Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 30-09-2016, 11:56
Güney ədəbiyyatı ilə bağlı köhnə strerotipləri dağıtmağın zamanı çatıb


Pərvanə Məmmədli
Filologiya üzrə fəlsəfə doktoru,dosent

Nədənsə çoxları Güney Azərbaycan ədəbiyyatı deyəndə ancaq “Ayrılıq, həsrət,Araz” mövzusunu, uzaqbaşı Şəhriyarı göz önünə gətirir.Beləliklə, konu bundan uzağa getməyib bitir. Bunu özəlliklə toplumun izlədiyi TV-də, radioda müşahidə etmək olar. Dövlət kanallarından birində işləyən məsul həmkarıma bu məsələ ilə bağlı söz salıb,öz düşündüklərimi və ortaya qoyacaqlarımı sərgiləmək istəyəndə,başını bulayıb çox dərinə getməməyi tövsiyə etmişdi.

20-50 il öncə bu verilişlərdə, proqramlarda nə gedirdisə,eləcə də qalıb,az dəyişib mənzərə.Elə bil kimlərəsə ucqarda yaşayan, baxımsız və miskin,zəmanədən şikayət edən ixtiyar aşıqları,gözəlləri mədh edən ortabab şairləri göstərib tanıtmaq sərf eləyir.Bir də bu mövzunu bəzi diletantlar daha çox siyasi müstəvidə çıxarmağa çalışır, bu tam olmayan ədəbi təfərrüatlardan da nə siyasət udur,nə də ədəbiyyatımız olduğu kimi tanıtdırılır. Ədəbiyyatımız, milli-mənəvi sərvətimizlə bağlı olan bu mövzu çözülməsi gərəkən ədəbi məsələlərdən biridir.

30 ilə yaxın Güney Azərbaycan ədəbiyyatı, mətbuatı üzərində çalışan və bu alanda ondan artıq kitab,yetərli məqalə müəllifi kimi güneyli yazarların heç də yuxarıda göstərilən sterotip qəliblərdə qalmadığını,əksinə onu çoxdan vurub sındırdırdığını,hətta deyərdim ki, Quzeydəki yazarlardan sənət baxımından geri qalmaq bir yana, bunun tam əksi olaraq irəli getdiyini qətiyyətlə söyləyə bilərəm.İnanıram ki, sizə təqdim edəcəyim yazıda bunu şahidi olacaqsınız.

Bu gün Güney ədəbi prosesində 1979-cu il inqilabınadan sonrakı ovqatla yeni əsrin əvvəllərindəki bədii dünyagörüş arasında yaxın və fərqli cəhətlər meydana çıxmışdır. Quzey Azərbaycanın müstəqillik əldə etməsi,onun dünyada söz sahibi olması Güneydə milli özünəqayıdışa böyük təkan verdi. Arazın hər iki tayında vahid bədii dünyagörüşün,hətta deyərdik ki, ortaq ədəbi prosesin formalaşma prosesi ortaya çıxdı.Ədəbi janrların mənzərəsindəki fərqlərə baxmayaraq bu gün Güney və Quzey Azərbaycanda poeziyadakı axtarışların məzmun və sənətkarlıq tutumu bunu təsdiq edir.

Bu gün Güney Azərbaycanda dirəniş ədəbiyyatı ön plandadır. Əsərlərin əsas motivi ana dili və vətəndir. Kimlik axtarışı, azadlıq, eləcə də real cəmiyyətdən doğan daxili etiraz,mövcud durumdan narazılıq hisslərinin ifadəsi qabarıqdır.

Gənc yazarlar modernizmin devizindən irəli gələn “qlobal düşünüb, lokal yanaşmaq” üsulundan yararlanırlar. Yeni nəsil anadilli yeni ədəbiyyat yaratmağa israrlıdırlar. Gənc yazarlar dünya ədəbiyyatını mənimsəməyə, onun ən gözəl nümunələrini ana dilinə çevirməyə və yeni üslublu şeirlər yazmağa səy göstərir, bir sözlə, çağdaş fikir və düşüncələrə yiyələnib, dünya bədii-estetik sənətinin qazandığı uğurlardan faydalanırlar.
Sizləri davamlı olaraq Güney ədəbiyyatının gənc nəslinin yaradıcılığı ilə tanış edəcəyik.
Ə.Ağçaylının(Əlirza Zihəq) redaktoru olduğu “Maral” internet dərgisində yayınlanan «Başı bəlalı dilimiz» adlı satirik hekayəsi sabiranə üslubda yazılıb.

