Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 3-10-2021, 12:19
Fars mədəniyət rasistliyinə və rasist dairələrə yox deyin!


Avropada fəaliyyət göstərən Dr. İşıq Sönməz öz müraciətini yayımlamaq üçün „Bütöv Azərbaycan“ qəzetinin elmi məsləhətçisi Dosent Səməd Bayramzadəyə ünvanlayıb. Səməd müəllim də müraciəti yayıma hazırlayıb. Həmin müraciəti təqdim edirik:

Özünü iranlı kimi qələmə verən Azərbaycan türklüyünün diqqətinə!

İran Məmaliki Məhrusəsi („İran adı altında birləşən ölkələr“ mənasında) ilə özünü tanıdan və iranlı kimi qələmə verən Azərbaycan türklüyünün diqqətinə!
Tehrandakı fars höküməti azərbaycanlıları bir milli varlıq olaraq həzm edə bilmədiyi üçün, keçmiş 30 ildə Azərbaycan torpaqları Erməni işğalçılığı altında olarkən "Munaqişeye Qərəbağ bayəd əz təriq-e goftgu həl şəvəd" (Qarabağ münaqişəsi gərək danışıq yolu ilə həll olsun) deməklə Qarabağın şəhər və kənd binalarının bütün qapı və pəncrələri, dirəkləri köhnə dəmir parçası olaraq söküldü və İrana xammal kimi su qiymətinə satıldı.
Bu 30 ildə Azərbaycan Cumhuriyətində nə İsrail adlı bir qorxu görünürdi, nə də Erməni işğalına dur demək üçün bir müsəlman dövləti, xüsusən şiə dövləti, heç biri tapılmırdı. Məsələ belə olduqda Azərbaycan siyasətçiləri tədbir tökməyə və bu məsələdən çıxış yolu tapmağa çalışdılar. Bu çıxış yollarından biri, üç böyük rəqib və Qafqazlar uğrunda rəqabət edən dövlətlərin siyasətlərini Qafqazlarda tarazlaşdırmaq oldu.
Ermənilər isə Azərbaycanın işğal olunmuş topraqlarında ikinci bir Erməni dövləti yaratmağa və ona "Artsax" adı verməyə çalışdı. Belə bir şəraitdə ermənilərin bu üzdən iraq "Artsax" adı verdikləri işğalçı müəssisələr də İrandan getmiş yanacaq, hərbi sursat materialları ilə təmin olunurdu. Paşinyan da bir avanturist siyasətçi olaraq Şuşanın Cıdır düzündə yallı oynamağa çalışdı. Özlərini İran İslam Cümhuriyyəti adlandıran fars höküməti də xoşuna gələn bu vəziyətə nəzarət edərək quyruğu ilə cəviz (qoz) sındırmağa və "dil ey, dil ey" deyərək fars istismarçılıq sazını kökləmiş və „dəşti havası“ oxumağa başlamışdı.
Belə bir şərait və vəziyyətdə Azərbaycan Cümhuriyyətinin fürsəti əldən verməsi, Fransa və Amerika kimi böyük dövlətləri "Torus" Muəssisəsi vasitəsi ilə Ermənistana Rusiya və İranın yerinə təzə rəqiblər deyə yerləşdirməyi Azərbaycan torpaqlarının bir dəfəlik (həmişəlik) itirilməsinə yol açardı. Azərbaycan Cümhuriyyəti Qafqazda böyük dövlətlərin siyasətlərini balanslaşdırdıqdan sonra, artıq hərbi əməliyyata keçməsinin vaxtı idi, elə də olmağa başladı.
Belə bir vəziyyətdə fars istismar gücləri, onların mətbuat orqanları („Məşriq“, „Fars“ və ha belə İranşəhr dairələri və Fars mədəniyət rasisətləri) və şiəliyi farslıq üçün vasitə etmiş istismar ünsürləri Qafqazlarda çıraqla "İŞİD" və "təkfiri" (kafiri) axtarmağa başladılar. Vurduqları töhmət, toxuduqları yalan olduğu və Azərbaycan dövləti nizamlı qoşunu və ordusu ilə savaşdığı üçün 44 gün içərisində erməni ordusu və Ermənistan iflasa uğrayaraq Putini atəşkəs üçün vasitə etdi.
