Faşizm üzərində qələbənin 79-cu ilidir .....                        Putin Paşinyanla görüşdə nələri müzakirə etdi? .....                        Keşlə bazarı sökülür? - AÇIQLAMA .....                        Torpağın səsinə hay verdik .....                        Ankarada Azərbaycan-Türkiyə Biznes Forumu .....                        Köməksiz qalan iki azyaşlı belə xilas edildi - VİDEO .....                        Şəhid anası: “Oğlumun sümüklərinin tapılmasına sevindim” - VİDEO .....                        Sülh sazişi ən qısa zamanda imzalanmalıdır - Ərdoğan .....                        Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə başlanıldı .....                       
Tarix : 27-11-2015, 13:41
 Zəlimxan Məmmədli: “Mədət müəllim inamlı təsir bağışladı”


“Borçalı” Cəmiyyətinin sədri “Musavat.com”-a görüşlə bağlı ətraflı məlumat verib:

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyev “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədlini qəbul edib. Bu barədə “Borçalı” İctimai Cəmiyyətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, görüş Zəlimxan Məmmədlinin Gürcüstana girişinə qoyulan yasaq qərarı və bu qərarın qəbulunda Azərbaycan əlinin olması haqqında qeyri dəqiq məlumatlar və milli təhlükəsizliyimizlə bağlı digər məsələlərin aydınlaşdırılması xahişi ilə rəsmi müraciətindən sonra baş tutub. Qaldırılan problemlərlə bağlı Nazir operativ olaraq müvafiq strukturlara tapşırıqlar verib.

Z.Məmmədli bildirib ki, cənab Nazir onu çox səmimi qəbul edərək dinləyib. Qaldırılan məsələlərə anlayışla yanaşıb. “MTN-nin əvvəlki rəhbərliyində təmsil olan insanların məsuliyyətsizliyi ucbatından yaranmış problemlərin, o cümlədən mənim haqqımda Gürcüstana giriş yasağı qərarının araşdırılması və hüququmun təmin olunası istiqamətində səlahiyyətləri çərçivəsində araşdırma aparıb, müvafiq addımlar atılacağını bildirdi. Cənab Nazir əvəzinin bu operativliyi və səmimiliyi deməyə əsas verdi ki, Milli Təhlükəsizlik orqanlarının son dövrlər zədələnmiş nüfuzu ən yaxın zamanda tam bərpa oluna bilər”.

Məlumatla əlaqədar daha geniş məlumat almaq üçün “Borçalı” sədrinə müraciət etdik.


- Zəlimxan bəy, general Mədət Quliyevlə görüş zərurəti hardan yarandı? Nədən belə qərara gəldiniz ki, milli təhlükəsizlik naziri vəzifəsini icra edən Mədət Quliyevlə görüşmək və Gürcüstana buraxılmamağınızla bağlı onunla müzakirə aparmaq lazımdır?

- Biz həm Gürcüstanın, həm də Azərbaycanın bütün səviyyəli aidiyyatı olan dövlət qurumlarına dəfələrlə müraciət etmişik. Cavab verənlər də, təəssüf ki, bu vaxta qədər susqun olan qurumlar da oldu. Mənim haqqımda yasaq qərarında MTN-in, Akif Çovdarovun və digər qurumun adı hallanırdı. Təbii ki, buna inanmamışam. Amma aydınlaşdırlmasına ehtiyac duydum. MTN-dəki son olaylar yeni rəhbərliyə bu məsələ ilə bağlı müraciət zərurəti yaratdı. Çox operativ olaraq rəsmi müraciətimə reaksiya gəldi və görüş baş tutdu.

- Maraqlıdır, əvvəllər Mədət Quliyevlə hər hansı tanışlığınız, yaxud görüşünüz olmuşdumu?

- Yox, əvvəllər heç zaman görüşümüz olmamışdı. Sadəcə adı idmanda tez-tez xatırlanırdı.

- MTN-də yəqin ki, ilk dəfəydi olurdunuz. Bu qurumla bağlı təəssüratlarınızı bilmək maraqlı olardı...

- Əvvəllər cəbhəçi dostlarımızı dindirmə üçün çağıranda onları müşayiət eləmişik. Daxilində birinci dəfə idi olurdum. İşgüzar mühit müşahidə etdim.

- Necə bilirsiniz, MTN şefi sizin Gürcüstana buraxılmağınıza dəstək ola biləcəkmi?

- İnanmaq istərdim ki, əvvəlki durğunluq aradan qalxacaq və mənim Gürcüstana girişim mütləq təmin olunacaq. MTN mənim vətəndaş hüququmu təmin etməyə həm də borcludurlar. Zaman da göstərir ki, Gürcüstan mənə qarşı Gürcüstanın da milli maraqlarına uyğun gəlməyən qərar vermişdir, və bu səhvi zaman itirmədən düzəltməlidirlər. Hadisələr elə inkişaf edə bilər ki, biz gürcülərlə düşmənə qarşı eyni səngərdə vuruşmalı olarıq. Səngərlərimizi ayırmaq olmaz

- Nazir əvəzi ilə görüşü reallaşdırmaq çətinmi oldu?

- Qəbul rəsmi müraciətimizdən çox qısa müddət sonra reallaşdı. Bir anlıq arzuladığımız dövləti xəyalıma gətirdim. Açığı, bir az da yaxşı mənada təəccübləndim. Əksər dövlət qurumları sanki göyə baxırlar, gözləri aşağını, insanları görmür. Bu, məncə, yeni yanaşmadı. Davamlı olmasını arzulayaq.

- Görüş nə qədər davam etdi?

- Təqribən yarım saat çəkdi.

- Zəlimxan bəy, bu görüşdən sonra necə hesab edirsiniz, qurumun yeni naziri kim olacaq?

- Bir sıra digər milli təhlükəsizliyimizlə bağlı məsələyə də münasibətimi bildirdim. Bəzi mənbələrə görə bizi təqib edən əvvəlki heyətdə yüksək yer tutan əski MTN məmuru haqqında ərizəmiz isə araşdırlacaq. Ümumiyyətlə, Mədət müəllim inamlı təsir bağışladı.

Elşad PAŞASOY


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!