Yazıçı bu hekayədə Pəhləvi sülaləsinin son 56 ildə yeritdiyi farslaşdırma siyasəti nəticəsində İrandakı xalqları, xüsusilə azərbaycanlıları soy-köklərindən ayrı salmaq üçün bir para Kəsrəvi, Karəng və s. alimlər tərəfindən irəli sürülən azərbaycan türklərinin dilinin fars mənşəli olub, sonradan türkləşməsi kimi heç bir elmi əsası olmayan fərziyyələrini ifşa edir.

Başı bəlalı dilimız

(Sabiranə satirik hekayə)

Armud kaldır, yemək olmur, hər sözü açıb demək olmur. Amma cəhənnəm, mən deyəcəyəm, bağıracağam, ta dünya agah olsun ki, o, öz əcəli ilə ölmədi. Bəlkə, onu millət dərdi qocaltdı, sarsıtdı, yarıcan etdi və nəhayət, torpaq yaxşı adamları öz tərəfinə çəkən kimi onu öz kamına çəkdi. Özü də namərdcəsinə. Biçarə yaman kişiydi. Xeyirxah insan idi. Onun naqafil1 ölümündən çoxları kədərlənsə də, sevinənlər də çox oldu. Sevinənlər isə bədbəxtlikdən o adamlardı ki, onların dərdlərini çəkməkdən biçarənin eyni bir an açılmırdı.

Yazıçı idi, şair idi, alim idi, natiq idi. Yaşı yetmişi keçsə də, gün olmazdı ki, qələmـkağızı onun əlində görməyəsən. Onun öldüyü gün ciyərim az qalırdı kabab olsun. Son nəfəsində də adama elə gəlirdi ki, bu, nəfəs deyil, sanki sənin, mənim, onun-bunun qəmidir ki, çəkir.

Doğrudan da, belə idi. O, millət yolunda, xüsüsən biz türklərin yolunda, əstəğfürullah, siz türklərin yolunda candan-maldan keçmişdi. Biçarənin vəsiyyətləri barəsində, malـdövlət haqqında nə qədər çox desəm, yenə azdır. Siz onun məhəbbətinə baxın, bizlərin də naşükürlüyünə; yerdən göyədək təfavüt var. Acığınıza gəlməsin, biz azərbaycanlılar duz yeyib, duzdan sındıranıq. Necə deyərlər, biz hələ onun qədrini sonralar biləcəyik.

O gün biri ilə yazıq kişinin istəyindən ـ məhəbbətindən danışarkən utanmaz-utanmaz dönüb dedi ki: «Heç bilirsən, o bizi necə istəyirdi?!» Dedim: «Yox! Necə?» Başladı kı: «O, bizi çox istəyirdi, bir gözü də yox istəyirdi».

Necə yəni, o bizi çox istəyirdi, bir gözü də yox istəyirdi? Məgər istəməyin də qaşـgözü olar? Məgər mən onu tanımırdım?! Bir ömür qonşuluq edib, deyib-gülüb, danışmışdıq!

Mən ölüm, vəsiyyətinə qulaq asın, görün nə deyir. Təbriz əhli və Azərbaycanın başqa şəhərlərində yaşayan insanlara buyurub ki, fars dilinın təbliği yolunda candanـmaldan keçsinlər. Ta belə bir fikir irəli sürülməsin ki, fars dili azərbaycanlılara zorla təhmil olunur2. Və hamı bilsin ki, azərbaycanlılar ana dilində danışmağı ar bilib, fars dilini öyrənməyə həvəs göstərirlər.