O atəşkəsə əsasən erməni işğalçı gücləri Qarabağı tərk etməli və Ruslar işğal altında qalmış bölgədə paramiliter (yardımçı əsgər) erməni teroristlərini də silahsız etməli idi, Azərbaycan Cümhuriyyətini Nəxçıvana bağlayan Zəngəzur dəhlizi də açılmalı idi. O zamanlar İran mətbuatı da Qafqazlarda İranın erməni yançısı olaraq yeritdiyi siyasətin yanlış olduğunu və İranın Qafqazlarda məğlub olduğunu yazdılar. Qarabağa isə hər hansı xarici diplomat və xarici güclərin giriş və çıxışı Azərbaycan dövlətinin icazəsi ilə olmalı idi. Azərbaycan dövləti istər Rusiya məqamları və istərsə də İran tərəfinə „bizim dövlət normalarımıza riayət edin“ deyə muraciət etsə də, keçmiş 30 ildə olduğu kimi yenə də İran tərəfi bu məsələni qulağınin ardına vurmağa çalışdı.
Rusiya kommunistliyi zamanında bilindiyi kimi Gorus və Qapan arasındakı yol Azərbaycan Cümhuriyyəti torpaqlarından keçdiyinə baxmayaraq, dövlətlər sərhədi deyə, Azərbaycan bu yolu bağlamalı, ya da kontrol altına alaraq keçəri və müvəqqəti lazımlı şərtlər altında Erməni maşınlarına gəl-get imkanı verməli idi. Elə də olmuşdu. Ancaq Təbrizdən Azərbaycanın Xankəndinə Ermənistan üzərindən İran maşınlarının yük daşınmasına İran və Ermənistan dövlətləri pilak (dövlət nömrə nişanı) dəyişdirmək vasitəsi ilə don geydirmələri Azərbaycan Cümhuriyyəti məqamlarının səbir və dözüm kasasını daşırmış oldu.
Beləliklə də fars höküməti məqamları bu dəfə "İŞİD" və "təkfiri" yerinə bir İsrail ixtira etdilər. Bu İsrail qulaq eşidəli daha da xətərli sayılar. Ancaq 8 il İran və İraq savaşında İsrail sılahlarını fars höküməti qaçaq yolla od qiymətinə alarkən və İraq höküməti ilə savaşarkən İsrail heç də pis deyilmiş.
Ancaq Azərbaycan Cümhuriyyətinin bir milli dövlət olaraq farsın qonşuluğunda yaşaması farslıq üçün bir zəhər sayılırmış. Demək, fars istismar gücləri İran Məmaliki Məhrusəsini millətlər üçün bir insanlıq dövləti etmək yerinə Azərbaycan türklüyünü bir millət olaraq başı aşağı saxlamağa və zaman məcrasında Azərbaycan türklüyünü şiə deyə, fars istismarçı rejimi tərkibində yox etməyə çalışırlar.
Məsələ belə olduğu halda, bu gün Azərbaycan dövlətçiliyi Azərbaycan türklüyünün ölüm, ya qalım məsələsidir. Bir millətin ölüm, ya qalımının daha güneyi (cənubu) və quzeyi (şimalı) olmaz. Demək, Güney Azərbaycan türklüyü ayıq və sayıq olmalıdır, fars istismarçılarının şiə donuna bürünmüş və islamiyətdən libas oğurlamış zatlarına, eləcə də fars mədəniyət rasistliyini özünə milli kimlik deyə qələmə alan avanturist və rasist dairələrə yox deməklə qardaş qırğınından uzaq durmağa çalışmalıdır.
Dr. Işıq Sönməz, 02.10.2021


ایران ممالیکی محروسه سی ایله اؤزونو تعریف ائدن و اؤزونو ایرانلی قلمه آلان آذربایجانلیلارین دقتینه

