay verib öz qüdrətindən,
Sazla pərvazlanıb, sözlə gəlmişəm.
– Müasir aşıq sənəti barədə nə deyə bilərsiz? Aşıq sənətində hansı yenilikləri görmək olur?
– Əsl aşıq sənəti sazın başına oyunlar açılaraq şoular yaratmaq yox, köhnə, ulu və müqəddəs sənəti doğru-dürüst yaşatmaq və keçmişin tamlığını olduğu kimi bu günə və gələcəyə ötürməkdir. “Ustad görməyənin işi xam qaldı”. Müasir aşıq sənəti nə qədər keçmişə dayansa, bir o qədər uzun ömürlü olar. Məncə, aşıq sənətində ən böyük yenilik köhnəliyi olduğu kimi yaşatmaqdır. Aşıq sənətinə qayğı çox önəmlidir.
Bu gün Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı kimi böyük insan, alim, saz- söz bilicisi və ziyalı dayanıb. Onun bu sənəti yaşatma qeyrəti, qüdrəti hər kəsə qürur gətirir. Mən ən böyük yenilik bunu hesab edirəm.
– Sizin gözəl şeirləriniz var. Poeziya haqqında söz açsaydınız sevinərdik. Şeirlərinizin birini bizlə bölüşərdiniz.
– Mənim kiçik yaradıcılığıma verdiyiniz dəyərə görə həm xəcalət çəkir, həm də sizlərə çox-çox təşəkkürlər edirəm. İcazə verin poeziya haqqında heç nə deməyim. Bu riskə girmək böyük məsuliyyət tələb edir. Hələ mən o böyük dəryada çox kiçik bir damla da deyiləm. Amma elə axırıncı qələmə aldığım bir şeirimi məmuniyyətlə dəyərli oxucularımızın ixtiyarına verə bilərəm. Buyurun:
Gəlir
Şeir mənə demir nə vaxt gələcəm,
Bəzən əldə çömçə tutanda gəlir.
Onun nə vecinə mən nə çəkirəm,
Özünün könlünə yatanda gəlir.

Qar kimi ələnir yağışa dönür,
Tanrıdan ruhuna naxışa dönür.
Ömrümə, günümə naxışa dönür.
Tutması nə zaman tutanda gəlir.

Ulduzlar içindən enir astaca,
Dolanır astaca, dönür astaca.
Qəlbimdə şam kimi yanır astaca,
Bəzən də Ay gecə batanda gəlir.

Nə zaman istəsə bir əl sallayır,
Qələmə, kağıza müjdə yollayır.
Güllünün ömrünə ömür calayır,
Özünün öz vaxtı çatanda gəlir.
Nə zaman istəsə bax onda gəlir.
– Gələcək planlarınızdan danışardınız…
– İkinci kitabımın qədəmləri uğurlu oldu. Özbəkistanlı çox dəyərli şairə xanım Dilbər Heydərova mənim şeirlərimi bəyənib, özbəkcəyə (özbək türkcəsinə) çevirib və onu da orda kitab kimi nəşr etdirib. Bu məni çox sevindirdi.
İndi 50 yaşıma doğru yol gedirəm. 4-cü kitabımın səhifələri tamamlanmağa doğru yol gedir… Allah qismət etsə onu da görsəm…
Mənim heç bir gələcək planım yoxdu. Allah nə verir onu da yazıram.
Keçmişə dayanan sənət


Mahmud Əyyub


Paylaş



Bölmə: Ədəbiyyat / Müsahibə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!