Ağa, bundan da yaxşı söz!? Əgər mən əvvəldən fars olsaydım, onda niyə otuz il Tehranda qalandan sonra yenə ağzımı açıb danışanda hamı bilirdi ki, mən türkəm? Onun arzusu bizim millətin tərəqqisi idı. Arzu edirdi kı, bir gün azərbaycanlı analar uşaqlarına fars dili öyrədələr və bu xeyirxah işə qızğın həvəs göstərələr. Daha gələn nəsil Tehranda yaşayan neçə milyondan artıq azərbaycanlı fəhlə və kasıb-kusub kimi Tehrana gələndə dilbilməzlikdən Tehran xiyabanlarında avara-sərgərdan gəzməsin. Görün o, nələri düşünürdi, nələri! Görün o, necə fikirləşirdi, biz necə! Allah qəbrini nurbaran3, o dünyasını işıqlı eləsin!

Rəhmətlik bərk adam idi. Bir gün mənə dedi:

- Dur gedək Mərəndə. Orada bir kənd var, adı Gəlinqayadır. Orada qədim Azərbaycan dilində danışan bir neçə tayfa var. Yəni monqollar azərbaycanlıları türkləşdirməmişdən qabaq bütün Azərbaycan xalqı bu dildə danışırmış. Farscaya yaxın bir dildir, adına «hərzənd» dili deyirlər. Gedək ora, bəlkə, bir kitab yazdım.

Dedim:

- Gedək!

Düşdük yola. Bir gün sonra mənzil başına çatdıq. Biz ora çatanda əhvalımız pozuldu. Səhərdən naharın istisinə qədər nə qədər arayıb soraqlaşsaq da, o dili bilən iki nəfərdən çox adam tapılmadı. O iki nəfər də əldən düşmüş qocalar idi. Gərək ya bağıraydın, ya da çığıraydın ki, onlara bir şey anladaydın. Qulaqları ağır eşidirdi, danışmağa da halları yox idi.

Rəhmətlik kədərləndi, təəssüfləndi ki, bu gen dünyada qədim Azərbaycan dilini bilən cəmi iki nəfər qalıb. Söhbətə başladılar. Nədənsə rəhmətliklə qocaların sözü düz gəlmədi. Rəhmətlik deyirdi: «Yox! Olmaz ki, olmaz! Tarix başlanandan siz elə bu torpaqdasınız». Onlarsa deyirdilər: «Biz talışıq və iki yüz il olmaz ki, bu torpağa gəlmişik». Rəhmətlik bağırırdı: «Sizin diliniz qədim Azərbaycan dilidir!» Onlar çığırırdılar: «Biz talışıq və dilimiz də talış dilidir! Hətta bizim qohumlarımızdan biri də bu ağadır. Üç gündür qonaq gəlib. Sabah da gedəcək».

Xülasə, bu iş onun istədiyi kimi alınmadığından tezliklə korـpeşman Tehrana qayıtdıq. Yolda rəhmətliyin əlindən qələmـdəftər düşməzdi. Nə yeyirdi, nə içirdi, ancaq yazırdı. Yazdığı kitabı mən sonralar görəndə sevincimdən yerə-göyə

sığmadım. Nə başınızı ağrıdım, rəhmətlik o kitabda sübut etmişdi ki, azərbaycanlılar monqol tör-töküntüsü olub və Azərbaycanın qədım dilinin, hələ də Azərbaycanda izi var. O dil isə fars dilinin ləhcələrindən biridir. Xüsusən də Gəlinqayadan misallar gətirmişdi.

Rəhmətlik o kitabda görün nə gözəl sözlər yazıb: «Azərbaycanlılar həmişə gözəl fars dili və ədəbiyyatının vurğunu olublar. Və bütün dərbarı4 şair və yazıçılar da türk olduqlarına baxmayaraq, fars dilində yazıb-yaradıblar». Mən deyəndə ki bizim dərdimiz rəhmətliyi öldürdü, siz inanmırsınız. Amma and olsun pirə-peyğəmbərə, o, vəsiyyətində bütün var-yoxunu, bağ-zəmisini, karxana şirkətini vəqf edib bağışlayıb o yola ki, özünü həmin yolun sarsılmaz yolçusu sayırdı. O yol da Azərbaycan mədəniyyəti uğrunda çalışmaqdan başqa bir şey deyildi.

Dərd çoxdur, eşidən yox! Doğrudan, yazıqlar olsun ki, onu millət qəmi öldürdü, vəli5 Əzrayılın adı pisə çıxdı...

1.Naqafi- gözlənilmədən,qəflətən

2.Təhmil olunur –burada sırınır,qəbul etdirilir


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!