تهرانداکی فارس حؤکومتی آذربایجانلیلاری بیر ملی وارلیق اولاراق هضم ائده بیلمدیگی اوچون، کئچمیش 30 ایلده آذربایجان تورپاقلاری ائرمنی اشغالچیلیغی آلتیندا اولارکن "مناقشه قره باغ باید از طریق گفتگو حل شود" دئمکله قاراباغین شهرلری و کند بینالاری نین بوتون قاپی پنجره سی، دیرکلری اوراق دمیر پارچاسی اولاراق سؤکولدو و ایرانا خام مواد کیمی سو قیمتینه ساتیلدی.
بو 30 ایلده آذربایجان جمهوریتینده نه اسراعیل آدلی بیر خوخو گؤرونردی، نه ده ائرمنی اشغالچیلیغینا دور دئمک اوچون بیر مسلمان دؤلتی، خصوصا شیعه دؤلتی تاپیلاردی، هئچ بیری تاپیلمازدی. مسئله بئله اولدوقدا آذربایجان سیاستچیلری تدبیر تؤکمگه و بو مسئله-دن چیخیش یولو تاپماغا چالیشدیلار. بو چیخیش یوللاریندان بیری، اوچ بؤیوک رقیب و قافقازلار اوغروندا رقابت ائدن دؤلتلرین سیاستلرینی قافقازلاردا ترازلاشدیرماق اولدو.
ائرمنیلری ایسه، آذربایجانین اشغال اولموش توپراقلاریندا ایکینجی بیر ائرمنی دؤلتی یارتماغا و اونا "آرتساخ" آدی وئرمگه چالیشدیلار. بئله بیر شراییطده ائرمنیلرین بو اوزدن ایراق "آرتساخ" آد وئردیکلری اشغالچی مؤسسیسه لر ده ایراندان گئتمیش یاناجاق، نظامی سورسات ماتئریاللاری ایله تآمین اولونوردو. پاشینیان دا بیر آوانتوریست سیاستچی اولاراق شوشانین جیدیر دوزونده یاللی اویناماغا چالیشمیشدی. اؤزلرینی جموری اسلامی ایران آدلاندیران فارس حؤکومتی ده بو خوشونا گلجک وضعیتده نظاره ائده رک قویروغو ایله جویز سیندیرماغا و "دیل ای دیل ای" دئیه رک فارس ایستعمارچیلیق سازینی کؤکله رک دشتی هاواسی اوخوماغا باشلامیشدی.
غرب دؤلتلری، باشدا فرانسه و آمریکا بیرلشمیش دؤلتلری اولاراق ائرمنی لوبیسی واسیطه سی ایله یانیب کوله دؤنموش اشغال آلتیندا اولان آذربایجانین تورپاقلاری "آرتساخ" دئیه رسمیته تانیماغا حاضیرلانماغا باشلامیشدی.
بئله بیر شراییط و وضعیتده آذربایجان جمهوریتی نین فرصت الدن وئرمه سی و فرانسه و آمریکا کیمی بؤیوک دؤلتلری "توروس" مؤسسه سی واسیطه سی ایله ائرمنستانا روسیه و ایرانا یئرینه تازا رقیبلر یئرلشدیرمگی آذربایجان تورپاقلاری نین بیر دفعه لیک (همیشه لیک) ایتیریلمه سینه یول آچاردی. آذربایجان جمهوریتی قافقازدا بؤیوک دؤلتلرین سیاستلرینی بالانلاشدیردیقدان سونرا، آرتیق نظامی عمل ائتمه سی نین واقتی ایدی، ائله ده اولماغا باشلادی.
بئله بیر وضعیتده فارس ایستعمار گوجلری ، اونلارین جراییدلری (مشرق، فارس و ها بئله ایرانشهر محفللری و فارس مدنیت راسیستلری) و شیعه لیگی فارسلیق اوچون وسیله ائتمیش ایستعمار عامیللری قافقازلاردا فانوس ایله "داعش" و "تکفیری" آختارماغا باشلادیلار.
دئدیکلری و توخودوقلاری یالان اولدوغو و آذربایجان دؤلتی منظم قوشونو و اوردوسو ایله ساواشدیغی اوچون 44 گون ایچینده ائرمنی اوردوسو و ائرمنستان افلاسا اوغرایاراق پوتینی آتیشکس اوچون واسیطه ائتدی.
او آتیش کسه اساسن ائرمنی اشغالچی گوجلری قاراباغی ترک ائتمه لی و پارامیلیتئر ائرمنی تئروریستلری روسلار خلع سلاح ائتمه لی ایدی و آذربایجان جمهوریتینی نخجیوانا باغلایان زنگه زور دهلیزی آچیلمالی ایدی.
او زامانلار ایران جراییدی ده قافقازلاردا ایرانین ائرمنی یانچیسی یئریتدیگی سیاستین یانلیش اولدوغونو و ایرانین قافقازلاردا مغلوب اولدوغونو یازدیلار. قاراباغا ایسه هر هانکی خاریجه لی دیپلومات و خاریجی گوجلرین گیریش و چیخیشی آذربایجان دؤلتی نین اجازه سی ایله اولمالی ایدی.
آذربایجان دؤلتی ایستر روسیه مقاملاری و ایسترسه ده ایران طرفینه بیزیم دؤلت نورمالاریمیزی رعایت ائدین دئیه مراجعت ائتسه ده کئچمیش 30 ایلده اولدوغو کیمی گئنه ده ایران طرفی بو مسئله نی قولاغی نین آردینا آتماغا چالیشدی.
روسیه کمونیستلیگی زامانیندا بیلیندیگی کیمی گؤروس و قاپان آراسینداکی یول آذربایجان جمهوریتی تورپاقلاریندان کئچدیگینه باخمایاراق دؤلتلر سرحدی دئیه آذربایجان بو یولو باغلامالی، یوخسا کنترول آلتینا آلاراق کئچری و موقتی لازیملی شرطلر آلتیندا ائرمنی ماشینلارینا گل گئت ایمکانی وئرمه لی ایدی. ائله ده اولموشدو. آنجاق تبریزدن آذربایجانین خانکندینه ائرمنیستان اوزریندن ایران ماشینلاری نین یوک داشینماسینا ایران و ائرمنستان دؤلتلری پلاک دگیشدیرمک واسیطه سی ایله دون گئیدیرمکلری آذربایجان جمهوریتی مقاملاری نین صبر کاساسینی داشیرمیش اولدو.
بئله لیکله ده فارس حؤکومتی بو یول "داعش" و "تکفیری" یئرینه بیر اسراعیل اختراع ائتدیلر. بو اسراعیل قولاغا ائشیده لی داها دا خطرلی ساییلار. آنجاق 8 ایل ایران و عراق ساواشیندا اسراعیل سیلاحلارینی فارس حؤکومتی اود قیمتینه آلاراق عراق حؤکومتی ایله ساواشارکن اسراعیل هئچ ده پیس دئییلمیش.
آنجاق آذربایجان جمهوریتی بیر ملت دؤلتی اولاراق فارسلیق قونشولوغوندا یاشاماسی فارسلیق اوچون بیر زهر ساییلارمیش. دئمک، فارس ایستعمار گوجلری ایرانی ملیتلر اوچون بیر انسانلیق دؤلتی ائتمک یئرینه آذربایجان تورکلوگونو ییر ملت اولاراق باشی آشاغا ساخلاماغا و زامان مجراسیندا آذربایجان تورکلوگونو شیعه دئیه فارس ایستعمارچیلیغی ترکیبینده یوخ ائتمگه چالیشارلار.
مسئله بئله اولدوقدا، بوگون آذربایجام دؤلتچیلیگی آذربایجان تورکلوگونون اؤلوم، یوخسا قالیم مسئله سیدیر. بیر ملتین اؤلوم، یوخسا قالیمی نین داها دا "گونئی (جنوب) و قوزئی (شمالی) اولماز. دئمک، گونئی آذربایجان تورکلوگو آییق و ساییق اولمالیدیر. فارس ایستعمارچیلیغی نین شیعه دونونا بورنموش و اسلامیتدن لباس اوغورلامیش ذاتلارینا، ائله جه ده فارس مدنیت راسیستلیگینی اؤزونه ملی کیملیک دئیه قلمه آلان آوانتوریست و راسیست محفللره یوخ دئمکله قارداش قیرقینیندان اوزاق دورماغا چالیشمالیدیر.

ایشیق سؤنمز، 02.10.2021


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!